29
Gömrük sərhədi dedikdə, gömrük ərazisinin primetri - bu ərazinin konturlarını hüdudlandıran
xətt başa düşülür. Bir sözlə gömrük sərhədi dövlətin qanunvericiliyinin qüvvədə olduğu məkan hüdudlarını
müəyyənləşdirir və ərazicə bitişik ölkələrin gömrük ərazisini ayırır.
Gömrük Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə görə,
“Azərbaycan Respublikasının gömrük
ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetrləri
Azərbaycan Respublikasının gömrük sərhədidir”. Beləliklə, daxili və xarici gömrük sərhədi anlayışları
meydana çıxır. Belə ki, gömrük ərazisinin ətraf hüdudlarının xarici gömrük sərhədi olduğu anlaşılır.
Xarici gömrük sərhədi bilavasitə qonşu olan dövlətlərin gömrük ərazisini ayırır və adətən dövlət sərhədi
ilə üst-üstə düşür. Xarici gömrük sərhədində dövlət sərhədi barədə qanunvericilikdə nəzərdə tutulmuş inzibati-
hüquqi rejim tətbiq edilir. Xarici gömrük sərhədinin qorunması gömrükçülər tərəfindən sərhəd qoşunları ilə
birgə həyata keçirilir.
Daxili gömrük sərhədi gömrük ərazisinin daha içərilərində təşkil edilir. Daxili gömrük sərhədi zərurəti,
sərbəst gömrük zonası və sərbəst gömrük anbarı rejimlərinin tətbiqi zamanı meydana çıxır. Hüquqi statusuna
görə daxili gömrük sərhədi xarici sərhədə bərabər tutulur; azad zonanın ərazisi sərhəd zonası kimi baxılır və
oraya girişə xüsusi nəzarət-buraxılış məntəqələrindən və icazə vərəqələri tətbiq edilməklə icazə verilir. Daxili
gömrük sərhədi gömrükçülər tərəfindən azad gömrük zonasının hakimiyyət orqanları ilə birgə qorunur. Bir
qayda olaraq gömrük işi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası
Konstitusiyasının 7-ci maddəsinə görə). Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi icra strukturu
kimi Azərbaycan Respublikasının Prezidentinə tabedir.
Gömrük siyasəti - Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal
dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili bazarın qorunması, milli iqtisadiyyatın inkişafının
stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi, habelə gömrük işinin
beynəlxalq normalara uyğun aparılmasıdır.
Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edən təşkilatların məcmusu,
habelə onun həyata keçirilmə metodları, səlahiyyətli dövlət orqanları tərəfindən gömrük tənzimlənməsi
üsullarının istifadə qaydaları gömrük siyasəti mexanizmi anlayışını yaradır.
Gömrük siyasətinin əsasını, xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin aşağıdakı prinsipləri
təşkil edir:
1) Respublikanın xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti;
2) xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimləmə sistemi və onun həyata keçirilməsinə
nəzarət;
3) vahid valyuta nəzarəti siyasəti;
4) ölkənin gömrük ərazisinin bütövlüyü;
5) xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsində iqtisadi tədbirlərə üstünlük verilməsi;
6) xarici ticarət fəaliyyəti iştirakçılarının bərabərhüquqlu olması və hər hansı formada ayrı-
seçkiliyə yol verilməməsi;
7) xarici ticarət fəaliyyəti iştirakçılarının hüquq və qanuni maraqlarının dövlət tərəfindən
qorunması;
8) dövlətin və onun ayrı-ayrı orqanlarının xarici ticarət fəaliyyətinə yersiz (lazımsız) müdaxiləsi
nəticəsində onun iştirakçılarına və bütünlükdə ölkə iqtisadiyyatına ziyan vurulmasının istisna edilməsi.
Gömrük siyasəti dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir.
İqtisadi təhlükəsizlik - ümumilikdə iqtisadiyyatın ölkənin sosial, siyasi, müdafiə qabiliyyətinin və
mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini təmin edə bilən vəziyyətini, tarazlaşdırma problemlərinin həlli
yollarını, mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi maraqlarının xarici təsirlərdən asılı olmaması və
kifayət qədər zərərdən qoruna bilməsi qabiliyyətini nəzərdə tutur.
Gömrük siyasəti, onun həyata keçirilməsi üçün başlıca zəmin olan gömrük xidmətinin
fəaliyyətinə
əsaslanır. Qeyd etmək lazımdır ki, gömrük tənzimlənməsini yalnız gömrük orqanlarının fəaliyyəti ilə
eyniləşdirmək yanlış fikirdir. Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsi çox mürəkkəb bir
proses olub, hakimiyyətin hər üç qolunun - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, həmçinin bu işdə
maraqlı olan sahibkarlıq dairələrinin bilavasitə iştirakı ilə reallaşa biləcək bir məsələdir.
Gömrük Məcəlləsinin 2-ci bəndində göstərilir ki,
Azərbaycan Respublikasında dövlətin daxili və
xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasəti həyata keçirilir. Bu siyasətin tələb və vəzifələri
Azərbaycan Respublikasının
Milli Məclisi, Azərbaycan Respublikasının prezidenti və Nazirlər Kabineti
tərəfindən Gömrük Məcəlləsi və gömrük hüququnun digər mənbələri əsasında müəyyən edilir və respublikanın
gömrük ərazisində mal mübadiləsinin tənzimlənməsi və gömrük nəzarəti vasitələrindən effektiv istifadə
edilməsi ilə daxili bazarın müdafiəsi üçün ticarət-siyasi məsələlərin həlli, milli iqtisadiyyatın inkişafının
stimullaşdırılması, dövlətin iqtisadi siyasətinin əsas məsələlərinin həllinə təkan vermək məqsədi güdür. Gömrük
siyasəti, ölkənin xarici iqtisadi fəaliyyətinin vacib bir sahəsidir. Tarixən bu siyasət, xarici ticarətin dövlət
30
tənzimlənməsinin ilkin forması olmuşdur.
Gömrük siyasətinin mahiyyəti – gömrük tarif qanunvericiliyində,
müxtəlif istiqamətli beynəlxalq gömrük birlikləri ilə münasibətlərin yaradılmasında,
sərbəst gömrük və ticarət
zonalarının təşkil edilməsində öz əksini tapır. Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasətinin
ayrılmaz hissəsi olduğu üçün, hökumətin ümumi iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdır.
Daxili bazarın qorunması və milli iqtisadiyyatın inkişafına əlverişli şəraitin yaradılması üçün gömrük
siyasətinin aşağıdakı formalarından daha çox istifadə olunu:
1.
Himayədarlıq - (proteksionizm);
2.
Sərbəst ticarət - (fritredizm)
Himayədarlıq (proteksionist) gömrük siyasəti yerli istehsalın inkişafı üçün daha əlverişli şərait
yaradılmasına yönəldilib. Bu siyasət idxal edilən mallara gömrük vergi və rüsumların qoyulmasının daha
yüksək səviyyəsini tətbiq etməklə əldə edilir.
Sərbəst ticarət siyasəti isə gömrük rüsumlarının minimum səviyyəsini nəzərdə tutur və daxili bazara
xarici malların daha çox cəlb edilməsinə təhrik edir.
Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələri - gömrük rüsumları və yığımları (tarif və ya
iqtisadi tənzimləmə), gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti əməliyyatları, xarici ticarətin
icazələşdirilməsi (xüsusi icazə) və kvotalaşdırılması (qeyri-tarif və ya inzibati tənzimləmə) təcrübəsi ilə bağlı
olan müxtəlif gömrük məhdudiyyətləridir.
Gömrük hüququ. Gömrük siyasəti gömrük hüquqi normaları əsasında həyata keçirilir. Gömrük
siyasətinin dəqiq hüquq əsaslandırılmaları ona görə vacibdir ki, onun həyata keçirilməsi zamanı bilavasitə və ya
dolayısı ilə sahibkarlıq fəaliyyətinin bu və ya digər istiqamətlərini imperativ
tənzimləyərkən istər-istəməz
mülkiyyət münasibətləri sahəsinə müdaxilə edilir. Eyni zamanda, gömrük siyasətinin xarici münasibətlərə təsiri,
dövlət üçün beynəlxalq-hüquqi xarakterli öhdəliklər yaratdığından onun normalaşdırılması zərurətini doğurur.
Gömrük-hüquq normaları – gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi
prinsiplərini nizama salan və rəsmiləşdirilmə əməliyyatlarının yerinə yetirilməsi üçün mövcud qanunvericiliyə
əməl olunmasını təmin edəcək, dövlət tərəfindən müəyyənləşdirilən davranış qaydalarıdır. Bu qaydaların
məcmusu Azərbaycan Respublikası qanunvericiliyinin mühüm tərkib hissələrindən biri olan gömrük hüququnu
əmələ gətirir.
Bu və ya digər gömrük qaydaları yalnız müəyyən hüquqi formaya düşdükdən sonra hüquqi norma sayıla
bilər.
Gömrük hüququnun mənbələri dedikdə, dövlət idarəetmə orqanları tərəfindən verilən hüquqi
normalar toplusu başa düşülür.
Gömrük hüququnun mənbəyini ixtiyarı hüquqi akt deyil, yalnız gömrük işinin ümumi qaydalarını əks
etdirə bilən aktlar təşkil edə bilər. Deməli, gömrük hüququnun mənbəyi normativ xarakter daşımalıdır.
Ona görə
də, gömrük orqanlarının rəhbərlərinin vəzifəyə təyinatı, vəsaitlərin köçürülməsi, intizam cəzasının elan
olunması, tabeçilikdə olan orqanların qeyri-qanuni verdiyi əmrlərin ləğv olunması və s. barədə verdiyi əmrlər,
ümumi qaydaları özündə əks etdirmədiyinə görə, hüquqi norma sayılmır və gömrük hüququnun mənbəyi hesab
edilə bilməz. Ayrı-ayrı məsələlər üzrə verilən bu aktlar fərdi (individual) xarakterə malik olduğu üçün hüquqi
fakt qismində çıxış edir. Daha doğrusu, bu cür aktlar gömrük sferasında konkret hüquq münasibətlərini ya
dəyişdirir, ya da dayandırır.
Gömrük - hüquq aktlarında, həm normativ tapşırıqlar, həm də operativ-icra və ya hüquq-mühafizə
(hüquqqoruyucu) xarakterli tapşırıqlar da ola bilər. Bu cür aktların icraçıları, onların hansının
normativ,
hansınınsa fərdi xarakterli aktlar olmasını hər dəfə müəyyənləşdirməlidirlər.
Gömrük hüququnun mənbələri – tərkib hissələri (elementləri) gömrük işinin hüquqi tənzimlənməsi
məntiqinə uyğun olaraq, subordinasiya və ierarxiya (pilləvari) tabeçiliyi münasibətlərində olan vahid, bütöv bir
sistem təşkil edir.
Gömrük hüququ mənbələrinin yaradılması sisteminin əsas prinsipləri konstitusiyaya əsaslanması və
qanuni olmasıdır. Konstitusiyaya əsaslanma dedikdə, gömrük işinin tənzimlənməsinin əsas prinsiplərinin hüquqi
mənbələrinin çox ciddi şəkildə konstitusiya maddələrinə uyğunluğu başa düşülür. Qanunilik isə, qəbul edilmiş
fərman, qərar və sərəncamların tamamilə qanunda nəzərdə tutulmuş hüquqi normalara uyğunluğudur. Əks
halda, qəbul edilmiş qanunaltı hüquqi aktlar etibarsız sayılır.
Gömrük hüququnun mənbələri sisteminin əsas elementlərinə aşağıdakılar daxildir:
1) ölkədaxili gömrük qanunvericiliyi;
2) gömrük işi ilə bağlı ölkənin qoşulduğu beynəlxalq hüquqi müqavilələr və sazişlər.
Gömrük işi barədə qanunvericiliyə Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”
Azərbaycan
Respublikasının Qanunu, habelə Gömrük Məcəlləsinə uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları
daxildir.
Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun, Azərbaycan Respublikasının gömrük
təcrübəsində yaranan bütün hüquqi məsələlərə münasibət bildirir və gömrük münasibətlərinin hüquqi