Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

107 
 
a) vergitutma bazasının hesablanmasının dəqiq qaydasının müəyyən edilməsi;  
b) dövlətə müəyyən olunmuş qaydalara riayət edilməsini yoxlamağa imkan verən zəruri nəzarət 
mexanizmindən istifadə. 
“Malların gömrük dəyəri”  məfhumu və onun təyininin sərt reqlamentasiyası bu məqsədlərə xidmət 
edir. Bu məsələlər gömrük dəyərinin təyin edilməsi metodikasının zəruriliyini bir daha nümayiş etdirir.  
Bir tərəfdən aydın, dəqiq norma və qaydaların müəyyən edilməsi gömrük dəyərinin konkret səviyyəsini 
qeyd etməyə imkan verir ki, bu da özbaşına hesablamalarla gömrük rüsum dərəcələri ilə manipulyasiyanın 
qarşısı alınsın. Digər tərəfdən hamının istifadə edə biləcəyi metodikanın və müəyyən edilmiş qaydaların olması 
XİF iştirakçıları qarşısında eyni, ədalətli şərtlər qoyur və xarici ticarət əməliyyatlarının müəyyənliyi səviyyəsini 
yüksəltməyə, bağlaşmaların iqtisadi parametrlərini qabaqcadan hesablanmağa imkan verir.  
Bir halda ki, söhbət xarici ticarət fəaliyyətindən gedir, ticarət edən tərəflərin gömrük qanunvericiliyinin 
unifikasiyası mühüm əhəmiyyət kəsb edir.  
“Gömrük dəyəri” göstəricisinin funksional əhəmiyyəti onun əsaslı olduğuna nəzarətin məsələ  və 
texnologiyasını şərtləndirir.  
 
11.1.2. Malların gömrük dəyərinin təyin edilməsinin normativ-hüquqi bazası  
 
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu malların qiymətləndirilməsinin ədalətli, 
vahid və neytral sisteminin təmin edilməsinin  əsasını  təşkil edir. Bundan başqa, Qanun gömrük dəyərinin 
strukturunu dəqiq müəyyən edir - gömrük dəyəri, faktiki olaraq ödənilmiş, yaxud ödənilməli olan qiymət və 
üstəgəl ona hesablanmalı əlavələr deməkdir.  
Qanunla müəyyən edilmiş qiymət  əlavələrinin və onların siyahısının gömrük orqanları  və iqtisadi 
fəaliyyət iştirakçıları tərəfindən dəyişdirilməsinə yol verilmir.  
Qanunda qeyd edilir ki, malların gömrük dəyərləndirmə sistemi Azərbaycan Respublikası gömrük 
ərazisinə gətirilən mallara şamil edilir. Bu şərt gömrük dəyərinin təyin edilmə üsullarında nəzərə alınmalıdır.  
Müəyyən edilmiş gömrük qiymətləndirmə sisteminin dəyişdirilmədən tam həcmdə ixrac 
əməliyyatlarında analoji məqsədlə  tətbiq edilməsi bir sıra obyektiv səbəbdən (satıcı  və alıcının məsrəflərində 
fərqlər, həmçinin idxal və ixracda gömrük vergiqoymasının məqsəd və  şərtlərinin fərqləri) mümkün deyil. 
Bununla belə Qanunla müəyyən edilmiş mal qiymətləndirilməsinin ümumi prinsipləri ixrac əməliyyatlarında 
istifadə edilə bilər.  
Gömrük dəyərinin müəyyən edilməsi və ona nəzarətin həyata keçirilməsi üçün AR Gömrük Məcəlləsi 
ilə gömrük orqanlarına aşağıdakı hüquqlar verilmişdir:  
a) gömrük nəzarətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük sərhədindən 
malları  və  nəqliyyvat vasitələrini keçirən  şəxslərin, gömrük brokerlərinin və ya belə  fəaliyyətlə  məşğul 
olan digər  şəxslərin icrasına nəzarət edilməsi Azərbaycan Respublikası gömrük orqanlarına həvalə 
olunmuş  əməliyyatların və bank hesablarının vəziyyəti haqqında banklardan və digər kredit 
təşkilatlarından məlumatlar və arayışlar almaq hüququ;  
b) gömrük nəzarətini həyata keçirmək məqsədi ilə xidməti vəsiqə  əsasında gömrük orqanı 
əməkdaşlarının gömrük nəzarətindən keçiriləcək mallar və  nəqliyyat vasitələri, gömrük nəzarəti üçün 
zəruri sənədlər olan, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə 
edilmiş fəaliyyətin həyata keçirildiyi ərazilərə və binalara daxil olmaq hüququ;  
c) gömrük orqanları öz səlahiyyətləri daxilində  nəzarəti gömrük orqanlarına həvalə edilmiş 
fəaliyyət göstərən  şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması üçün müvafiq icra hakimiyyəti 
orqanları qarşısında vəsadət qaldırmaq hüququ. 
Bu hüquqi normaların malların gömrük dəyərinin təyin edilməsinə  nəzarətin təşkilində praktik 
əhəmiyyəti nəzarət sisteminin iki pilləli olması zərurətindən irəli gəlir:  
1) malların gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən nəzarət;  
2) gömrük orqanlarına bəyan edilmiş məlumatların düzgünlüyünün yoxlanması 
“Gömrük tarifi haqqında” qanun gömrük dəyərinə  nəzarətin birinci pilləsini, “Gömrük Məcəlləsi” isə 
ikinci pilləsini reqlamentləşdirir.  
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanununun icrasının təmin edilməsi məqsədi ilə 
Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı  qərarı ilə  “Azərbaycan Respublikasının gömrük 
ərazisinə  gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi 
qaydaları” təsdiq edilmişdir.  
Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1106 saylı  əmri ilə Azərbaycan 
Respublikasının  ərazisinə  gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və  şərtləri haqqında 
Əsasnamə təsdiq edilmişdir. Gömrük dəyərinin bəyan edilməsi üçün xüsusi bəyanetmə formaları: 
 - KDB-1 - birinci üsul üçün 


108 
 
- KDB-2 - ikinci-altıncı üsullar üçün.  
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş gömrük dəyərinin təyin edilməsi 
sistemi GATT/ÜTT sazişində olduğu kimi onu nəzərə alır ki, malların qiymətləndirilməsi üçün əsas kimi geniş 
tətbiq edilməkdə olan gətirilən malların sövdələşmə qiyməti götürüləcəkdir.  
“Gömrük tarifi haqqında” qanunun 11-ci maddəsinə görə, malın gömrük dəyərinin müəyyən edilməsi 
sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə  qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır. Bu 
prinsiplər QATT sazişinin VII maddəsinin tətbiqində öz əksini tapmışdır. Gömrük dəyərinin təyin edilməsi 
metodları öz əksini “Gömrük tarifi haqqında” qanunda (18-23-cü maddələr) və AR NK-nın  “AR-in dövlət 
ərazisinə  gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi 
qaydaları haqqında”  12 yanvar 1998-ci il tarixli 07 saylı  qərarlarında öz əksini tapıb. Bu metodlardan 
aşağıdakı ardıcıllıqla istifadə olunur:  
1) sövdələşmə qiyməti üsulu. Sazişin  əsasında qoyulmuş gömrük qiymətləndirilməsi “sövdələşmə 
qiyməti” prinsipi adı altında istifadə edilir. Sövdələşmə qiyməti gömrük qiymətləndirilməsinin əsas metodudur. 
Bu qiymət - idxal edilən mala görə lazımi ödəmə, yaxud da real ödəmədir. Bu qiymətə alıcının bir sıra əlavə 
gəliri (komissiyon və broker xərci, konteyner və qablaşdırma qiyməti, xidmət haqqını vermə) də daxildir. 
Sövdələşmə qiymətinə cavab verməli olan şərtlər aydın surətdə sazişlərdə müəyyən edilməlidir. Yuxarıda 
göstərdiyimiz saziş malın gömrük dəyərinə  sığorta və frakt dəyərinin daxil edilməsi kimi məsələləri hər bir 
dövlət üçün açıq saxlayıb. 
Əgər gömrük orqanlarının müqavilədə qiymətin dəqiqliyinə  şübhələnməyə ciddi əsaslar varsa, onlar 
sövdələşmə qiymətini qəbul etməyə bilərlər.  
Bu halda gömrük orqanı və idxalçı müzakirəyə qatılır və idxalçı malı qiymətləndirmənin düzgünlüyünü 
göstərən sübutlrı  təqdim etmək imkanı qazanır.  İdxalçının göstərdiyi sübutlar əgər gömrük orqanını  təmin 
etmirsə, onda ona əlavə edilmiş rüsum üçün baza kimi bəyan edilmiş sövdələşmə qiymətinin qəbul edilməmə 
səbəbləri haqqında yazılı rəy verilməlidir.  
2) eyni malların sövdələşmə qiyməti üsulu. Eyni mallar dedikdə qiymətləndirilən malların hər 
cəhətdən fiziki xüsusiyyətinə görə, malın keyfiyyətinə  və bazardakı nüfuzuna, malın mənşə ölkəsinə  və 
istehsalçısına görə fərqlənməyən mallar başa düşülür.  
3) eyni cinsli malların sövdələşmə qiyməti üsulu. Eyni cinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə 
görə eyni olmasa da qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-
birini əvəz edə bilən mallar başa düşülür.  
4) dəyərin çıxılması üsulu. Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi 
qiymətləndirilən eyni və eyni cinsli malların dövlətin ərazisində öz ilkin vəziyyətini dəyişdirmədən satılır. Eyni 
zamanda mal vahidinin qiymətindən aşağıdakı xərclər çıxarılır; malların idxalı və satışı ilə əlaqədar ödənilməli 
olan idxal gömrük rüsumlarının, vergilərinin və digər ödənişlərin məbləği və daşınmaya, boşaldılma işlərinə
sığortaya sərf olunan xərclər.  
5) dəyərin toplanması üsülu. Gömrük qiymətləndirilməsi dəyərin toplanması üsulu ilə müəyyən 
edilərkən materialların dəyəri, istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri, ixrac edən ölkədən 
eyni növlü malların satışı üçün səciyyəvi olan ümumi xərclərin və ixracçının əldə etdiyi gəlirin toplanması yolu 
ilə hesablanmanın qiyməti əsas götürülür.  
6) ehtiyat üsülu. Əgər gömrük orqanı yuxarıda sadalanan üsulların heç birindən istifadə edə bilmirsə, 
onda qiymətləndirilən malların gömrük dəyəri QATT-ın VII maddəsinin və Müqavilənin müddəalarına uyğun 
meyarlarla müəyyən edilir.  
Bu qiymətləndirmə aşağıdakı əsaslarla müəyyən edilə bilməz.  
a) idxal edilən dövlətdə malın qiyməti;  
b) malın ixrac edən dövlətin daxili bazarındakı qiyməti:  
c) ixrac edilən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti:  
ç) malın kortəbii və dəqiqləşdirilmiş qiyməti;  
d) minimum gömrük qiymətləri;  
 
 
11.1.3. Malların gömrük dəyərlərinin bəyan edilməsi zamanı deklarantın və gömrük orqanının 
hüquq və vəzifələri. 
 
Azərbaycan Respublikası  ərazisinə  gətirilən malları  bəyan edən  şəxslərə (kommersiya məqsədi üçün 
nəzərdə tutulmayan malları idxal edən fiziki şəxslər istisna olmaqla) malların gömrük dəyərinin müəyyən 
edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı “Azərbaycan 
Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi 
sisteminin tətbiqi qaydaları” məcburi hesab edilir.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə