Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə9/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

IV
 
FƏSİL 
BEYNƏLXALQ HÜQUQUN ƏSAS PRİNSİPLƏRİ 
1.
 
Beynəlxalq hüququn 
əsas prinsiplərinin anlayışı 
Müasir  beynəlxalq  hüquqda  bir  sıra  xüsusi  əhəmiyyətli  normalar 
mövcuddur  ki,  onlarsız  beynəlxalq  sistemin  normal  fəaliyyət  göstərməsi 
praktik cəhətdən mümkün deyildir. 
Beynəlxalq hüququn əsas prinsipləri bir sıra səciyyəvi xüsusiyyətlərə 
malikdir. Bu prinsiplər: 
a)
 
beynəlxalq hüququn ən mühüm normalarıdır. 
Beynəlxalq  hüququn  əsas  prinsipləri  beynəlxalq  hüquq  sisteminin 
normativ-hüquqi  əsasını  təşkil  edir.  Dövlətlərin  beynəlxalq  hüquq 
normalarının  yaradılması  və  həyata  keçirilməsi  ilə  bağlı  bütün  qarşılıqlı 
münasibətləri bu prinsiplərə söykənir. 
b)
 
öz  mahiyyətinə  görə  beynəlxalq  hüququn  ən  ümumi 
normalarıdır. 
Beynəlxalq hüququn əsas prinsipləri bir növ oriyentir rolunu oynayır. 
Onlar dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranışının 
ümumi  istiqamətlərini  müəyyən  edir.  Bu  prinsiplər  beynəlxalq 
münasibətlərin  istənilən  sahəsinə  sirayət  edir  və  dəqiq  ifadə  olunmuş 
davranış qaydalarında konktretləşdirilir. 
c)
 
dünyanın  bütün  dövlətləri  üçün  hüquqi  cəhətdən  məcburi 
xarakter daşıyan ümumtamnmış normalardır. 
Beynəlxalq  hüququn  bir  sıra  əsas  prinsipləri  BMT  Nizamnaməsinin 
2-ci  maddəsində  BMT-nin  bütün  üzvləri  üçün  məcburi  normalar  kimi 
göstərilmişdir. Həmin maddənin 6-cı bəndində isə deyilir: «Təşkilat təmin 
edir  ki,  onun  üzvü  olmayan  dövlətlər,  bunun  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin  qorunub  saxlanması  üçün  zəruri  ola  bildiyi  dərəcədə,  bu 
prinsiplərə uyğun hərəkət ctsinlər». 
27 


çj  ən  yüksək  hüquqi  qüvvəyə  malik  olan  imperativ  jıts  cogens 
normalarıdır. 
Beynəlxalq  hüququn  əsas  prinsipləri  bütövlükdə  beynəlxalq  birlik 
tərəfindən  tanınır  və  qəbul  edilir  və  yalnız  beynəlxalq  birliyin  özü 
tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq 
hüququn əsas prinsiplərinə uyğun olmalıdır. 
Beynəlxalq  hüququn  əsas  prinsiplərindən  kənarda  və  onlarsız 
beynəlxalq hüququn özü də yoxdur. 
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır 
və  bir-birini  şərtləndirir. 
BMT  Nizamnaməsinə  uyğun  olaraq  dövlətlər 
arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq 
prinsipləri  haqqında  1970-ci  il  Bəyannaməsində 
qeyd  edilir  ki,  bu 
prinsipləri tətbiqi və təfsiri zamanı onların hər biri bütün digər prinsiplərin 
kontekstində nəzərdən keçirilməlidir. 
Qeyd  etdiyimiz  kimi,  müasir  beynəlxalq  hüququn  bir  sıra  əsas 
prinsipləri BMT-nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır. 
Lakin  bunlardan  bəziləri  məqsəd  və  ya  ümumi  öhdəlik  kimi  ifadə 
olunmuşdur. 
Sonralar 
dövlətlər 
bu 
prinsiplərin 
məzmununu 
dəqiqləşdirməyə  və  onları  məcəllələşdirməyə  çalışmışlar.  Bu,  BMT  Baş 
Məelisinin qətnaməsi əsasında yuxanda adı çəkilmiş Bəyannamənin qəbul 
olunması ilə nəticələnmişdir. Doğrudur, Bəyannamədə beynəlxalq hüququn 
heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsip əks olunmuşdur: 
1)
 
güc tətbiq ctoıəmək və ya güclə hədələməmək prinsipi
2)
 
beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi
3)
 
dövlətin  daxili  yurisdiksiyasında  olan  işlərə  qarışmamaq 
prinsipi
4)
 
dövlətlərin  BMT  Nizamnaməsinə  uyğun  olaraq  bir-biri  ilə 
əməkdaşlıq etmək prinsipi
5)
 
xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi 
prinsipi; 
6)
 
dövlətlərin suveren bərabərlik prinsipi
7)
 
dövlətlərin BMT' Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə 
götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi. 
Avropada  təhlükəsizlik  və  əməkdaşlıq  üzrə  Helsinki  Müşavirəsinin 
1975-ci il 1 avqust tarixli Yekun aktında isə on prinsip gös 
28 


tərilmişdir;  yuxarıda  sadalanmış  prinsiplərə  burada  daha  üçü  əlavə 
olunmuşdur: 
8)
 
sərhədlərin toxunulmazlığı prinsipi; 
9)
 
dövlətlərin ərazi bütövlüyü prinsipi; 
10)
 
əsas insan hüquq və azadhqlanna hörmət edilməsi prinsipi. 
Nəzərə  almaq  lazımdır  ki,  Helsinki  Yekun  aktı  öz-özlüyündə 
beynəlxalq müqavilə deyildir və regional xarakterli bir sənəddir. Lakin onun 
təsbit etdiyi  prinsiplər, o  eümlədən  bu  üç  prinsip  onun  qəbul  olunmasına 
qədər  artıq  ümumi  beynəlxalq  adət  hüququnun  bir  hissəsi  idi  və  bütün 
dövlətlər  tərəfindən tanınmışdı.  Yəni  Helsinki  Yekun aktı,  sadəcə  olaraq, 
müasir  beynəlxalq  hüququn  hamı-  lıqla  qəbul  edilmiş  on  əsas  prinsipini 
bəyan etmişdir. 
Yadda saxlamaq lazımdır ki, hər bir prinsip Ö
20
İ bir hüquqi normadır 
və  deməli,  özündə  konkret  normativ  məzmun,  yəni  müəyyən  beynəlxalq 
hüquqlar və müvafiq öhdəliklər ehtiva edir. 
2.
 
Dövlətlərin suveren bərabərliyi prinsipi 
Bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 
1-ci  bəndində  tapmışdır:  «Təşkilat  onun  bütün  Üzvlərinin  suveren 
bərabərliyi prinsipinə əsaslanır». 
Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir: 
1.
 
Hər  bir  dövlət  tam 
suverenliyə
  malikdir  və  öz  siyasi  və  iqtisadi 
sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün 
digər  dövlətlərin  suverenliyinə,  o  cümlədən  ərazi  bütövlüyünə  və  siyasi 
müstəqilliyinə hörmət etməlidir. 
2.
 
Bütün dövlətlər ərazisinin miqyasmdan, əhalisinin sayından, inkişaf 
səviyyəsindən  və  hərbi-siyasi  potensialından  asılı  olmayaraq 
hüquqi 
cəhətdən  bərabərdir.
  Beynəlxalq  təşkilatlarda,  bir  qayda  olaraq,  hər  bir 
dövlət bir səsə malikdir. Beynəlxalq hüquq normaları dövlətlər tərəfindən 
qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır. 
Suveren bərabərlik prinsipi bütün dövlətlərin beynəlxalq məsələlərin 
həllində bərabər iştirakını təmin etməyə yönəlmişdir. 
29 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə