Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

46 
 
1) əsas bəyannamənin üç nüsxəsi;  
2) yük cədvəlinin üç nüsxəsi;  
3) bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi. 
Sərnişin daşıyan avtonəqliyyat vasitələrinə gömrük nəzarəti həyata keçirilərkən, onları idarə edənlər 
gömrük orqanlarına daşıma üçün müvafiq icazə  sənədi təqdim etməlidirlər. Bu sənədlər də  aşağıdakılar 
göstərilməlidir: 
1) 
daşıyıcının adı və yerləşdiyi yeri;  
2) 
avtobus xəttinin adını; 
3) 
 icazənin verildiyi dövlətin ərazisində  avtobus xətti trassı göstəricilərini;  
4) 
 icazə verən dövlətin  ərazisində  sərnişinlərin mindirildiyi və düşürdüldüyü 
dayanacaqların adı;  
5) 
 daşınma müddəti və avtobusların hərəkət cədvəlini;  
6) 
 əgər icazə verən dövlətin  ərazisində  sərnişinlərin mindirilməsi və endirilməsi üçün 
dayanacaqlar nəzərdə tutulmuşsa, sərnişinlərin və baqajın daşınması üçün müəyyən edilmiş tarif 
ödənclərini;  
7) 
 daşıyıcının vəzifələrini;  
8) 
 icazənin qüvvədə olan müddətini;  
9) 
 avtobus xəttinin istismara verilmə tarixini;  
Avtomobillə yük daşımaları gömrük orqanlarına qaimə  təqdim edilməsi ilə müşayiət olunur. Bu 
qaimələrdəaşağıdakılar göstərilməlidir: 
- onların tərtib edilmə yeri və tarixi; 
-  göndərənin adı və ünvanı;  
- daşıyıcının adı və ünvanı; 
- yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer; - alıcının adı 
və ünvanı; yükün qəbul edilmiş  şərti işarəsi və qablaşdırılma üsulu, təhlükəli yüklər daşındıqda isə, 
onların, adətən, istifadə olunan şərti işarəsi
- yük yerlərinin sayı, onların markalanma işarələri və nömrələri;  
-yükün brutto və ya başqa cür ifadə edilmiş kütləsi;  
- daşınma xərcləri r.  
Lazım olan hallarda aşağıdakılar qaimədə əks etdirilə bilər:  
- boşaldılıb-yüklənmənin qadağan olduğunu göstərən tapşırıq;  
- alıcının öz öhdəsinə götürdüyü xərclər;  
- əlavə olunan xərclərin məbləği (yük təhvil verildikdə geri qaytarılan);  
- yükün elan edilmiş qiyməti; yükün sığorta edilməsi üzrə təlimat;  
- daşınmanın razılaşdırılmış müddəti, daşıyıcıya verilmiş sənədlərin siyahısı;  
- sərhəd-keçid məntəqələri.  
Bundan başqa sürücünün doldurulmuş yük vərəqəsi olmalı, gömrük orqanları  tələb etdikdə o təqdim 
olunmalıdır.  
Beynəlxalq Yük Daşımaları kitabçası ilə yük daşımaları zamanı gömrük orqanlarına bu kitabçalar 
(karnetlər) təqdim olunur. Gömrük orqanlarının yükü gömrük sərhədindən keçirən  şəxslərin, gömrük 
brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş  fəaliyyətlə  məşğul olan digər  şəxslərin 
barəsində bank və digər kredit idarələrindən məlumat və arayış almaq hüququ Gömrük Məcəlləsi ilə  təsbit 
edilmişdir.  
Gömrük nəzarəti üçün lazım olan məlumatların mənbələri kimi vergi və digər nəzarət orqanları öz 
təşəbbüsləri ilə  və gömrük orqanlarının sorğusu  əsasında çıxış edə bilərlər. Gömrük nəzarəti üçün istifadə 
olunan sənədlər üç ildən az olmayaraq saxlanılmalıdır.  
Gömrük sərhədinə bitişik  ərazi gömrük nəzarəti zonası adlanır. Gömrük nəzarəti zonaları gömrük 
sərhəddi boyu, gömrük rəsmiləşdirilməsi aparılan, gömrük orqanları yerləşən və  həmçinin Dövlət Gömrük 
Komitəsinin müəyyən etdiyi digər yerlərdə yaradılır. 
Gömrük nəzarəti zonasının rejimi yüklərin yerinin dəyişdirilməsi və onlarla davranışda qaydaların daha 
ciddi reqlamentasiyası ilə  fərqlənir. Bu zonalarda istehsal və kommersiya fəaliyyəti, həmçinin malların, 
nəqliyyat vasitələrinin, digər dövlət orqanlarının vəzifəli  şəxsləri də daxil olmaqla bütün şəxslərin hərəkəti 
yalnız gömrük orqanlarının icazəsi və onların nəzarəti altında həyata keçirilə bilər. Gömrük nəzarəti zonası 
rejiminin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edilir. 
Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət mağazalarının  əraziləri və 
xüsusi gömrük rejimlərinin təsir göstərdiyi digər ərazilər də gömrük zonası hesab edilir. 
Gömrük zonasında tikilən və qurulan anbar və digər funksional sahələrə  nəzərdə tutulan əsas tələb - 
müəyyən gömrük rejimi altında yerləşdirilmiş malların gömrük nəzarətindən kənar götürülməsi və ya 


47 
 
gətirilməsini istisna etməkdir. Belə sahələrin quruluşu və  təchizatı  kənar  şəxslərin daxil olmasına imkan 
verməməlidir. Gömrük nəzarəti gedişində gömrük nəzarəti zonasındakı operativ şəraitə vizual müşahidə mühüm 
əhəmiyyət kəsb edir. 
Vizual müşahidə - gömrük zonalarının konkret şəraitində müəyyən və qeyri-müəyyən  şəxslərin 
davranışı barədə  qərarı  sərnişin özü qəbul edir. Belə seçim bəyanetmə aktı  mənasını daşıyır və  əgər gömrük 
nəzarəti həyata keçirilərkən, “yaşıl” dəhlizin seçilməsinin qeyri-qanuni olduğu aşkara çıxarsa, sərnişin hüquqi 
məsuliyyətə cəlb edilə bilər. 
«Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və 
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi 
zamanı («Yaşıl kanal» və «Qırmızı kanal») bəyan edilmənin sadələşdirilmiş Qaydaları»nın (DGK sədrinin  
22.04.2002-ci il tarixli 35 saylı əmri ilə təsdiq edilmişdir) 2-ci maddəsində göstərilir ki, fiziki şəxslər tərəfindən 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş 
qaydasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük sərhəd məntəqələrində ikikanallı 
buraxılış sistemi tətbiq edilir: «Yaşıl kanal» və «Qırmızı kanal».  
  «Yaşıl kanal» fiziki şəxslər tərəfindən malların (müşaiyət olunmayan baqajda keçirilən və poçt 
göndərişlərində göndərilən mallar istisna olmaqla) konklyudent formada bəyan edilməsi üçün nəzərdə tutulur. 
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşaiyət olunan baqajda və  əl yükündə keçirilən 
mallara şamil edilir, o şərtlə ki:  
  a)  bu  malların miqdarı  və  dəyəri Azərbaycan Respublikasının qüvvədə olan gömrük 
qanunvericiliyi ilə  həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdar və 
dəyərindən artıq olmasın;  
  b)  həmin mallara Azərbaycan Respublikasının quvvədə olan gömrük qanunvericiliyinə uyğun 
olaraq qadağalar və ya məhdudiyyətlər qoyulmasın.  
   Fiziki şəxslər «Yaşıl kanal»ı keçdikdə yazılı formada gömrük bəyannaməsi doldurulmur və verilmir. 
«Yaşıl kanal»da gömrük nəzarəti seçmə üsulu ilə aparılır. Zərurət olduqda gömrük orqanının vəzifəli şəxsləri 
«yaşıl kanal»da gömrük nəzarətinin Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş 
istənilən formasını  tətbiq edə bilərlər. «Yaşıl kanal»da gömrük nəzarətinin ayrı-ayrı formalarının tətbiq 
edilməməsi, fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərindən irəli gələn 
vəzifələrin yerinə yetirilməsindən azad etmir.  
   «Qırmızı kanal» malların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. Mütləq yazılı surətdə 
bəyan edilməli olan malların siyahısı qüvvədə olan normativ-hüquqi sənəd əsasında müəyyən edilir.  
   Yazılı gömrük bəyannaməsinin qəbulu və  rəsmiləşdirilməsi qüvvədə olan qanunvericiliyə uyğun 
həyata keçirilir.  
Elm və texnikanın müxtəlif sahələrində xüsusi biliklərə malik olmadan gömrük nəzarətinin ayrı-ayrı 
forma və metodlarından (şəxsi müayinə, uçot və hesabat sisteminin yoxlanması) istifadə olunması, bəzi mal 
növlərinin və  nəqliyyat vasitələrinin (xammal, minerallar, hərbi texnika və i.a.) yoxlanmasının həyata 
keçirilməsi mümkün deyil. Nəzərə alsaq ki, gömrük əməkdşları  bəzi hallarda lazımi xüsusi biliklərə malik 
olmaya bilərlər. Bu halda müəyyən sahələrdə peşəkar olan mütəxəssislərin xidmətinə müraciət edilməsi təbii 
sayılmalıdır.  
Qanunvericilik gömrük orqanlarına gömrük nəzarətinin həyata keçirilməsinə kömək üçün ekspertlərin 
və digər nəzarət və hüquq-mühafizə orqanlarının, mülkiyyət forması və tabeçiliyindən asılı olmayaraq müəssisə 
və  təşkilatların mütəxəssislərinin cəlb edilməsi hüququnu verir.  Mütəxəssis və ya ekspertin cəlb edilməsi 
barədə gömrük orqanının müraciəti, bu mütəxəssisin çalışdığı qurumun rəhbərliyi üçün məcburi xarakter 
daşıyır.  
Mütəxəssis və ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər, gediş-gəliş haqqı, otaqların kirayəsi, sutkalıq 
xərclər və  zəhmət haqqı  (əgər bu iş mütəxəssislərin xidməti vəzifələrinə daxil deyilsə), gömrük orqanları 
tərəfindən ödənilir. Gömrük orqanının çağırışı ilə dövlət mütəxəssislərinin ekspert sifətində çalışdığı müddətdə, 
orta aylıq əmək haqqı saxlanılır.  
Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqə əsasında istənilən əraziyə və istənilən bağlı sahəyə 
- əgər bu yerlərdə gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün lazım olan 
sənədlər yerləşirsə, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş  fəaliyyət göstərilirsə, - daxil olmaq 
hüququna malikdirlər.  
Məsələn, gəminin gömrük yoxlaması zamanı gömrük orqanı nümayəndələrinin tələbi ilə həmin gəminin 
kapitanı (onu əvəz edən şəxs) gəmidə olan bütün sahələri, bölmələri, otaqları açmağa borcludur. 
Gömrük  əməkdaşları - gömrük anbarlarına, müvəqqəti saxlanc anbarlarına, rüsumsuz ticarət 
mağazalarına və s. məneəsiz girə bilərlər.  
Bir sıra hallarda gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətinə cəlb edilən fəaliyyət həyata 
keçirilən yerlərdə bilavasitə iştirakı normativ aktlarda birbaşa nəzərdə tutulur.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə