Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə29/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

Konvensiyaya əsasən, dövlət heç bir şəxsi və ya şəxslər QRU- punu 
irqi, etnik, dini və ya siyasi əsaslara görə öz vətəndaşlığından məhrum edə 
bilməz.  Apatridlər  Konvensiyanın  iştirakçı  dövlətlər  tərəfindən 
pozulmasına  dair  şikayətlərlə  Qaçqınların işi  üzrə  BMT  Ali Komissarına 
müraciət edə bilərlər. 
3.
 
Əcnəbilərin hüquqi rejimi 
Əcnəbilər  -  müəyyən  dövlətin  ərazisində  yerləşən^  lakin  həmin 
dövlətin  vətəndaşları  olmayan  və  başqa  bir  dövlətin  vətəndaşları  olan 
şəxslərdir, 
((Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti 
haqqında»  Azərbaycan  Respublikası  Qanununun  2-ci  maddəsinə  görə, 
«əcnəbilər  -  Azərbaycan  Respublikasının  vətəndaşı  olmayan  və  başqa 
dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir». 
Hər  bir  dövlət  öz  ərazisinə  əcnəbilərin  gəlməsi,  onlann  bu  ərazidə 
müvəqqəti  və  ya  daimi  yaşaması  və  fəaliyyəti  ilə  bağlı  bütün  məsələləri 
müstəqil  həll  edir.  Bununla  belə,  dövlət  bu  zaman  öz  beynəlxalq 
öhdəliklərini,  xüsusilə  insan  hüquqları  sahəsindəki  müqavilələri  nəzərə 
almaya  bilməz.  Dövlətin  əcnəbilər  üçün  müəyyən  etdiyi  hüquq  və 
vəzifələrin  məcmusu  aəcnəbilə-  rin  rejimi»
 
termini  ilə  ifadə  olunur. 
Əcnəbilərin üç cür hüquqi rejimi mövcuddur: 
1)
 
milli  rejim 
-
  əcnəbilərə,  müəyyən  məhdudiyyətlərlə,  dövlətin  öz 
vətəndaşları ilə bərabər status verilməsi. 
Məsələn,  «Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi 
vəziyyəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  əsasən, 
əcnəbilər  Azərbaycan  Respublikasının  siyasi  partiyalarının  üzvü  ola 
bilməzlər  (20-ci  maddə);  dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə 
orqanlarına seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq 
səsvermələrində  (referendumlarda)  iştirak  edə  bilməzlər  (21-ci  maddə); 
hərbi mükəlləfiyyət daşımırlar (22-ci maddə). 
2)
 
ən əlverişli rejim 
-
 bu halda əcnəbilərə hər hansı bir sahədə istənilən 
üçüncü dövlətin vətəndaşlarına verilən hüquqlar verilir. 
90 


Belə  rejimdə  əcnəbilərin  hüquq  vo  vəzifələrinin  məcmusu  bütün  əcnəbi 
dövlətlər  üçün  eynidir,  lakin  əksər  hallarda  o,  milli  rejimdə  olduğundan 
azdır. 
3)
 
xüsusi  rejim
  -  əcnəbilərə  hər  hansı  bir  sahədə  dövlətin  öz 
vətəndaşları  üçün  həmin  sahədə  nəzərdə  tutulduğundan  fərqli  hüquqların 
verilməsi  (habelə  vəzifələrin  nəzərdə  tutulması).  Məsələn,  müqavilə 
əsasında  bir  dövlətin  ərazisində  yerləşdirilmiş  başqa  bir  dövlətin  hərbi 
qulluqçuları üçün, adətən, xüsusi hüquqi rejim nəzərdə tutulur. 
Heç  bir  dövlətdə  əcnəbilərin  rejiminin  hər  hansı  bir  növü  mövcud 
deyildir. Adətən, bir sahədə milli rejim, digər bir sahədə isə xüsusi rejim və 
s. nəzərdə tutulur. 
Çox hallarda dövlətin ərazisində əcnəbilərin xüsusi kateqoriyaları da 
olur; bunlar miqrant işçilər, qaçqınlar və sığınacaq almış şəxslərdir. 
4.
 
Miqrant işçilər 
Miqrant  işçilər  -  iqtisadi  səbəblər  üzündən  könüllü  olaraq  başqa 
dövlətin  ərazisinə  golmiş  vo  orada  ödonişli  fəaliyyətlə  məşğul  olan 
şəxslərdir.  Onlar  bir  sıra  ölkələrin  iqtisadiyyatında  və  xidmət  sferasında 
olduqca  mühüm  rol  oynayırlar.  Bütün  ölkələr  üzrə  miqrant  işçilərin  sayı 
indi 50 milyondan artıqdır. 
Miqrant  işçilərin  və  onların  ailə  üzvlərinin  hüquqlarını  qorumaq 
məqsədilə bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Beynəlxalq Əmək 
Təşkilatı  çərçivəsində  iki  konvensiya  -  l949-cu  ildə  qəbul  edilmiş 
97 
nömrəli  Konvensiya
  və  1975-ci  ildə  qəbul  edilmiş 
143  nömrəli 
Konvensiya
  mövcuddur.  Avropa  Şurasının  üzvləri  1977-ci  ildə 
Miqrant 
işçilərin hüquqi statusu haqqında Avropa Konvensiyasım
 imzalamışlar. 
Nəhayət,  məsələnin  aktuallığını  nəzərə  alaraq,  1990-cı  ildə  BMT  Baş 
Məclisinin  45/158  nömrəli  qətnaməsi  ilə 
Bütün  miqrant  işçilərin  və 
onların  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsi  haqqında  Beynəlxalq 
Konvensiya
  qəbul  edilmişdir.  Konvensiya  2003-cü  ildə  qüvvəyə 
minmişdir, onu bu günə 
91 


kimi  ratifikasiya  cdonlor  iso,  əsason,  inkişaf  etməkdə  olan  ölkələrdir 
(Azərbaycan Respublikası, Bosniya-Herseqovina, Misir, Mərakeş, Uqanda, 
Şri Lanka və b.). 
Konvensiyanın  əsas  ideyası  ondan  ibarətdir  ki,  müvafiq  dövlətlər 
miqrant  işçilərə  və  onların  ailə  üzvlərinə  beynəlxalq  səviyyədə  tanınmış 
əsas  insan  hüquqlarını  təmin  etməlidirlər.  Onlann  öz  əvvəlki  ölkələri  ilə 
mədəni  əlaqələr  saxlamasına  maneə  törədilməməlidir.  Konvensiya 
qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə şamil olunmur. 
5.
 
Qaçqınların hüquqi rejimi 
Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  məlum  səbəblər  üzündən  gündəlik 
dilimizə hopmuş və təəssüf ki, ümumişlək sözə çevrilmiş «qaçqın» ifadəsi 
universal beynəlxalq hüquqda qəbul olunmuş «qaçqın» termini ilə üst-üstə 
düşmür.  Uyğunsuzluq  burada  özünü  əsas iki  məsələdə  göstərir.  Birincisi, 
beynəlxalq  hüquqda  qaçqın  yalnız  öz  ölkəsinin  ərazisindən 
başqa  bir 
dövlətin  ərazisinə
  məcburən  köçmüş  şəxslərə  deyilir.  İkinci  məsələ  isə 
qaçqın  statusu  almaq  üçün  zəruri  olan 
əsaslarla
  bağlıdır.  Mövcud 
beynəlxalq  hüquq  bu  məsələyə  məhdud  yanaşır  və 
bilavasitə  müharibə 
nəticəsində
 öz yaşayış yerini tərk etmiş adamlan qaçqın kimi qəbul etmir. 
Bəs  beynəlxalq  hüquqda  qaçqın  kimdir?  Bu  suala 
Qaçqınların  statusu 
haqqında  1951-ci  il  Konvensiyası
  və  ona  cüzi  dəyişikliklər  etmiş 
Qaçqınların statusuna dair 1967-ci il Protokolu
 cavab verir. Beləliklə: 
qaçqın  -  irqi  mənsubiyyətinə,  dini  etiqadına,  vətəndaşlığına, 
müəyyən  sosial  qrupa  mənsub  olmasına  və  ya  siyasi  əqidəsinə  görə 
təqiblərin  qurbanı  olmaqdan  əsaslı  qorxduğu  üçün  vətəndaşı  olduğu 
ölkədən  kənarda  qalan  və  həmin  qorxu  üzündən  bu  ölkənin 
himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya 
müəyyən  vətəndaşlığı  olmadığı  halda  öz  daimi  yaşadığı  ölkəsindən 
kənarda  qalan,  həmin  qorxu  üzündən  oraya  qayıda  bilməyən  və  ya 
qayıtmaq istəməyən şəxsdir. 
92 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə