Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir


ç) Gömrük Məcəlləsi və Azərbaycan gömrük qanunvericiliyinin digər aktları ilə



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

63 
 
ç) Gömrük Məcəlləsi və Azərbaycan gömrük qanunvericiliyinin digər aktları ilə nəzərdə tutulmuş 
tələblərin yerinə yetirilməsi.  
İxrac gömrük rejimi altında yerləşdirilən mallar, bu rejimin xüsusiyyətləri nəzərə alınmaqla, ümumi 
qaydada bəyan edilməli və gömrük rəsmiləşdirilməsindən keçməlidir.  
Malların ixrac rejiminə uyğun olaraq çıxarılması xarici iqtisadi fəaliyyətin ümumi sisteminə daxil olan 
müxtəlif vasitə və mexanizmlərlə tənzimlənir.  
İxracın əsas dövlət tənzimləmə vasitələrinə aşağıdakılar aid edilir:  
1) tarif-vergi tənzimlənməsi  
2) qeyri-tarif vasitələri  
3) valyuta nəzarəti  
 
7.4.2. Təkrar ixrac rejimi 
 
Malların təkrar ixracı gömrük rejimində xarici mallar Azərbaycanın gömrük ərazisindən 
gömrük rüsum və vergiləri alınmadan və ya alınmış rüsum və vergilər qaytarılmaqla, iqtisadi siyasət 
tədbirləri tətbiq etmədən Gömrük Məcəlləsinə və Azərbaycan gömrük qanunvericiliyinin digər aktlarına 
uyğun olaraq çıxarılır.  
Bu gömrük rejimi iqtisadi baxımından təkrar idxal rejiminin “geri  əks olunmasıdır”. Rejimlərin 
məzmunu onların istifadə olunma mexanizmində bəzi prinsipial fərqlər olduğunu nəzərə çarpdırır.  
Təkrar ixrac rejiminin reqlamentasiyası, təkrar ixrac edilən malların Azərbaycan gömrük ərazisində 
olması faktına  əsaslanır ki, bu da gömrük nəzarətinin həyata keçirməyə, rejimin şərtlərinə riayət olunmasını 
təmin etməyə yönəlmiş əlavə tədbirlər görməyə imkan verir. Əvvəllər qeyd edildiyi kimi, təkrar idxalın hüquqi 
reqlamentasiyasında prosedura məsələləri mühüm yer tutur və əsas fikir nəzarətin sənədli formalarına yönəldilir.  
Malların təkrar ixracına Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada yol verilir. Azərbaycan 
Respublikasının qanunvericilik aktları, Azərbaycan hökumətinin aktları  və Azərbaycan Respublikasının 
dövlətlərarası müqavilələrində müəyyən edilmiş hallarda isə malların təkrar ixracına  İqtisadi  İnkişaf 
Nazirliyinin razılığı ilə icazə verilir.  
Təcrübədə malların təkrar ixracı gömrük rejiminin iki tipindən istifadə edilir:  
- bəyan edilmiş təkrar ixrac;  
- faktiki təkrar ixrac. 
Bəyan edilmiş  təkrar ixracda mallar ilk dəfə Azərbaycanın gömrük ərazisinə  gətirilərkən, gömrük 
orqanlarına bilavasitə və yalnız ixrac üçün gətirildiyi bəyan edilir. Bu halda idxal rüsum və vergiləri tutulmur, 
iqtisadi siyasət tədbirləri tətbiq edilmir.  
Faktiki təkrar ixrac tipindən Azərbaycanın gömrük ərazisinə  gətirilən malların bilavasitə  tərar ixrac 
üçün gətirilmiş olması  bəyan edilmir. Onlar  xarici mallar olmaq şərtilə digər gömrük rejimləri altında 
yerləşdirilə bilər. Malların milli gömrük ərazisinə bu cür gətirilməsi zamanı gömrük rüsum və vergiləri 
ödənilmişsə, bu məbləğlər təkrar ixrac zamanı aşağıdakı şərtlər daxilində geri qaytarılır:  
- təkrar ixrac olunan mallar, təbii aşınma və normal şəraitdə daşınma zamanı ola biləcək təbii itkilər 
nəzərə alınmaqla, gətirilmə anındakı halda olmalıdır;  
- təkrar ixrac gətirilmə anından keçən iki il müddətində həyata keçirilməlidir;  
- təkrar ixrac edilən mallar qazanc məqsədi ilə istifadə edilməmiş olmalıdır.  
Adətən, təkrar ixraca icazə gömrük ödənişlərinin, mal və nəqliyyat vasitələrinin girov qoyulması, bank 
və digər kredit təşkilatlarının zəmanəti, tələb olunan məbləğin depozitə qoyulması yolu ilə ödənməsinin təmin 
edilməsi şərti ilə verilir.  
Azərbaycanın gömrük ərazisinə gətirilən, gömrük rəsmiləşdirilməsi zamanı təkrar ixrac məqsədləri üçün 
gətirildiyi bəyan edilən malların təkrar ixrac gömrük rejimi altında yerləşdirilməsinə aşağıdakı tələblərə riayət 
edilməsi şərti ilə icazə verilə bilər:  
1) malların bilavasitə  və yalnız təkrar ixrac məqsədi ilə  gətirildiyini təsdiq edən müqavilələrin 
gömrük orqanına təqdim edilməsi (iki xarici ticarət müqaviləsi - idxal və ixrac üçün);  
2) maraqlı şəxsin (deklarantın) malların gömrük ərazisində çıxarılacağı barədə öhdəliyi;  
3) təkrar ixrac məqsədi ilə malları  gətirən təşkilatın həmin malların müəyyən edilən müddətdə 
çıxarılacağı, malların Azərbaycanın gömrük ərazisində qalacağı təqdirdə tələb edilən rüsum və vergilərin 
ödəniləcəyi barədə  zəmanət məktubunun gömrük orqanına təqdim  edilməsi (zəmanət öhdəliyi  əlavə 
edilir). 
Təkrar ixrac məqsədi ilə  gətirilməsi bəyan edilmiş mallar onların təcili aparılması mümkün olmayan 
hallarda yalnız gömrük anbarlarında və gömrük anbarı rejiminin tələbləri yerinə yetirilməklə saxlanıla bilər.  
Təkrar ixrac məqsədilə gətirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı malı gətirən şəxs müvafiq 
gömrük orqanına müraciət etməlidir.  


64 
 
Təkrar ixrac üçün respublikaya gətirilmiş alkohollu içkilər, etil (yeyinti) spirti, tütün məmulatının təkrar 
ixrac rejimində yerləşdirilməsi Dövlət Gömrük Komitəsində qeydə alındıqdan sonra həyata keçirilir.  
Azərbaycan Respublikasının gömrük ərazisinə  təkrar ixrac üçün gətirilmiş malların bu ərazinin 
hüdudlarından kənara aparılması DGK tərəfindən “icazə vərəqəsi” verildikdən sonra rəsmiləşdirilir.  
“İcazə vərəqəsi” almaq üçün Dövlət Gömrük Komitəsinə edilmiş müraciətlə birgə aşağıdakı sənədlər 
təqdim edilməlidir:  
a) təkrar ixrac məqsədilə gətirilmiş malların idxal-yük gömrük bəyannaməsi;  
b) yol-nəqliyyat sənədləri (qaimə);  
c) invoys (malların adı və qiyməti göstərilən siyahı); 
ç) bağlanmış müqavilə;  
d) malın keyfiyyət və mənşə sertifikatları;  
e) malın dəyərinin qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə bank sənədi;  
ə) təkrar ixrac məqsədilə  gətirilmiş malı  rəsmiləşdirilmiş gömrük əməkdaşının  şəxsi nömrəli 
möhürü ilə təsdiq olunmuş yazılı rəyi;  
f) malların təkrar ixracına icazə verilməsi üçün lazım olan digər sənədlər.  
Təkrar ixrac üçün edilmiş müraciətə 10 gün müddətində baxılmalıdır. Müsbət cavab verildiyi təqdirdə 
üç nüsxədən ibarət “icazə vərəqəsi” tərtib edilir. Bir nüsxə DGK-də qalır, digər nüsxələr ərizəçiyə qaytarılır. 
İcazənin bir nüsxəsi ərizəçi tərəfindən malların rəsmiləşdirildiyi gömrük orqanına təqdim edilməlidir.  
 
7.4.3. Sərbəst dövriyyə üçün buraxılış 
 
Sərbəst dövriyyə üçün buraxılış rejiminin hüquqi normaları  GM ilə barəbər “Gömrük tarifi haqqında” 
Qaydada da öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, AR-ın gömrük ərazisində  sərbəst dövriyyə üçün 
buraxılmış xarici mallara da Azərbaycan malları kimi baxılır.  
Sərbəst dövriyyə üçün buraxılış rejimi digər gömrük rejimləri kimi bu rejimdən istifadə edilməsi 
barədə maraqlı  şəxsin qabaqcadan bu barədə  ərizə verməsini nəzərdə tutur. Bu əməliyyat malların 
yerdəyişməsi üçün məqsədin elan edilməsi və  bəyanetmə yolu ilə, gömrük orqanı  tərəfindən gömrük 
rəsmiləşdirilməsinin və sərbəst dövriyyəyə buraxılmasına icazə verilməsi və ya bundan imtina edilməsi ilə 
həyata keçirilir. 
Malların sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük rəsmiləşdirilməsi üçün (kommersiya 
fəaliyyəti üçün nəzərdə tutulmayan mallardan başqa) gömrük yığımı tutulur. Yığımın miqdarı AR-ın 
qanunvericiliyinə uyğun olaraq AR-ın Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir. Hal-hazırda AR NK-nın 
12 aprel 2001-ci ildə qəbul edilmiş ”AR-də idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, 
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında”  80 saylı qərarı qüvvədədir. Gömrük 
yığımlarının həcmi və onların ödənmə qaydası, ödəniş valyutası, müxtəlif hüquqi əsaslara görə  şəxsin 
kateqoriyasından, rejim altında yerləşdirilən malların təyinatından və digər məqsədlərdən asılı olaraq, müvafiq 
qanunvericilik aktları dəyişdirilə bilər.  
Malların sərbəst dövriyyə üçün burxılış gömrük rejimi altında yerləşdirilməsi  şərtləri bu rejimdə 
malların AR ərazisinə  gətirilməsinin tənzimlənmə vasitələrindən istifadə etmə sisteminin mürəkkəb 
mexanizmini nəzərdə tutur. Bu vasitələrdən istifadə edilməsi nəinki təkcə gömrük qanunvericiliyi normalarına, 
həmçinin qanunvericiliyin digər sahələrinə aid normalara əsaslanır.  
 
7.4.4. Təkrar idxal rejimi 
 
Gömrük Məcəlləsinə görə,  malların təkrar idxalı-ixrac gömrük rejiminə uyğun olaraq ölkənin 
gömrük  ərazisindən aparılmış yerli malları qanunla müəyyən edilmiş müddətdə gömrük rüsumları  və 
vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən geriyə 
gətirilməsindən ibarət gömrük rejimidir.  
Aşağıdakı mal kateqoriyaları təkrar idxal rejimi ilə rəsmiləşdirilə bilməz:  
- xarici mallar; 
- Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac rejimindən başqa rejimlərin şərtləri ilə 
çıxarılan Azərbaycan malları;  
- ixrac rejimi şərtləri ilə çıxarılmış, lakin geriyə qaytarılması təkrar idxal üçün müəyyən edilmiş 
zaman hüdudları bitdikdən sonra geriyə qaytarılan Azərbaycan malları;  
- Azərbaycan qanunvericiliyi normaları ilə idxalı və ixracı qadağan olunmuş mallar.  
Təkrar idxal rejmində yerləşdirilən mallar həmçinin aşağıdakı tələblərə cavab verməlidir:  
1) bu mallar onların ixrac müddətinə qədər mənşəyinə görə Azərbaycan malları və ya gömrük ərazisində 
bütün gömrük ödənişləri ödəməklə sərbəst dövriyyəyə buraxılmış xarici mallar olmalıdır; 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə