Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə43/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

89 
 
 Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan 
Respublikasının Dövlət Gömrük Komitəsinə  həvalə olunmuşdur. Beynəlxalq avtomobil daşımalarını yerinə 
yetirən nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsi və buna görə «Dövlət rüsumu haqqında» 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumunun tutulması da DGK-ya 
tapşırılmışdır. 
 
8.5. Azərbaycan Respublikasının  ərazisindən malların aparılması zamanı gömrük 
rəsmiləşdirilməsi qaydası  
 
BYD prosedurasına  əməl edilməklə malların daşınmasının rəsmiləşdirilməsi üçün doldurulmuş BYD 
kitabçası, nəqliyyat vasitəsinin gömrük möhür və plombları altında malların daşınmasına, buraxılmasına dair 
şəhadətnamə göndərilmə gömrükxanasına təqdim olunur.  
Gömrük orqanları BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu 
yoxlayırlar. Bu zaman BYD kitabçasının üz qabığının birinci səhifəsində möhür və imzaların olmasına, BYD 
kitabçası sahibinin üz qabığının birinci səhifəsində, kəsilməyən vərəqdə, kəsilən vərəqlərin hamısında 
imzalarının uyğunluğuna, BYD kitabçasının etibarlılıq müddətinə xüsusi diqqət yetirilir. Göndərilmə 
gömrükxanasının vəzifəli  şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların 
daşınması üçün BYD kitabçasının kəsilməyən vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasında göstərilən  şəxs 
tərəfindən həyata keçirildiyinə əmin olmalıdırlar.  
Göndərilmə gömrükxanaları  nəqliyyat vasitələrinin yük bölmələrinin və konteynerlərin texniki 
vəziyyətini, konteynerlərdə buraxılma (icazə) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını 
yoxlayır, malların nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə nəzarət edirlər. Nəqliyyat vasitələrinin yük 
bölmələrinə və konteynerlərə gömrük möhürləri və plombları vurulur.  
Rəsmiləşdirmə zamanı  hər hansı bir qayda pozuntusu aşkar edildiyi halda, göndərilmə gömrükxanası 
həmin pozuntular aradan qaldırılanalək malların BYD prosedurasına uyğun olaraq daşınmasına icazə verməyə 
bilər.  
Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurası tətbiqinin bütün şərtlərinə əməl olunduğu 
müəyyən edilmişsə, aşağıdakılar doldurulur:  
BYD kitabçasının kəsilən vərəqlərinin hamısında 16-cı qrafa;  
- 1 nömrəli kəsilən vərəqin “Xidməti istifadə üçün” qrafasında və 1 nömrəli kötüyün 5-ci qrafasında 
digər məlumatlar içərisində malların Azərbaycan Respublikasından aparılmasının müvafiq gömrük rejiminin 
kodu və malların faktiki aparılamasına nəzarət həyata keçirilirsə “Nəzarət” sözü də göstərilir;  
- komplektin kəsilən vərəqinin 1 nömrəli kötüyü;  
- komplektin hər iki kəsilən vərəqinin 18-23 qrafaları;  
- 1 nömrəli kəsilən vərəqin 23-cü qrafasında və 1 nömrəli kötüyün 6-cı qrafasında gömrük orqanının 
vəzifəli şəxsinin nömrəli möhürü vurulur, imzası və tarix qoyulur.  
Komplektin 1 nömrəli vərəqi BYD kitabçasından ayrılır və lazım gəldikdə  nəzarətə götürülür. 
Rəsmiləşdirilmiş BYD kitabçası xüsusi jurnalda qeydiyyata alınır. Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya 
qaytarılır.  
Mallar təkrar ixrac gömrük rejimi altına qoyulduqda, həmçinin aşağıda göstərilən gömrük rejimləri 
altında yerləşdirildikdə, onların Azərbaycan Respublikası  ərazisində faktiki aparılmasına nəzarət göndərilmə 
gömrükxanası tərəfindən həyata keçirilir.  
- müvəqqəti gətirilmə (idxal) (kod 31);  
- gömrük anbarı (kod 74);  
- gömrük nəzarəti altında emal (kod 52);  
- malların azad iqtisadi zonalara idxalı (gətirilməsi) (kod 74);  
- rüsumsuz ticarət mağazası (kod 72). 
Bu halda göndərilmə gömrükxanası  tərəfindən komplektin 1 nömrəli vərəqlərinin 20-ci qrafasında 
malların çatdırılma müddəti göstərilir. Göstərilən vərəqlərdə “Xidməti istifadə üçün” qrafasında daşınan 
malların gömrük dəyəri, 10-cu qrafada isə onların XİFƏN kodları göstərilməklə müfəssəl təsviri verilir. Əgər 
bütün məlumatların daxil edilməsi üçün 10 qrafa yetmirsə, iki nüsxədən ibarət qoşma vərəqlərdən istifadə 
olunmasına yol verilir. Qoşma vərəqlərdə, həmçinin, BYD kitabçasının nömrəsi, sahibinin adı  və ünvanı da 
göstərilir. Qoşma vərəqlər gömrük orqanının vəzifəli  şəxslərinin şəxsi nömrəli möhürü ilə  təsdiqlənir. Bu cür 
vərəqlərin olması barədə komplektin hər iki kəsilən vərəqinin 8-ci qrafasında qeydiyyat aparılır. Komplektin 1 
nömrəli vərəqi nəzarətə alınır və ayrıca qovluqda saxlanılır.  
BYD kitabçası və göndərilmə gömrükxanasının qeydləri olan yük və malı müşayiət edən sənədlər çıxış 
gömrükxanasına təqdim edilir.  


90 
 
Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara 
uyğunluğunu, komplektin 1 nömrəli kötüyündə göndərilmə gömrükxanasının  ştamplarının olmasını, eləcə  də 
həmin kötükdə göstərilmiş gömrük kodunu, nəqliyyat vasitələrinin yük bölmələrinin və ya konteynerlərin 
texniki vəziyyətini, nəqliyyat vasitələrinin yük bölmələrində və ya konteynerlərdə gömrük möhür və plombların 
vəziyyətini yoxlayır, müstəsna hallarda nəqliyyat vasitələrinin yük bölmələrinə  və ya konteynerlərə baxış 
keçirirlər.  
BYD kitabçasına  əməl edilməklə malların daşınması zamanı Azərbaycan Respublikası 
Qanunvericiliyinin hər hansı bir pozulması halı aşkar edildikdə, çıxış gömrükxanası BYD kitabçasını nəzərdə 
tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirir.  
Malların Azərbaycan Respublikası  ərazisindən tranzit zamanı gömrük rəsmiləşdirilməsi giriş  və  çıxış 
gömrükxanalarında analoji qaydada aparılır.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə