Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə26/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

55 
 
adamına imkan verir ki, uyğun mal bazarı konyukturası ilə digər faktorlar arasında seçim imkanı əldə etməklə, 
xarici malın sərhəddən kənara göndərilməsi və ya milli bazarda satılması şərtlərini araşdırsın.  
Gömrük anbarı rejimindən istifadə edilməsi imkan verir ki, xarici bazardakı təklif daha çox mənfəət vəd 
etdiyi zaman irihəcmli alqı (tədarük) əməliyyatı aparılsın, xarici bazarlarda satışı isə, tələbatın yüksək olduğu 
zaman həyata keçirilsin. Bu mənfəət qanunvericiliyin malın son təyinatını müəyyən etmək üçün sahibkara qərar 
qəbul etməyə imkan verən möhlət ilə müəyyən edilir.  
Gömrük anbar rejiminin həm idxalatçı, həm də ixracatçı üçün öz üstünlükləri var. İxrac zamanı mal 
sahibi malın ölkədən çıxarılması ilə əlaqədar olan gömrük əməliyyatlarını, xarici bazarın tələbatı və nəqliyyat 
vasitələri imkanı nəzərə alınmaqla, qabaqcadan aparmaq imkanı əldə edir.  
İdxal zamanı gömrük anbarlaşdırılması rejimi mal sahibinə imkan verir ki, mal sahibi iri partiyalar 
gətirərkən gömrük ödənişlərinin tam həcmdə birdəfəlik verilməsindən azad ola bilsin. Bu rejimdə  gətirilmiş 
mallar üçün gömrük ödənişlərinin nəzərdə tutulmaması imkan verir ki, sahibkar, az müddətdə satışa zəmanət 
olmadan, bəzi hallarda kifayət qədər böyük məbləğdə vəsaiti (gömrük rüsum və yığımları üçün) dondurulmuş 
vəziyyətdə saxlamaqdan canını qurtarsın.  
Gömrük anbarı rejiminin tətbiqi gömrük anbarı haqqında  əsasnamə  və gömrük anbarlarının təsis 
edilməsi qaydaları hazırlanmaqla həyata keçirilir.  
“Gömrük anbarları haqqında” Əsasnamə Dövlət Gömrük Komitəsi sədrinin 11.XI.1998-ci il tarixli 
64 saylı əmri ilə təsdiq edilmiş və 24 noyabr 1998-ci ildə AR Ədliyyə Nazirliyində qeydə alınmışdır (Qeydiyyat 
№ 135). 
Azərbaycan Respublikasının prezidenti H.Ə.Əliyevin 11.IX.2002-ci il tarixli “Azərbaycan 
Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə 
gömrük anbarının yaradılması sahəsindəki çətinliklər aradan qaldırılmış  və gömrük anbarının yaradılması 
zamanı olan bürokratik əngəllər demək olar ki, tamamilə ləğv edilmişdir. 
İstənilən mallar gömrük anbarı rejimi altında yerləşdirilə bilər. Azərbaycan Respublikasına gətirilməsi 
və Azərbaycan Respublikasından aparılması qadağan olunmuş mallar, həmçinin siyahısı Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən mallar istisna edilir.  
Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb edən mallar xüsusi təchiz edilmiş 
yerlərdə saxlanılmalıdır.  
Gömrük anbarına mallar gömrük orqanlarının səlahiyyətli vəzifəli  şəxslərinin iştirakı  və icazəsi ilə 
yerləşdirilə bilər. Bu zaman gömrük orqanına aşağıdakı sənədlər təqdim edilir:  
1) gömrük yük bəyannaməsi;  
2) yük və malların - müşayiət sənədləri (qaimələr, konosamentlər, spesifikasiyalar, hesab-
fakturalar və s.); 
3) gömrük sənədləşmələri və gömrük nəzarəti üçün vacib olan digər sənədlər. 
Gömrük anbarına yerləşdirilən mallara sertifikat tələb olunmur.  
Gömrük anbarında bəzi spesifik, digər mallara təsir edə biləcək və ya xüsusi anbarlaşdırma şəraiti tələb 
edən mallar üçün bəzi bölmələr və ya sahələr təşkil edilə bilər. Anbarın təsisçisindən və təsis məqsədindən asılı 
olaraq gömrük anbarları açıq və qapalı tipli ola bilərlər.  
Açıq tipli gömrük anbarı istənilən şəxslərin istifadəsi üçün imkan yaradır. 
Qapalı tipli gömrük anbarları yalnız müəyyən şəxslərin mallarının saxlanılması üçün nəzərdə tutulur.  
Anbarın sahibi qapalı tipli gömrük anbarı təsis edilməsinin məqsədəuyğunluğunu əsaslandırmalıdır.  
Gömrük orqanlarının razılığını aldığı  təqdirdə, anbarın sahibi gömrük anbarlaşdırılması rejimi altında 
saxlanılması nəzərdə tutulan malların siyahısını müəyyən edir və tələb olunduqda gömrük orqanının müəyyən 
etdiyi həcmdə bank zəmanəti təqdim edir. 
Gömrük anbarının  ərazisi gömrük nəzarət zonasıdır və bu rejimin də pozulmasına görə qüvvədə olan 
gömrük qanunvericiliyi ilə müəyyən edilmiş cəza tədbirləri nəzərdə tutulur.  
Gömrük anbarının quruluşu və təchizatı malların gömrük nəzarətindən kənar gətirilməsi və çıxarılması 
imkanlarını istisna etməlidir. Anbarın  ərazisi elə qapanmalıdır (əhatə edilməlidir) ki, kənar  şəxslərin gömrük 
nəzarəti altında olan mallara yaxınlaşmasını istisna etsin.  
Anbar sahibi:  
1) saxlanmağa verilmiş malların gömrük nəzarətindən kənar götürülməsi imkanını istisna etməlidir;  
2) gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməməlidir; 
3) gömrük anbarının təsis edilməsi üçün verilən icazənin şərtlərini yerinə yetirməlidir;  
4) gömrük anbarından istifadə proseduralarındakı tələblərə riayət etməlidir;  
5) gömrük orqanının bütün qanuni tələblərini, o cümlədən bu orqan əməkdaşlarının malların saxlandığı 
yerə buraxılmasını təmin etməlidir; 
6) anbarda saxlanılan malların uçotunu aparmalı və hesabat təqdim etməlidir.  
Gömrük anbarının sahibinin aşağıdakı hüquqları vardır: 


56 
 
1) gömrük anbarlaşdırılması üzrə göstərdiyi xidmətin qarşılığını tələb edə bilər;  
2) anbarda saxlanılan mallarda qanunvericiliklə müəyyən edilmiş əməliyyatlar apara bilər.  
Gömrük anbarı sahibi və malını saxlanmağa verən  şəxs arasındakı münasibətlər müqavilə  əsasında 
qurulur. Saxlanma müqaviləsinin real xarakteri malın saxlanmağa verilməsi anından qüvvəyə minməsini 
nəzərdə tutur. Bu əməliyyat gömrük anbarında saxlanan kitabda gömrük əməkdaşının təsdiqi ilə qeydiyyata 
salınır.  
Mal sahibinin seçdiyi gömrük rejimi üzrə gömrük ödəncləri ödənildikdən sonra malın sahibinə verilmə 
anından müqavilə üzrə öhdəlikləri yerinə yetirilmiş sayılır. Malın verilməsi gömrük əməkdaşı  tərəfindən 
şəhadətləndirilməlidir.  
Açıq tipli gömrük anbarında saxlanma müqaviləsi anbar şəhadətanaməsi şəklində rəsmiləşdirilir: birinci 
nüsxə gömrük anbarında saxlanılır və malın geri verilməsi üçün əsas rolu oynayır; ikinci nüsxə malı saxlanmağa 
verən şəxsə təqdim edilir; üçüncü nüsxə maliyyə hesabatları üçün istifadə edilir. Gömrük orqanı adından anbar 
şəhadətnaməsi gömrük anbarının müdiri tərəfindən, gömrük orqanının baş mühasibinin müavini tərəfindən, 
həmçinin maddi-məsul vəzifə tutan və bilavasitə malı anbara yerləşdirən vəzifəli  şəxs tərəfindən imzalanır. 
Anbar  şəhadətnaməsində digər vacib informasiya ilə yanaşı saxlanmağa verilmiş malların sərbəst bazar 
qiymətləri ilə müəyyən edilən dəyəri göstərilməlidir. Bu xüsusiyyət anbar sahibinin günahı ucbatından 
saxlanmağa verilmiş malın itirilməsi, çatışmamazlığı və zədələnməsi və ya zay olması zamanı vurulmuş zərərin 
miqdarını müəyyən etmək üçün istifadə olunur.  
Gömrük anbarında saxlanılan malların olduğu kimi qalmasını təmin etmək üçün həmin mallar üzərində 
aşağıdakı əməliyyatlar aparıla bilər:  
1) təmizləmə və malların mühafizəsinin təmin edilməsi üzrə tədbirlər;  
2) havasının dəyişdirilməsi;  
3) qurudulma;  
4) ən münasib saxlama temperaturunun yaradılması;  
5) qoruyucu qablaşdırmaya yerləşdirilməsi;  
6) qoruyucu sürtgü və konservantlar çəkilməsi;  
7) daşınmadan əvvəl korroziya əleyhinə örtüklə örtülməsi.  
Gömrük anbarında yerləşdirilmiş malların satışının və daşınmasının hazırlanması  və digər məqsədlər 
üçün (məsələn prob və nümunələr götürülməsi) də bir sıra  əməliyyatlar aparıla bilər (məsələn, çeşidləmə, 
nömrələmə və s.). Mallar üzərində aparılan bütün əməliyyatlar, həmin malların XİF-in mal nomenklaturası üzrə 
təsnifatının rəqəm kodunun 9-cu işarəsi səviyyəsində dəyişməsi ilə əlaqədar keyfiyyətini dəyişməməlidir.  
Malların satışa və daşınmağa hazırlanması  əməliyyatları yalnız gömrük orqanının icazəsi ilə 
mümkündür.  
Gömrük anbarı sahibinin hüquqi statusunun təyin edilməsində xüsusi yeri gömrük ödənişlərinin 
ödənməsi ilə bağlı məsələlər tutur.  
Gömrük rüsumlarının, vergilərinin və digər gömrük yığımlarının ödənməsi üçün məsuliyyəti:  
a) malların açıq tipli gömrük anbarlarında yerləşdirilməsi zamanı malı anbara yerləşdirən şəxs; 
b) malların qapalı tipli gömrük anbarlarında yerləşdirilməsi zamanı gömrük anbarının sahibi daşıyır. 
Gömrük orqanı anbar sahibi ilə birgə gömrük nəzarətinin təşkili zamanı gömrük anbarına daxil olmağa 
icazəsi olan işçilərin siyahısını hazırlayır. Gömrük nəzarətinin təmin edilməsi məqsədi ilə gömrük orqanı tikilini 
iki bağlama qurğusu (qıfıl və ya digər) ilə təchiz edilməsini tələb edə bilər. Bu zaman bir qurğunun istifadəsi 
gömrük orqanının sərəncamında qalır.  
Anbarın sahibi gömrük orqanının  əməkdaşları üçün təmənnasız  əsnada gömrük nəzarəti zonasında 
(gömrük anbarının  ərazisində) iş yeri təşkil etməli, onlar üçün tam təchiz edilmiş xüsusi iş otağı ayırmalı, 
nəqliyyat və rabitə ilə təmin etməlidir.  
Gömrük nəzarətinin təşkili anbar zonasının təchiz edilməsi, tikililərin və onları  əhatə edən  ərazinin 
qorunması, buraxılış rejiminin təşkili anbar sahibinin vəsaiti hesabına həyata keçirilir.  
 
7.2.2. Sərbəst anbar rejimi 
 
Sərbəst anbar gömrük rejiminin əsas məqsədi, xarici malları müəyyən edilmiş  ərazi sərhədləri 
daxilində  və ya binalarda gömrük rüsum və vergiləri alınmadan, həmçinin bu mallara iqtisadi siyasət 
tədbirləri tətbiq edilmədən yerləşdirilməsindən ibarətdir. 
Bu gömrük rejimi altında ərazisinə gətirilməsi və aparılması qadağan olunan mallar da yerləşdirilə bilər.  
Sərbəst anbar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən icazə alındıqdan sonra təsis 
edilə bilər. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə