Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə51/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   80

105 
 
- “NB” - bank vasitəsi ilə nağd;  
- “GK” - gömrükxananın kassasına;  
- “RK” - rabitə müəssisəsinin kassasına göstərilir. 
Yeddinci  - “ödəniş haqqında məlumat”  hər bir ödəniş formasının qarşısında aşağıdakı rekvizitlər 
yazılır:  
- əgər ödəniş gömrükxananın kassasında aparılırsa, kassa mədaxil orderinin tarixi və nömrəsi;  
- əgər ödəniş nağdsız qaydada aparılırsa, onda ödəniş sənədlərinin nömrəsi və tarixi;  
- əgər ödəniş bank vasitəsi ilə nəğd formada aparılırsa, tədiyyənin qəbul edildiyini təsdiq edən sənədin 
nömrəsi və tarixi;  
-  əgər ödəniş rabitə müəssisəsinin kassasına qəbul edilibsə, kassa mədaxil orderinin nömrəsi və tarixi 
göstərilir;  
8.1. yarımqrafasında - “Ödənişin cəmi”-ndə gömrük tədiyələrinin rəqəmlə və yazı ilə “manat” və xarici 
valyutanın cəmi göstərilir.  
Qrafa 9. “Gömrük əməkdaşının imzası”. 
Qrafada GMO-nu rəsmiləşdirən gömrük əməkdaşı imza edir. İmza ixracı inspektorun şəxsi nömrəli 
möhürü ilə təsdiq edilir. 
Qrafa 10. “Tədiyyəni qəbul edənin imzası”.  
Ödəniş nağd formada icraçı inspektora və ya gömrükxananın kassasına ödənildikdə ödənişi qəbul edən 
imza edir və şəxsi nömrəli möhürü ilə təsdiq edir.  
Başqa hallarda bu qrafa doldurulmur.  
Qrafa 11. “Tədiyyəçinin imzası”. 
Bu qrafada gömrük ödənişlərinin tədiyyəçisi və ya hüquqi şəxsin vəkil etdiyi soyadı, adı  və  vəzifəsi 
göstərilir.  
 
 
Mövzu 10.2.3. Gömrük ödənişlərinin tutulması və ödəyicilərin məsuliyyəti  
 
Gömrük ödəmələrinin ödənilməsinə görə məsul şəxs gömrük ödəmələrinin düzgün hesablanmasına və 
vaxtında ödənilməsinə, təqdim olunan sənədlərin düzgünlüyünə məsuliyyət daşıyır. 
Gömrük ödəmələri bilavasitə deklarant və ya gömrük qanunvericiliyinə uyğun olaraq digər  şəxslər 
tərəfindən ödənilir.  
Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə hər bir marağı 
olan şəxs gömrük ödənişlərini ödəyə bilər.  
Gömrük ödəmələri müəyyən edilmiş müddətlərdə  və müəyyən edilmiş qaydada ödənilmədikdə
ödəmələrin məbləği gömrük orqanları tərəfindən onların ödənilməsinə məsul şəxslərdən tutulur.  
Azərbaycan Respublikasının gömrük sərhədindən malları  və  nəqliyyat vasitələrini keçirən  şəxs 
deklarant olmadığı hallarda, bu cür şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə deklarantla birgə  məsuliyyət 
daşıyır.  
Ödənilməmiş gömrük ödənişləri ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq 
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulur. 
Borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə borc məbləğinin 0,3 
faizi miqdarında penya alınır, ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ Azərbaycan 
Respublikasının Qanunvericiliyinə əsasən ödəyicinin əmlakından tutulur.  
Gömrük ödənişlərinin ödənilməsi və ya ödəməkdən yayınma, ödənişin miqdarından asılı olaraq həm 
inzibati, həm də cinayət məsuliyyətinə  səbəb ola bilər. Bu barədə daha ətraflı  məlumatlar 15-cü mövzuda 
verilmişdir.  
 
 


106 
 
Mövzu 11. 
 Gömrük dəyəri və onun təyin edilməsi üsulları  
 
11.1. Gömrük dəyəri anlayışı və təyin edilməsi sistemi  
 
Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən malların gömrük dəyərinin təyin edilməsinin 
prinsip (latınca  “prinsipim” - sözündən  olub “əsas”, “başlanğıc” deməkdir) və normalarının hüquqi əsasını 
“Gömrük tarifi haqqında” qanun (1995) müəyyən edir.  
Gömrük dəyərinin müəyyən edilməsi sisteminə aşağıdakı sənədlər daxildir:  
1)  ÜTT /  QATT-ın Gömrük qiymətləndirilməsi üzrə  məcəlləsi (mütəxəssislər  bu  Məcəlləni 
“Gömrük dəyər kodeksi” də adlandırırlar);  
2)  Ticarət və Tarif üzrə Baş Sazişin (QATT) VII maddəsinin yerinə yetirilməsi haqqında Saziş 
(1994-cü ildə Uruqvay raundundan sonra imzalanmışdır). 
QATT-ın VII maddəsi gömrük rüsumlarının yığılması  məqsədi üçün malların qimətləndirilməsinə 
aiddir. O, malın gömrük dəyərinin bütün dövlətlər üçün ümumi prinsiplərini müəyyənləşdirir və orada göstərilir 
ki, malın dəyəri onun idxal qiymətinə əsaslanmalıdır, saxta qiymətlərə, yaxud da milli mənşəli malların qiyməti 
əsasında müəyyən edilə bilməz.  
Gömrük qiymətləndirilməsinin müxtəlif milli metodologiyası rüsumunun proteksionist nəticəsinə 
bilavasitə  təsir göstərir. Belə hallarda gömrük qiymətləndirilməsi metodu idxal edilən malın qiymətinin 
artırılmasına gətirib çıxarır. Saziş  çərçivəsində gömrük qiymətləndirilməsinin vahid və neytral sistemi 
müəyyənləşdirilib: sistem ticari reallığa uyğun olmalıdır və əsassız olaraq müəyyən edilmiş və saxta göstərilmiş 
gömrük qiymətləndirilməsini qadağan edir. Həmin saziş eyni zamanda QATT-da mövcud olmayan gömrük 
qiymətləndirilməsini qadağan edir. Saziş QATT-da mövcud olan gömrük qiymətləndirilməsi haqqında 
müddəaları  əhəmiyyətli dərəcədə  dəqiqləşdirmək və genişləndirmək üçün kompleks qiymətləndirmə 
qaydalarına yenidən baxılmasını  məqsədəuyğun hesab edir. İnkişaf etməkdə olan ölkələrin bu Sazişi beş il 
ərzində  qəbul etməmək hüququ vardır. Uruqvay raundunun yekununda bu Saziş  təkmilləşdirildi və 
dəqiqləşdirilmiş formada ÜTT-in hüquq kompleksinə daxil oldu.  
Azərbaycan Respublikası yaxın gələcəkdə ÜTT daxil olmaq istədiyi üçün (hələlik Azərbaycan ÜTT-nin 
məşvərətçi üzvüdür) gömrük dəyərinin təyini üzrə beynəlxalq normativ sənədləri gömrük orqanlarının 
fəaliyyətində tətbiq olunmasına maksimum dərəcədə nail olmalıdır.  
 
11.1.1. Gömrük dəyəri  
 
Gömrük tariflərinin tətbiqi, tarif tənzimləmələri tədbirləri, onların beynəlxalq norma və qaydalara 
uyğunluğu, həmçinin tarif əhatəsinin real səviyyəsi gömrük rüsumları  və ödənişlərinin bazasının hesablanma 
formasını müəyyən edən qaydalardan asılıdır.  
Malların gömrük sərhədindən keçirilməsi zamanı vergiqoyma bazasının təyin edilməsi qaydalarının 
müəyyən edilməsində  həm dövlət, həm də kommersiya dairələri maraqlıdır. Belə ki, Dövlət büdcəsinin gəlir 
hissəsinin iyirmi faizə  qədəri gömrük rüsum və vergiləri hesabına formalaşır. Kommersiya dairələri üçün 
keçirilən mallara vergiqoyma qaydaları barədə bilgilər xarici iqtisadi fəaliyyətin real səmərəsini, konkret 
əqdlərin gəlir və çıxarını hesablamağa imkan verir.  
Gömrük ödənişləri hesablanarkən hansı gömrük dəyəri baza kimi qəbul edilməlidir? 
Aydındır ki, malın istehsalçıdan istehlakçıya doğru hərəkətinin müxtəlif mərhələlərində onun dəyəri 
müxtəlif olacaqdır, belə ki, müxtəlif dəyər komponentlərini özündə cəmləşdirəcəkdir və bu dəyərlərin hər biri 
özünəməxsus qaydada hesablanacaqdır.  
Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük ödənclərinin hesablanması üçün istifadə 
olunan dəyəri, malın satıcıdan alıcıya qədər müəyyən hərəkət mərhələsində formalaşır, bu mərhələyə uyğun 
komponentləri (xərc və gəlirləri) özündə cəmləşdirir və malın gömrük dəyəri kimi baxılır. 
Deməli, gömrük dəyəri malın vergitutma məqsədi üçün istifadə olunan dəyəridir. Başqa sözlə, gömrük 
dəyəri gömrük ödənişlərinin (ƏDV, aksiz, rüsumlar və gömrük rəsmiləşdirilməsi üçün yığımlar) hesablanma 
bazası hesab olunur.  
“Malların gömrük dəyəri” kateqoriyasının funksional təyinatı da elə bunda, yəni gömrük ödənişlərinin 
hesablanma bazası olmağındadır.  
Bundan başqa gömrük dəyərinin hesablanması bilavasitə  və dolayı yollarla digər gömrük məqsədləri 
üçün, məsələn, gömrük statistikası, barter əməliyyatlarında malların qiymətlərinin reallığının yoxlanması, 
gətirilən malların ekvivalent olmasına nəzarət, idxal-ixrac əməliyyatlarına valyuta nəzarəti və s. üçün də mühüm 
əhəmiyyət kəsb edir.  
İstənilən vergitutma sisteminin tətbiqi onun səmərəliliyinin təminatı üçün ən azı iki tədbiri zəruri edir:  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə