Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə29/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

61 
 
tədbirləri tətbiq edilmir və onlar, ümumi halda nəzərdə tutulmuş olarsa, ixrac gömrük rüsumu və vergilərindən 
azad edilirlər.  
Emal üçün gətirilmiş xarici mallar və ya onların emal məhsulları gömrük ərazisində  sərbəst dövriyyə 
üçün buraxılırsa, onlar idxal gömrük rüsum və vergilərinə cəlb edilir.  
Gömrük nəzarəti altında malların emalı gömrük rejimi bitdikdə  və emal məhsulları milli gömrük 
ərazisində  sərbəst dövriyyəyə buraxıldıqda, onların dövlət standartları ilə müəyyən edilmiş  təhlükəsizlik 
tələblərinə cavab verməlidirlər. 
 
7.3.3. Gömrük ərazisindən kənarda emal rejimi  
 
Gömrük ərazisindən kənarda malların emalı rejiminin digər emal rejimləri kimi iqtisadi xarakteri daha 
böyük əhəmiyyət kəsb edir, amma onlardan fərqli olaraq passiv tipə aid edilir.  
Bu halda da ödənişlərin təxirə salınması prinsipi tətbiq edilir: mallar emal üçün gömrük ərazisindən 
kənara aparılarkən ödənilmiş gömrük rüsum və vergiləri, kompensasiya mallarının gömrük ərazisində 
sərbəst dövriyyə üçün buraxılması ilə rejimin fəaliyyəti bitdikdən sonra geri qaytarılmalıdır. Bu halda 
vergi güzəştlərindən istifadə edilməsi məhdud xarakter daşıyır.  
Milli iqtisadiyyatın emal sahələrinin inkişaf etdirilməsinin obyektiv tələbatı, ixraca meylli istehsal 
sahələrinin stimullaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.  
Gömrük  ərazisindən kənarda malların emalı gömrük rejiminin tətbiqini müəyyən edən Gömrük 
Məcəlləsi, digər emal rejimlərində olduğu kimi bu rejimdə də onun hüquqi reqlamentasiyasının ümumi əsasını 
müəyyən edir. Bu müddəaların detallaşdırılması  və konkretləşdirilməsi Nazirlər Kabinetinin, Dövlət Gömrük 
Komitəsi ilə digər dövlət orqanlarının birgə normativ aktları və DGK-nin öz aktları ilə həyata keçirilir.  
Aşağıdakı hallarda gömrük ərazisindən kənarda malların emalı gömrük rejimindən istifadə edilməsinə 
icazə verilmir:  
1)  əgər malların çıxarılması idxal gömrük rüsum və vergilərinin qaytarılması, onlardan azad 
edilməsi, yaxud ixracda nəzərdə tutulmuş ödəmələrin alınmasını tələb etməyə əsas verirsə; 
2) mallar emal üçün çıxarılana qədər, sərbəst dövriyyə üçün buraxılış rejimindən idxal gömrük 
rüsum və vergilərindən azadetmənin təsir müddəti ərzində;  
3) DGK-nın  İqtisadi  İnkişaf və Maliyyə Nazirlikləri ilə razılaşdıraraq müəyyən etdiyi digər 
hallarda.  
Gömrük Məcəlləsində gömrük ərazisindən kənarda emal edilməsi mümkün olmayan malların hər hansı 
siyahısı yoxdur. Ümumi qayda ilə Azərbaycan gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar bu 
rejimdə də yerləşdirilə bilməz.  
Gömrük ərazisindən kənarda emal üçün icazə aşağıdakı hallarda verilə bilər:  
1) gömrük orqanları, kompensasiya mallarının bu gömrük rejimində  çıxarılmış malların emalı 
nəticəsində alınmasının müəyyən edilməsini mümkün saydıqda;  
2) malların gömrük ərazisindən kənarda emalı Azərbaycan iqtisadiyyatının maraqlarına ciddi 
zərbə vurmadıqda.   
Nazirlər Kabineti Respublikanın mənafeyini nəzərə alaraq müstəsna hal kimi gömrük ərazisindən 
kənarda emal edilən mallardan alınan məhsulların xarici mallarla əvəz edilməsi qaydasını müəyyən edir (GM 
maddə 92). 
Azərbaycan Dövlət Gömrük Komitəsi malların emalı üzrə ayrı-ayrı 
əməliyyatların 
məhdudlaşdırılmasını, Azərbaycan mallarından istifadə edilməsinin mümkünlüyü və qaydaları da daxil olmaqla 
emal  əməliyyatlarının  şərtlərini  İqtisadi  İnkişaf Nazirliyi ilə birgə müəyyən edir. DGK həmçinin gömrük 
məqsədləri üçün emal məhsullarının məcburi hasilat miqdarını  təyin etmək qaydalarını da İqtisadi  İnkişaf 
Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.  
Dövlət Gömrük Komitəsi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla artıq ödənilmiş  və ya alınmış gömrük 
ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir.  
Hər üç emal gömrük rejimindən istifadənin əsasını vahid baza prinsipləri təşkil etdiyindən, malların bu 
rejimdə emalının hüquqi reqlamentasiyası digər emal rejimləri ilə müəyən edilən müddəaları analoji xarakter 
daşıyır. Bu xüsusiyyət icazənin alınması, onların ləğvi və ya geri çağırılması, rejimin benefisiarlarına qoyulan 
tələblər, malların emal müddətləri və sairəyə aiddir.  
Malların gömrük ərazisindən kənarda emalı zamanı rejimin fəaliyyəti, kompensasiya mallarının 
Azərbaycan gömrük ərazisində  sərbəst dövriyyə üçün iqtisadi siyasət tədbirləri tətbiq etmədən, həmçinin, 
gömrük rüsum və vergilərindən tamamilə, yaxud qismən azad edilməklə buraxıldıqda bitir.  
Emal məhsulları idxal gömrük rüsum və vergilərindən o zaman azad edilir ki, onlar emal üçün icazə 
almış şəxs, yaxud onun gömrük brokeri tərəfindən bəyan edilmiş olsun. Bu azadetmə iki formada tətbiq edilir. 
Tam azadetmə o zaman mümkündür ki, gömrük orqanı:  


62 
 
- malların emalında məqsədin yalnız təmir olduğuna; 
- bu təmirin müqavilə və ya qanunvericiliyə görə təmənnasız aparıldığına əmin ola bilsin. 
Əgər malların sərbəst dövriyyə üçün ilkin buraxılışında çatışmazlıqlar nəzərə alınmışsa, tam azadetmə 
tətbiq edilə bilməz.  
İdxal gömrük rüsum və vergilərindən qismən azadetməyə aşağıdakı hallarda yol verilir:  
- çıxarılmış malların təmiri təmənna ilə aparılır;  
- çıxarılmış mallarla rejimin reqlamentasiyası ilə müəyyən edilmiş emal əməliyyatları aparılır.  
Qismən azadetmə yol verilən hallarda gömrük vergiləri təmirin və emal üzrə  əməliyyatlarının dəyəri 
nəzərə alınmaqla hesablanır. Başqa sözlə, çıxarılmış malların emalı prosesində əlavə edilmiş dəyər nəzərə alınır.  
Əgər mallar gömrük ərazisindən kənara emal üçün aparılanda gömrük rüsum və vergiləri ödənilmişsə, 
rejim bitdikdə, onun reqlamentasiyasına uyğun olaraq, onlara faiz hesablanmadan geri qaytarılır.  
Qabaqcadan ödənilmiş  məbləğlərin qaytarılması kompensasiya mallarının idxal edilməsi və onların 
gömrük rəsmiləşdirilməsindən sonra həyata keçirilir.  
Ödənilmiş  məbləğlərin maksimum saxlanılma müddəti DGK tərəfindən müəyyən edilir. Bu müddət 
bitdikdən sonra onlar büdcəyə köçürülür və geri qaytarılmır.  
Əgər emal üçün aparılmış Azərbaycan malları emala məruz qalmamışlarsa, rejimin benefisiarının xahişi 
ilə gömrük orqanları belə malların əvvəl ödənilmiş gömrük vergiləri məbləğinin geri qaytarılması ilə idxalına 
icazə verə bilərlər.  
Gömrük ərazisindən kənarda malların emalı rejimindən istifadə edilməsi ilə emal üçün aparılmış, yaxud 
onlardan alınmış kompensasiya malları uyğun olaraq, Azərbaycan gömrük ərazisinə qaytarılmamışsa və ya 
vaxtında qaytarılmamışsa, emal üçün icazə  almış  şəxs azad edildiyi gömrük ödənişlərinin ödənilməsi 
vəzifəsindən başqa, qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıyır. Belə halda məsuliyyətdən azad olmaq o 
zaman mümkün ola bilər ki, aparılmış malların geri qaytarılması, mümkün olmayan itirilməsi, malları  və ya 
emal məhsullarının qəza, qarşısıalınmaz qüvvə, malların normal şəraitdə saxlanılması və daşınması zamanı təbii 
daşınma və itki nəticəsində, Azərbaycan qanunvericiliyinə görə xarici dövlətin orqanları və vəzifəli şəxslərinin 
hərəkətləri nəticəsində baş vermiş olsun. Sadalanan hallarda məsuliyyətdən azad olunmaq üçün malların itirilmə 
və ya məhvedilmə faktı Azərbaycan Respublikasının xaricdəki konsul idarələri tərəfindən təsdiq olunmalıdır.  
Bununla belə gömrük ərazisindən kənarda malların emalı gömrük rejimini digər emal rejimlərindən 
fərqləndirən hüquqi reqlamentasiyasının əsas aspektləri, rejimin tətbiqi mexanizmində özünü biruzə verir.  
Gömrük Məcəlləsi bu rejimdə gömrük ərazisində malların emalı rejmində istifadə edilən əməliyyatların 
aparılmasına icazə verir:  
1) montaj, yığma və digər mallara uyğunlaşdırma da daxil olmaqla, malların hazırlanması;  
2) malların işlənilməsi və emalı;  
3) bərpası və qaydaya salınması da daxil olmaqla, malların təmiri;  
4) emal prosesində tam və ya qismən sərf olunması ilə emal məhsullarının istehsalına kömək edən və 
yüngülləşdirən bəzi köməkçi malların istifadəsi. 
Gömrük Məcəlləsi digər emal rejimləri üçün nəzərdə tutulmuş məhdudiyyətlərdən başqa, bu rejim üçün 
əlavə məhdudiyyətlər nəzərdə tutur.  
Gömrük Məcəlləsi hər üç emal rejimi üçün verilmiş icazənin ləğv edilməsi və geri çağırılmasının vahid 
qaydalarını müəyyən edir.  
Gömrük Məcəlləsinə görə malların emal müddəti DGK tərəfindən müəyyən edilən qaydada təyin edilir. 
Müddətlərin təyin edilməsi malların emal prosesinin iqtisadi cəhətdən məntiqəuyğun davam etmə vaxtına 
əsaslanmalıdır.  
 
7.4. Digər gömrük rejimləri  
 
7.4.1. İxrac rejimi  
 
Malların ixracı Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə 
müəyyən olunan tələblərə uyğun olaraq həyata keçirilir. Digər gömrük rejimlərindən fərqli olaraq ixrac 
rejimində malların  “rejim altında  yerləşdirilməsi  şərtləri” deyil, “rejimə irəli sürülən tələblər”  məfhumu 
tətbiq edilməsi, bilavasitə ixrac rejiminin hüquqi reqlamentasiyasından irəli gəlir.  
Gömrük Məcəlləsi ilə müəyyən edilən bu tələblər aşağıdakılardır:  
a) ixrac gömrük rüsumlarının və digər gömrük ödənclərinin ödənilməsi;  
b) iqtisadi siyasət tədbirlərinə riayət edilməsi;  
c) ixrac rejimi altında buraxılmış malların, gömrük bəyannaməsinin qəbul edildiyi günə olan 
vəziyyətində, normal saxlama və daşıma  şəraitində onların məruz qaldığı  aşınma və  təbii itkisi nəzərə 
alınmaqla, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxarılması;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə