Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

113 
 
Qiymətə  əlavələr və ya çıxarışlar müvafiq ödəniş, mal-müşayiət, sığorta, gömrük və digər sənədlərlə 
təsdiq edilməlidir.  
Müqavilə  iştirakçıları qarşılıqlı-asılı  şəxslər olduqda I üsul istifadə edilə bilməz.  “Gömrük tarifi 
haqqında” Azərbaycan Respublikasının qanunu sövdələşmə iştirakçıları arasında qarşılıqlı asılılığını 1979-cu il 
GATT sazişinin VII maddəsinin tətbiqi barədə Sazişlə müəyyən edilmiş qaydada reqlamentləşdirir. 18-ci 
maddəsinin 2-ci bəndində göstərilən  əlamətlərdən heç olmazsa birinə malik olan müqavilə  iştirakçıları bir-
birindən qarşılıqlı asılı hesab edilir.  
Satıcı  və alıcının qarşılıqlı asılılığı barədə  məlumat gömrük dəyər bəyannaməsində göstərilməlidir. 
Gömrük orqanı qarşılıqlı asılılığın olub-olmaması barədə  bəyan edilən məlumatları yoxlama və  təhqiqat 
nəticəsində  əldə etdiyi, həmçinin nəşr edilmiş  məlumatların analizi nəticəsində  əldə etdiyi məlumatlarla 
tutuşduraraq qərar qəbul edir. Əgər gömrük orqanına bəyan edilməmiş belə  əlaqə müəyyən edirsə, bu barədə 
idxalatçıya xəbər verir, ona əksini sübut etməyə və bəyan edilmiş dəyəri sənədli təsdiq etməyə imkan yaradır.  
Bu zaman qarşılıqlı asılılığın xüsusi yoxlama zərurəti yükün saxlanılmasına  əsas vermir. Yük adi 
qaydada göndərilir, keçirilən yoxlamanın nəticələrinə  əsasən gömrük dəyəri yenidən hesablanır, rüsumun və 
digər vergilərin ödənilməmiş miqdarı tutulur.  
Konkret  şübhə olduqda xarici ticarət bağlaşmasının məlumatları xüsusi nəzarətə götürülür. Gömrük 
orqanları keçirdikləri yoxlamanın gedişində  tərəflər arasında  əvvəllər həyata keçirilən bağlaşmaların olub-
olmadığı, yaxud onlara nöqsanlar tutulub-tutulmadığı aşkarlanır.  
Birinci üsuldan istifadənin mümkünlüyü müəyyən edildikdən sonra, sövdələşmə qiyməti dəqiqləşdirilir, 
“Gömrük tarifi haqqında” qanunla müəyyən edilmiş komponentlər ona əlavə edilir.  
Sövdələşmə qiymətinin dəqiqləşdirilməsi üçün birinci komponent malın gömrük ərazisindəki hava
dəniz limanına və ya digər gətirilmə yerinə qədər çatdırılmasına çəkilən xərclərdir. 
Gömrük dəyərinin təyin edilməsi məqsədləri ilə gətirilmə yeri dedikdə aşağıdakılar başa düşülür:  
1) aviadaşımalar üçün - malları daşıyan təyyarənin onların boşaldılması üçün endiyi təyinat və ya 
ilk hava limanı;  
2) dəniz daşımaları üçün Azərbaycan Respublikası  ərazisində birinci yükboşaltma limanı 
(daşınma faktı bu limanda fəaliyyət göstərən gömrük orqanı tərəfindən təsdiq edilməlidir);  
3) digər nəqliyyat vasitələri ilə daşımalar üçün gömrük sərhədindəki buraxılış məntəqəsi;  
4) poçt göndərişləri üçün beynəlxalq poçt mübadiləsi məntəqəsi.  
Daşınma xərcləri, malların boşaldılması, yüklənməsi, yenidən yüklənməsi və başqa yerə daşınması 
xərcləri, sığorta məbləğləri malın çatdırılma məsrəflərinə daxil edilir.  
Ölkənin gömrük ərazisinə  gətirilən malların gömrük dəyərinin təyin edilməsi zamanı  həmin malın 
müəyyən edilmiş  gətirilmə yerinədək çatdırılması üçün faktiki olaraq meydana çıxan xərclər də  nəzərə alınır. 
Daşınmanın dəyərinə fraxt, mal müşayiət sənədlərinin rəsmiləşdirilməsinə çəkilən xərclər, daşınma müddətində 
malın keyfiyyətinin və tamlığının müəyyən səviyyədə saxlanılması üçün (müvafiq temperatur rejimi, nəmlik və 
s. səviyyələri üçün) çəkilən xərclər də daxil edilir.  
Malın gömrük ərazisinə  əvəzsiz qaydada malgöndərən tərəfindən və alıcının öz nəqliyyat vasitəsi ilə 
çatdırıldığı hallarda sərbəst, lakin eyni nəqliyyat növü ilə daşınmanın tarif qiymətlərinə əsasən müəyyən edilən 
məbləğ gömrük dəyərinə daxil edilir. Əgər belə  məlumatlar yoxdursa, nəqliyyat xərcləri mühasibat uçotunda 
kalkulyasiya hesablamaları qaydasında mühüm elementlər nəzərə alınmaqla müəyyən edilir.  
Əgər daşınma sənədləri gömrük orqanına təqdim edilməmişsə, birinci üsuldan istifadə edilmir və digər 
üsullara müraciət olunur.  
Gömrük məqsədləri üçün istifadəyə  ən rahat olan malgöndərmə  şərtləri SİF (dəyər, sığorta və farxt) 
hesab olunur. CİF qiyməti gömrük dəyərinin strukturuna uyğun gəlir. Digər göndəriş  şərtlərində müəyyən 
dəqiqləşdirmələrin aparılması labüddür. Məsələn, DAF baza şərtlərində (sərhədə  qədər göndəriş) sığorta və 
göndəriş yerinə  qədər olan xərclər qiymətə  əlavə edilməlidir. EXW (zavoddan), FAS (gəmidə  sərbəst) 
şərtlərində daşınma xərclərində alıcının ixrac ölkəsindən malların çıxarılmasına görə çəkilən gömrük xərcləri də 
nəzərə alınır.  
Alıcının məsrəflərinə:  
a) komissyon və broker haqqları (mal tədarükündəki komissyon xərclərdən başqa);  
b) konteynerlərin və digər çox dövriyyəli taranın dəyəri (əgər mal nomenklaturası  nəzərdə 
tutursa);  
c) qablaşdırma xərcləri, o cümlədən qablaşdırma materiallarının dəyəri və qablaşdırma işlərinin 
dəyəri aid edilir.  
Beləliklə, gömrük dəyərinə komissyon və digər haqlar da daxil edilir. Özü də gömrük dəyərinə yalnız 
mal satılması üzrə komission haqları, yəni alıcının tapılıb malın ona satılması üçün ödənən haqlar daxil edilir. 
Bir qayda olaraq, onlar malın qiymətində öz əksini tapır. Lakin əgər hər hansı  səbəbdən bu xərclər malın 
qiymətinə əks etdirilməmişsə, müvafiq sənədlər əsasında bu əlavələr edilməlidir. Malın satılması üzrə xərcləri 


114 
 
malın alınması üçün çəkilən xərclərdən ayırmaq lazımdır, çünki sonuncuları alıcı ödəyir və gömrük rüsumuna 
cəlb olunmur.  
Çoxdövriyyəli taradan istifadə edildikdə onun dəyəri çoxdəfəlik mal göndərişlərində  hər partiyadakı 
malın miqdarına mütənasib olaraq bölüşdürülür.  
Belə mütənasib bölgü gömrük orqanı  tərəfindən müqavilədə  və ya digər sənədlərlə  təsdiq edilmiş 
olduqda qəbul edilir.  
Çoxdövriyyəli taranın geri qaytarılmasına görə çəkilən məsrəflər tara xərclərinə aid edilmir.  
Sövdələşmə qiymətinin dəqiqləşdirilməsinin üçüncü konponenti I üsulda qiymətləndirilən malların 
istehsalı və ya satışı ilə bağlı olaraq, istifadə üçün alıcı tərəfindən pulsuz, yaxud aşağı qiymətə bilavasitə və ya 
dolayı yolla təqdim edilən mal və xidmətlərin dəyərinin müəyyən hissəsidir.  
Bu dəyər aşağıdakı kimi paylaşdırılır:  
1) xammal, material, detal, yarımfabrikat və digər komplektləşdirici hissələr;  
2) alətlər və digər yardımçı avadanlıq (ştamp, forma və s.);  
3) dəyərləndirilən malların istehsalı prosesində sərf edilmiş materiallar (sürtgü yağları, yanacaq 
və i.a.);  
4) mühəndis və təcrübə-konstruktor layihələri, dizayn, çertyoj və s. 
I üsulda sövdələşmə qiymətinin dəqiqləşdirilməsinin dördüncü komponenti alıcının dəyərləndirilən 
malların satış şərti kimi bilavasitə və ya dolayısı ilə həyata keçirməli olduğu intellektual mülkiyyətdən istifadəyə 
görə icazə və digər ödənişlərdir.  
Gömrük dəyərləndirilməsi məqsədi ilə icazə və digər ödənişlər aşağıdakılardan istifadəyə görə ödənən 
haqlar başa düşülür:  
a) gətirilən malların, o cümlədən onların sənaye nümunələrinin hazırlanması, nou-hau və s.; 
b) gətirilən malların ixracda satılması, o cümlədən mal nişanları və nümunələri;  
c) patent, müəlliflik hüququ (ədəbiyyat, kino, elmi əsərlər və s.), istehsal texnologiyası da daxil 
olmaqla gətirilən malların istifadəsi və ya başqasına satılması.  
İcazə  və analoji digər ödənişlərin sövdələşmə qiymətinə  əlavə edilməsi o vaxt gerçəkləşdirilir ki, bu 
ödənişlər gətirilən mala aid olsun, alıcı ilə satıcı arasında bağlanan müqavilənin  şərtləri ilə müəyyən edilmiş 
olsun. Bu zaman alıcının ödədiyi icazə haqları satıcıya, yaxud onun nəfinə üçüncü bir şəxsə ödənmiş olmalıdır.  
Sövdələşmə qiymətinin I üsulda dəqiqləşdirilməsinin beşinci komponenti Azərbaycan Respublikası 
ərazisində qiymətləndirilən malların istifadə olunmasından, verilməsindən və ya təkrar satışından satıcının 
birbaşa, yaxud dolayı yolla əldə etdiyi gəlirin bir hissəsidir.  
Bir qayda olaraq satıcının gəlirinin bu hissəsi xarici ticarət müqaviləsində təsbit edilir. Əgər müqavilə 
ilə alıcının gəlirinin 10 %-i satıcıya qaytarılmalı  nəzərdə tutulmuşsa onda gəlirin bu hissəsinə uyğun məbləğ 
gömrük dəyərinə əlavə edilir və dəyər bəyannaməsində göstərilir.  
Əgər gömrük rəsmiləşdirilməsinə  qədər gəlirin məbləği bəlli deyilsə, gömrük dəyər bəyannaməsində 
gözlənilən təqribi məbləğ yazılır və onun təyini üçün müstəqil ekspert cəlb edilməsinə imkan verilir. Gözlənilən 
gəlirin miqdarı gömrük orqanı  tərəfindən təsdiq edilməlidir.  Əgər gəlirin məbləği müəyyən oluna bilmirsə, 
gömrük dəyərinin I üsulla təyininə yol verilmir.  
Sadalanan komponentlər Gömrük Tarifi haqqında qanunla əlavə ödəmələr kimi müəyyən edilir. Gömrük 
dəyəri təkcə  əlavə ödənişlər hesabına deyil, həmçinin müəyyən məbləğlərin çıxarılması hesabına da 
dəqiqləşdirilə  bilər. Azərbaycan Respublikasının gömrük ərazisi daxilində gətirilmə məntəqəsindən çatdırılma 
yerinə qədər çəkilən xərclər müvafiq sənədlərlə təsdiq edilməklə sövdələşmə qiymətindən çıxarılır.  
Bu məsrəflər aşağıdakılardır:  
1) mallar gətirildikdən sonra quraşdırma, yığma, sazlama və ya texniki köməyə görə xərclər;  
2) gətirilmə yerindən təyinat yerinə qədər çəkilən nəqliyyat xərcləri;  
3) idxal gömrük rüsum, vergi və yığımlarının ödənilməsinə görə xərclər.  
Lakin qeyd etmək lazımdır ki, bu xərclər sövdələşmə qiymətindən o zaman çıxarılır ki, bütün işlər 
müqavilədə  əks etdirilmiş olsun və hesab-fakturada bu xərclər ayrıca göstərilsin.  Əgər hesab-fakturada 
nəqletmənin müxtəlif mərhələlərində xərclər ayrıca göstərilmirsə, “idxal yeri-təyinat məntəqəsi” sahəsindəki 
nəqliyyat xərclərini yalnız gömrük orqanına müvafiq sənədlər təqdim edildikdən sonra çıxmaq olar. “Franko-
sərhəd”  xərcləri  “franko-təyinat yeri”  xərclərindən çox aşağı olduğu sübut edilməlidir.  Əgər xarici ticarət 
müqaviləsi ilə DDP və DEQ göndəriş  şərtləri müəyyən edilmişdirsə, idxal gömrük rüsumu, digər vergi və 
gömrük yığımları şəklində ödənilmiş məbləğlər malın qiymətindən çıxılmalıdır.  
 
11.2.2. Eyni (identik) malların sövdələşmə qiyməti üsulu 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə