Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə33/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

69 
 
Bu gömrük rejimindən istifadə etdikdə, gömrük ödənclərinin ödənilməsi üçün məsuliyyəti, malları 
sərbəst gömrük zonasına gətirən və ya sərbəst anbara yerləşdirən şəxs daşıyır.  
Rejimlərin təyinatından göründüyü kimi, xarici və Azərbycan mallarının yerləşdirilməsi üçün gömrük 
rüsum və vergiləri tutulmur. Əgər mallar sərbəst gömrük zonasından Azərbaycan Respublikasının gömrük 
ərazisinə gətirilirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənara aparılırsa nəzərdə tutulmuş rüsum 
və yığımlar ödənilməlidir.  
Sərbəst gömrük ərazisində yerləşdirilərkən, mallar ixrac üçün nəzədə tutulmuşsa, gömrük rüsum və 
vergilərindən azad edilir və ya ödənilmiş  məbləğlər geri qaytarılır. Bu şərtlə ki, mallar vergi və rüsumlardan 
azad edildikdən və ya tutulmuş məbləğlər qaytarıldıqdan sonra 6 ay ərzində mallar faktiki çıxarılmış olsun.  
Əgər ixrac üçün nəzərdə tutulmuş mal sərbəst gömrük zonasından respublikanın gömrük ərazisinə 
qaytarılarsa, gömrük rüsum və vergiləri, həmçinin Milli Bank tərəfindən müəyyən edilmiş kreditlər üzrə 
dərəcələrə görə faiz ödənilir.  
 
7.4.8. Məhv etmə rejimi 
 
Malların məhv edilməsi xarici malların gömrük nəzarəti altında gömrük rüsum və vergiləri 
alınmadan, həmçinn mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən məhv edildiyi gömrük rejimidir.  
Məhv edilmə prosesinin özü malların tam məhv edilməsi, yəni yandırılması, dağıdılması, basdırılması 
və s. yolu ilə, həm də onların istifadəyə yararsız hala gətirilməsi, yəni sökülməsi, parçalanması, mexaniki 
zədələnməsi və s. yolu ilə həyata keçirilə bilər.  
Axırıncı halda gömrük orqanları diqqət etməlidirlər ki, mexaniki zədələnmələr məhv edilən malların 
yenidən bərpası və ilkin halında istifadə edilməsi imkanını istisna etsin. Rejimin özünün tətbiqinə o zaman yol 
verilir ki, malların məhv edilməsi üçün seçilmiş üsul sayəsində onlar öz istehlak qabiliyyətlərini (xassələrini) və 
dəyərini itirmiş olsun. 
Məhvetmə rejiminin əsas xüsusiyyəti odur ki, bu rejim altında yalnız Azərbaycan gömrük ərazisinə 
faktiki olaraq gətirilmiş xarici mallar və  nəqliyyat vasitələri yerləşdirilə bilər. Qeyd etmək lazımdır ki, 
məhvetmə rejimindən fərqli olaraq, dövlətin xeyrinə maldan imtina rejimi xarici mallarla birgə Azərbaycan 
mallarına da şamil edilə bilər.  
Məhvetmə rejimini malın sahibi, yaxud gömrük brokeri bəyan edə bilər. Nəqliyyat vasitəsinin məhv 
edilməsi barədə yalnız daşıyıcı elan edə bilər.  
Malların məhv edilməsi rejiminin seçilməsi, çox hallarda malların gömrük sərhədindən keçirilməsindən 
sonra keyfiyyətini itirməsi və ya saxlama müddətinin (istifadəyə yararlılıq) bitməsi ilə bağlıdır (gömrük 
anbarında mallar uzun müddət qalanda da belə hallar olur). 
Belə malları gömrük nəzarəti altında məhv edərək, iş adamı eyni zamanda bu malların gömrük 
ərazisindən çıxarılması üçün çəkiləcək nəqliyyat xərclərindən və gömrük rüsum və vergilərinin ödənilməsindən 
azad olur.  
Malların məhv edilməsi gömrük rejimi sərgi işlərində də tətbiq edilir: stendlərin geri aparılma xərcləri 
onların özünün, reklam avadanlığının və  hətta bəzi eksponatların dəyərindən çox ola bilir ki, bu da onları 
gömrük nəzarəti altında məhv etməyə və ya dövlət mülkiyyətinə verməyə təhrik edir.  
Bu əşyaları sərgi, yaxud yarmarka iştirakçısı sadəcə olaraq qoyub gedə bilməz, çünki onları Azərbaycan 
gömrük ərazisinə gətirərkən geri aparılacağı barədə öhədəlik vermiş olur. Buna görə də əgər yüklər Azərbaycan 
gömrük  ərazisindən geri aparılmazsa, onların sahibi (deklarant) tələb olunan gömrük rüsum və  yığımlarını 
ödəməlidir. Yükün geri aparılmaması  və  həm də bu zaman gömrük rüsum və vergilərinin ödənilməməsinin 
yeganə qanuni yolu gömrük orqanına müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş malların məhv edilməsi barədə 
aktın, yaxud dövlət xeyrinə maldan imtina edilməsi barədə aktın təqdim edilməsidir.  
Məhvetmə rejimi altında malların yerləşdirilməsi üçün maraqlı  şəxs gömrük orqanına YGB, ərizə  və 
lazım olduqda digər (qaimələr, konosament, hesab-faktura və s.) sənədlər təqdim edir. Bu rejimin tətbiqində 
maraqlı  şəxs  ərizəsində  məhv edilməsi lazım olan əşyanı (malın adı, miqdarı  və yeri) dəqiq müəyyən etməli, 
malın dövriyyədən çıxarılmasının səbəbini, məhvetmənin üsulunu, gününü və yerini bildirməli, məhvetmə 
nəticəsində əmələ gələn qalıq və tullantılar barədə məlumat təqdim etməlidir. Bundan başqa ərizəçi məhvedilmə 
barədə aktın müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməsi üçün öhdəlik götürür. Məhvedilmə 
aktı YGB ilə birlikdə gömrük orqanında qalır. Məhvedilmə aktı  sərbəst formada tərtib edilir, lakin aşağıdakı 
məlumatların əhatə edilməsi məcburidir:  
1) tərtib edilmə tarixi;  
2) mal və nəqliyyat vasitələrinin adı, fərdi əlamətləri, miqdarı;  
3) məhvedilmənin üsulu, tarixi və yeri;  
4) əmələ gələn qalıqların (tullantıların) adı, fərdi əlamətləri və miqdarı;  
5) məhvetmə zamanı iştirak edən şəxslərin siyahısı. 


70 
 
Gömrük orqanı  məhvetmənin yalnız gömrük orqanının vəzifəli  şəxsinin iştirakı ilə aparıla bilməsi 
barədə qərar qəbul edə bilər. Bu halda deklarantın ərizəsində xüsusi qeydlər edilir.  
Məhvetmə aktı malları keçirən  şəxsin səlahiyyətli nümayəndəsi, həmçinin gömrük orqanının vəzifəli 
şəxsi tərəfindən imza və möhürlə təsdiq edilir.  
Məhvetmə rejimində gömrük rəsmiləşdirilməsinin yeri:  
a) gömrük anbarı, rüsumsuz ticarət mağazası, gömrük ərazisindən kənarda emal, gömrük nəzarəti 
altında emal, müvəqqəti idxal, sərbəst gömrük zonası, sərbəst anbar, təkrar ixrac rejimləri altında yerləşdirilmiş 
mallar üçün - bu malları şəxsin sərəncamına seçilmiş rejimə uyğun olaraq vermiş gömrük orqanının yerləşdiyi 
yer;  
b) Azərbaycanın gömrük ərazisinə  gətirilən mal və  nəqliyat vasitələri, gətirilmiş  və tranzit gömrük 
rejimi altında yerləşdirilmiş və ya gömrük nəzarəti altında daşınma qaydaları ilə gömrük ərazisində bir yerdən 
digərinə aparılan mallar üçün - bu tip malların və  nəqliyyat vasitələrinin xidmət zonasında olduğu gömrük 
orqanının yeri.  
Mal və  nəqliyyat vasitələrinin məhvetmə gömrük rejimi altında yerləşdirilməsi üçün icazə verilməsi 
qərarını müvafiq gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs qəbul edir. Belə qərarın qəbul edilməsində 
gömrük orqanının rəhbəri gömrük qanunvericiliyini əsas tutur.  
Məhvetmə rejiminin hüquqi tənzimlənməsinin spesifikası tullantıların (qalıqların)  əlahiddə gömrük 
rəsmiləşdirilməsi qaydasında özünü büruzə verir. Bütün tullantılar (qalıqlar) bu vəziyyətdə Azərbaycanın 
gömrük ərazisinə gətirilmiş xarici mallar kimi gömrük rəsmiləşdirilməsindən keçməlidir.  
Tullantıların gömrük rəsmiləşdirilməsinin yerini məhvetmə rejiminə icazə vermiş gömrük orqanı öz 
mülahizələrinə görə müəyyən edir. O, müəyyən edə bilər ki, tullantılar müvəqqəti saxlanc anbarında 
yerləşdirilsin. Gömrük bəyannaməsinin təqdim edilmə müddəti, adətən, malların faktiki məhv edilmə tarixindən 
7 günədək müəyyən edilir.  
Aşağıdakı hallarda gömrük rüsumu, vergisi və s. tutulmur:  
1)  əgər tullantıların (qalıqların) sonrakı istifadəsi mümkün deyilsə, yəni onlar basdırılıbsa 
(batırılıb, yandırılıb);  
2) tullantıların gömrük dəyəri cüzidirsə (məsələn, 20 ABŞ dollarından azdırsa). 
Hər iki halda bəyanetmə tullantılar barədə məlumatın ərizədə və məhvetmə aktında qeyd edilməsi yolu 
ilə həyata keçirilir.  
 
7.4.9. Dövlətin xeyrinə maldan imtina rejimi  
 
Gömrük Məcəlləsinə görə,  maldan imtina- gömrük rüsumları, vergilər alınmadan, həmçinin 
iqtisadi siyasət tədbirləri tətbiq edilmədən şəxsin maldan imtina etməsindən ibarət gömrük rejimidir.  
Dövlətin xeyrinə maldan imtina edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 
edilən qaydada, Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə yol verilir.  
Gömrük Məcəlləsinə görə bu rejimdə malların sahibi gömrük rüsum və vergiləri ödəmədən, iqtisadi 
siyasət tədbirləri tətbiq edilmədən mallardan dövlətin xeyrinə imtina edir.  
Malından dövlətin xeyrinə imtina edən  şəxs malları öz vəsaiti hesabına gömrük orqanı  tərəfindən 
müəyyən edilmiş yerə çatdırmalıdır.  
Malın mülkiyyətçisinin dəyişilməsi faktını  təsdiq edən sənəd təhvilverilmə aktıdır. Bu sənəd ciddi 
maliyyə-hesabat sənədidir və deklarantın xahişi ilə iki nüsxədə tərtib edilir. Bir nüsxə gömrük orqanında, digəri 
isə maldan dövlətin xeyrinə imtina edən şəxsdə qalır.  
Aktda aşağıdakı məlumatlar əks etdirilməlidir:  
1) sənədin tərtib edilmə tarixi;  
2) malı təhvil verən təşkilatın, müəssisənin adı;  
3) malı qəbul edən gömrük orqanının adı;  
4) təhvil verilən malların adı, fərdi əlamətləri və miqdar xarakteristikaları.  
Akt təhvil verən və qəbul edən tərəflərin imza və möhürləri ilə təsdiq edilir. Gömrük orqanı adından aktı 
maddi-məsul vəzifə tutan şəxs imzalamalıdır.  
Bu rejimdə malların gömrük rəsmiləşdirilməsi yeri, malların yerləşdiyi regionda fəaliyyət göstərən 
gömrük orqanının yeridir. Qanunvericiliyə görə, dövlətin xeyrinə imtina rejimində gömrük yığımı tutulmur.  
 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə