Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

115 
 
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunda nəzərdə tutulduğu kimi, gətirilən 
malların sövdələşmə qiymətinə  əsaslanan üsulundan istifadə edilməsi mümkün olmayan hallarda II üsul - 
identik (eyni) malların sövdələşmə qiymətinə əsaslanan üsul tətbiq edilir (19-cu maddə). 
İdentik mallar dedikdə əsas eyniləşdirilmə əlamətləri eyni cür olan mallar başa düşülür. Belə əlamətlərə 
aşağıdakılar aid edilir: 
1) fiziki xüsusiyyətlər;  
2) keyfiyyət və bazardakı reputasiyası;  
3) mənşə ölkəsi; 
4) istehsalçısı.  
Qanunla müəyyən edilmişdir ki, xarici əlamətlərindəki cüzi, əhəmiyyətsiz fərqlər mallara eyni mallar 
kimi baxılmasından imtina etməyə əsas vermir, bir şərtlə ki, bu mallar yuxarıda göstərilən əsas xüsusiyyətlərə 
görə eyni cür olmalıdır.  
Baxılan malın istehsalçısı tərəfindən istehsal edilən eyni mallar barədə məlumatlar olmadıqda müxtəlif 
şəxslər tərəfindən istehsal edilmiş mallar o zaman identik (eyni) hesab edilə bilər.  
İdentik mal kimi sökülmüş (yığılmamış) halda olan mallar da baxıla bilər, çünki yığıldıqdan 
(quraşdırıldıqdan) sonra eyni olacaqdır.  Əgər mallar eyni ölkədə istehsal edilməmişsə, həmçinin onların 
layihəsi, təcrübə  sınaq işləri və s. həmin ölkədə yerinə yetirilməmişsə, belə mallar qiymətləndirilən mallarla 
identik hesab edilə bilməz. 
II üsuldan istifadə edildikdə gömrük dəyər bəyannaməsində bu üsuldan istifadə  əsaslandırılmalı, I 
üsuldan imtinanın səbəbləri və  məlumat mənbələri göstərilməlidir. Aşağıdakı  şərtlər daxilində gömrük orqanı 
identik mallar üzrə gömrük dəyər bəyannaməsini II üsul üzrə qəbul edə bilər:  
1) bu mallar Azərbaycan Respublikası ərazisinə gətirilmək üçün satılmış olmalı;  
2. qiymətləndirilən mallarla eyni vaxtda və ya 30 gündən çox olmayan müddət ərzində gətirilmiş 
olmalı;  
3. qiymətləndirilən mallarla təqribən eyni miqdarda və ya eyni kommersiya şərtləri daxilində 
gətirilmiş olmalıdırlar.  
Beləliklə, qiymətləndirilən mallarla identik (eyni) kimi qəbul ediləcək mallar arasındakı keyfiyyət 
xüsusiyyətlərinə  və göndəriş kommersiya şərtlərinə görə  fərqlərin olması ikinci üsuldan imtina etməyə  əsas 
vermir. Belə hallarda malın qiyməti bu fərqlər nəzərə alınmaqla təshih edilir. Təshih hesablamaları gömrük 
orqanına təqdim edilən və belə təshihin məqsədə uyğunluğu və dəqiqliyini təsbit edən sənədli sübutlar əsasında 
aparılır.  
Bundan başqa gömrük dəyərinin ikinci üsulla dəqiqləşdirilməsi zamanı I üsulda (gətirilən malların 
sövdələşmə qiyməti üsulu) araşdırdığımız xərclər də  nəzərə alınmalıdır. Təshihlər GDB-2-nin 12 və 13-cü 
qrafalarında əks etdirilir.  
İkinci üsul tətbiq edilərkən eyni mallar üzrə birdən artıq sövdələşmə qiyməti aşkar edilərsə, gömrük 
dəyəri kimi ən aşağı olan götürülür.  
 
11.2.3. Eynicinsli malların sövdələşmə qiyməti üsulu  
 
Eynicinsli malların sövdələşmə qiymətinə  əsaslanın III üsulun mahiyyəti gətirilən malların gömrük 
dəyərinin təyini üçün bu mallarla eynicinsli olan mallara aid sövdələşmələrdəki qiymətin əsas götürülməsidir. 
Gömrük qanunvericiliyində eynicinsli mallar olaraq, bütün xassələri ilə eynicinsli olmasa da, ümumi 
xüsusiyyətlərə malik olan, tərkibi oxşar komponentlərdən ibarət olub dəyərləndirilən mallarla eyni funksiyaları 
yerinə yetirən və kommersiya nöqteyi-nəzərindən qarşılıqla  əvəz edilə bilən mallar nəzərdə tutulur (GT 
haqqında qanun, 20-ci maddə). 
Beləliklə, malların eynicinsli olmasını müəyyən edən əsas meyarlar aşağıdakılardır:  
1) texniki (oxşar xassə və komponentlərə malik olması);  
2) funksional (eyni funksiyalar yerinə yetirmələri);  
3) ticari (ticarətdə qarşılıqlı əvəzedilə bilən olmaları).  
Təcrübədə malların eynicinsliyinin təyini üçün aşağıdakı göstəricilərdən istifadə olunur:  
- keyfiyyət, əmtəə nişanı və bazardakı reputasiyası;  
- mənşə ölkəsi;  
- istehsalçısı.  
Misal üçün, iki müxtəlif mal eyni keyfiyyətə malikdir, eyni standartlara cavab verir, bazarda eyni 
reputasiyaya malikdir və eyni funksiya yerinə yetirirlər, amma müxtəlif ticarət markaları var. Ticarət markasının 
fərqliliyi ona gətirir ki, bu malları eyni (identik) qəbul etməyə, 2-ci üsulu tətbiq etməyə imkan vermir, amma 
onlar eynicinsli hesab edilir və 3-cü üsul tətbiq edilir.  


116 
 
İdentik mallarda olduğu kimi, qiymətləndirilən mallarla eyni ölkədə istehsal olunmayan mallar 
eynicinsli hesab edilə bilməz. Bundan başqa, digər, yəni həmin malın bilavasitə istehsalçısı olmayan şəxslər 
tərəfindən istehsal olunan mallar o zaman eynicinsli hesab edilə  və 3-cü üsul tətbiq edilə bilər ki, bilavasitə 
istehsalçının eynicinsli mallar istehsal etdiyi bəlli olmasın. 3-cü üsuldan istifadə zamanı da gömrük tarifi 
haqqında qanunun 19-cu maddəsinin 2-4-cü bəndlərindəki qaydalar tətbiq edilir.  
 
11.2.4. Dəyərin çıxılması üsulu  
 
Dəyərin çıxılmasına  əsaslanan dördüncü üsul özündən  əvvəlki üsulların tətbiq edilməsinin mümkün 
olmadığı hallarda tətbiq edilir (“GT haqqında” qanun, 21-ci maddə). 
Məsələn: birinci üsulda baxılan sövdələşmə qarşılıqlı asılılığı olan şəxslər arasında bağlanmış  və bu 
asılılıq malın qiymətinə təsir etmişdir, lakin bu təsirin dəyər kəmiyyətini aşkar etmək mümkün olmamışdırsa; 
ikinci üsulda gömrük orqanı və deklarant baxılan identik mallara aid məlumat kifayət qədər məlumat yoxdursa; 
dördüncü - dəyərin çıxılması üsülundan istifadə edilir. Bu zaman ümdə  şərt - qiymətləndirilən, identik və ya 
eynicinsli malların ilk vəziyyəti dəyişdirilmədən Azərbaycan Respublikası ərazisində satılması şərtidir.  
Beləliklə 4-cü üsul gətirilən malın idxalçı ölkənin daxili bazarında alqı-satqı əqdlərinə yönəlmişdir. Bu 
üsulun mahiyyəti ondan ibarətdir ki, gömrük dəyərinin təyin edilməsi üçün əsas olaraq gətirilən malların ilkin 
vəziyyəti dəyişilmədən daxili bazarda satıldığı qiymətlər götürülür. Bu halda gömrük dəyərinin hesablanma 
bazası kimi qiymətləndirilən malların gətirilmə anına yaxın müddətdə satıldığı böyük partiyalardakı mal 
vahidinin qiyməti götürülür. Eyni zamanda, alıcının satıcıdan asılı olmaması şərtinə riayət olunmalıdır.  
Qiymətləndirilən identik və ya eynicinsli malların daxili bazarda gətirilmə anındakı halda satılması 
faktları  yoxdursa, deklarantın xahişinə verilmiş mal vahidinin qiyməti götürülə bilər. Bu halda emal prosesində 
əlavə edilmiş  dəyərin  əsas dəyərdən çıxarılması belə emalın dəyəri barədə obyektiv və  kəmiyyətcə müəyyən 
edilə biləcək məlumat əsasında aparılmalıdır.  
4-cü üsuldan istifadə edildikdə gömrük dəyərinin  əsaslandırılması üçün məlumat mənbəyi kimi 
müqavilələri  əvvəllər idxal edilmiş  və ya dəyərləndirilmiş malların qiyməti barədə  məlumatlardan, yaxud 
malların daxili bazarda iri partiyalarla satıldığı qiymətləri təsdiq edə biləcək digər sənədlər yararlı ola bilər.  
 
 
11.2.5. Dəyərin toplanması üsulu  
 
Dəyərin toplanmasına  əsaslanan 5-ci üsuldan istifadə zamanı gömrük dəyərinin təyin edilməsi üçün 
baza olaraq malın aşağıdakı komponentin cəmlənməsi yolu ilə hesablanan qiyməti götürülür:  
1) materialların və qiymətləndirilən malın istehsalı ilə əlaqədar olan digər məsrəflərin dəyəri;  
2) ixracatçı ölkədən Azərbaycan malının satılması üçün səciyyəvi olan eyni növ mallara görə 
ümumi xərclər, o cümlədən, nəqliyyat, yükləmə-boşaltma, sərhədi keçənədək sığorta və s. xərclər;  
3) ixracatçının, adətən, Azərbaycana belə mal göndərməsinə görə əldə etdiyi gəlir.  
5-ci üsuldan istifadə edildikdə gömrük dəyər bəyannaməsində gömrük dəyərinin təyini üçün istifadə 
edilən məlumatların mənbəyi göstərilməlidir.  
5-ci üsulla gömrük dəyəri həm idxal ölkəsində  əldə edilən məlumat, həm də  dəyərləndirilən malların 
istehsal məsrəfləri barədə üçüncü ölkələrdən əldə edilən məlumatlar əsasında həyata keçirilir.  
Bu üsuldan istifadədə, adətən, istehsalçı gömrük orqanlarına lazım olan məlumatı təqdim edir. Yalnız 
istehsalçının təqdim etdiyi məlumat məsrəflərin hesablanması üçün əsas götürülə bilər. Bu məlumat ticarət 
hesablarına əsaslanmalı və malların istehsal edildiyi ölkədə tətbiq edilən uçot prinsiplərinə uyğun olmalıdır.  
İdxal ölkəsində həyata keçirilən elementlərin dəyəri yalnız bu xərclərin istehsalçı tərəfindən ödənildiyi 
həcmdə nəzərə alınmalıdır.  
Dəyərin toplanmasına əsaslanan üsulla gömrük dəyəri təyin edilərkən heç bir məsrəf iki dəfə hesablana 
bilməz. İxracatçının Azərbaycana mal göndərdiyinə görə əldə etdiyi gəlir, ixracatçının verdiyi məlumata əsasən 
də müəyyən edilə bilər. Gömrük orqanları bu məlumatı eyni sinfə  və ya növə  məxsus malların satışını 
səciyyələndirən digər məlumatlarla müqayisədə istifadə edirlər. Gətirilən malların tərkib elementlərinin 
dəyərlərinin cəmlənməsi ilə hesablanmış, dəyəri, GDB-2də 11-ci qrafada əsas etdirilir.  
 
11.2.6. Ehtiyat üsul  
 
Əvvəlki 5 üsul gömrük dəyərini təyin etməyə imkan vermirsə axırıncı - altıncı üsuldan istifadə olunur. 
Bu üsul ehtiyat üsul adlandırılır və qiymətləndirilən malların gömrük dəyərinin dünya təcrübəsi nəzərə 
alınmaqla təyin edilməsinə  əsaslanır. Baxmayaraq ki, 6-cı üsul köməkçi üsuldur və müstəsna hallarda tətbiq 
edilməlidir, təcrübə göstərir ki, bu üsul 2-5-ci üsullardan daha çox istifadə olunur. Bir çox hallarda yerli gömrük 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə