5
Mövzu 1.
Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti
Azərbaycan Respublikası
18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra
30 yanvar 1992-ci
ildə dövlətçiliyin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi yaradıldı.
Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici müdaxilənin zərərli
təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin
təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı
elementlərindən birinin təşkilini, labüdləşdirdi.
Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan
üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni olmaqla, demək olar ki, sıfır
səviyyəsindən
başlanılmalı idi. Bu tədbirlər kompleks xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri
müəyyənləşdirilməli idi. Lakin, o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü
tədbirlər planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına nail olunmadı.
Ölkə daxilində və dövlət sərhədlərində iş qabiliyyətli gömrük orqanları şəbəkəsinin yaradılması və onların
texniki təminatı, gömrük xidməti kadrlarının hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul
edilməsi və tətbiqi, gömrük işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN dövlət başçısı kimi gömrük siyasəti sahəsindəki
fəaliyyətini iki mərhələyə bölmək olar:
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi;
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri.
Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan H.Əliyev 14 iyul 1969-cu ildə Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1 katibi seçildikdən sonra qısa müddət ərzində ciddi addımlar atıldı. Məhz
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gömrük işi sahəsində uzun müddət ərzində hökm sürən qeyri-
millilərin bu sahədəki hokmranlığına çox ustalıqla son qoyuldu. Belə ki, onun təkidi ilə ilk dəfə olaraq gömrük
orqanlarına rəhbər vəzifəsinə azərbaycanlılar təyin olunmağa başlandı. Qısa müddət ərzində Azərbaycanda
fəaliyyət göstərən hər üç gömrükxananın (Bakı, Astara və Culfa) rəisi azərbaycanlı olmağla bərəbər, milli
kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərildi. Tezliklə qeyri-azərbaycanlılıarı milli kadrlar
əvəz etməyə başladı.
Gömrük işi sahəsinə diqqətini artıran H.Əliyev Azərbaycanın gömrük tarixini araşdırtdı və ölkəmizdə
ilk gömrkxananın açılmasının 175 illiyinin qeyd olunması barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi Bürosunun 31 mart 1981-ci il tarixli qərarını imzaladı.
Bu Qərarda diqqətdən kənarda heç nə qalmamışdır. Tarixi faktın vaxtında aşkarlanması və qeyd
olunması Heydər Əliyevin
müstəsna xidmətidir ki, bu il Bakı gömrükxansının 200 illiyinin qeyd olunmasına
hüquqi baza yaradılmışdır. Bir tarixi anı da qeyd etmək lazımdır ki, 25 ildən sonra həmin yubileyin təntənəli
keçirilməsi xoşbəxtliyi Ulu Öndərin Ləyaqətli davamçısı, Onun varisi və oğlu,
Azərbaycan Respublikasının
prezidenti
İLHAM ƏLİYEVƏ qismət oldu.
1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərginliyi aradan qaldırmaq, ölkəni parçalanmaqdan
qurtarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, ölkənin müstəqilliyini və suverenliyini itirmək təhlükəsini
aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün xalqımız
öz böyük oğlunu
Heydər Əlirza oğlu Əliyevi ikinci dəfə hakimiyyətə təkidlə dəvət etdi.
Ölkədəki problemləri zərgər dəqiqliyi ilə bir-bir həll edən möhtərəm H.Əliyev cənabları, 1995-ci ildən
başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı. Əvvəlcə Dövlət Gömrük Komitəsinin
rəhbərliyini dəyişdirdi. Bu seçim çox uğurlu oldu. Dövlət Gömrük Komitəsinə Heydər Əliyevin 17
yanvar
1995-ci il tarixli 295 saylı Fərmanı ilə təyin olunan
Kəmaləddin Fəttah oğlu Heydərov Ümummilli Liderin
rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin gömrük sistemini yenidən qurdu və onu dünya standartları
səviyyəsinə gətirib çıxartdı. Onun bu xidmətləri Xalqımızın Lideri Heydər Əliyev cənabları tərəfindən dəfələrlə
yüksək qiymətləndirilmişdir. Azərbaycanın gömrük tarixində ilk dəfə olaraq gömrük xidməti sahəsində ən ali
general rütbəsinə məhz K.F.Heydərov layiq görülmüşdür. Ona Zati-aliləri H.Əliyev cənablarının 17 yanvar
2002-ci il tarixli 640 saylı Fərmanları ilə gömrük xidməti general-polkovniki rütbəsi verilmişdir. O, Azərbaycan
dövlətçiliyi tarixində bu yaşda general-polkovnik rütbəsini almış yeganə şəxsdir. Onun rəhbərliyi altında
gömrük sistemi və infrastrukturu yenidən quruldu. Bütövlükdə gömrük işinin məzmununa yenidən baxıldı.
İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük
qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin
digər ölkələrin gömrük
xidmətləri ilə sənədlərin və gömrük əməliyyatlarının unifikssiyası əsasında yaxınlaşması kimi mühüm prinsiplər
bu yeniləşmənin əsasını təşkil etdi.
6
Təşkilati tədbirlərlə bir vaxtda dövlətin gömrük siyasətinin də formalaşdırılmasına başlandı. Ölkənin
gömrük qanunvericiliyi təkmilləşdirildi.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük Tarifi
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Məcəllədə, gömrük orqanlarının qarşısında qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin əsas
prinsipləri müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müddəalarına görə, hüquq-mühafizə
orqanı statusu aldı.
Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta
nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması və vaxtında
yığılaraq dövlət büdcəsinə köçürülməsi tələbini qoydu.
Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
27
oktyabr 1998-ci il tarixli 6 saylı Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi haqqında” Əsasnamə mühüm yer tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan
Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır.
Heydər Əliyevin təklifi ilə gömrük siyasətinin strateji məsələlərinin müəyyən edilməsi mərhələsində
Dövlət Gömrük Komitəsinə önəmli yer verildi. Belə ki, vahid gömrük sisteminin yaradılması; xarici iqtisadi
fəaliyyətin gömrük-tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi; milli bazarın xarici rəqabətin zərərli
təsirindən qorunması; keyfiyyətsiz malların idxalının qarşısının alınması; ölkənin iqtisadi təhlükəsizliyinin
təmin edilməsi; qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması və aradan
qaldırılması; Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin,
intellektual mülkiyyətinin, nadir flora və
fauna nümunələrinin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması; valyuta əməliyyatlarına mükəmməl nəzarət
sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasətinin hazırlanması və s. məsələlərdə Dövlət Gömrük
Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə qədər uzaqgörən, bacarıqlı və əvəzolunmaz dövlət xadimi
olmasını bir daha sübut edir.
Gömrük orqanlarının yaradılmasının beş illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan
Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi
problemlərinə toxunaraq, Dövlət Gömrük Komitəsinin qarşısında duran birinci dərəcəli məsələləri belə
xarakterizə etmişdir:
“Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini
qoruyub saxlamaq və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu
istiqamətlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd
edirəm, siz dünya təcrübəsindən istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük
universiteti, nə də gömrük akademiyası olubdur...
Gömrük işçilərinin əksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə təhsil
alan adamlar çox azdır. Siz bu təhsili də işləyə-işləyə almalısınız. Yəni işləyə-işləyə gömrük elminin və
gömrük biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirisiniz, təkmilləşdirirsiniz. Şübhəsiz ki,
Gömrük Komitəsinin gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək,
onlara xüsusi gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, üçillik
planı olsun və onun əsasında siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa sahələrə nisbətən ən çox
lazımdır. Ona görə də Siz bunu etməlisiniz.
Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli
olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə,
ölkəsinə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci
tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları
olsun. Bunları yaratmaq lazımdır. Bu da Sizin vəzifənizdir...” (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci
il).
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bu çıxışını
özünün fəaliyyət Proqramı kimi qəbul edərək, bu dahi insanın fikirlərini ardıcıl olaraq həyata keçirməyə başladı.
Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi-texniki bazası müasirləşdirməklə bərabər,
milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı.
Gömrük işinin təşkil edilməsi və gömrük siyasətinin formalaşdırılması ilə bağlı Ümummilli
liderimiz H.Ə. Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir: