2
Az2
Redaktor: Gömrük xidməti general-mayoru, i.e.n. Ş.S.Bağırov.
Rəyçilər: i.e.d., prof. M.X.Meybullayev, Əmgkdar elm xadimi., i.e.d., prof. A.Ş.Şəkərəliyev
C.Q.Nuriyev, A.Ə.Əliyev, M.C.Atakişiyev. «Gömruk işinin təşkili və idarə
edilməsi». Ali məktəblər üçün dərslik (yenidən işlənmiş və tamamlanmış variantda).
Azərb. dilində. Bakı, 2009. 293 səh.
Təqdim olunan “Gömrük işinin təşkili və idarəedilməsi” dərsliyi
ali məktəb tələbələri üçün
nəzərdə tutulmuşdur. Lakin bu dərslikdən iş adamları, gömrük orqanlarında çalışan məmurlar və elmi
işçilər də istifadə edə bilərlər.
4
Ön söz
Ötən əsrin sonlarında ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil gömrük siyasəti
formalaşmağa başladı və lazım olan gömrük qanunvericiliyi aktları qəbul olundu.
Eyni zamanda, gömrük işinin
daha səmərəli təşkil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən lazım olan
təlimat və əsasnamələr işlənib hazırlandı. Bütün sənədlərin əsasını Azərbaycan Respublikasının suverenliyinin
və iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edir. Həmin sənədlərdə ölkəmizin strateji inkişaf istiqamətinə
uyğun olaraq yürüdüləcək vahid gömrük siyasəti də öz əksini tapmışdır.
Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyiniz kimi respublikamızın milli
iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə alanda ki,
Azərbaycan inkişaf etməkdə
olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə
inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini görmək mümkündür. Gömrük işinin əhəmiyyətini xalqımızın
Ümummilli Lideri,
müasir
Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq:
“...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək
bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın
iqtisadiyyatının möhkəm-ləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə
yanaşı, maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da
sizin vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il).
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bu tapşırığını özlərinin gələcək fəaliyyət proqramı
kimi qəbul edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük orqanlarının maddi-texniki bazasını
genişləndirmək, müasirləşdirmək və gömrük sistemini inkişaf etdirməklə bərabər, yüksək səviyyəli gömrük
işçilərinin hazırlanması üçün də çox işlər görmüşdür. Belə ki, Ümummilli Liderin tapşırığını əldə rəhbər tutan
K.F. Heydərov dərsliklərin və dərs vəsaitlərinin hazırlanması üçün hər cür şərait yaratmışdır. Məhz onun
təşəbbüsü və rəhbərliyi altında 4 cildlik “Gömrük işinin əsasları” (I cild. “Gömrük
işinin təşkili və
texnologiyası”. Bakı - 1998; II cild. “Gömrük orqanlarının iqtisadi fəaliyyəti”. Bakı-1999; III cild. “Gömrük
orqanlarının hüquq-mühafizə fəaliyyəti”. Bakı-2000; IV cild. “Gömrük işinin idarə edilməsi və inkişafı”. Bakı-
2000), C. Nuriyev tərəfindən “Gömrük hüququ” (ali məktəblər üçün dərslik, Bakı-2002). C.Q.Nuriyev,
A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev və b. tərəfindən “Gömrük ekspertizası” dərsliyi (Bakı– 2003), A.Ə. Əliyev
tərəfindən “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” (rus dilində, Bakı-2002), Heydərov K.F. tərəfindən
«Gömrük işinin əsasları» (ali məktəblər üçün dərslik, Bakı-2004), Heydərov K.F., Əliyev A.Ə., Nuriyev C.Q.,
Mehdiyev S.M. tərəfindən «Gömrük rəsmiləşdirilməsi», (ali məktəb tələbələri üçün dərslik, Bakı-2006)
habelə
bir sıra yardımçı vəsaitlər - K. Heydərov və T. İbrahimov tərəfindən “Gömrük işi - iqtisadi suverenlik və
təhlükəsizlik” (Bakı-1999), C. Nuriyev, Z. Əliyev və G. İsmayılov tərəfindən, “Gömrük statistikası” (Bakı-
2000), C.Q.Nuriyev tərəfindən «Gömrük etikası» (Bakı- 2007) və «Azərbaycanın gömrük tarixi» (Bakı-2007)
hazırlanıb, nəşr olunmuşdur.
Təqdim olunan “Gömrük işinin təşkili və idarəedilməsi” dərsliyi ali məktəb tələbələri üçün nəzərdə
tutulmuşdur. Lakin bu dərslikdən iş adamları və gömrük orqanlarında çalışan məmurlar və elmi işçilər də
istifadə edə bilərlər.
Dərsliyin yenidən işlənməsinin əsas səbəbləri – Azərbaycan Respublikasının RGömrük
Məcəlləsinəedilmiş 30.X11. 2003-cü il (GM-nin X bölməsi və 60-cı fəsli çıxarılmışdır), 5 mart 2004-cü il (GM-
nin 217-ci maddəsinə əlavə və dəyişiliklər edilərək gömrük orqanlarına gömrük işi
sahəsindəki cinayət işləri
üzrə istintaq aparmaq səlahiyyəti verilmişdir), 21.05.2004-cü il, «Gömrük orqanlarında xidmət haqqında»
Əsasnaməyə (№851-IIQD / 04.03.2005; №969-IIQD / 28.06.2005; №158-IIIQ / 10.10.2006; 16.08.2008)
edilmiş əlavələr və dəyişikliklər, Milli Məclis tərəfindən son beş ildə gömrük işinin təşkili ilə əlaqədar qəbul
edilmiş qanunlar, Azərbaycan Respublikası Prezidenti İ.Ə.Əliyev cənablarının 11.02.2004-cü il, 12.09.2005-ci
il, 16.X11.2005-ci il, 02.X1.2006-cı il, 22.05.2007-ci il, 22.05. 2007-ci il, 02.07.2008-ci il və 11.X1.2008-ci il
tarixli Fərmanları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi çoxsaylı qərar və
sərəncamlarıdır.
Kitabın hazırlanması prosesində bizə koməklik göstərənlərin hamısına öz minnətdarlığımızı bildiririk.