Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə25/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   80

53 
 
Gömrük orqanlarının icazəsi olmadan bu mallar ödənc və özgələşdirmə predmeti ola bilməz. Mallar bu 
rejim altında yalnız müəyyən edilmiş müddətdə qala bilər. Bu müddətin uzadılmasına müstəsna hal kimi baxılır. 
Müddət qurtardıqdan sonra, malları müvəqqəti idxal (ixrac) edən rejimin bitməsi üzrə müəyyən edilmiş 
proseduraları yerinə yetirməlidir.  
YGB-də göstərilmiş müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına, deklarantın yazılı müraciəti ilə 
baxılır. Adətən bu halda yeni YGB tərtib edilmir. Qəbul edilmiş  qərar gömrük orqanlarının səlahiyyətli şəxsi 
tərəfindən deklarantın  ərizəsində qeyd edilir. Müsbət qərar qəbul edildikdən sonra müvafiq qeydlər YGB-yə 
daxil edilir.  
Gömrük Məcəlləsi müvəqqəti idxal (ixrac) rejiminin tətbiqinin icazəvermə qaydasını müəyyən edir. 
Həmçinin mühüm əhəmiyyət kəsb edən məhdudlaşdırma tədbiri müəyyən edilir: malların eyniləşdirilməsini 
(identifikasiyasını) təmin etmək mümkün olmadıqda, bu rejimin tətbiqinə icazə verilmir. Yük gömrük 
bəyannaməsinin gömrük orqanı tərəfindən qəbul edilməsi, müvəqqəti idxal rejiminə icazə verilməsi kimi başa 
düşülür.  
Bəzi hallarda, məsələn, gömrük ərazisinə müvəqqəti gələn (gedən) şəxslər (turistlər, ezam olunanlar və 
s.) tərəfindən  şəxsi istifadə üçün gətirilən (aparılan)  əşyalar üçün YGB doldurulması  nəzərdə tutulmur. Bu 
hallarda müəyyən edilmiş digər sənəd formaları istifadə edilir. Belə  sənədlər bir tərəfdən gömrük nəzarətinin 
həyata keçirilməsini təmin edir, digər tərəfdən malları keçirən şəxsin məqsədlərini əks etdirir.  
Müvəqqəti idxal (ixrac) edilən malların gömrük rəsmiləşdirilməsi üçün qanunvericilikdə gömrük yığımı 
alınması nəzərdə tutulmuşdur.  
Müvəqqəti idxal (ixrac) rejiminə icazə verilməsinin başlıca şərti - əvvəllər ixrac (idxal) edilmiş malların 
geri qaytarılmasıdır. Bu mallar təbii aşınma, daşınma və saxlanılmanın normal şəraitində təbii itki nəticəsində 
baş vermiş  bəzi cüzi dəyişikliklər nəzərə alınmaqla, dəyişilməz  şəkildə geri qaytarılmalıdır. Gömrük orqanı 
müəyyən edilmiş qaydalara riayət edilməsinin zəmanəti kimi müvəqqəti idxal (ixrac) rejiminə icazəni geri 
aparılma (gətirilmə) və gömrük ödənclərinin ödəniləcəyi barədə öhdəliklərlə bağlaya bilər.  
Dövlət Gömrük Komitəsi müvəqqəti idxalına (ixracına) icazə verilməyən malların kateqoriyalarını 
müəyyən edir. Belə kateqoriyalı mallarla, adətən kvotalaşdırılan mallar, sənaye tullantıları,  ərzaq malları, 
içkilər, tütün məmulatı və s. aid edilir.  
Müvəqqəti idxalına (ixracına) icazə verilən malları  şərti olaraq, verilən güzəştlərin miqdarı  və bu 
gömrük rejimi altında yerləşdirilməsi qaydasından asılı olaraq, iki qrupa ayırmaq olar:  
1.  Əgər malların müvəqqəti idxalı (ixracı) hər hansı neqativ nəticələrə  gətirib çıxarmırsa və 
gömrük orqanları tərəfindən icazə verilməyən məqsədlərlə istifadə edilməsi istisna edilirsə, onda həmin 
mallara minimal tələblər qoyulur və gömrük rüsum və vergilərindən tam azad edilir.  
2. Digər hallarda rejimin şərtləri bir qədər ağırlaşdıraraq müvəqqəti idxala (ixraca) gömrük 
ödənişlərindən qismən azad edilməklə icazə verilir.  
Gömrük Məcəlləsinə görə müvəqqəti idxalın (ixracın) müddəti iki ildən artıq olmamalıdır . Gömrük 
orqanları malların bu gömrük rejimi altında yerləşdirilməsinə icazə verərkən, konkret müddət məyyən edir. Bu 
müddət ərzində mallar onların daşınmasında məqsədləri və şəraiti nəzərə alınmaqla, müvəqqəti olaraq gömrük 
ərazisində (və ya ondan kənarda) qala bilərlər. Bununla birlikdə  məcəllədə müvəqqəti idxal (ixrac) üçün 
müddətin uzadılması imkanı nəzərdə tutulur. Müddətin uzadılması qaydası Dövlət Gömrük Komitəsi tərəfindən 
müəyyən olunur.  
DGK ayrı-ayrı mal kateqoriyaları üçün daha az və daha çox müddət müəyyən edə bilər. Gömrük 
Məcəlləsi müvəqqəti idxal (ixrac) rejiminin iki tipini müəyyən edir: 1) gömrük rüsum və vergilərindən tam 
azad edilən;  
2) qismən azad edilən. 
İqtisadiyyat nöqteyi-nəzərindən baxıldıqda, müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsum və 
vergilərindən tam azad edilməsi, bəzi hallarda belə mallardan istifadə edənlər üçün analoji mallardan ümumi 
əsaslarla istifadə edən  şəxslərlə müqayisədə,  əsassız olaraq, daha güzəştli  şərait yaradır. Belə ziddiyyətlərin, 
baxılan gömrük rejiminin tətbiq sahəsini məhdudlaşdırmadan, aradan qaldırılması üçün qanunvericilikdə 
gömrük rüsum və vergilərindən qismən azad edilməklə müvəqqəti idxal (ixrac) rejimindən istifadə edilməsi 
nəzərdə tutulmuşdur.  
Müvəqqəti idxal (ixrac) rejiminin bu tipi aşağıdakı hallarda tətbiq edilir:  
a) müvəqqəti idxal (ixrac) edilən mallara gömrük rüsum və vergilərindən tam azad etmə tətbiq 
oluna bilmədikdə;  
b) müvəqqəti idxal (ixrac) gömrük rejiminin benefisiarı  tərəfindən gömrük rüsum və 
vergilərindən tam azad edilmənin şərtlərinə riayət edilmədikdə;  
c) gömrük rüsum və vergilərindən tam azad edilməklə müvəqqəti idxal müəyyən edilmiş müddət 
həddinin uzadılması barədə məsələ qaldırıldıqda;  


54 
 
ç) başqa əsaslarla müvəqqəti idxal (ixrac) rejimində yerləşdirilmiş mallar üçün verilmiş, gömrük 
rüsum və vergilərindən azad edilmə kimi güzəştlərin təsir müddəti bitdikdə.  
Gömrük rüsum və vergilərindən qismən azad edilməni nəzərdə tutan ikinci tip müvəqqəti idxal (ixrac) 
gömrük rejimi milli iqtisadiyyatın maraqlarının qorunması üçün müəyyən təminatlar yaratmağa imkan verir. O, 
həmçinin rejimdən istifadənin özünəməxsus iqtisadi məhdudiyyətlərini müəyyən edir. Belə ki, bu halda gömrük 
vergiqoyma həcmi malların gömrük ərazisində (ondan kənarda) müvəqqəti istifadə müddətinin davamiyyəti ilə 
mütənasibdir.  
Müvəqqəti idxal (ixrac) rejimi müəyyən edilmiş müddətlər qur- tardıqda və rejimdə yerləşdirilmiş 
mallar geri aparıldıqda (gətirildikdə), yaxud müddətləri bitməmiş mallar gömrük rejimləri altında 
yerləşdirildikdə bitmiş olur. Rejimin bitməsi üzrə proseduralar müəyyən edilmiş qaydada yerinə yetirildikdən 
sonra, malları müvəqqəti idxal (ixrac) edən şəxs rejimin benefisiarı kimi onun üzərinə qoyulmuş vəzifələrdən 
azad olur. Əks halda, o, gömrük rejimindən istifadə edilməsi qaydalarının pozulmasına görə məsuliyyət daşıyır. 
Əgər müvəqqəti idxal (ixrac)  edilmiş mallar müddətin bitməsinə  qədər geri qaytarılmışsa, onlar gömrük 
orqanlarına məxsus müvəqqəti saxlanc anbarlarına və ya gömrük orqanları  tərəfindən müəyyən edilən digər 
yerlərə yerləşdirilməlidirlər (GM maddə 72). 
Rejimin bitməsinin rəsmiləşdirilməsini, bir qayda olaraq, müvəqqəti idxala (ixraca) icazə vermiş 
gömrük orqanı həyata keçirir. 
Rejimdən istifadə edilməsinin qayda və  şərtlərini pozmaqla müvəqqəti idxal (ixrac) etmiş  şəxs 
pozuntunun xarakterinə görə inzibati hüquqi və ya cinayət-hüquqi məsuliyyətə cəlb edilə bilər.  
Müvəqqəti idxal (ixrac) edilmiş malların məhv edilməsi, qaytarılması mümkün olmayan itirilməsi
qarşısıalınmaz qüvvənin təsiri altında və ya aşınma nəticəsində çatışmazlıq və digər hallar rejimin müəyyən 
olunmuş qaydada başa çatdırılmasını qeyri-mümkün edir. Müvəqqəti idxal (ixrac) etmiş şəxs bu halda o şərtlə 
məsuliyyətdən azad edilir ki, hadisələr qarşısı alınması mümkün olmayan (təbii fəlakət, müharibə  və s.) 
faktorların təsiri altında baş vermiş olsun. Bu zaman rejimin benefisiarı rejimə icazə vermiş gömrük orqanına 
lazım olan müəyyən olunmuş qaydada sənədləşdirilmiş fors-major faktını  təsdiq edən bütün sənədləri təqdim 
etməlidir (Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluq idarələrinin təsdiqedici sənədi, Ticarət-
Sənaye Palatasının şəhadətnaməsi və i.a.). bu məqsədlə fors-major şəraitinin baş verməsi üzrə sübutların təmin 
edilməsi üçün notarial hərəkətlər icra oluna bilər (şahidlərin dindirilməsi, ekspertizaya göndəriş və s.). 
Müvəqqəti idxalın (ixracın) hüquqi tənzimlənməsində beynəlxalq müqavilə  və sazişlərin normaları 
mühüm yer tutur. Bu aktlarda şərh edilən rejimin tətbiqinin müxtəlif məsələlərinin kompleks reqlamentasiyası 
öz  əksini tapır. Müvəqqəti idxalın (ixracın) beynəlxalq hüquqi tənzimlənməsinin  əsas forması dövlətlərarası 
ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq və s. münasibətlərdir. Gömrük qanunvericiliyinin təkmilləşdirilməsi 
işində toplanmış beynəlxalq gömrük tənzimlənməsi təcrübəsindən tam istifadə edilməsi, tətbiq edilən gömrük 
rəsmiləşdirilməsi sənədlərinin beynəlxalq praktikaya uyğunlaşdırılması  və tanıdılması üçün Azərbaycan 
Respublikasının mühüm beynəlxalq gömrük sazişlərinin iştirakçısı olması müasir mərhələdə aktual məsələ kimi 
qarşıda durur.  
 
 
7.2. Anbarlaşma rejimləri  
 
7.2.1. Gömrük anbarı rejimi 
 
Gömrük Məcəlləsinə görə, gömrük anbarı gətirilən malların saxlanc dövründə gömrük rüsumları, 
vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında 
saxlancından, ixrac gömrük rejiminə uyğunlaşdırılması  nəzərdə tutulan malların isə bu məcəllədə 
nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlanılmasından ibarət gömrük rejimidir. 
Diqqət etmək lazımdır ki, “gömrük anbarı” və “gömrük anbarı rejimi anlayışları qatışdırılmasın. 
Gömrük anbarı - müəyyən gömrük rejimi altında və müəyyənləşdirilmiş qaydada malların yığılmasına 
imkan verən yerdir. Hərçənd ki, çox zaman bu elə gömrük anbarlaşdırılması rejiminin özü olur. Bununla belə
bəzi hallarda bu cür anbarda başqa gömrük rejimləri altında yerləşdirilmiş mallar və ümumiyyətlə gömrük 
rejimi tətbiq edilməyən mallar da saxlana bilər (məsələn, gömrük orqanları tərəfindən təsis edilmiş anbarlarda 
xarici ticarət obyekti olmayan mallar saxlanıla bilər). 
Sahibkarlıq və xarici ticarət fəaliyyəti üçün gömrük anbarının  əhəmiyyəti ondadır ki, bir tərəfdən bu 
rejimdə yerləşdirilmiş mallar tamamilə gömrük və vergi tənzimləmələrinin təsiri altına düşmüş olur, digər 
tərəfdən xüsusi gömrük əməliyyatları ilə gömrük rüsumunun tutulması və ya qeyri-tarif tənzimlənməsi tədbirləri 
(kvotalaşdırma, lisenziyalaşdırma, icazələr) yalnız konkret sövdələşmə faktı üzrə mümkün olur. Xarici ticarət 
təcrübəsində bəzi hallarda malların idxalı anında hələ məlum olmur ki, gətirilən mallarla necə rəftar ediləcəkdir. 
Malların gömrük anbarına yerləşdirilməsi xarici ticarət  əməliyyatlarının aparılmasını asanlaşdırır. Çünki iş 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə