Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə35/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

73 
 
qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, 
mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur. 
Gömrük rəsmiləşdirilməsi üçün yük və digər  əməliyyatların aparılması, yalnız gömrük orqanının 
müvafiq tələbi olduqda məcburi hesab edilir.  
Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamışsa, yük və digər 
əməliyyatlar, yalnız gömrük orqanının icazəsi ilə aparıla bilər.  
Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.  
Prob və nümunələr onların tədqiqatı (ekspertizası) üçün götürülür. Prob və nümunələrin götürülməsi 
gömrük orqanları  tərəfindən, yaxud onların icazəsi ilə mallara münasibətdə  səlahiyyətə malik şəxslər, bu 
şəxslərin nümayəndələri və digər dövlət orqanları (məsələn, ekoloji, baytarlıq nəzarəti orqanları) tərəfindən 
nəzarətin həyata keçirilməsi məqsədilə tətbiq edilir.  
Gömrük Məcəlləsində probların götürülməsi prinsipi müəyyən edilir. Onlar tədqiqata imkan verən 
minimal miqdarlarda götürülür. Prob (nümunə) bütün malın (partiyanın) təcəssümü hesab edilir, buna görə də 
laboratoriya təcrübəsi üçün onun elə minimal hissəsi götürülməlidir ki, malın gömrük sərhədini keçdiyi halında 
bütün keyfiyyət xarakteristikasını müəyyən etmək mümkün olsun. Təhlil nəticəsində nümunə götürüldüyü malın 
tərkibi və xassələri barədə laboratoriya tədqiqatlarının dəqiqliyi hüdudlarında fikir söyləmək mümkündür. 
Problar aşağıdakı kimi təsnifatlandırılır: 
1) Birdəfəlik (nöqtəvi) prob dedikdə bir qəbul (analiz) üçün götürülən prob nəzərdə tutulur. Bu 
cür problar malın bir bağlısında, rezervuarın, yaxud nəqliyyat vasitəsinin verilmiş  səviyyəsində malın 
keyfiyyətini xarakterizə edir;  
2) Birləşdirilmiş (orta) prob bir neçə nöqtəvi probun səylə qarışdırılması nəticəsində tərtib edilir. 
Nöqtəvi problar uyğun qaydada və uyğun mütənasibliklə seçilməlidir;  
3) Yoxlama (arbitraj) probu birləşdirilmiş probun analiz üçün istifadə olunan hissəsidir və 
arbitraj sınaqları tələb olunduqda istifadə etmək üçün qorunub saxlanılır.  
Probların götürülməsi üç mərhələdə aparılır:  
1) mal partiyasına ümumi baxış;  
2) nöqtəvi probların və ya nümunə götürüləcək hissələrin seçilməsi;  
3) orta probun tərtib edilməsi.  
Əgər prob və nümunələr gömrük orqanları tərəfindən götürülürsə, mal barəsində səlahiyyətli şəxslər və 
onların nümayəndələrinin bu əməliyyatlarda iştirak etmək hüququ var. Sonuncular problar götürülərkən gömrük 
orqanlarına kömək etməlidirlər (məsələn, yük əməliyyatlarını öz hesablarına aparmalıdırlar). 
Əgər prob və nümunələrin götürülməsinə mal barəsində  səlahiyyətləri olan şəxslər və onların 
nümayəndələri təşəbbüs göstərirsə, bu zaman gömrük orqanlarının səlahiyyətli  şəxsləri iştirak etməlidirlər. 
Gömrük  əməkdaşları, həmçinin digər dövlət nəzarət orqanlarının səlahiyyətli  şəxsləri tərəfindən prob və 
nümunələrin götürülməsi prosesində  iştirak etməlidirlər. Bu halda aparılmış  tədqiqatların nəticələri barədə 
gömrük orqanlarına məlumat verilməlidir.  
Aşağıdakı hallarda mallar barədə  səlahiyyətli  şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan 
gömrük orqanları tərəfindən prob və nümunələrin götürülməsinə yol verilir:  
1) mallar gömrük orqanlarına təqdim olunduqdan sonra 10 gün müddətində bu şəxslər gəlib 
çıxmadıqda;  
2) təxirə salınması mümkün olmayan hallarda.  
Belə hallarda probların götürülməsi zamanı  tədqiqatın nəticələrində maraqlı olmayan şəxslər iştirak 
etməlidirlər.  
Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin onların malından götürülmüş prob 
və nümunələrin tədqiqatının nəticələri ilə tanış olmaq hüququ var.  
Götürülmüş prob və nümunələr gömrük ekspertizasına daxil olur. Bu əməliyyat altında xüsusi 
biliklərdən istifadə edilməsi ilə gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin icraatı zamanı meydana çıxan 
məsələlərin həll edilmə prosedurası başa düşülür.  
Gömrük ekspertizası ilkin qərar qəbul edilmə prosesində və digər gömrük məqsədləri ilə aparıla bilər. 
Bu zaman bütün hallar üçün müəyyən olunan prob və nümunə götürmə proseduralarından istifadə olunur. Digər 
dövlət nəzarət orqanları, habelə mallar barədə  səlahiyyəti olan şəxslər və onların nümayəndələri tərəfindən 
mallardan prob və nümunələr götürülərkən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli  şəxsləri 
iştirak edirlər. Göstərilən  şəxslər və onların nümayəndələri, Azərbaycan Respublikası gömrük orqanlarının 
vəzifəli şəxsləri tərəfindən mallardan prob və nümunələr götürülərkən onlara kömək etməlidirlər.  
Mallar barədə  səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin iştirakı olmadan mallar təqdim 
edildiyi vaxtdan 10 gün keçəndən sonra göstərilən  şəxslər gəlmədikdə və təxirəsalınmaz hallarda Azərbaycan 
Respublikası gömrük orqanları tərəfindən mallardan prob və nümunələr götürülə bilər.  


74 
 
Bu cür prob və nümunənin götürülməsində onların tədqiqinin nəticəsində marağı olmayanlar iştirak 
edirlər. Mallar barədə  səlahiyyəti olan şəxslər və onların nümayəndələri, götürülmüş prob və nümunələr üzrə 
aparılmış  tədqiqatın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarət orqanları tərəfindən 
götürülmüş prob və nümunələrin tədqiqinin nəticələri haqqında Azərbaycan Respublikası gömrük orqanlarına 
məlumat verilir.  
Azərbaycan Respublikası gömrük orqanları mallardan prob və nümunələrin götürülməsi ilə  əlaqədar 
şəxs tərəfindən çəkilən xərcləri ödəmir. 
Prob və nümunələrin tədqiqi ilə  əlaqədar Azərbaycan Respublikası gömrük orqanları  və gömrük 
laboratoriyaları tərəfindən çəkilən xərclər, şəxsin öz təşəbbüsü ilə aparılan tədqiqat xərcləri istisna olmaqla, şəxs 
tərəfindən ödənilmir. 
Mallardan prob və nümunələrin götürülməsi qaydasını, onların tədqiq olunma müddətlərini, həmçinin 
onlar barəsində sərəncam vermə qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti 
orqanı müəyyən edir.  
 
8.1.1. İlkin əməliyyatlar  
 
İlkin  əməliyyatlar mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması  və 
sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq 
mərhələsi hesab edilir.  
İlkin  əməliyyatlar gömrük sərhədinin Azərbaycan  ərazisinə  gətirilməsi qadağan edilmiş mal və 
nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir. 
 Bu mərhələdə mallar gömrük məqsədləri üçün identifikasiya edilir.  
İlkin əməliyyatlara aşağıdakılar aiddir: 
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə  və ya malların, nəqliyyat 
vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük 
orqanlarına məlumat verilməsi
- malların, nəqliyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi 
yerlərə çatdırılmvsı; 
- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi; 
 
8.1.2. Dəniz protesti  
 
Dəniz daşımalarının xüsusiyyətləri gəmi sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi 
üçün sübutlar təmin edilməsinin əlahiddə prosedurasından istifadə olunmasını nəzərdə tutur.  
Bu məqsədlərlə notarius gəmi kapitanından gəmi üzən və ya dayanan müddətdə baş vermiş fövqəladə 
hadisə barədə ərizə qəbul edir. Bu ərizə kapitana və ya gəmi sahibinə əmlak tələbləri, o cümlədən də daşınan 
mallara görə gömrük rüsum və  yığımlarının ödənilməsi üzrə  tələblər üçün əsas sayıla bilər. Belə  ərizə  dəniz 
ticarət təcrübəsində dəniz protesti adlanır.  
Gömrük ödənişlərindən azad olmaq məqsədi ilə kapitana məsləhət görülür ki, təbii fəlakət zamanı 
heyətin zəruri tədbirlərin görülməsi hərəkətlərini təfsilatı ilə göstərsin. Gəmi kapitanı, həmçinin, gəmi 
jurnalından təsdiq edilmiş  çıxarışı notariusa təqdim etməlidir. Gəmi kapitanının  ərizəsi, gəmi jurnalındakı 
qeydlər və dörd nəfərdən az olmayan şahidlərin sorğu-sual (iki nəfər gəmi heyəti, iki nəfər komanda heyəti) 
əsasında notarius dəniz protesti aktı  tərtib edir. Bu akt dəniz daşımalarında gömrük ödənişlərinin 
ödənilməsindən azad edilmək üçün hüquqi əsas ola bilər.  
Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yüklər bəyan edilməlidir. Deklarant mal 
göndərişinin bir hissəsini hətta bu hissə tam göndərişin digər hissələri ilə bir vaxtda və eyni xarici ticarət 
müqaviləsi əsasında göndərilmiş və ünvana tez çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz.  
Hələ  gəlib çatmamış malların bəyan edilməsini istisna etmək məqsədi ilə yüklərin gömrük 
rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və  nəqliyyat vasitələrinin gömrük nəzarətinə  təqdim edilməsi 
prosedurası daxil edilir. Belə  təqdim etmə daşıyıcı  tərəfindən malların və  nəqliyyat vasitələrinin çatdırıldığı 
barədə gömrük orqanlarının xəbərdar edilməsi ilə ifadə olunur. İş vaxtından sonra gəlmiş mal və  nəqliyyat 
vasitələri gömrük nəzarəti zonasında yerləşdirilməlidir.  
Gömrük orqanı gətirilmiş mal və nəqliyyat vasitələrinin faktiki olaraq təqdim edilməsini tələb edə bilər. 
Malların idxalı zamanı təqdim etmə  malları keçirən şəxsə, yaxud daşıyıcı və ya onun səlahiyyətli nümayəndəsi 
tərəfindən mal və  nəqliyyat vasitələrinin gömrük ərazisinə, ya da təyinat gömrükxanasına çatdırılması barədə 
xəbər verilməsi kimi ifadə edilir.  
Mal və  nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana qədər gömrük nəzarəti 
altında müvəqqəti saxlancda qalır.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə