Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə41/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

85 
 
«Е»гурупу
ЕХW
Франко-завод
«Ф» групу
ФЪА
ФАС
ФОБ
Дашыйыъынын йанына сярбяст
Эями борту бойунъа сярбяст
Эями бортунда сярбяст
«Ъ» групу
ЪФР
ЪИФ
ЪПТ
ЪИП
Дяйяр вя фрахт
Дяйяр, сыьорта вя фрахт
Дашынма ....гядяр юдянилмишдир
Дашынма щаггы вя сыьорта ... гядяр
юдянилмишдир
«Д» групу
ДАФ
ДЕС
ДЕГ
ДДУ
ДДП
Сярщядя гядяр дашынмышдыр
(чатдырылмышдыр)
Эямидян дашынмышдыр
Эяминин йан алдыьы кюрпцйядяк
дашынмышдыр (рцсумун юдянилмяси дахил
олмагла)
Рцсум юдянилмядян дашынмышдыр
(чатдырылмышдыр)
Рцсум юдянилмякля дашынмышдыр
(чатдырылмышдыр)
Рцсум юдянилмякля дашынмышдыр
(чатдырылмышдыр)
 
Uyğun şərtlər 10 bəndə bölünmüş öhdəçilikdə izah edilmişdir ki, burada da eyni suallar üzrə satıcının 
hər hansı öhdəçiliyinə uyğun olaraq alıcının da öhdəçiliyi öz əksini tapmışdır. Məsələn, satıcının öhdəçiliyi izah 
edilən A-3 bəndinə uyğun olaraq satıcı daşınmanı təşkil etməli və ödənilməsini yerinə yetirməlidirsə, alıcının 
öhədçiliyini təyin edən B.3 bəndində alıcının “öhdəçiliyi yoxdur” sözləri qeyd olunmuşdur.  
Bütün bunlar o demək deyildir ki, alıcı malın daşınmasına görə öhdəçilik götürə bilməz, ancaq şərtə 
görə onun qarşısında belə bir “öhdəçiliyi” yoxdur. 
“İnkoterms” tərəflər arasında verginin, rüsumun, digər rəsmi yığımların, habelə gömrük 
rəsmiləşdirilməsinə çəkilən xərclərin bölüşdürülməsi bölməsində tərəflər arasında çəkilən xərclərin hansı ölçüdə 
bölünməsini izah edir, hərçənd ki, satıcı malın satışından sonra onu alıcı tərəfindən neçə istifadə olunmasında 
maraqlı olmaya bilər. Və əksinə, bəzi şərtlərə görə, məsələn, “D” tipinə görə, təyin edilmiş məntəqəyədək malın 
daşınmasına görə satıcı tərəfindən çəkilən alıcını maraqlandırmır.  
Yaxşı olardı ki, malların gömrük təmizlənməsi öz ölkələrində müqavilə iştirakçıları tərəfindən və ya bu 
işlərə  vəkil edilmiş  şəxslər tərəfindən təşkil edilsin. Ancaq, bir sıra ticarət  şərtlərinə uyğun olaraq, alıcı 
məcburdur ki, gömrük təmizlənməsini satıcının ölkəsində həyata keçirsin (EXW, FAS və i.a.) və əksinə, satıcı - 
gömrük təmizlənməsini alıcının ölkəsində yerinə yetirsin (DEQ və DDP). Aydındır ki, belə hallarda alıcı  və 
satıcı müəyyən malların aparılması  və  gətirilməsi üçün qadağalarla  əlaqədar mümkün hər hansı riski öz 
üzərlərinə götürürlər. 
Onlar həmçinin, uyğun ölkə tərəfindən həmin ölkənin vətəndaşı olmayan şəxsin gömrük təmizlənməsi 
əməliyyatı aparmasına icazə verilməsini müəyyən etməlidirlər (məsələn, Rusiyanın gömrük qanunvericiliyi 
buna yol vermir). 
Ola bilər ki, alıcı EXW şərtinə uyğun olaraq malı anbar meydançasından qəbul edilməsini arzu etsin və 
ya “FAS” şərtinə görə yükü gəmi bortu boyunca qəbul etsin və eyni zamanda istəyər ki, malın ixracına görə 
gömrük təmizlənməsi satıcı tərəfindən yerinə yetirilsin.  
Belə olan halda “ixraca görə gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi müəyyən ticarət terminindən 
sonra  əlavə edilir. Əksinə elə hallar da olur ki, satıcı  “DEQ”  və ya “DDP” şərtlərinə uyğun olaraq malın 
çatdırılmasına hazırdır, lakin idxal üçün nəzərdə tutulan rüsum və rəsmi yığımların ödənilməsi üçün öz üzərinə 
tam və ya qismən öhdəçilik götürmür. Bu hal üçün onda DEQ şərtinə “rüsum ödənilmişdir” ifadəsi  əlavə 
edilməlidir və ya satıcı  tərəfindən konkret hansı vergi və  yığımların ödənilməsini istəmədiyi göstərilməlidir. 
Məsələn, DEQ və ya DDP VAT unald (əlavə edilmiş dəyərin vergisi ödənilməmişdir). 
Nəzərə alınmalıdır ki, xarici şirkətlər üçün bir çox ölkələrdə nəinki idxal lisenziyalarının alınması, hətta 
əlavə olunmuş dəyərə görə rüsum və vergilərin ödənilməsi müəyyən çətinliklərlə qarşılanır. Belə halda ən çox 
qəbul edilən şərt “DDU”dür (rüsumu ödənilmədən daşınma). 


86 
 
Ancaq bir neçə halda elə olur ki, idxal olunacaq malın idxalatçının ölkəsindəki anbarlarına qədər 
çatdırılmasını (göndərişini) öz öhdəsinə götürmüş satıcı istəyər ki, gömrük rəsmiləşdirilməsini rüsumu 
ödəmədən həyata keçirsin. Onda “DDU” şərtindən sonra “gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi  əlavə 
edilməlidir. Həmçinin D tipli terminlərinə  də digər uyğun  əlavələr edilə bilər. Məsələn, DDP, əlavə olunan 
dəyərin vergisi istisna olmaqla, DEQ, rüsum ödənilmədən və i.a.  
Bir çox hallarda tərəflər arzu edirlər ki, malın təyinat yerinə  qədər təhlükəsiz daşınması üçün hansı 
qablaşdırmadan istifadə olunması müəyyən edilsin.  
Ancaq daşınmanın müddətindən və növündən asılı olaraq satıcı  tərəfindən götürülən öhdəçilik də 
müxtəlif olur ki, buna görə də satış kontraktının bağlanmasına qədər satıcı qablaşdırmanın şərtlərindən xəbərdar 
olmalı  və yerinə yetirməlidir. Bu müddəa malların beynəlxalq ticarətinə dair kontraktlar haqqında BMT-nin 
1980-ci il Konvensiyasının 35.1 və 35.2.6 maddələrində öz əksini tapmışdır.  
Bir çox hallarda alıcı tərəfindən malların keyfiyyətinin yoxlanılmasının təşkili malın satıcıdan alınana 
qədər və ya daşınmaya qəbul edilənədək həyata keçirilməsi məqsədyönlü hesab edilir (yüklənməyə  qədər 
yoxlanılma - PSI pre-shirment  insrektion).  Əgər kontraktda başqa hal nəzərdə tutulmursa, alıcı marağına 
uyğun təşkil etdiyi belə yoxlamanın dəyərini özü ödəyir. Amma yoxlama yalnız lisenziya alınması  məqsədilə 
satıcının ölkəsində aparılarsa, onda malın yoxlanılması üçün çəkilən xərci özü ödəyir.  
 
Daşıyıcının yanında sərbəst (FSA) 
 
Qeyd olunduğu kimi, FSA termini o vaxt işlədilir ki, satıcı daşınma üzrə öz öhdəçiliyinə əməl etsin və 
malı alıcının təyin etdiyi daşıyıcıya təhvil versin. Bunun dəniz nəqliyyatında da istifadə olunması bu şərtlə 
gözlənilir ki, yük ənənəvi üsulla gəmiyə yüklənə bilməsin.  Ənənəvi FOB şərtinin burada istifadəsi münasib 
deyil, çünki satıcı gəminin gəlməsinə qədər malı yük terminalına təhvil vermək məcburiyyətindədir və əgər belə 
olmasa, o malın nəzarəti və saxlanması üçün müəyyən riskə və əlavə xərclərə yol verməlidir.  
Qeyd etmək lazımdır ki, “F” tipli şərtə görə satıcı mütləq alıcının təlimatı üzrə malları daşımaq üçün 
təhvil verir, çünki yalnız alıcı malların daşınmasına dair, daşıyıcını göstərməklə, müqavilə bağlayır.  
 
CFR, CİF CRT və CİP tipli şərtlər  
 
“C”  şərtinə müvafiq olaraq, satıcı öz hesabına adi şərtlər daxilində  nəqliyyat vasitələri ilə müqavilə 
bağlamalıdır. Buna görə də daşınmanın dəyəri hansı məntəqəyə qədər ödənilirsə bu məntəqənin adı uyğun “C” 
terminindən sonra mütləq yazılmalıdır.  
“CİF”  və  “CİP”  şərtlərinə müvafiq olaraq satıcı, həmçinin, malı  sığorta etməli və  sığorta üçün xərc 
çəkməlidir.  
Satıcı  və alıcı arasında xərclərin ayrılma məntəqəsi, adətən, təyinat ölkəsinə aid edilir və  bəzən “C” 
şərtini səhvən “D” tipli şərtə aid edirlər, ancaq bu şərtlər arasında əsaslı fərq vardır:  
“C” tipli şərtə görə satıcı daşınma prosesində hər cür riskdən azaddır, “D” tipli şərtə görə isə satıcı malın 
razılaşdırılmış  təyinat məntəqəsinə  qədər mümkün olan hər cür risk və  xərclərə görə  məsuliyyət daşıyır. 
Bununla əlaqədar, qeyd etmək lazımdır ki, “C” tipli şərt “F” tipli şərtə yaxındır, belə ki, satıcı ölkədə yükləmə 
və yolasalma üçün konkret öhdəçiliyi yerinə yetirir.  
Beləliklə, “C” və “F” tipli şərtlərlə bağlanmış satış kontraktları yükləmə kateqoriyalı kontraktlara aiddir. 
Bu kontraktlardakı qaydalara görə satıcının payına malın razılaşdırılmış təyinat yerinə qədər daşınması üçün adi 
nəqliyyat xərcləri, alıcının payına isə malın daşınması üçün təhvil verildiyi andan etibarən onun məhv edilməsi, 
xarab olma riski və əlavə xərclər düşür. Məsələn, “C” tipli şərt bütün şərtlərdən fərqli olaraq iki kritik nöqtəyə 
malikdir: birincisi, xərclərin bölünməsi sahəsində, digəri isə risklərin bölüşdürülməsi sahəsində. Bu səbəbdən 
“C” tipli şərt daxilində satıcıya əlavə öhdəçiliklər verən zaman həddən artıq diqqətli olmaq lazımdır. Başlıcası 
odur ki, bütün bunlar vaxt etibarı ilə riskin alıcıdan satıcıya keçmə anına qədər həyata keçirilsin. “C” tipli şərtin 
əsas mahiyyəti, satıcı kontrakta əsasən daşınma üçün müqavilə bağladıqdan və malı “CİF” və “CİP” şərtlərinə 
uyğun sığortaya təqdim etdikdən sonra onun gələcəkdə bütün mümkün riskdən və  xərclərdən azad 
olunmasından ibarətdir. Satıcıya imkan yaradılmalıdır ki, yük sənədlərini banka təqdim etmək yolu ilə 
ödəmələri alıcı ilə razılaşdırsın.  
Aydındır ki, satıcı adətən, daşınma üçün çəkilən bütün xərcləri ödəməlidir; fərqi yoxdur, ödəniş fraxtın 
Fraxt - ingiliscə - freight dəniz və ya hava yolu ilə yükün daşınması  xərcləridir. Daşıma müqaviləsi 
iştirakçılarının razılığı və ya tariflərlə fraxtı müəyyən edirlər) qabaqcadan mal yükləndikdən dərhal sonra (rre-
raid uron shirment) və yaxud hesablaşma təyinat yerində olsun (freight collect). 
Adətən,  əgər məntəqələrarası yüklərin boşaldılıb yüklənməsi və  həmçinin yükün bir nəqliyyat 
vasitəsindən digərinə keçirilməsi də daxil olmaqla daşınma bir neçə daşınma kontraktı ilə  həyata keçirilirsə, 
onda bu əməliyyatlar üçün bütün xərclər satıcı  tərəfindən ödənilir. Yox, əgər daşıyıcı öz hüquqlarını  həyata 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə