Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə48/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

99 
 
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi üçün yığımların 
miqdarını qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikası Nazirlər 
Kabineti müəyyənləşdirir.  
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanlarının iş vaxtından kənar 
vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.  
Saxlanca görə gömrük yığımları. Gömrük anbarlarında və sahibi Azərbaycan Respublikası gömrük 
orqanları olan müvəqqəti saxlanc anbarında malların və  nəqliyyat vasitələrinin saxlancına görə göstərilən 
xidmətlərin orta dəyərindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi miqdarda gömrük yığımları alınır.  
Müvəqqəti saxlanc anbarlarında saxlanılan mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişləri, DGK 
sədrinin 11.XI.1998-ci il tarixl 14 saylı əmri ilə təsdiqlənmiş və 24.XI.1998-ci ildə Azərbaycan Respublikası 
Ədliyyə Nazirliyində qeydə alınmış (Qeydiyyat N 136) “Müvəqqəti saxlanc (müvəqqəti saxlanc anbarları) 
haqqında” Əsasnaməyə uyğun alınır. 
Malların gömrük müşayiətinə görə gömrük yığımları.  
Malların gömrük müşayiətinə görə Azərbaycan Respublikası DGK-nın Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin razılığı ilə müəyyən etdyi miqdarda gömrük yığımları alınır. 
Gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri  əsas götürülür. Gömrük dəyərinin təyin 
olunması qaydaları isə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır 
(11-23-cü maddələr). 
ƏDV hesablanarkən verginin miqdarı gömrük rüsumlarının miqdarı  qədər, aksizli mallarda isə 
aksizlərin ümumi miqdarı qədər artır.  
Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması.  
Gömrük ödənişlərinin ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə  və ya vaxt uzadıla 
bilər. Gömrük ödənişlərinin ödənişinə fiziki şəxslərə vaxtuzatma və ya möhlət verilmir.  
Gömrük ödəmələrinin ödənişində möhlət verilməsi və ya vaxtın uzadılması haqqında qərar ödəyicinin 
sərbəst formada tərtib etdiyi yazılı ərizəsinə əsasən gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının rəisi 
tərəfindən qəbul edilir. Göstərilən ərizə YGB ilə eyni vaxtda gömrük orqanına təqdim edilir.  
Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul 
edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır.  
Möhlət verilməsinə  və vaxtın uzadılmasına görə Azərbaycan Respublikası Milli Bankının verdiyi 
kreditlər üzrə həmin bankın verdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülür.  
Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlərə görə müəyyənləşdirdiyi dərəcələr haqqında 
məlumat Dövlət Gömrük Komitəsi tərəfindən yerli gömrük orqanlarına çatdırılır. Gömrük ödəmələrinin 
ödənişində vaxtın uzadılması  və möhlət verilməsinə görə hesablanmış faizlər ödəyici tərəfindən gömrük 
ödəmələrinin məbləğinin ödənişi ilə eyni vaxtda ödənilir. 
Gömrük ödəmələrinin ödənişinə möhlət verilərkən və vaxt uzadılarkən ödəyici vaxtuzatmanın sonuncu 
günündən gec olmayaraq borcunu və faizləri ödəməlidir. Bu zaman pul vəsaitinin köçürülmə tarixi bank 
əməliyyatının həyata keçirilməsi haqqında ödəmə sənədindəki bankın qeyd tarixi sayılır.  
Vaxtı uzadılmış gömrük ödəmələrinin ödənişini təsdiq edən ödəmə  sənədinin surəti müəyyən edilmiş 
müddətlərdə gömrük orqanına təqdim edilmədiyi hallarda, ödəniş günü pul vəsaitinin gömrük orqanının 
hesabına faktiki daxil olma tarixi sayılır.  
Aşağıdakılar borc hesab olunur:  
- gömrük ödəmələri məbləğinin, verilmiş vaxtuzatmaya və ya möhlətə görə faizlərin müəyyən 
edilmiş müddətlərdə ödənilməsi və vaxtuzatmanın bitdiyi gündən  sonrakı  və ya möhlət üzrə ödəmə 
müddətindən sonra üç təqvim günü ərzində lazımi pul vəsaitlərinin köçürülməsinə dair bank tərəfindən 
icra olunmuş ödəmə sənədinin gömrük orqanına təqdim olunmaması;  
- təqdim edilmiş sənəd üzrə pul vəsaitlərinin bank əməliyyatının aparılması haqqında Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin aparılmış qeyd tarixindən on dörd təqvim günü müddətində gömrük 
orqanının hesabına daxil olmaması.  
Gömrük ödənişlərinin ödənilməsindən yayınmaya cəhd göstərən şəxslərə bu cür ödənişlərin ödənilməsi 
üçün möhlət verilmir və ya vaxt uzadılmır.  
 
 10.2. Müxtəlif gömrük rejimlərində vergi və rüsumların tətbiqi qaydaları  
 
Müxtəlif gömrük rejimlərində vergi və rüsumların ödənilməsi qaydaları aşağıdakı kimidir:  
1. Sərbəst dövriyyə üçün buraxılış:  
Sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük ərazisinə  gətirilən mallar ümumi qaydada gömrük 
vergi və rüsumlarına cəlb olunur;  


100 
 
2. Təkrar idxal:  
Azərbaycan Respublikası ərazisindən ixrac olunmuş mallar qanunla müəyyən edilmiş müddətdə geriyə 
gətirildikdə həmin mallara vergi və rüsum hesablanmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
Mallar aparıldığı andan üç il ərzində  təkrar idxal edildikdə gömrük orqanı ödənilmiş ixrac gömrük 
rüsumlarının və vergilərin məbləğini qaytarır.  
Malların təkrar idxalı zamanı malları keçirən  şəxs malların aparılması zamanı vergi güzəştləri 
nəticəsində əldə etdiyi bütün məbləğləri qaytarır.  
3. Tranzit:  
Azərbaycan Respublikası  ərazisindən tranzit qaydada keçən mallardan vergi və rüsumlar tutulmur 
(gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları istisna olmaqla), onlara iqtisadi siyasət tədbirləri tətbiq 
edilmir. Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası 
müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.  
4. Gömrük anbarı:  
Gömrük anbarı rejimində yerləşdirilən mallardan saxlanc dövründə vergi və rüsumlar alınmır, onlara 
iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
İxrac gömrük rejiminə uyğun olaraq aparılmaq üçün nəzərdə tutulan malların gömrük anbarı rejimi 
altında yerləşdirilməsi zamanı, malların faktiki aparılması üçün vergi və rüsumlardan azadetmə və ya ödənişinin 
qaytarılması  nəzərdə tutulubsa, həmin mallar gömrük rüsumlarından vergilərdən azad edilir və ya ödənən 
məbləğ qaytarılır. Gömrük rüsumlarından, vergilərdən azad edilərkən və ödənilən məbləğ qaytarılarkən mallar 
gömrük anbarı rejimi altında yerləşdiyi gündən başlayaraq üç aydan gec olmayaraq aparılmalıdır.  
5. Rüsumsuz ticarət mağazası:  
Rüsumsuz ticarət mağazalarına gətirilən mallardan gömrük vergi və rüsumları alınmır, onlara iqtisadi 
siyasət tədbirləri tətbiq edilmir.  
6. Gömrük ərazisində malların emalı: 
Gömrük  ərazisində malların emalı gömrük rejimində yerləşdirilən mallar sonradan qaytarılmaq  şərtilə 
vergi və rüsumlara cəlb olunur. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildiyi gündən 
etibarən  ən geci iki il ərzində emal məhsulları ixrac gömrük rejiminə uyğun olaraq aparılarkən idxal gömrük 
vergi və rüsumlarının məbləği qaytarılır.  
Gömrük  ərazisində emal üçün istifadə edilmiş xarici mallar və onların məhsulları ixrac gömrük 
rüsumlarından və vergilərindən azad edilir.  
7. Gömrük nəzarəti altında malların emalı:  
Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti altında emal olunmaq üçün gətirilmiş 
mallardan gömrük vergi və rüsumları alınmır. Emal məhsulları sərbəst dövriyyə üçün buraxılış və digər gömrük 
rejimində rəsmiləşdirildikdə ümumi qaydada vergi və rüsumlara cəlb edilir.  
8. Müvəqqəti idxal:  
Azərbaycan Respublikası    ərazisinə müvəqqəti idxal olunan mallar gömrük vergi və rüsumlarından 
tamamilə və ya qismən azad edilir.  
Malların tamamilə  və ya qismən azad edilməsi “Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) 
edilən malların gömrük rüsumları  və vergilərin ödənilməsindən tamamilə  və ya qismən azad edilməsi” 
Qaydalarına müvafiq olaraq həyata keçirilir. 
9. Sərbəst gömrük zonası. Sərbəst anbar 
Xarici malların və Azərbaycan mallarının sərbəst gömrük zonalarına gətirilməsi və onların sərbəst 
gömrük zonalarında yerləşdirilməsi zamanı gömrük vergi və rüsumları alınmır.  
Mallar sərbəst gömrük zonaları  ərazisindən və  sərbəst anbarlarından Azərbaycan Respublikasının 
gömrük  ərazisinin qalan hissəsinə  gətirilərkən və ya sərbəst gömrük zonalarının  ərazisindən və  sərbəst 
anbarlardan Azərbaycan Respublikasının hüdudlarından kənara topdan satış qaydasında aparılarkən malın 
mənşəyindən asılı olaraq gömrük vergi və rüsumları alınır.  
İxrac zamanı  mənşə haqqında sertifikat olmadıqda, ixrac gömrük vergi və rüsumlarının alınması 
məqsədi ilə mallar Azərbaycan malları, digər məqsədlər üçün isə xarici mallar hesab edilir. 
İxrac gömrük rejiminə uyğun Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması  nəzərdə 
tutulan mallar sərbəst gömrük zonalarına gətirilərkən və ya sərbəst anbarlara yerləşdirilərkən,  əgər bu cür 
azadetmə və ya qaytarma malların faktiki aparılması üçün nəzərdə tutulmuşsa, bu cür malların faktiki aparılması 
gömrük rüsumlarının, vergilərin qaytarılması  və onlardan azadetmə günündən başlayaraq, altı aydan gec 
olmamaqla həyata keçirilir.  
10. Gömrük ərazisindən kənarda malların emalı:  
Malların gömrük ərazisindən kənarda emalı üçün lisenziya almış  şəxs və ya onun gömrük brokeri 
tərəfindən emal məhsulları sərbəst dövriyyə üçün bəyan edildikdə bu məhsullar tamamilə və ya qismən gömrük 
rüsumlarından, vergilərdən azad edilə bilər.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə