87
keçirərkən malı bir nəqliyyat vasitəsindən digərinə yükləyirsə və bu hərəkətləri ilə baş verə biləcək
hadisələrdən
uzaq olmaq üçün (yolun buz bağlaması, gəmilərin hərəkətsizliyi, əmək mübahisələri, dövlət sərəncamları,
müharibə və müharibə əməliyyatları) digər tədbirlər görərsə, onda hər hansı əlavə xərclər alıcının hesabına
ödənilir.
Satıcı və alıcı arasında riskin bölünməsi hissəsində
“CFR” və
“CİF” ifadələrinin adi mənəsını o zaman
saxlamaq mümkündür ki, hadisə (malın satılmasının) satış müqaviləsi yenicə qüvvəyə minməsindən sonra baş
versin və alıcı bu hidisədən sonra riski öz üzərinə götürməyə razılıq versin. Digər mümkün
variant - riskə keçid
momenti ilə satış müqaviləsinin bağlanmasının üst-üstə düşməsindən ibarətdir. Birinci variantın imkanı olduqca
realdır, necə ki, daşınma zamanı malın vəziyyətini təyin etmək qeyri-mümkündür.
Buna görə, BMT-nin 1980-cı il tarixli malların Beynəlxalq ticarətinə aid Konvensiyasının 68-ci
maddəsində nəzərə alınmışdır ki, əgər vəziyyət belə tələb edərsə, daşınma müqaviləsində göstərilən və
daşınmanı əks etdirən sənədlər daşıyıcı tərəfindən yazıldıqdan və mal daşıyıcıya verildiyi andan sonra gələcəkdə
mümkün olan riski alıcı öz üzərinə götürür.
“D” şərti (“DAF”, “DES”,”DEQ”, DDU və DDP)
“C” şərtindən fərqlənir, belə ki, “D” şərtinə görə malın “D” tipli şərt öz mahiyyəti etibarı ilə malın
razılaşdırılmış təyinat yerinə daxil olanadək məsuliyyəti satıcı daşıyır. Satıcı mal təyinat yerinə çatanadək
daşınmaya görə bütün riski və xərcləri satıcı daşıyır. “C” şərtində olduğu kimi “D” tipli şərtdə də malın gəlməsi
ilə malın göndərilməsi təsdiq olunur. “D” şərti iki kateqoriyaya bölünür:
“DAF”, “DES” və
“DDU” şərtlərinə
görə satıcı malın idxalına görə əməliyyat aparmır, ancaq DEQ və DDP şərtlərinə uyğun olaraq o bu əməliyyatı
həyata keçirir.
Dəmiryolu daşınmalarında tez-tez DAF şərtindən
istifadə olunur ki, burada keçid sənədlərinin dəmir
yolundan alınması adət halını almışdır. Bu keçid sənədləri malın təyinat yerinə çatmasına qədər, sığorta da daxil
olmaqla, daşınmanı əhatə edir.
Bununla əlaqədar
“DAF” şərti A.8 bəndində xüsusi məna kəsb edir. Bunun nəticəsi olaraq qeyd
edilməlidir ki, həmin keçid sənədlərinin alıcıya təqdim olunanadək mümkün risk və xərclər satıcının payına
düşür və o bu barədə öhdəçilik götürür. Buna uyğun olaraq sığorta və vaxta görə, həmçinin, satıcının malı
sərhədə qədər gətirilməsi üçün çəkilən hər hansı xərc alıcının hesabına olmalıdır.
“DDU” şərti 1990-cı il “İnkoterms”in mətninə daxil edilmişdir. Satıcı malı təyinat ölkəsinə
çatdırılmasına hazır olduqda bu şərt əsas rol oynayır.
“İnkoterms” və daşınma müqaviləsi
Qeyd edilməlidir ki, “İnkoterms” yalnız satış kontraktlarında istifadə olunan ticarət şərtlərini izah edir,
beləliklə o, bu və ya buna bənzər məzmunlu müqavilələrdə istifadə olunan
ifadələrlə, xüsusilə müxtəlif Çarter-
Partiya terminlərinə aid deyildir.
Çarterin şərti malların yüklənmə, boşaltma əməliyyatları üçün çəkilən xərclərə və bu əməliyyatların
yerinə yetirilməsi üçün ayrılan vaxta
(“demerc” adlanan) görə daha spesifik xarakterə malikdir.
Satış müqaviləsinin tərəflərinə təklif olunur ki, müqavilə bağlanarkən bu hissəyə aid xüsusi şərtlər
tamamilə aydın olmalıdır, yəni satıcıya malın gəmiyə və ya digər nəqliyyat vasitəsinə yüklənməsinə nə qədər
vaxtın ayrılması və həmçinin, alıcıya malın daşıyıcıdan təyinat məntəqəsinə çatdırılması üçün ayrılan müddət
bəlli olmalıdır. Sonra, satıcıya “F” tipli şərtə görə yükləmə, “C” tipli şərtə görə isə boşaltma əməliyyatları
zamanı mümkün risk və xərcin həcmi məlum olmalıdır.
Bu da faktdır ki, satıcı Çarter-Partiya
“Fri aut” şərtinə əsasən daşınma müqaviləsini elə bağlayır ki, bu
şərtə görə daşıyıcı daşınma zamanı boşaldılma əməliyyatından azaddır,
ancaq bu demək deyildir ki, bağlanmış
müqaviləyə görə bu əməliyyat zamanı bütün risk və xərclər alıcının üzərinə düşür, necə ki, limanın ənənəsinə
görə hesab edilir ki, satıcı ilə bağlanmış daşınma müqaviləsinə yükün boşaldılması əməliyyatı da daxildir.
BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə yük
daşımaları barədə gömrük konvensiyasının Azərbaycan Respublikası ərazisində tətbiqinə
Azərbaycan
Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı sərəncamı ilə başlanılmışdır.
“BYD kitabçası tətbiq edilməklə yük daşımaları barədə gömrük konvensiyasının Azərbaycan
Respublikası ərazisində tətbiqi qaydaları haqqında” Əsasnamə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin 25 may 1998-ci il tarixli 024 saylı əmri ilə təsdiq edilmiş, 26 may 1998-ci il tarixdə
Azərbaycan
Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə razılaşdırılaraq, 30 may 1998-ci
il tarixdə
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir (qeydiyyat nömrəsi - 104).
BYD konvensiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq boşaltma-yükləmələri
həyata keçirilmədən yol-nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda və konteynerlərdə
müqavilə tərəflərindən birinin göndərilmə gömrükxanasından bir və ya bir neçə sərhəddən keçməklə digər
88
müqavilə iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının
başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilir.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl olunmaqla daşınan mallar aralıq
gömrükxanalarında (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum və vergilərinin
ödənilməsindən və depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının
rəsmiləşdirilməsi üçün yığımlar tutulmur.
BYD Konvensiyasının müddəaları Azərbaycan Respublikasında ictimai mənəviyyat,
ictimai asayiş,
səhiyyə və ya gigiyena, eləcə də baytarlıq və ya fitosanitar nəzarət mülahizələrindən irəli gələn
məhdudiyyətlərin tətbiq olunması üçün maneçilik törədilməsinə xidmət etməlidir.
8.4. Azərbaycan Respublikasının ərazisinə gətirilərkən gömrük rəsmiləşdirilməsi qaydası
Giriş gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
- göndərilmə ölkələrinin və tranzit ölkələrin gömrük orqanları tərəfindən doldurulmuş və
rəsmiləşdirilmiş BYD kitabçası;
- icazəyə dair şəhadətnamə;
- yük və əmtəə nəqliyyat sənədləri.
Giriş gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş
qaydalara uyğunluğunu yoxlayır.
BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir:
- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş məlumatlar yük və malı müşayiət
edən sənədlər göstərilən məlumatlara uyğun olmalıdır);
- BYD kitabçalarının kötüyündə göndərilmə gömrükxanasının və aralıq gömrükxanaların gömrük
ştamplarının olmasına;
Gömrükxananın vəzifəli şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların
daşınmasının BYD kitabçasının kəsilməyən (qoparılmayan) vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasının
düzgün doldurulduğuna əmin olmalıdırlar.
Giriş gömrükxanaları: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki vəziyyətini,
konteynerlərdə icazə (buraxılma) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını,
nəqliyyat
vasitələrinin və ya konteynerlərin yük bölmələrində gömrük möhür və plomblarının vəziyyətini yoxlayırlar,
müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər.
BYD prosedurasında hər hansı qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası malları və
nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tranzit gömrük rejimi və ya
çatdırılma prosedurası altına sala bilər.
Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurasının hər hansı bir pozuntusu aşkar
edilməmişsə, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə bu proseduraya uyğun
olaraq hərəkətinin mümkünlüyü barədə qərar qəbul edilir.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi üzrə BYD prosedurasına uyğun
olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildikdən sonra zəruri olduqda, əlavə gömrük
təminatları qoyulur və bu barədə hər iki kəsilən vərəqdə
“Xidməti istifadə üçün” qrafasında qeydiyyat aparılır,
həmçinin malların gömrük dəyəri müəyyən edilir.
Malların gömrük dəyərinin müəyyən edilməsi
üçün hesab-qaimələrdən, nəqliyyat və sığorta
sənədlərindən, göndərilmə ölkələrinin gömrük bəyannamələrindən, qablaşdırma vərəqlərindən, malı müşayiət
edən digər sənədlərdən istifadə olunur.
Nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına nömrəli kəsilən vərəqin 23-cü qrafasında
və 1 nömrəli kötüyün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli ştampı vurulması,
imzası və tarix qoyulması yolu ilə icazə verilir.
Komplektin 1 nömrəli vərəqi giriş gömrükxanasında nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.
Nəqliyyat vasitəsi və konteyner gəlib çıxdıqdan sonra təyinat gömrükxanasına aşağıdakı sənədlər
təqdim olunmalıdır: giriş gömrükxanasının qeydləri olan BYD kitabçası; malların rəsmiləşdirilməsi üçün zəruri
olan yük və müşayiət edən sənədlər.
Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçalarının doldurulmasının müəyyən olunmuş
qaydalara uyğunluğunu və BYD kitabçalarında giriş gömrükxanasının ştamplarının olmasını yoxlayırlar.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının 11.11.2008-ci il tarixli 12 saylı
“
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında” Fərmanı ilə 2009-cu il yanvarın
1-dən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi tətbiq edilir.