Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

97 
 
Malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən 
dəyər artımının bir hissəsinin büdcəyə alınması forması  əlavə  dəyər vergisidir. (Vergi Məcəlləsi, 153-cü 
maddə). 
Məlumdur ki, ayrı-ayrı  məhsul (iş, xidmət) müəyyən xərclər hesabına başa gəlir və  məhsulun maya 
dəyərini təşkil edir. İstehsalçı isə, həmin maya dəyərinin üstünə öz mənfəətini də gələrək baha qiymətə satır. Bu 
zaman məhsula  əlavə  dəyər qoyulmasa və  məhsul daha baha qiymətə satılmasa,  əmək haqqı ödənilə bilməz, 
əlavə mənfəət əldə olunmaz, nəticədə isə məhsulun istehsal olunmasına heç bir maraq qalmaz. Məhz ƏDV də 
məhsulun dəyərinə əlavə olunmuş dəyərdən tutulur və büdcəyə köçürülür. ƏDV satış zamanı yarandığı üçün bir 
növ istehlakçının cibindən gedir.  
İdxal olunan mallara ƏDV-nin tətbiqi iki funksiyanı yerinə yetirir:  
1) xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, daha doğrusu, daxili bazarda yerli və idxal mallarının 
arasındakı rəqabətin tənzimlənməsini;  
2) dövlət büdcəsinin gəlir hissəsini doldurmaq üçün fiskal funksiyanı.  
ƏDV-nin müəyyənləşdirərkən advaoar dəyərdən istifadə olunur. ƏDV-nin dərəcələri qanunvericilik 
normalarına uyğun qoyulur ƏDV müqavilədə göstərilən valyuta əsasında hesablanır, daha doğrusu, malın 
gömrük dəyəri hesablanan valyuta əsas götürülür.  
ƏDV hesablanarkən üç əsas dəyər elementinin cəmi əsas kimi götürülür:  
- malın gömrük dəyəri;  
- gömrük rüsumu;  
- aksiz kəmiyyəti.  
Ödəniləcək əlavə dəyər vergisi aşağıdakı düsturla hesablanır:  
ƏDV = (MGD + GR + A). ƏDVd 100; burada 
ƏDV - ödəniləcək ƏDV-nin kəmiyyəti (miqdarı);  
MGD - malın gömrük dəyəri;  
GR - gömrük rüsumu;  
A - aksiz;  
ƏDVd - hər bir mal üçün müəyyən olunmuş ƏDV-nin miqdarı  
Azərbaycan Respublikasında 1995-ci ildən başlayaraq xarici ticarət mallarından  əlavə  dəyər vergisi 
tutulur.  İdxal malları istehsal olunduğu ölkənin  ərazisində  əlavə  dəyər vergisinə  cəlb olunmadığı üçün, 
istehlakçı ölkələrdə  həmin mallardan əlavə  dəyər vergisi tutulur. Lakin Müstəqil Dövlətlər Birliyi ölkələri ilə 
xüsusi gömrük sistemi fəaliyyət göstərdiyindən, bu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gətirilən 
malların  əlavə  dəyər vergisinə  cəlb olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə 
tənzimlənir.  
Azərbaycan Respublikası Nazirlər Kabineti əlavə  dəyər vergisindən azad olunan malların 
siyahısını sonuncu dəfə 31 yanvar  2005-ci il tarixli 11 saylı  qərarı ilə  təsdiq etmişdir. Bu mallar 
aşağıdakılardır:  
1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora 
məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak; 
2. xarici investisiyalı müəssisənin  əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına 
gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla); 
3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, 
həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki 
şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar; 
4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə  məqsədi ilə dövlətlərin, 
hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar; 
5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna 
olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası  ərazisinə  gətirilən istehsal və kommersiya 
məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan 
artıq olmayan mallar; 
6. fövqəladə halların qarşısının alınması  və bu halların nəticələrinin aradan qaldırılması  məqsədi ilə 
maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin 
yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə 
Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, 
alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar; 
7. Azərbaycan Respublikası  vətəndaşlarının pasportları  və  şəxsiyyət vəsiqələri blankları, onların 
fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq 
izlərinin, güllə  və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, 


98 
 
ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi 
Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar ;  
8. qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş 
müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar; 
9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl 
detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik 
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə  gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, 
onların tətbiqinə  nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.12. 
ixrac məqsədli neft-qaz fəaliyyəti ilə  əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət 
Neft  Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan 
avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə). 
 
10.1.3. Aksizlər 
 
Aksiz, fransızca  “accise”, latınca  “accido”  sözlərindən götürülmüş, mənası  “kəsirəm” deməkdir. 
Kütləvi istehlak mallarına (duz, çay, tütün, şərab və s.), həmçinin hər cür xidmətlərə qoyulan dolayı vergiyə 
aksiz deyilir (Vergi Məcəlləsi, 182-ci maddə).  
“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 184-cü muddəsinin 1.2-ci bəndinə görə idxal malları 
üçün aksiz vergilərini Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq gömrük orqanları yığırlar. 
İdxal malları üçün aksiz vergisinin miqdarı Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq 
müəyyən edilən (Gömrük Məcəlləsinə görə aksiz vergisinin faizi Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən müəyyən olunur), lakin topdan satış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir. 
Hal-hazırda aksiz faizləri 10-dan (qiymətli metal və gümüş məmulatı) 90-dək (içməli spirt) dəyişir.  
Aksiz faizləri məhsul və xidmətin qiymətinə uyğun olaraq müəyyən edilir və buraxılış qiymətinə daxil 
olur, yəni məhsulun qiyməti 100 manatdırsa və aksiz faizi 60-dırsa, onda məhsulun buraxılış və ya satış qiyməti 
160 man. olacaqdır.  
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı 
hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş 
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 
2000-ci il 30 avqust tarixli 393 saylı Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər 
Kabineti 19 yanvar 2001-ci ildə “Azərbaycan Respublikasının  ərazisinə  gətirilən aksiz vergisinə  cəlb olunan 
malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 20 saylı  qərar qəbul etmişdir. Həmin qərara görə 
aşağıdakı idxal mallarına aksiz dərəcələri tətbiq edilmişdir:  
1) içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri;  
2) tütün məmulatları;  
3) neft məhsulları. 
“Azərbaycan Respublikası Vergi Məcəlləsinn 191.3-cü maddəsinə görə, aksizli mallar idxal edildikdə, 
aksiz gömrük orqanları  tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Aksizlər dövlət büdcəsinə 
ödənilir.  
Aksizlər advalor tariflərə görə hesablandıqda malın gömrük dəyəri vergi qoymanın bazası (əsası) kimi 
götürülür. 
Ümumi qaydalara görə aksizlərin ödəyiciləri deklarantlardır. Ödəmə Yük Gömrük Bəyannaməsini 
(YGB) təqdim etməzdən  əvvəl və ya təqdim edəndə  həyata keçirilir. Gömrük qanunvericiliyinə görə  bəzi 
hallarda gömrük anbarının sahibi, gömrük daşıyıcısı və başqaları da ola bilər.  
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları  
Mal qismində ölkənin gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, habelə müşayiət 
olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən, kommersiya məqsədləri üçün nəzərdə 
tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə 
qanunvericiliklə müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.  
Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları, gömrük sisteminin xidməti xərcləri kimi 
qiymətləndirilməlidir. Bu gömrük yığımları birbaşa büdcə vəsaiti hesab olunur.  
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mal və sənədlər gömrük rəsmiləşdirilməsinə təqdim 
olunana qədər və ya təqdim olunan vaxt həyata keçirilir. Bu gömrük yığımları ödənməsinin özünəməxsusluğu 
aşağıdakılardır:  
1) gömrük yığımlarının ödənilməsi üçün heç bir vaxtalma və ya vaxtuzatma nəzərdə tutulmayıb;  
2) gömrük rəsmiləşdirilməsinə görə alınmış gömrük yığımları geri qaytarılmır.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə