93
Kompensasiya rüsumları (“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə):
Kompensasiya latınca “
compensatio” sözündən olub, hərfi mənası
“ödəmə” deməkdir.
Ölkənin gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və ya dolayı yolla
subsidiyalardan (subsidiya latınca
“subsidium” sözündən olub, hərfi mənası
“yardım”, “kömək” deməkdir.
Subsidiya, dövlətin büdcə vəsaiti hesabına yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə əsasən pul
formasında göstərdiyi yardımdır) istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli
istehsalçılarına ziyan vurduqda və yaxud
bu hal istisna edilmədikdə, habelə ölkədə bu malların istehsalının
təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə kompensasiya rüsumları tətbiq edilir.
Xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq edilməzdən əvvəl Azərbaycan Respublikasının
müvafiq idarəetmə orqanlarının təşəbbüsü ilə qanunvericilik normalarına uyğun olaraq 10 gün müddətində
təhqiqat aparılır. Bu zaman çıxarılacaq qərarlar kəmiyyətcə müəyyən edilmiş qərarlara əsaslanmalıdır.
Hər bir xüsusi hal üçün tətbiq olunacaq rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir və bu dərəcələr təhqiqatın müəyyən etdiyi qiymətlərin dempinq azaldılmasının,
subsidiyanın və aşkar olunan dəymiş ziyanın məbləğinə mütənasib olmalıdır.
Gömrük güzəştləri. Bütün gömrük güzəştləri mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Ölkənin ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və birtərəfli qaydada, gömrük
sərhədindən keçirilən
mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişlərindən azadetmə, rüsum dərəcələrinin aşağı
salınması, malın güzəştli gətirilməsi və ya aparılması üçün tarif kvotaları şəklində verilən güzəştlər tarif
güzəştləri adlanır.
“Gömrük tarifi haqqında” Qanunun 36-cı maddəsinə görə aşağıdakı hallarda güzəştlər verilə bilər.
1) Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun
olaraq gömrük nəzarəti altında ölkə ərazisinə müvəqqəti gətirilən və aparılan mallar;
2) Azərbaycan Respublikasının iştirakçısı olduğu hökumətlərarası sazişlərə müvafiq
olaraq xaricdə
investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;
3) Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən dövlət ehtiyacları
üçün ölkənin gömrük ərazisindən çıxarılan mallar;
4) xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay
şəklində ölkənin gömrük ərazisinə gətirilən, həmçinin qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətinin və
ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzərdə tutulmuş
hallarda və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici sərmayələrin
öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindənistehsal edilərək ölkə ərazisindən çıxarılan
müxtəlif növ mallar.
Əslində tarif tənzimlənməsi özündə bir neçə qarşılıqlı əməliyyatları əks etdirən mürəkkəb bir prosesdir.
Bunlardan bizim üçün daha maraqlı olanı malın mənşə ölkəsinin müəyyənləşdirilməsi
və gömrük dəyərinin
müəyyən edilməsidir. Malın gömrük dəyəri və onun müəyyən edilməsi üsulları barədə 9-cu mövzuda geniş
məlumat verildiyi üçün, ətraflı şərhə ehtiyac görmürük.
Malın mənşə ölkəsinin müəyyənləşdirilməsi gömrük əməliyyatlarının sadələşdirilməsi və unifikasiyası
(“Unifikasiya” latınca
“uni” (“vahid”) və
“facio” - “edirəm” sözlərindən götürülüb, mənası “vahid edirəm”
yəni vahid şəklə, formaya, və ya sistemə salmaq deməkdir) barədə Kioto Konvensiyasında öz əksini tapmış
beynəlxalq təcrübəyə əsaslanır. Malın mənşə ölkəsinin təyin edilməsinin hüquqi əsaslarını “Gömrük
tarifi
haqqında” qanun ilə (24-32-ci maddələr) təsbit edilmişdir.
Malın
“mənşə ölkəsi” məfhumunu malın istehsal edildiyi ölkələr qrupu, gömrük ittifaqları, dövlətin bir
hissəsi və yaxud konkret regionu başa düşülür.
Malın mənşəyinin bəyan edilən ölkə olduğunu müəyyənləşdirmək üçün, gömrük orqanı malın
mənşəyi
haqqında sertifikat
(“Sertifikat” fransızca
“certifikat”, latınca
“sertifiko” sözündən olub, mənası
“təsdiq
edirəm” deməkdir.
Xarici ticarətdə səlahiyyətli orqanların verdiyi və əmtənin keyfiyyətini təsdiq edən
sənədə sertifikat deyilir) tələb edir.
“Gömrük tarifi haqqında” qanunun 29-cu maddəsinə görə, ölkəmizin gömrük ərazisinə mal gətirilərkən
aşağıdakı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır:
1) mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan
mallara;
2) müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri ilə və ya xarici iqtisadi fəaliyyətin digər
üsulları ilə tənzimlənən mallar;
3) Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin, Azərbaycan
Respublikasının ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı, yerli istehlakçılıqların hüquqlarının
müdafiəsi, ictimai asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan
Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda;
94
4) gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malın mənşəyi haqqında məlumat
olmadıqda və ya Azərbaycan Respublikasının gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən
məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.
Malın mənşə sertifikatları gömrük rəsmiləşdirilməsinə gömrük yük bəyannaməsi
və tələb olunan digər
sənədlərlə birlikdə təqdim olunur.
Hazırki, dövrdə dünya ticarətində malın mənşə ölkəsi ilə əlaqədar müxtəlif növ imtiyazların verilməsi
təcrübəsi daha geniş yayılmışdır. Belə ki, malın mənşəyindən asılı olaraq güzəştli gömrük rüsumu alına bilər və
yaxud tamamilə ödəmədən azad edilə bilər.