Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

87 
 
keçirərkən malı bir nəqliyyat vasitəsindən digərinə yükləyirsə və bu hərəkətləri ilə baş verə biləcək hadisələrdən 
uzaq olmaq üçün (yolun buz bağlaması, gəmilərin hərəkətsizliyi,  əmək mübahisələri, dövlət sərəncamları, 
müharibə  və müharibə  əməliyyatları) digər tədbirlər görərsə, onda hər hansı  əlavə  xərclər alıcının hesabına 
ödənilir.  
Satıcı və alıcı arasında riskin bölünməsi hissəsində “CFR” və “CİF” ifadələrinin adi mənəsını o zaman 
saxlamaq mümkündür ki, hadisə (malın satılmasının) satış müqaviləsi yenicə qüvvəyə minməsindən sonra baş 
versin və alıcı bu hidisədən sonra riski öz üzərinə götürməyə razılıq versin. Digər mümkün variant - riskə keçid 
momenti ilə satış müqaviləsinin bağlanmasının üst-üstə düşməsindən ibarətdir. Birinci variantın imkanı olduqca 
realdır, necə ki, daşınma zamanı malın vəziyyətini təyin etmək qeyri-mümkündür.  
Buna görə, BMT-nin 1980-cı il tarixli malların Beynəlxalq ticarətinə aid Konvensiyasının 68-ci 
maddəsində  nəzərə alınmışdır ki, əgər vəziyyət belə  tələb edərsə, daşınma müqaviləsində göstərilən və 
daşınmanı əks etdirən sənədlər daşıyıcı tərəfindən yazıldıqdan və mal daşıyıcıya verildiyi andan sonra gələcəkdə 
mümkün olan riski alıcı öz üzərinə götürür.  
 
“D” şərti (“DAF”, “DES”,”DEQ”, DDU və DDP) 
 
“C”  şərtindən fərqlənir, belə ki, “D” şərtinə görə malın “D” tipli şərt öz mahiyyəti etibarı ilə malın 
razılaşdırılmış  təyinat yerinə daxil olanadək məsuliyyəti satıcı daşıyır. Satıcı mal təyinat yerinə çatanadək 
daşınmaya görə bütün riski və xərcləri satıcı daşıyır. “C” şərtində olduğu kimi “D” tipli şərtdə də malın gəlməsi 
ilə malın göndərilməsi təsdiq olunur. “D” şərti iki kateqoriyaya bölünür: “DAF”, “DES” və “DDU” şərtlərinə 
görə satıcı malın idxalına görə əməliyyat aparmır, ancaq DEQ və DDP şərtlərinə uyğun olaraq o bu əməliyyatı 
həyata keçirir.  
Dəmiryolu daşınmalarında tez-tez DAF şərtindən istifadə olunur ki, burada keçid sənədlərinin dəmir 
yolundan alınması adət halını almışdır. Bu keçid sənədləri malın təyinat yerinə çatmasına qədər, sığorta da daxil 
olmaqla, daşınmanı əhatə edir.  
Bununla  əlaqədar  “DAF”  şərti A.8 bəndində xüsusi məna kəsb edir. Bunun nəticəsi olaraq qeyd 
edilməlidir ki, həmin keçid sənədlərinin alıcıya təqdim olunanadək mümkün risk və  xərclər satıcının payına 
düşür və o bu barədə öhdəçilik götürür. Buna uyğun olaraq sığorta və vaxta görə, həmçinin, satıcının malı 
sərhədə qədər gətirilməsi üçün çəkilən hər hansı xərc alıcının hesabına olmalıdır.  
“DDU”  şərti 1990-cı il “İnkoterms”in mətninə daxil edilmişdir. Satıcı malı  təyinat ölkəsinə 
çatdırılmasına hazır olduqda bu şərt əsas rol oynayır.  
“İnkoterms” və daşınma müqaviləsi  
Qeyd edilməlidir ki, “İnkoterms” yalnız satış kontraktlarında istifadə olunan ticarət şərtlərini izah edir, 
beləliklə o, bu və ya buna bənzər məzmunlu müqavilələrdə istifadə olunan ifadələrlə, xüsusilə müxtəlif  Çarter-
Partiya terminlərinə aid deyildir.  
Çarterin  şərti malların yüklənmə, boşaltma  əməliyyatları üçün çəkilən xərclərə  və bu əməliyyatların 
yerinə yetirilməsi üçün ayrılan vaxta (“demerc” adlanan) görə daha spesifik xarakterə malikdir.  
Satış müqaviləsinin tərəflərinə  təklif olunur ki, müqavilə bağlanarkən bu hissəyə aid xüsusi şərtlər 
tamamilə aydın olmalıdır, yəni satıcıya malın gəmiyə və ya digər nəqliyyat vasitəsinə yüklənməsinə nə qədər 
vaxtın ayrılması  və  həmçinin, alıcıya malın daşıyıcıdan təyinat məntəqəsinə çatdırılması üçün ayrılan müddət 
bəlli olmalıdır. Sonra, satıcıya “F” tipli şərtə görə yükləmə, “C” tipli şərtə görə isə boşaltma  əməliyyatları 
zamanı mümkün risk və xərcin həcmi məlum olmalıdır.  
Bu da faktdır ki, satıcı Çarter-Partiya “Fri aut” şərtinə əsasən daşınma müqaviləsini elə bağlayır ki, bu 
şərtə görə daşıyıcı daşınma zamanı boşaldılma əməliyyatından azaddır, ancaq bu demək deyildir ki, bağlanmış 
müqaviləyə görə bu əməliyyat zamanı bütün risk və xərclər alıcının üzərinə düşür, necə ki, limanın ənənəsinə 
görə hesab edilir ki, satıcı ilə bağlanmış daşınma müqaviləsinə yükün boşaldılması əməliyyatı da daxildir.  
BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük 
daşımaları barədə gömrük konvensiyasının Azərbaycan Respublikası  ərazisində  tətbiqinə Azərbaycan 
Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı sərəncamı ilə başlanılmışdır.  
“BYD kitabçası  tətbiq edilməklə yük daşımaları barədə gömrük konvensiyasının Azərbaycan 
Respublikası  ərazisində  tətbiqi qaydaları haqqında”  Əsasnamə Azərbaycan Respublikası Dövlət Gömrük 
Komitəsinin 25 may 1998-ci il tarixli 024 saylı əmri ilə təsdiq edilmiş, 26 may 1998-ci il tarixdə Azərbaycan 
Beynəlxalq Avtomobil Daşıyıcıları  Assosiasiyası (ABADA) ilə razılaşdırılaraq, 30 may 1998-ci il tarixdə 
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir (qeydiyyat nömrəsi - 104). 
BYD konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq boşaltma-yükləmələri 
həyata keçirilmədən yol-nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda və konteynerlərdə 
müqavilə  tərəflərindən birinin göndərilmə gömrükxanasından bir və ya bir neçə  sərhəddən keçməklə digər 


88 
 
müqavilə  iştirakçısı  tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının 
başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.  
Azərbaycan Respublikasında BYD prosedurasına  əməl olunmaqla daşınan mallar aralıq 
gömrükxanalarında (idxal zamanı giriş, tranzit zamanı giriş  və  çıxış) idxal və ya ixrac rüsum və vergilərinin 
ödənilməsindən və depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının 
rəsmiləşdirilməsi üçün yığımlar tutulmur.  
BYD Konvensiyasının müddəaları Azərbaycan Respublikasında ictimai mənəviyyat, ictimai asayiş
səhiyyə  və ya gigiyena, eləcə  də baytarlıq və ya fitosanitar nəzarət mülahizələrindən irəli gələn 
məhdudiyyətlərin tətbiq olunması üçün maneçilik törədilməsinə xidmət etməlidir. 
 
8.4. Azərbaycan Respublikasının ərazisinə gətirilərkən gömrük rəsmiləşdirilməsi qaydası  
 
Giriş gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır:  
- göndərilmə ölkələrinin və tranzit ölkələrin gömrük orqanları  tərəfindən doldurulmuş  və 
rəsmiləşdirilmiş BYD kitabçası;  
- icazəyə dair şəhadətnamə;  
- yük və əmtəə nəqliyyat sənədləri.  
Giriş gömrük xidmətlərinin vəzifəli  şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş 
qaydalara uyğunluğunu yoxlayır.  
BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir:  
- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş  məlumatlar yük və malı müşayiət 
edən sənədlər göstərilən məlumatlara uyğun olmalıdır);  
- BYD kitabçalarının kötüyündə göndərilmə gömrükxanasının və aralıq gömrükxanaların gömrük 
ştamplarının olmasına;  
Gömrükxananın vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların 
daşınmasının BYD kitabçasının kəsilməyən (qoparılmayan) vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasının 
düzgün doldurulduğuna əmin olmalıdırlar.  
Giriş gömrükxanaları: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini, 
konteynerlərdə icazə (buraxılma)  şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını, nəqliyyat 
vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar, 
müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər.  
BYD prosedurasında hər hansı qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası malları  və 
nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tranzit gömrük rejimi və ya 
çatdırılma prosedurası altına sala bilər.  
Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurasının hər hansı bir pozuntusu aşkar 
edilməmişsə, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə bu proseduraya uyğun 
olaraq hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.  
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi üzrə BYD prosedurasına uyğun 
olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildikdən sonra zəruri olduqda, əlavə gömrük 
təminatları qoyulur və bu barədə hər iki kəsilən vərəqdə “Xidməti  istifadə üçün” qrafasında qeydiyyat aparılır, 
həmçinin malların gömrük dəyəri müəyyən edilir.  
Malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və  sığorta 
sənədlərindən, göndərilmə ölkələrinin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, malı müşayiət 
edən digər sənədlərdən istifadə olunur. 
Nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına nömrəli kəsilən vərəqin 23-cü qrafasında 
və 1 nömrəli kötüyün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli ştampı vurulması, 
imzası və tarix qoyulması yolu ilə icazə verilir.  
Komplektin 1 nömrəli vərəqi giriş gömrükxanasında nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.  
Nəqliyyat vasitəsi və konteyner gəlib çıxdıqdan sonra təyinat gömrükxanasına aşağıdakı  sənədlər 
təqdim olunmalıdır: giriş gömrükxanasının qeydləri olan BYD kitabçası; malların rəsmiləşdirilməsi üçün zəruri 
olan yük və müşayiət edən sənədlər.  
Gömrük xidmətlərinin vəzifəli  şəxsləri BYD kitabçalarının doldurulmasının müəyyən olunmuş 
qaydalara uyğunluğunu və BYD kitabçalarında giriş gömrükxanasının ştamplarının olmasını yoxlayırlar.  
Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev Cənablarının 11.11.2008-ci il tarixli 12 saylı 
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında” Fərmanı ilə 2009-cu il yanvarın 
1-dən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi tətbiq edilir. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə