Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə49/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

101 
 
Malların sərbəst dövriyyə üçün ilkin buraxılışından çatışmazlığı nəzərdə tutulan hallar istisna edilməklə
emal məqsədilə aparılan malların  əvəzsiz təmir edilməsinə Azərbaycan Respublikasının gömrük orqanı  əmin 
olarsa idxal gömrük rüsumlarından, vergilərdən tamamilə azad edə bilər.  
11. Təkrar ixrac:  
Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirələrkən, bilavasitə və yalnız təkrar ixrac üçün 
gətirildiyi Azərbaycan Respublikası gömrük orqanına bəyan edildikdə onlardan idxal gömrük rüsumları, 
vergilər alınmır, iqtisadi siyasət tədbirləri tətbiq olunmur. Bu cür malların faktiki aparılması gömrük 
bəyannaməsi qəbul edildiyi gündən altı aydan gec olmayaraq həyata keçirilməlidir. Həmin müddətdə mallar 
faktiki aparılmazsa, gömrük rüsumları, vergilər, həmçinin Azərbaycan Respublikası Milli Bankının verdiyi 
kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər alınır.  
12. Malların məhv edilməsi:  
Məhv edilən mallar gömrük vergi və rüsumlarına cəlb edilmir. Malların məhv edilməsi nəticəsində 
yaranan yararlı tullantılar gömrük nəzarətində olan xarici mal kimi müvafiq gömrük rejimi altında yerləşdirilir, 
vergi və rüsumlara cəlb olunur.  
13. Dövlətin xeyrinə maldan imtina:  
Dövlətin xeyrinə imtina olunan mallardan gömrük vergi və rüsumları alınmır.  
 
10.2.1. Gömrük ödənişlərinin yük gömrük bəyannamələrində göstərilməsi qaydaları  
 
Yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi zamanı maliyyə-tarif  şöbəsinin inspektoru aşağıdakı 
bölmələrdə göstərilən rekvizitləri  (latınca “regiuisitum” - “tələb olunan”, “lazım olan” deməkdir. Sənədin 
həqiqiliyini tanımaq üçün lazıolan vacib məlumatlara rekvizitlər deyilir)  yoxlayır: 1-3; 8-9; 15-16; 20; 
22-24; 28; 31-39; 41-42; 44-49;  
Yoxlama zamanı hami inspektor həmin bölmələrin aşağıda göstərilən qaydada doldurulmasına diqqət 
yetirməlidir:  
Qrafa 2. “Göndərən”. 
Qrafada malları göndərən haqqında aşağıdakı məlumatlar:  
- sağ yuxarı küncdə hüquqi şəxslərə Dövlət Statistika Komitəsi (DSK) və ya fiziki şəxslər üçün gömrük 
orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilir.  
- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən 
məlumat və ünvan göstərilir.  
- sol aşağı küncdə hüquqi şəxslər üçün Azərbaycan Respublikası  Ədliyyə Nazirliyindən alınmış 
təşkilatın qeydiyyatı haqqında  şəhadətnamənin verilmə tarixi və nömrəsi, fiziki şəxslər üçün isə Vergilər 
Nazirliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən lisenziyanın nömrəsi və verilmə 
tarixi göstərilir.  
Qrafa 3. “Əlavə vərəqlər” 
Qrafa  əlavə  vərəqlər istifadə olunduqda doldurulur. Qrafanın birinci yarımbölməsində  vərəqin sıra 
nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilir.  
Qrafa 8. “Malı alan” 
Qrafada malları alan haqqında aşağıdakı məlumat göstərilir:  
- xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı.  
Qrafa 9. “Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs” 
Qrafada ödəniş əsasında xarici ticarət sövdələşməsi bağlamış məsul şəxs haqqında məlumatlar bildirilir:  
- qrafanın aşağı hissəsində “N” işarəsindən sonra hüquqi şəxslərə DSK tərəfindən verilmiş 7 rəqəmli və 
ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları; 
- hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və onun şəxsiyyətini 
təsdiq edən sənəd haqqında məlumat;  
- sağ yuxarı küncdə. Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinə verilmiş uçot nömrəsi;  
Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulur.  
Qrafa 15. “Göndərən ölkə” 
Qrafada dünya ölkələrinin təsnifatına uyğun göndərən ölkənin qısa adı göstərilir.  
Qrafa 16. “Mənşə ölkəsi” 
Qrafada dünya ölkələrinin təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı göstərilir. Eyniadlı 
mallar (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir 
gömrük rejimi tətbiq edilən) müxtəlif ölkələrdə istehsal olunduqda qrafada “müxtəlif” sözü yazılır.  
Qrafa 20. “Göndərmə şərtləri” 
Qrafanın birinci yarımbölməsində göndərmə  şərtlərinin təsnifatına uyğun olaraq göndərmə  şərtlərinin 
iki rəqəmli kodu göstərilir.  


102 
 
Qrafanın ikinci yarımbölməsinin sol hissəsində coğrafi məntəqə göstərilməklə göndərmə şərtinin hərflə 
ifadə olunmuş qısa adı göstərilir.  
Üçüncü yarımbölmədə qarşılıqlı hesablaşmanın tətbiq üsulundan asılı olaraq aşağıdakılar göstərilir: 
“001” - qarşılıqlı hesablaşma vəsaitin köçürülməsi yolu ilə həyata keçirildikdə;  
“002” - akkreditiv açılması yolu ilə;  
“003” - malın dəyəri ödənilmədikdə.  
Qrafa ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.  
Qrafa 22. “Valyuta və malların ümumi faktura dəyəri” 
Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş malların faktura dəyərini ifadə edən valyutanın 
rəqəmli kodu valyutaların təsnifatına uyğun olaraq göstərilir.  
Faktura dəyəri bəyan olunan valyuta, milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.  
Qrafanın sağ yarımbölməsində göstərilən ümumi faktura dəyəri YGB-nin əsas və əlavə vərəqlərinin 42-
ci qrafalarında göstərilən dəyərlərin toplanmasından alınır.  
Qrafa 23. “Valyuta məzənnəsi”. 
Qrafada YGB gömrük rəsmiləşdirilməsinə  qəbul olunduğu tarixə  Mərkəzi Bank tərəfindən müəyyən 
olunan valyuta məzənnəsi üzrə bəyan olunan faktura dəyəri göstərilir.  
Qrafada faktura dəyəri milli valyuta ilə bəyan olunan hallarda - “1” rəqəmi yazılır.  
Qrafa 24. “Sövdələşmənin xarakteri” 
Qrafanın sol yarımbölməsində sövdələşmənin xarakteri təsnifatına uyğun olaraq sövdələşmə xarakterini 
iki rəqəmli kodu göstərilir.  
Bu qrafada sövdələşmə xarakterinin ikirəqəmli kodundan əvvəl göndərişlərin xüsusi şərtini xarakterizə 
edən əlavə üçüncü işarə göstərilir:  
“1” - xarici kreditlər hesabına göndərişlər;  
“2” - dövlət kreditləri hesabına göndərişlər;  
“3” - kommersiya kreditləri hesabına göndərişlər;  
“4” - birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına 
həyata keçirilən mal göndərişləri;  
“7” - yeni texnika və texnologiya nümunələrinin göndərişləri.  
Qrafa 28. “Maliyyə və bank məlumatı” 
Qrafada 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxs haqqında bank və maliyyə  məlumatları, 
rekvizitlərdən hər biri yeni sətirdən başlanılmaqla və onlardan hər birinin qarşısına növbəti sıra nömrəsi 
qoyulmaqla göstərilir:  
1-valyuta nəzarəti sənədinin nömrəsi, ya da bankın identifikasiya nömrəsi
2-bankın qısaldılmış adı;  
3-9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;  
4-9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin valyuta hesabının nömrəsi; 
5-vergi ödəyicisinin Vergilər Nazirliyi tərəfindən verilmiş uçot nömrəsi.  
Qrafa pul hesablaşmaları nəzərdə tutulmayan müqavilələr üzrə mal keçiriləcək hallarda doldurulmur. Bu 
qarafada mövcud qanunvericiliyə müvafiq olaraq valyuta nəzarəti məqsədi üçün lazım olan məlumatlar da 
göstərilə bilər.  
Qrafa 33. “Malın kodu”  
Birinci yarımbölmədə malların XİF MN üzrə 13 rəqəmli kodları göstərilir.  
Kod strukturuna görə hərf tərtibində boş yer buraxılmadan və digər ayırıcı işarələr olmadan yazılır. Bu 
mərhələdə müvəqqəti olaraq qrafanın kənarındakı sağ yarımbölmə ehtiyat qrafa kimi saxlanılır.  
Qrafa 35. “Brutto çəki (kq)” 
Qrafada malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla göstərilir. Əgər ümumi çəki 
bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam ədədə qədər yuvarlaqlaşdırılır.  
Qrafa 36. “Preferensiya” “İmtiyaz” 
Qrafa gömrük tədiyyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştlərə  əsas verən milli Təsnifata 
uyğun olaraq doldurulur.  
Qrafa 38. “Netto (kq)” “Çəki” “Xalis (kq) çəki” 
Qrafada malların qablaşdırılma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi kiloqramla göstərilir. Əgər 
ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaşdırma qaydası üzrə  həmin tam kəmiyyətə  qədər 
yuvarlaqlaşdırılır.  
Qrafa 39. “Kvota” 
Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur.  
Qrafada, alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə göstərilir. Kvota qalığının 
təyini zamanı bəyan olunan mal hissəsi nəzərə alınmır.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə