77
gömrük rəsmiləşdirilməsi mərhələsində həmin malların gömrük daşıyıcısı tərəfindən daşınması barədə qərar
qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərancam vermək hüququ
olan şəxs
gömrük orqanının qəbul etdiyi qərara etinasız qala bilməz.
Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə qərarı həm daşıyıcı, həm
malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir.Belə qərar adi daşıyıcının, mal
göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərin ödənməsi üçün
əsas ola bilər.
Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödənişləri ödənməsinin təminatı olduqda
belə,gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər:
a) Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş
mallar”
b) İcazə alınmalı, sertifikatlaşdırılmalı və digər orqanların nəzarətinə cəlb edilməli (əgər belə
nəzarət həyata keçirilməmişsə) mallar.
BYD kitabçaları tətbiq edilməklə və gömrük müşayəti ilə yük daşınması zamanı gömrük daşıyıcısından
istifadə edilməsi məcburiyyəti tətbiq edilmir.
Gömrük daşıyıcısına tələbləri, texniki və maliyyə tələbləri olmaqla iki qrupa bölmək olar:
1) Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. onun maliyyə imkanları tələb olunan bütün
gömrük ödənişlərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir;
2) Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müqavilə bağlamalıdır.
Texniki tələblərə gəlincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük orqanları tərəfindən
müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat
vasitələrinin təchiz
edilməsi və onların yük daşınmasına buraxılması qaydalarına” uyğun olmalıdır.
Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə əsasında qurulur. Bağlanmış
müqavilədə digər müddəalarla bərabər, gömrük nəzarəti altında malların daşınması ilə bağlı gömrük
daşıyıcısının xərclərinin ödənilməsi də tənzimlənir. Müqavilə ilə təsbit edilmiş hüquq və vəzifələrdən başqa
gömrük daşıyıcısı aşağıdakı öhdəlikləri də yerinə yetirməlidir:
1) malları təyinat gömrükxanasına onların tarası və ya mövcud halı dəyişilmədən çatdırmalı;
2) gömrük orqanları tərəfindən müəyyən edilmiş çatdırılma müddətlərinə və hərəkət marşrutuna
riayət etməli;
3) malları və sənədləri təyinat gömrükxanasına yetirməli, lazım gəldikdə təqdim etməli;
4) gömrük nəzarəti altında olan mallarla birgə digər malları daşımamalı;
5) gömrük nəzarəti altındakı daşımaların uçotunu aparmalı, gömrük orqanlarına müvafiq
hesabat verməli;
6) mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri açıqlamamalı;
7) malları təyinat gömrükxanasına çatdırdıqdan sonra, onları nəzarətsiz qoymamalı, dayanacaq
yerini dəyişdirməməli, malları boşaltmamalı və başqa nəqliyyat növünə yükləməməli, qablaşdırılmanı
pozmamalı, gömrük eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir.
Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki, gömrük daşıyıcısı
nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün,həmçinin mal və nəqliyyat vasitəsinin məhv edilməsinə
görə real təhlükə yarandığını sübut etmiş olsun.
8.1.7. Bəyanetmə
Gömrük qanunvericiliyində bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraatı və gömrük
nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və nəqliyyat vasitələri barədə səhih məlumatların
müəyyən edilmiş (şifahi, yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür.
Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur:
1) mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə;
2) malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən Gömrük Məcəlləsinə müvafiq
olaraq dəyişdirildikdə;
3) Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (məsələn,
rüsumsuz ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş mallar, verilmiş icazə geri
alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir.
Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən
aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə);
- vergi;
- xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalaşdırma, lisenziyalaşdırma);
78
- gömrük sərhəddində digər dövlət nəzarəti növlərinin təşkili (baytarlıq, fitosanitar, ekoloji və s.);
- xarici ticarət statistikasının aparılması və s.
Bəyanetmə gömrük-tarif tənzimləməsi mexanizmi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İlkin
gömrük - tarif münasibətlərində (mal və nəqliyyat vasitələri bilavasitə gömrük sərhəddindən keçirilərkən)
vergilərin və gömrük rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli şəxsi tərəfindən
gömrük bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.
Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki, gömrük qanunvericiliyi gömrük
rüsum və vergilərinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və
nəqliyyat vasitələri barədə məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi
barədə son məlumatları özündə əks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir. Çünki deklarant
bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır.
Gömrük bəyanetmə prinsipi o
deməkdir ki, ödənilməsi lazım olan gömrük ödənişlərinin hesablanması
üçün lazım olan məlumatları və malları gömrük sərhədindən keçirən şəxsin özü və ya gömrük brokeri
verməlidir.
Bəyanetmədən istifadə gömrük orqanlarına mal və nəqliyyat vasitələrinə seçmə nəzarət tətbiq etməyə
imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə və nəzarət prosesini sadələşdirir. Əks halda mallar
gömrükxanalarda yığılıb qalmış olar və iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət
mübadiləsinə ləngedici, neqativ təsir göstərilmiş olardı.
Gömrük bəyanetmə prinsipinə alternativ kimi gömrük rüsumları miqdarının, mal və nəqliyyat
vasitələrinin keyfiyyət və kəmiyyət xarakteristikalarının müəyyən edilməsinin inzibati
üsulundan da istifadə
edilə bilər. Lakin bu zaman gömrük orqanları deklarantın bəyan etdiyi məlumatları gömrük nəzarətinin
nəticələri ilə müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin azalmasına
gətirib çıxarardı. Bundan başqa gömrük bəyannaməsindən istifadə edilməməsi meydana çıxan mübahisəli
məsələlərin həllini çətinləşdirər, məhkəmə və inzibati araşdırma hallarının çoxalmasına səbəb olardı.
Məhkəmədə əsas sübut rolunu oynayan yazılı bəyannamə olmadan belə mübahisələrin həlli çox çətin, hətta
qeyri-mümkün olardı.
8.1.8. Bəyanetmə formaları
Bəyanetmənin forma və qaydaları Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Əsas bəyanetmə
formaları yazılı və şifahi formalar olaraq qəbul edilir. Qanunvericilik digər bəyanetmə formalarına da
yol verir -
bunlar məlumatların elektron ötürülməsi və konklydent hərəkətlər (konklydent hərəkət - şəxsin nə etmək
istədiyini bildirən səssiz hərəkətlərə deyilir) hesab olunur. Müasir gömrük təcrübəsi konklydent hərəkətlər
vasitəsi ilə bəyanetmədən beyənxalq hava limanlarında “yaşıl” və “qırmızı” dəhlizlər metodu tətbiq edilməklə
istifadə olunmasını məqbul sayır.
Sərnişin yazılı bəyannamə təqdim etmədən, “yaşıl dəhliz” seçmə faktının özü ilə gətirilməsi, yaxud
aparılması qadağan edilmiş, həmçinin, vergitutma obyekti olan mallara bu anda sahib olmadığını elan etmiş
olur.
Bir qayda olaraq sərnişinin əl yükü və şəxsi baqajının gömrük rəsmiləşdirilməsi zamanı bəyannamə
tətbiq edilir.
8.1.9. Yük gömrük bəyannamələrinin doldurulması qaydaları
Bu qaydalar malların ixrac və sərbəst dövriyyə üçün buraxılış gömrük
rejimləri üzrə yük gömrük
bəyannaməsinin doldurulma qaydalarını müəyyən edir.
Qaydalar Dövlət Gömrük Komitəsi sədrinin
17.06.1998-ci il tarixli 027 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
23.06.1998-ci ildə qeydə alınmışdır (Qeydiyyat N 110
).
YGB dəsti dörd dəstləşdirilmiş əsas vərəqədən, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə
vərəqələrdən ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət
olmalıdır.
Qrafaların adlarının rus dilində yazıldığı, həmçinin informasiya şəbəkəsi xaricində əlavə qeydlərin
olduğu blanklardan da istifadə olunmasına yol verilir.
YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar (XİF
MN üzrə mal mövqeyi
9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.
Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə
vərəqələrdən istifadə edilir. Əlavə vərəqələrin hər biri üç adda malı bəyan etməyə imkan verir.
Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə 33-dən artıq vərəqə
əlavə oluna bəlməz) məlumat bəyan oluna bilər. Əlavə vərəqələrin doldurma qaydaları, əlavə vərəqdə