Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə57/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

117 
 
orqanları eyni və eynicinsli mallar, xarici istehsalçının istehsal və satış  məsrəfləri barədə kifayət qədər 
məlumata malik olmurlar.  
Diqqət edilməlidir ki, 6-cı üsulla gömrük dəyərinin təyin edilməsində istifadə edilən ilkin qiymət 
göstəricilərinə başlıca tələb onların konkretliyi və ya ünvanlı olmasıdır. Yəni qiymət konkret mala uyğun olmalı 
və ümumi məlumat çətinlik çəkmədən və birmənalı şəkildə eyniləşdirilməyə imkan verməlidir (malın ticari adı, 
təvsiri, istehsalçı barədə məlumat, material, texniki parametrlər və s.). 
Əvvəlki 5 üsulda gömrük dəyərinin təyini üçün istifadə olunan bazarların təsviri verilmişdir. Bununla 
bərabər elə hallar olur ki, qiymətləndirmə variantlarından heç biri əsas baza kimi götürülə bilmir.  
Ümumi şəkildə bu hallar aşağıdakılardır:  
- müvəqqəti idxal;  
- birinci üsulun tətbiq oluna bilmədiyi barter əməliyyatları;  
- icarə müqaviləsi və muzdlu xidməti nəzərdə tutan bağlaşmalar;  
- təmir və ya forması dəyişildikdən sonra təkrar idxal edilən mallar;  
- nadir məhsullar və incəsənət əsərləri;  
- identik və eynicinsli malların gətirilmədiyi hallar;  
- idxal ölkəsində malların təkrar satılmaması;  
- istehsalçının nəmalum olması və ya tələb olunan məlumatı təqdim etməməsi. 
Bu hallar üçün 6-cı üsul yeganə vasitə olur. Gömrük tarifi haqqında qanunun 23-cü maddəsi bu üsulla 
dünya təcrübəsindən istifadəni nəzərdə tutur. Nəzərə alsaq ki, dünya təcrübəsi dedikdə bilavasitə QATT/ÜTT-
nin gömrük dəyəri barədə Sazişi başa düşülür, bu anda Sazişin VII maddəsinin əhəmiyyəti bir daha aydın olur.  
6-cı üsul malın gömrük dəyərinin müəyyən edilməsində xüsusi vəsiqə müəyyən etmir, amma bu üsul 
çərçivəsində qiymətləndirmədə bir sıra prinsiplərin nəzərə alınmasını tələb edir.  
Baş Sazişin və VII maddənin 6-cı üsulda nəzərə alınması prinsiplərinə  aşağıdakıları aid etmək 
olar:  
- qiymətin maksimum dərəcədə gətirilən malların dəyərinə əsaslanması, faktiki qiymətləndirməyə 
əsaslanan dəyərdən istifadə edilməsi;  
- qiymətin unifikasiyalaşdırılması, gömrük qiymətləndirilməsinin eyni üsulla aparılması; 
- qiymətlərin həqiqi və neytral olması;  
- qiymətləndirmə meyarlarının sadəliyi və ayrı məqsəd güdməməsi;  
- ticarət təcrübəsinə uyğunluq, yad üsullardan istifadə edilməməsi;  
- yaxın ekvivalent (alternativ) dəyərlərdən istifadə edilməsi; 
- yerli və məchul qiymətlərdən istifadə edilməməsi.  
Gömrük tarifi haqqında qanunun 23-cü maddəsinin 2-ci hissəsində gömrük dəyərinin təyinində 
istifadəsinə yol verilməyən qiymətlər göstərilir:  
- malın daxili bazardakı qiyməti;  
- daxili bazardakı Azərbaycan mənşəli malın qiyməti;  
- ixrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti;  
- malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti.  
Axırıncı  bəndin dəqiqləşdirilməyə ehtiyacı var. Belə ki, gömrük dəyərinin təyini üçün əsas olaraq 
kortəbii müəyyən edilmiş  və ya dəqiqləşdirilməmiş qiymətin götürülməsi ona görə baş verir ki, 
qiymətləndirilmə üçün götürülən mal analoqu konkretləşdirilmir. Buna görə  də 6-cı üsulla gömrük dəyərinin 
edilməsində orta qiymətlərdən istifadə etmək olmaz. 6-cı üsul sənədli təsdiqə də digər üsullardan çevik yanaşır.  
 
 


118 
 
Mövzu 12.  
Valyuta nəzarəti  
 
Mövcud qanunvericilikdə rezident və qeyri-rezidentlərin valyuta hüquqi-münasibətlərini, valyuta 
məhdudiyyətlərini reqlamentləşdirən normativ bazanın olması valyuta əməliyyatlarının həyata keçirilməsi 
zamanı bu qanunvericiliyə  əməl edilməsinə  nəzarət məqsədilə  şəraitin yaradılması üçün inzibati idarəetmə 
mexanizmini şərtləndirir. Qeyd etmək lazımdır ki, valyuta nəzarəti valyuta tənzimlənməsi sisteminin bütövlükdə 
üstqürumu olmaqla bərabər, cəmiyyətin müəyyən inkişaf mərhələlərində qarşıda duran konkret məsələləri həll 
edir.  
Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının 
təmin edilməsidir.  
Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:  
- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması  və  tələb olunan 
icazələrin alınması;  
- rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin  əldə olunan xarici valyutanın daxili 
valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması;  
- xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;  
- valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.  
Beynəlxalq təcrübə göstərir ki, xarici iqtisadi fəaliyyətlə bağlı əməliyyatlara səmərəli valyuta nəzarəti 
yalnız bu işdə gömrük orqanlarının fəal iştirakı ilə mümkündür. Belə ki, malların gömrük sərhədindən qanuni 
keçirilmə faktı və onun şərtləri, həmçinin xarici ticarət müqavilələrində öz əksini tapmış digər məsələlər gömrük 
nəzarəti və gömrük rəsmiləşdirilməsinin gedişində  aşkarlanır. Gömrük rəsmiləşdirilməsi zamanı valyuta 
nəzarətinin hərtərəfli və səmərəli həyata keçirilməsi üçün şərait yaranmış olur.  
Gömrük orqanlarına valyuta nəzarəti həyata keçirmək hüququ verilməklə qanunvericilik aktı 
səviyyəsində valyuta nəzarəti orqanının səlahiyyəti konkretləşdirilmiş olur. Gömrük sərhədindən keçirilən 
valyuta və valyuta qiymətlilərinə (milli valyutada qiymətli kağızlar və digər valyuta sərvətləri) nəzarət 
funksiyası  ənənəvi xarakterli olub, əvvəllər də gömrük orqanlarının  əsas funksiyalarına aid idi. Valyuta 
qiymətlilərinə mülkiyyət hüququnun keçməsi  əməliyyatlarına nəzarət funksiyasının gömrük sisteminə  həvalə 
edilməsi prinsipcə yeni məsələdir və bu nəzarətin səmərəliliyinin artırılması məqsədini güdür.  
Məsələnin belə qoyuluşu gömrük sisteminin maraq dairəsini genişləndirmək, gömrük və valyuta 
qanunvericiliyi sahələrini uzlaşdırmağa, həmçinin onun həllində gömrük sisteminin təşkilati və texniki 
imkanlarından istifadə etməyə  şərait yaratdı. Nəticədə bu üstünlüklər xarici ticarət fəaliyyəti  əməliyyatlarına 
nəzarətin təşkilində özünü göstərdi.  
Dövlət Gömrük Komitəsinin  9 sentyabr 1998-ci il tarixli 049 saylı  əmri ilə  “Azərbaycan 
Respublikası  ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə  nəzarət 
barədə”  Təlimat təsdiq edilmiş  və Azərbaycan Respublikası  Ədliyyə Nazirliyində 17.09.1998-ci ildə qeydə 
alınmışdır (Qeydiyyat N 129). 
İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə  nəzarət bir neçə  mərhələdə  həyata 
keçirilir.  
1. İlkin nəzarət:  
- YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;  
- həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;  
- hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;  
2. Məlumat - analitik nəzarət:  
- gömrük orqanlarından alınan məlumatların yoxlanılması;  
- valyuta nəzarəti, uçot kartoçkasının doldurulması  və  əqd üzrə hesablaşmaları aparan müvəkkil 
banklara göndərilməsi;  
- bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);  
- valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi. 
3. Bitkin sənədli nəzarət:  
- valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt  üzrə məqsədli yoxlama;  
- Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.  
Belə  nəzarət sistemi imkan verir ki, hər bir valyuta əməliyyatının qanunvericiliyə uyğun olmasına 
nəzarət edilsin, qaytarılmamış valyuta qazancının həcmi qiymətləndirilə bilsin, ödənişin  şərtləri qaydaya 
salınsın, gömrük orqanlarının və bankların operativ məlumat mübadiləsi təmin edilsin, valyuta nəzarəti 
məqsədləri üçün bank və gömrük orqanlarının imkanlarından maksimum istifadə edilsin.  
İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarət Dövlət Gömrük Komitəsinin 9 sentyabr 1998-ci il 
tarixli 049 saylı  Əmri ilə  təsdiq edilmiş  və 11 fevral 1999-cu il tarixli 009 saylı  əmri ilə  dəqiqləşdirilmiş 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə