Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə39/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

81 
 
3. əhalinin mənəviyyatının qorunması; 
4. insanların həyat və sağlamlığının qorunması; 
5. ətraf mühitin mühafizəsi
6. heyvan və bitkilərin mühafizəsi; 
7. Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin 
qorunması; 
8. mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin qorunması; 
9. gətirilən mallardan yerli istehlakçıların maraqlarının qorunması. 
Azərbaycan Respublikasının mövcud qanunvericiliyi və onun beynəlxalq öhdəlikləri ilə əlaqədar olaraq 
bu siyahı digər müddüəalarla tamamlana bilər. Belə ki, Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin  24 
iyun 1997-ci il tarixli 609 saylı “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması 
haqqında”  Fərmanı ilə mal və  nəqliyyat vasitələrinin aparılıb-gətirilməsi qaydaları  aşağıdakı kimi 
müəyyənləşdirilmişdir: 
1.  İxracı  və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı  əsasında aparılan 
mallar: 
- silah və hərbi texnika, onların istehsalı üçün zəruri olan ehtiyat hissələri
- barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri; 
- nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv 
tullantılar da daxil olmaqla, radioaktiv şüalanma mənbələri; 
- narkotik və psixotrop maddələr, kimyəvi zəhərləyicilər; 
- silah və  hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatların və 
texnologiyaların, material və texnologiyaların ayrı-ayrı növləri. 
2. İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mallar (xidmətlər 
və əqli mülkiyyət): 
- çöl heyvanları, yabanı bitkilər və qazıntılar zamanı tapılmış heyvan sümükləri: 
- vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün alınan xammal; ilan, böyə və  əqrəb 
zəhərləri; 
- Azərbaycan Respublikası  ərazisində, quruda və  dəniz iqtisadi zonası hüdudlarında yerləşən istilik 
enerjisi və mineral xammal yataqları haqqında məlumatlar; 
- ixtiralar, “Nou how” və elmi-tədqiqat işlərinin nəticələri; 
- incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar; 
- bitkilərin mühafizəsi üçün istifadə olunan kimyəvi vasitələr; 
- baytarlıqda tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları; 
- dərman preparatları və tibbi ləvazimatlar; 
 Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlərin göstərilməsi: 
a) inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış sazlama işləri); 
b) yük və sərnişin daşınması, nəqliyyat ekspeditor işləri; 
c) rabitə xidmətləri (beynəlxalq,  şəhərlərarası,  şəhər, kənd sellülar, reysinq, radiotrank, kabel 
televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi); 
ç) vəkillik və digər hüquqi xidmətlər. 
3. Müvafiq dövlət orqanları tərəfindən verilən icazə əsasında idxal-ixrac olunan mallar: 
- etil spirti (yeyinti): 
- alkohollu içkilər (pivə istisna olmaqla): 
- tütün məmulatı. 
Gömrük Məcəlləsinə    ilə mal və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və 
buradan aparılmasının məhdudlaşdırılması halları müəyyən-ləşdirilmişdir. Onları  şərti olaraq 3 qrupda 
birləşdirmək olar: 
1. ticarətdə bəzi mallara qoyulan mal məhdudiyyətləri
2. xarici dövlətlər və ya onların ittifaqlarına qoyulan coğrafi məhdudiyyətlər; 
3. müəyyən müddət üçün qoyulan vaxt məhdudiyyətləri. 
Barəsində qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulan qanunvericilik aktları istisna edilməklə, 
göstərilən məhdudiyyətləri müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvəyə 
minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır.  
Milli təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq hüquqla tanınmış iqtisadi sanksiyaları, hərbi-
texniki sahədə  əməkdaşlığın tənzimlənməsini və daxili bazarın müdafiəsini nəzərdə tutan qaydada və 
məhdudiyyətlər nəzərdə tutula bilər. 
Gömrük Məcəlləsinin 21-ci maddəsinin müddəalarına görə ölkə ərazisinə gətirilən və ölkə ərazisindən 
aparılan mallar gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir. 


82 
 
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər tərəfindən istehsal və 
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi qaydalarını. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Hazırda AR Nazirlər Kabinetinin 31 may 2001-ci 
il tarixində 105 saylı (07.11.2002-ci ildə 176 saylı,10.05.2007-ci il tarixli 73 saylı, 11.02.2008-ci il tarixli 37 
saylı  qərarları ilə  əlavə  və  dəyişiliklər edilmişdir)  Qərarı ilə  təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən 
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilməsi Qaydaları” qüvvədədir.  
Fiziki şəxsin səfərinin bütün formaları nəzərə alınmaqla, fiziki şəxs və ya onun ailə üzvləri tərəfindən 
gömrük sərhədindən keçirilən malların şəxsi istifadə və istehsal məqsədləri üçün keçirildiyini yəqinləşdirmək, 
onların xarakterini və miqdarını, habelə sərhəddən keçirilməsi tezliyini gömrük orqanları müəyyənləşdirir.  
Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində gömrük xidməti fəaliyyət göstərir 
(aeroportlar, dəniz limanları, avtomobil və dəmiryolu keçid məntəqələri). 
Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır. 
Azərbaycan Respublikasının Gürcüstan, Rusiya, Türkiyə  və  İranla sərhədlərində keçid məntəqələri 
fəaliyyət göstərir. Həmçinin, Qazaxstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri vardır, Türkmənistan 
və Qazaxstanla parom vasitəsi ilə gediş-gəliş mövcuddur. 
Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən: 
Fiziki  şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, o 
cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar sadələşdirilmiş qaydada bəyan edilir. 
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə etməklə konklyudent formada yazılı 
bəyannamə təqdim edilməməsini nəzərdə tutur. 
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşayiət olunan baqacda və  əl yükündə 
keçirilən mallara şamil edilir, o şərtlə ki: 
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların miqdarı  və  dəyəri (müşayiət 
olunmayan baqaclar istisna olmaqla) həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən 
miqdar və dəyərindən artıq olmasın; 
-həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın. Gömrük ödənişlərinə cəlb olunan mallar 
olduqda isə həmin mallar yazılı formada bəyan edilməli və «Qırmızı kanal»dan istifadə edilməlidir. 
Fiziki  şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən  əşyalar sərhəd 
məntəqələrində gömrük orqanlarına bəyan edilir. Bəyannamə Azərbaycan, inqilis və ya başqa dillərdə doldurula 
bilər. Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları 
haqqında məlumat onları müşayiət edən  şəxslərin bəyannaməsində göstərilir. Bəyannamədə mallar haqqında 
məlumatlar öz əksini tapmalıdır. 
Fiziki  şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aşağıdaki 
malları gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər: 
  a) ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan; 
  b) beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 
kiloqramdan artıq olmayan; 
  v)  xarici  vətəndaşlar daimi yaşayış  məqsədi ilə Azərbaycan Respublikasına köçüb qələrkən və ya 
Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasından köçüb gedərkən 20.000 ABŞ dollarına 
ekvivalent həcmində ailə üçün zəruri olan məişət əşyalarını; 
  q) yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini; 
  d)Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 125 qrama qədər balıq kürüsünü; 
  e) fərdi istehlak üçün 3 litr alkoqollu içkini;  
ə)3 blok siqareti; 
  z) avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacağı; 
  j) bədii, tarixi, elmi və diqər mədəni əşyaları məhdudiyyətsiz miqdarda gətirə bilərlər. 
 Fiziki  şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və 
Azərbaycan Respublikasından çıxarılması Qaydaları: 
  - Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikası 
ərazisinə  gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olduqda «Gömrük 
bəyannaməsi» ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Gömrük bəyannaməsi», 
həm də «Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilir. 
  -  Azərbaycan Respublikasının vətəndaşları  tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları 
ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük 
orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.  
  -  Azərbaycan Respublikasının vətəndaşları  və xarici vətəndaşlar Azərbaycan Respublikasına  əvvələr 
nəqd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ dolları ekvivalentinədək məbləği müvafiq təsdiqedici 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə