Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə54/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

111 
 
Əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük dəyərinin gözlənilən düzəliş  həddi 
zamanı yarana biləcək gömrük tədiyələrinin ödənişini təmin etməlidir. Gömrük rəsmiləşdirilməsi zamanı 
gömrük tədiyələrinin ödənişi həyata keçirildikdə,  əmlak girovunun dəyəri və ya bank zəmanətinin məbləği 
gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada malın şərti müəyyən edilmiş gömrük dəyəri ilə deklarant 
tərəfindən bəyan edilmiş gömrük dəyəri arasındakı fərqə müvafiq olaraq müəyyənləşdirilir.  
Hazırda gömrük dəyərinin təyin olunması üzrə iki beynəlxalq sistem mövcuddur:  
1) gömrük məqsədləri üçün malların qiymətləndirilməsi üzrə Brüssel konvensiyası (15.XII.1950-ci 
ildə qəbul edilmiş, 28.VII.1953-cü ildən qüvvəyə minmişdir);  
2) QATT sazişinin VII maddəsini müəyyən edən saziş (1979-cu il).  
Hər sistemin əsasını QATT sazişinin VII maddəsi təşkil etdiyindən onlar arasında prinsipial fikir ayrılığı 
yoxdur. Odur ki, QATT sazişi ilə daha ətraflı tanış olmağa çalışaq.  
ÜTT Tarif və Ticarət haqqında Baş sazişin varisidir və öz fəaliyyətinə 1995-ci ilin yanvarın 1-dən 
başlayıb. ÜTT-nin mənzil qərargahı  İsveçrədə yerləşir. O, 1986-1994-cü illər  ərəfəsində Tarif və Ticarət 
haqqında Baş Saziş (QATT) çərçivəsində keçirilən və Uruqvay raundu adını alan çoxtərəfli ticarət danışıqları 
nəticəsində təşkil olunub. 1994-cü ilin aprelin 15-də Mərakeşdə imzalanan yekun aktı ÜTT-nin təsis edilməsi 
haqqında Sazişin imzalanması üçün yol açdı.  
Ümümdünya Ticarət Təşkilatının təsis edilməsi haqqında müqavilə  və saziş beynəlxalq ticarətdə
həmçinin Uruqvay raundunun müqavilə  və sazişlərin icrasına nəzarətin həyata keçirilməsində problemləri 
nizama salmaq üçün üzv dövlətlərin daimi fəaliyyət göstərən forumudur. QATT-ın davamçısı olan ÜTT ticarət 
sazişləri spektrində daha geniş nəzarəti həyata keçirir və mübahisəli məsələlər üzrə və bir sıra qərarların qəbulu 
proseduralarının təkmilləşdirilməsi ilə əlaqədar daha geniş səlahiyyətə malikdir.  
ÜTT-nin əsas məqsədi ticarətdə idxal rüsumlarının səviyyəsinin ardıcıl olaraq aşağı salınması, kəmiyyət 
və digər qeyri-tarif maneələrinin aradan götürülməsi və başlıca olaraq tarif metodlarından istifadə etməklə 
beynəlxalq ticarətin liberallaşdırılmasıdır. 
 ÜTT-nin əsas prinsip və qaydaları aşağıdakılardır:  
- qeyri-diskriminasiya əsasları ilə ticarətdə qarşılıqlı surətdə daha əlverişli rejimin yaradılması;  
- xarici mənşəli xidmət və mallara qarşılıqlı surətdə milli rejimin verilməsi;  
- ticarət mübahisələrinin danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməsi.  
Beynəlxalq hüquqi alət kimi Baş saziş əsas mətninə daxil olan prinsip və qaydalar toplusuyla yanaşma 
həm də tarif güzəştləri siyahısından və  əlavələrindən,  əlavə  qətnamə  və protokollardan, ayrı-ayrı  qərar və 
müqavilələrdən təşkil olunub. Uruqvay raundunun sazişlər paketi təqribən 50 çoxtərəfli sazişləri və digər 
sənədləri birləşdirir.  
Yuxarıda göstərilən sazişləri aşağıdakı qruplara bölmək olar.  
I. Əmtəələrin ticarəti haqqında çoxtərəfli sazişlər.  
Tarif və Ticarət haqqında Baş saziş 1994-cü il (QATT-94).  
Sanitar və Fitosanitar tədbirlərinin tətbiqi haqqında Saziş.  
Ticarətlə əlaqədar investisiya tədbirləri haqqında saziş. 
QATT-94 VI maddəsinin tətbiq edilməsi haqqında saziş (Antidempinq prosedurası).  
QATT-94 VII maddəsinin tətbiq edilməsi haqqında saziş (malların gömrük dəyərinin 
qiymətləndirilməsi). 
Malların mənşə qaydaları haqqında saziş.  
Kompensasiya və subsidiya tədbirləri haqqında saziş.  
II. Xidmət ticarəti haqqında Baş saziş (QATS).  
III. İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında saziş (TRİPS).  
IV. Mübahisələrin həll edilməsini nizama salan qaydalar və proseduralar haqqında razılaşma 
V. Ticarət siyasətinə nəzarət mexanizmi.  
VII. Üzv dövlətlərin iştirakını məhdudlaşdıran Saziş (ÜTT-nin bütün üzvləri üçün məcburi deyil). 
Kompleks qaydalar ümumilikdə çoxtərəfli ticarət sistemini təşkil edir. Baş Sazişin üzvləri olan 
dövlətlərin imzaladığı hazırki Baş Saziş 2000-dən çox ikitərəfli ticarət sazişlərinin əvəz edilməsinə imkan verir. 
QATT həmçinin üzv dövlətlərin xarici ticarət siyasətinin bütün məsələləri üzrə çoxtərəfli və ikitərəfli danışıqlar, 
anlaşmalar və s. məşvərətlər üçün daimi fəaliyyət göstərən forumudur. Beləliklə, QATT-ın vəzifəsi müxtəlif 
prinsiplər bazasında çoxtərəfli  əsaslarda iştirak edən tərəflər arasında ticarət münasibətlərinin nizama 
salınmasının təmin edilməsindən ibarətdir. 
Uruqvay raundunun gedişində, onun iştirakçıları tarifin aşağı salınması formulasından istifadə etməməyi 
qərara alıblar. Onlar 5 il ərzində rüsum dərəcələrinin 40 % aşağı salınması haqqında razılığa gəliblər. İnkişaf 
etməkdə olan dövlətlər və bazar iqtisadiyyatına keçən dövlətlər təqribən 30 % həcmində tarif dərəcələrinin aşağı 
salınması haqqında razılığa gəliblər. Bu öz əhəmiyyətinə görə rüsumun aşağı salınmasının xətti metoda 


112 
 
qayıdışını göstərir. Bunun arxasında “tarif piki” (daha yüksək rüsum dərəcəsi) adlanan nisbi toxunulmazlığın 
saxlanma imkanı gizlənir.  
Son dövrlər tarif danışıqları  çərçivəsində vahid rüsum dərəcələri metodu daha böyük əhəmiyyət kəsb 
edir. Vahid rüsum dərəcələri ondan ibarətdir ki, dövlət öz üzərinə rüsum dərəcələrini  əvvəllər razılaşdırılmış 
səviyyədən yuxarı, yaxud da mövcud səviyyədən yuxarı qaldırılmaması haqqında öhdəlik götürür. Vahid 
rüsumlar “O” dərəcəsində də ola bilər. Uruqvay raundunun yekununda vahid rüsumun payı artmışdır: inkişaf 
etmiş dövlətlərdə - bütün ticarət mövqeləri üzrə 78-dən 99-a qədər, inkişaf etməkdə olan dölətlərdə - 21-dən 73-
ə  qədər və keçid iqtisadiyyatında olan dövlətlərdə - 73-dən 98-ə  qədər. Beləliklə vahid rüsumlara tarif 
danışıqlarında rüsumların aşağı salınmasından daha mühüm güzəşt kimi baxılır.  
Uruqvay raundunun gedişində gömrük rüsumunun orta səviyyədə  aşağı salınmasında razılaşmalara 
baxmayaraq, xüsusən sənaye mallarının rüsum dərəcələri kifayət qədər yüksək səviyyədə qaldı. Misal üçün 
inkişaf etmiş dövlətlərdə bütün əmtəələrin 25 %-i 10 %-dən yuxarı dərəcədə qaldı. Sənaye mallarında rüsumun 
aşağı salınması ABŞ, Avropa Birliyi, Yaponiya, Kanada arasında bağlanmış “dördtərəfli saziş” nəticəsində 
mümkün oldu.  
 
11.2. Gömrük dəyərinin təyin edilməsi üsulları  
 
11.2.1. Gömrük dəyərinin gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu  
 
Gömrük dəyərinin gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu dəyər  əsasında 
malik (alınan mala görə hesablaşma pul ödənişləri vasitəsilə  həyata keçiriləndə) olan alqı-satqı xarici ticarət 
bağlaşmalarına uyğun olaraq gətirilən mallara tətbiq edilir. Hesablaşma forması (inkasso, akkreditiv) prinsipial 
əhəmiyyət kəsb etmir. Gömrük rəsmiləşdirilməsi anına ödəniş  sənədlərinin olmaması I üsulun tətbiqindən 
imtina edilməsinə və digər üsullardan istifadə edilməsinə əsas ola bilməz. Əgər fakturada göstərilən və deklarant 
tərəfindən bəyan edilən gömrük dəyəri gömrük orqanları tərəfindən ödəniş sənədləri olmadan qəbul edilmirsə, 
bu zaman şərti buraxılış rejimindən istifadə edilə bilər.  
Gömrük dəyərinin müəyyən edilməsinin sadələşdirilməsi və unifikasiyası  məqsədi ilə  şərti dəyər 
bağlaşmaları (pul vəsatilərinin real hərəkəti olmayan) ilə gətirilən malların gömrük dəyərinin I üsulla təyininə 
yol verilir. Belə bağlaşmalara mübadilə, kompensasiya göndərişləri, zəmanət hesabına və  əvəzsiz göndərişlər 
(məsələn, bağışlamalar) aid edilə bilər. Bu halda, müvafiq sənədlərdə (müqavilə, saziş), preforma hesablarda
gətirilən ölkənin gömrük bəyannaməsində bu əməliyyat üzrə malların hər birinin dəyəri göstərilməlidir.  
Eyni zamanda müqavilə - komissiya və ya konsiqnasiya (birinci halda mülkiyyətçinin - “komtinent” və 
ya  “konsiqnant”ın öz mallarını digər firmanın anbarlarında yerləşdirilməsidir.  İkinci halda isə, vasitəçilərin 
konsiqnasiya anbarları vasitəsilə malların satılması vasitəsidir. Mal satılana qədər mülkiyyətçi malı ixrac edən 
sayılır. Ümumilikdə, konsiqnasiya malın satıldıqdan sonra pulunun ödənilməsi deməkdir)  əsasında gətirilən 
mallara bu üsul tətbiq edilməməlidir. Çünki bu halda malın mütləq alqı-satqısı deyil, yalnız satış üzrə xidmətlər 
göstərilməsindən danışıla bilər.  
Gömrük tarifi haqqında qanunun 18-ci maddəsinin birinci bəndinə görə Azərbaycan Respublikasının 
gömrük ərazisinə gətirilən malın gömrük dəyəri malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki 
ödənilmiş və ya ödəniləcək sövdələşmə qiymətidir.  
Sövdələşmə qiyməti müəyyən edilmiş  əlavələr və hesabdan çıxmalar nəzərə alınmaqla dəqiqləşdirilir. 
Faktiki ödənilmiş  və ya ödənilməli olan qiymət - alıcının satıcıya idxal malları üçün ödədiyi, yaxud 
ödəyəcəyi, lakin gömrük rəsmiləşdirilməsi anınadək hələ ödəməmiş olduğu ödəniş məbləğlərinin cəmidir
Ödəniş köçürmə, akkreditiv, inkasso, qarışıq və digər qanuni hesablaşma formasında ola bilər.  
Xarici ticarət müqaviləsində ümumiliklə  qəbul edilmiş göndəriş  şərtləri (o cümlədən  İnkotermslə 
müəyyən edilmiş) öz əksini tapmışsa, gətirilən malların gömrük dəyərinin sövdələşmə qiyməti  əsasında təyin 
edilməsi üsulu tətbiq edilə bilər.  
Birinci üsul, həmçinin, xarici ticarət müqavilələrinin ümumilikdə  qəbul edilmiş  və sövdələşmə 
qiymətinə təsir etməyən aşağıdakı şərtləri üçün də keçərli ola bilər:  
- “ekspert rəyi əlavə edilməklə alqı-satqı”;  
- “müəyyən tarixə qədər mal göndərişi”;  
- “alıcıya tarixə qədər mal göndərişi”;  
 I üsuldan istifadə etməyə yönəlmiş  ən mühüm tələblərdən biri gömrük dəyərinin təyin edilməsi 
məqsədi ilə deklarant tərəfindən təqdim edilən məlumatların sənədli təsdiqidir. Gömrük dəyəri birinci üsulla o 
zaman təyin edilə bilər ki, onun gömrük dəyər bəyannaməsində göstərilən bütün elementləri müvafiq sənədlərlə 
təsdiq edilmiş olsun. Sövdələşmə qiyməti - hesab-faktura (invoys), şərti dəyər bağlaşmaları üçün - hesab 
preforma, bank ödəniş sənədləri və alqı-satqı müqaviləsi ilə təsdiq edilməlidir.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə