Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə3/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

vate  intemational  law)  buraya  daxil  edilir.  Beynolxalq  ümumi  hüquq 
dedikdo,  yuxarıda  anlayışını  vo  tobiətini  şorh  etdiyimiz  döv-  lətlərarası 
hüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar 
ki,  rast  gəlinmir  və  o,  əsasən  elmi  tədqiqatlarda  və  tədris  prosesində 
beynəlxalq  xüsusi  hüquqdan  fərqləndirilmək  üçün  istifadə  olunur;  onun 
əvəzinə  hamı  üçün  anlaşıqlı  olan  «bcy-  nəlxalq  hüquq»  termini  işlədilir. 
Beynəlxalq  xüsusi  hüquqa  gəldikdə  isə,  o, 
qeyri-dövlət  xarakterli 
beynəlxalq  münasibətləri,
  yəni  hər  şeydən  əvvəl 
əcnəbi  fiziki  və  ya 
hüquqi şəxsin
 iştirak etdiyi mülki- hüquqi və ona yaxm olan münasibətləri 
nizama  salan  normalar  sistemi  İdmi  başa  düşülür.  Beynəlxalq  hüquqla 
(beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə 
möveuddur.  Belə  İd:  a)  onlar  hər  ikisi  beynəlxalq  münasibətləri  nizama 
salır;  b)  hər  ikisi  digər  dövlətin  hüquq  subyelrtliyini  tanıyır;  e) 
mülki-hüquqi  münasibətləri  nizama  salan  beynəlxalq  sazişlər  beynəlxalq 
hüququn  əsas  prinsiplərinə  zidd  ola  bilməz;  ç)  bu  sazişlər  çox  hallarda 
dövlət- lərarası razılaşmalann həyata keçirilməsi istiqamətində bağlanır. 
Beynəlxalq  ümumi  hüquqla  beynəlxalq  xüsusi  hüquq  arasındakı 
fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus 
publicum  və  jus  privatum  bölgüsünü  yada  salmaq  lazımdır.  Bu  fərqlər 
aşağıdakılardır: 
1)
 
subyektlərinə görə: 
Beynəlxalq ümumi hüquqda (BÜII) - dövlətlər, beynəlxalq təşkilatlar, 
dövlətəbənzər qurumlar və s.; 
Beynəlxalq xüsusi hüquqda (BXIi) - fiziki və hüquqi şəxslər
2)
 
predmetinə görə: 
BUH-də - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər; 
BXH-də - beynəlxalq xüsusi hüquq xarakterli (mülki, ailə, əmək və s.) 
münasibətlər; 
3)
 
mənbələrinə görə: 
BÜH-də - beynəlxalq müqavilə, beynəlxalq adət və s.; 
BXH-də  -  milli  qanunverieilik,  beynəlxalq  müqavilələr,  tiearət 
adətləri və s.; 
4)
 
nizamasalma metoduna görə: 
BÜH-də - müstəqil dövlətlərin razılığa gəlməsi; 


BXH-do  -  ayrı-ayrı  dövlətlorin  qanunvcriciliyindəki  kolliziyaların 
aradan qaldırılması (bu sobobdən hor bir dövlətin özünün beynəlxalq xüsusi 
hüququ vardır); 
5)
 
ortaya çıxan məsuliyyətin xarakterinə görə: 
BÜH-də - bcynəlxalq-hüquqi məsuliyyət; 
BXH-də - mülki-hüquqi məsuliyyət. 
4.
 
Müasir beynəlxalq hüququn əsas cəhətləri 
Nəhayət,  bu  mövzu  çərçivəsində  daha  bir  məqamı  da  qeyd  etmək 
istəyirik.  Beynəlxalq  hüquq  elmində  və  habelə  praktikada 
«müasir 
beynəlxalq hüquq»
 ifadəsinə tez-tez rast gəlmək olar. Bu ifadə təkcə zaman 
mənasında deyil, daha çox keyfiyyət baxımından işlədilir. Bu gün qüvvədə 
olan  beynəlxalq  hüquq  klassik  beynəlxalq  hüquqdan  keyfiyyətcə  kəskin 
surətdə  fərqlənir.  Müasir  beynəlxalq  hüququn  səciyyəvi  cəhətləri 
aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xristian 
dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  təmin  edilməsi  üçün  xüsusi 
mexanizmi olan normativ sistemə çevrilmişdir; b) müharibə və istənilən güc 
tətbiqi  birmənalı  şəkildə  qadağan  edilmişdir;  c)  əsas  insan  hüquq  və 
azadlıqlanmn təmin edilməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və 
bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə 
yiyələnmişdir; ç) beynəlxalq normativ sistemdə jus cogens normalannm və 
erga  omnes  öhdəliklərinin  (yəni  bütün  beynəlxalq  birliyə  qarşı  olan 
öhdəliklərin) olması hamılıqla qəbul edilmişdir; d) beynəlxalq cinayətlərə 
(təcavüz,  soyqırım,  müharibə  cinayətləri,  insanlıq  əleyhinə  cinayətlər, 
beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və b.) görə 
fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır. 
10 


II
 FƏSIL
 
BEYNƏLXALQ HÜQUQ NOIUVIALARI 
1.
 
Bcynolxalq hüquq normasının anlayışı 
Beynəlxalq  hüququn  təbiətini  və  əsas  xüsusiyyətlərini  açıqlayarkən 
biz  gördük  ki,  bu  anlayışın  əsasında  dövlətlərin  və  beynəlxalq  hüququn 
digər  subyektlərinin  davranış  modeli  kimi  çıxış  edən  hüquq  normalan 
dayanır.  Bundan  sonrakı mövzuların  daha  aydın  başa  düşülməsi  üçün bu 
normaların anlayışını və təsnifini şərh etməyə ehtiyac vardır. 
Bcynolxalq  hüquq  normaları  dövlətlər  və  beynəlxalq  hüququn 
digər  subyektləri  arasındakı  qarşılıqlı  münasibətləri  nizama  salan 
ümumməcburi qaydalara deyilir. 
Beynəlxalq 
hüquq 
normalarını 
dövlətlərin 
öz 
qarşılıqlı 
münasibətlərində  əməl  etdikləri  digər  normalardan,  o  cümlədən  hüquqi 
xarakter  daşımayan  beynəlxalq  adət  normalanndan  və  nəzakət 
normalarından  (diplomatik  etiket  qaydalarından)  fərqləndirmək  lazımdır. 
Həmin  normalar  dövlətlər  üçün  məcburi  deyildir  və  onlara  əməl 
olunmaması beynəlxalq hüquqi məsuliyyət doğurmur. 
Beynəlxalq  hüquq  normasının  məzmunu  beynəlxalq  hüquq 
subyektinin  malik  olduğu 
hüquqdan
  və  digər  subyektin  (subyektlərin) 
həmin hüquqa uyğun olaraq öz üzərinə götürdüyü 
vəzifədən (öhdəlikdən)
 
ibarətdir.  Doğrudur,  beynəlxalq  hüquq  və  öhdəliklər  təkcə  beynəlxalq 
hüquq normalanndan irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya 
arbitraj məhkəməsinin qoran, BM'l' Təhlükəsizlik Şurasının qətnaməsi və 
ya dövlətin birtərəfli qaydada etdiyi bəyanat da müvafiq öhdəliklər doğura 
bilər. 
Beynəlxalq  hüquq  nonnalan,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  prinsip 
etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. La- 
11 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə