Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir


Mövzu 13.   Gömrük işində qeyri-tarif tənzimlənməsi üsulları



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

123 
 
Mövzu 13.  
Gömrük işində qeyri-tarif tənzimlənməsi üsulları  
 
13.1. Qeyri-tarif məhdudiyyətlərinin təsnifatı  
Dünya təcrübəsində qeyri-tarif məhdudiyyətlərinə münasibət kifayət qədər ziddiyyətlidir. Ümümdünya 
Ticarət Təşkilatı  rəsmi olaraq belə  tədbirlərin ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə 
edilməsi məsələsini qoyur. Həmin təşkilata üzvlük ərəfəsində olan Azərbaycan Respublikası üçün bu tələblərə 
münasibət mühüm əhəmiyyət kəsb etməkdədir.  
Bununla bərabər tələblərin birmənalı şəkildə qəbulu digər məsələlərdə arzuolunmaz nəticələrə də gətirib 
çıxara bilər. Belə ki, Ümümdünya Ticarət Təşkilatının, Tarif və Ticarət üzrə Baş Sazişin (QATT) üzvü olan 
ölkələr xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm  əvvəl, həm də indi istifadə etməkdədirlər. 
Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür. Belə ki, qeyri-tarif 
məhdudiyyətləri daxili iqtisadi siyasətin digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. 
Bununla belə, beynəlxalq ticarət sistemi tərəfindən qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə  tədbirləri, daha 
doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin qarşısının alınması məqsədi 
güdən müdafiə  tədbirləri, həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına 
yönəlmiş digər tədbirlər mövcuddur.  
İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlər (QTM) - xarici malların daxili bazara nüfuz etməsinin 
qarşısını alan məhdudlaşdırma - qadağan xarakterli tədbirlər kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxal 
edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm də milli sənayenin müdafiəsi, əhalinin həyat və 
sağlamlığının,  ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac 
əməliyyatlarında da istifadə edilir.  
Birbaşa və dolayısı yolla xarici ticarəti tənzimləyən tədbirlər, adətən, səkkiz qrupa bölünür: tarif, 
paratarif, qiymətlərə nəzarət, maliyyə, lisenziyalaşdırma, kəmiyyət nəzarəti, inhisarçı tədbirlər, texniki tədbirlər. 
ÜTT/QATT tövsiyələrinin yerinə yetirilməsi ilə  əlaqədar olaraq hal-hazırda Azərbaycanda bu tədbirlərin 
əksəriyyəti tətbiq edilmir. Lakin güman edilir ki, milli istehsalın inkişafı naminə  və ölkənin iqtisadi 
təhlükəsizliyinin təminatı ilə  əlaqədar olaraq onların istifadə dairəsi genişləndiriləcəkdir. Qeyri-tarif 
tənzimlənməsi sisteminin öyrənilməsi bu baxımdan məqsədə uyğundur.  
Qeyri-tarif tədbirlərinin rəngarəng olmasına baxmayaraq onları iki böyük qrupa bölmək olar: iqtisadi və 
inzibati tədbirlər.  
İqtisadi QTM-ə aşağıdakılar aiddir:  
- xüsusi növ rüsumlar;  
- müxtəlif vergi və yığımlar;  
- idxal depozitləri;  
- valyuta tənzimlənməsi tədbirləri.  
 
İnzibati QTM daha çoxcəhətlidir:  
- embarqo (qadağa);  
- lisenziyalaşdırma və kvotalaşdırma;  
- ixracın məhdudlaşdırılması;  
- (inhisarçı) tədbirlər;  
- proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi;  
- əlavə gömrük sənədləri və əməliyyatları.  
İqtisadi məhdudiyyətlər bazar mexanizmi vasitəsi ilə  təsir göstərərək idxal və ixrac mallarını 
bahalaşdırır, inzibati məhdudiyyətlər isə bazar münasibətlərindən başqa idxal mallarının daxil olmasını və ixrac 
mallarının xaricə çıxarılmasını məhdudlaşdırır.  
İqtisadi QTM tətbiq edildikdə istehlakçı öz seçimini özü müəyyən edir və daha bahalı idxal, yaxud ucuz 
milli mal alacağına qərar verir.  
İnzibati QTM tətbiq edildikdə dövlət faktik olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni 
daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan milli məhsulun çatışmazlığının qarşısını alır. 
Bu halda istehlakçı sərbəst əmtəə seçimindən məhrum olur. QTM əsas qruplarına bir az geniş nəzər salaq.  
A. Paratarif tədbirləri  
Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq edilən elə ödəniş və yığımlara deyilir ki, 
gətirilən malın dəyərini gömrük rüsumundan əlavə olaraq artırır (ya müəyyən faiz, ya da mal vahidinə əmsal).  
Gömrük rüsumlarının və onunla bağlı olaraq fiskal gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə 
gəlirlərinin artırılmasında paratarif tədbirlərə meyl etməsi təbii olur. Ümumiyyətlə idxal olunan mallara sərhəd 
vergiqoymaları müxtəlif vergi və  yığımlar onların ödənilməsinin sadələşdirilməsi və idxalçı ölkənin maliyyə 


124 
 
qurumlarının maraqlarının təmin edilməsi məqsədilə bilavasitə gömrük orqanları tərəfindən tutulur. Bu vergi və 
yığımları, adətən, idxalçı ödəyir, lakin alqı-satqı müqaviləsi tərtib edilərkən tərəfdaşlar tərəfindən nəzərə alınır.  
Paratarif tədbirlərə aşağıdakılar daxildir:  
1) gömrük əlavələri - ticarət-siyasi məqsədlərlə, büdcənin doldurulması, yaxud milli istehsalın 
müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar;  
2)  əlavə  yığımlar - daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və vergilərindən 
artıq (əlavə) tutulan ödənişlər. Onlar xarici ticarətlə bağlı  fəaliyyətin müəyyən növlərinin 
maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bunlara, adətən, xarici valyutanın köçürülməsinə qoyulan 
vergi, idxal lisenziyası üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir;  
3) daxili (bərabərləşdirici) vergi və  yığımlar - milli mallardan idxal ölkəsində tutulan dolayı 
verigələrə ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, aksiz, emissiya yığımları, məhsula görə vergi, 
sair inzibati yığımlar aid edilir. Bərabərləşdirici vergilərin və yığımların məqsədi xarici və milli eyni (və 
ya analoji) mallara bərabər vergi rejimi yaratmaqdır;  
4) diskretləşdirilmiş gömrük qiymətləndirilməsi - gömrük rüsum və  yığımlarının hesablanması 
üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası.  
B. Qiymətlər üzərində nəzarət tədbirləri  
Qiymətlər üzərində  nəzarət tədbirləri daxili qiymətlərin stabilləşdirilməsi və ya səviyyəsinin 
saxlanılması  məqsədi ilə, həmçinin xarici rəqiblərin  əliəyri ticarət təcrübəsinin vura biləcəyi zərərin qarşısını 
almaq üçün tətbiq edilir.  
Belə tədbirlərə aşağıdakılar aiddir:  
1) qiymətlərin inzibati qaydada müəyyən edilməsi - idxalçı ölkənin hakimiyyət dairələri istehsalçı 
və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin aşağı və yuxarı hüdudlarını müəyyən edir, 
yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayırlar. Rəsmi qiymətlərin müəyyən edilməsi, 
minimal idxal qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur.  
2) ixrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması - ixracatçının öz mallarının qiymətlərini 
müəyyən səviyyədən aşağı endirməməyi dəstəkləməyə razı olduğu məhdudlaşdırıcı bağlaşmalar;  
3) sürüşkən yığımlar - idxal edilən kənd təsərrüfatı və ərzaq mallarının idxal qiymətlərinin daxili 
qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənişlər.  
4) antidempinq tədbirlər - ixracatçıdan milli istehsalçılara vurulan zərərə görə kompensasiyanın 
tutulmasından ibarət olub, dempinq faktı  və ondan irəli gələn ziyan aşkar edildikdə idxalatçı ölkənin 
müvafiq orqanı  tərəfindən ixracatçının ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə  tətbiq edilir. 
Antidempinq rüsumlar özünü doğrultmayan aşağı qiymətlərlə mal göndərişinin başlanğıcı anından 
tutulur. Antidempinq ittihamlarının təşəbbüsçüləri kimi konkret məhsulun milli istehsalçıları çıxış edir.  
5) Kompensasiya tədbirləri - əgər idxal olunan mallar subsidiyalaşdırılırsa və belə 
subsidiyalaşdırılma milli istehsala zərər vurduğunu təhqiqat təsdiq edirsə, əlavə maliyyə ödənişləri tətbiq 
edilir. Kompensasiya tədbirləri kompensasiya idxal rüsumları  şəklində  də ola bilər.  Bundan başqa, çox 
zaman onlar qadağanedici hədlərə də çata bilir və hətta ixrac qiymətlərini artırmaqla da aşmaq olmur. 
 
 
C. Maliyyə tədbirləri  
Maliyyə tədbirlərinə - idxalçıların xarici valyutaya onlar üçün valyutanın qiymətlərinə, həmçinin ödəniş 
şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. Bu tədbirlər idxalın dəyərini yüksəldə bilərlər. Bu 
kateqoriya QTM-ə aşağıdakılar aid edilir:  
1) idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi. 
Buraya idxal depozitivlərinin,  əvəzi ödənilən depozitlərin açılması, nağd ödəniş  və gömrük 
rüsumlarının qabaqcadan ödənilməsi də daxildir;  
2) valyuta məzənnələri çoxluğu. 
Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət 
tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər mallar 
kommersiya məzənnəsi və ya xarici valyutanın hərraclar vasitəsi ilə alınması hesabına ödənilir.  
3) xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər.  
Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. (onların qadağan 
edilməsi də daxil olmaqla) alınmasını nəzərdə tutur.  
4) ödənişə müddətin müəyyən edilməsi, və ödənişinin növbəliliyi.  
Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən 
minimal müddətləri müəyyən edir. Bu müddətlər adətən istehlak malları və sənaye xammalı üçün 90, 180 və ya 
360 gün, investisiya malları üçün 2-5 il müəyyən edilir.  
Ç. Kəmiyyət nəzarəti tədbirləri  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə