Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə27/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

57 
 
Azərbaycan Respublikasıın Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla Azərbaycan 
Respublikasının Dövlət Gömrük Komitəsi sərbəst anbar təsis etmək üçün icazə verir və onun fəaliyyət 
müddətini müəyyən edir.  
Sərbəst anbarı təsis etmək üçün icazə verilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
müəyyən etdiyi miqdarda yığım alınır.  
Sərbəst anbarı  təsis etmək üçün icazəni verən DGK onu ləğv edə, geri ala, habelə onun fəaliyyətini 
dayandıra bilər.  
Sərbəst anbar sahibi Gömrük Məcəlləsinin tələblərinə riayət etmədikdə  və ya anbarın qalması daha 
Azərbaycan Respublikasının iqtisadi siyasətinə uyğun gəlmədikdə icazə geri alınır.  
Sərbəst anbar sahibinin öz hüquqlarından sui-istifadə etməsi haqqında kifayət qədər  əsaslar olduqda, 
icazənin fəaliyyəti üç aya qədər müddətdə dayandırıla və ya ləğv edilə bilər.  İcazənin ləğv edilməsi, geri 
alınması  və ya fəaliyyətinin müvəqqəti olaraq dayandırılması haqqında qərar qəbul edildiyi tarixdən qüvvəyə 
minir.  
İcazə ləğv edildikdə və ya geri alındıqda onun verilməsinə görə alınmış yığımlar qaytarılmır.  
Sərbəst anbar təsis edilməsi üçün nəzərdə tutulan bina və ya başqa yer, gömrük nəzarətini təmin etmək 
məqsədilə lazım olan qaydada qurğu emalı, zəruri olduqda onlar iki bağlayıcı qurğu ilə təchiz edilməli və həmin 
qurğulardan biri Azərbaycan Respublikası gömrük orqanının sərəncamında olmalıdır.  
Sərbəst anbar sahibinin vəzifələri:  
1) anbarda olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək 
2) gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;  
3) sərbəst anbar təsis edilməsi üçün verilən icazənin  şərtlərinə riayət etmək, gömrük nəzarətinin və 
gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli 
şəxslərinin sərbəst anbarlara daxil olmalarına  şərait yaratmaq, Azərbaycan Respublikası gömrük orqanlarının 
qanuni tələblərini yerinə yetirmək.  
Gömrük Məcəlləsinə görə anbar sahibi: 
a) sərbəst anbar təsis edilməsi üçün verilən icazənin şərtlərini yerinə yetirməlidir;  
b) gömrük orqanlarının tələblərini yerinə yetirməli, gömrük orqanının vəzifəli  şəxslərinin saxlanan 
malları  təmas və müayinə edə bilməsini təmin etməli, bu şəxslərə gömrük rəsmiləşdirilməsi və gömrük 
nəzarətinin həyata keçirilməsi üçün təmannasız otaq, avadanlıq və rabitə vasitələri verməlidir;  
c) gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməməlidir; 
ç) anbardakı malların gömrük nəzarətindən kənar götürülməsi imkanını istisna edilməlidir. 
Bu məqsədlə sərbəst gömrük anbarı üçün nəzərdə tutulmuş tikili və ya başqa bir yer gömrük nəzarətini 
təmin etmək üçün düzəldilməli, lazım olduqda ikiqat bağlayıcı vasitələr (qıfıl və s.) ilə  təchiz etməlidir. 
Bağlayıcı vasitələrdən biri gömrük orqanlarında qalmalıdır.  
Gömrük Məcəlləsinə görə, bu gömrük rejimi altında yerləşdirilmiş mallardan pərakəndə satış istisna 
edilməklə, istehsal və digər kommersiya əməliyyatlarında istifadə etmək olar. Bu rejim altında yerləşdirilmiş 
malların xarakterindən asılı olaraq, ayrı-ayrı qadağan və məhdudiyyətlər tətbiq edilə bilər. Bu cür qadağan və 
məhdudiyyətləri sərbəst anbar barədə DGK müəyyən edir.  
Bu rejimin təyinatına görə, xarici və yerli malların yerləşdirilməsi üçün gömrük rüsum və vergiləri 
tutulmur.  Əgər mallar sərbəst anbardan ölkənin gömrük ərazisinə  gətirilirsə  və ya kənara aparılarsa, onda 
nəzərdə tutulmuş yığım və rüsumlar ödənilməlidir.  
Sərbəst anbarlarda yerləşdirilmiş mallar ixrac üçün nəzərdə tutulmuşsa, gömrük rüsumları  və 
vergilərindən azad edilir. Əgər maldan 6 ay ərzində ölkədən faktiki çıxarılarsa, onda ödənilmiş vergi və 
rüsumlar geri qaytarılır. 
Sərbəst anbar aşağıdakı hallarda ləğv edilə bilər:  
1) sərbəst anbarın təsis edilməsi üçün verilmiş icazənin vaxtı qurtardıqda;  
2) anbar sahibinin istəyi ilə;  
3) icazə ləğv edildikdə;  
4) icazə geri alındıqda. 
Sərbəst anbarın ləğv edilməsi haqqında qərar qəbul edildiyi andan, o qanuna əsasən müvəqqəti saxlanc 
anbarına çevrilir. Belə anbarda mallar maksimum yarım il saxlanıla bilər.  
 
7.3. Emal rejimləri 
 
Mallar, beynəlxalq mübadilə obyekti olduğundan, bəzən xarici ticarət əməliyyatının bitməsindən əvvəl, 
ya da sonra müəyyən işlənmə (emal) tələb edir. Bu zaman bir sıra səbəblər üzündən (iqtisadi, texnoloji və s.) 
istehsal və ya sənaye xarakterli belə əməliyyatlar bir dövlətin gömrük ərazisində həyata keçirilə bilmir. Məhz bu 


58 
 
məqsədlər üçün “emal rejimləri” nəzərdə tutulur. Bu rejimlər çərçivəsində xüsusi hüquqi mexanizmin tətbiq 
edilməsi aşağıdakılara imkan verir:  
- gömrük tənzimlənməsinin adi vasitə  və  tədbirləri tətbiq edilmədən xarici mallar gətirilsin və 
emal edilsin;  
- Azərbaycan malları respublikanın gömrük ərazisindən emal məqsədi ilə çıxarılsın və dəyişilmiş 
(emal edilmiş) halda geriyə gətirilsin;  
- xarici mallar Azərbaycanın gömrük ərazisinə  gətirilsin,  emal (yenidən emal) edilsin və emal 
məhsulları geriyə qaytarılsın və ya Azərbaycan ərazisində istifadə edilmək üçün saxlanılsın.  
Gömrük Məcəlləsi malların emalı üzrə  əməliyyatların keçirilmə qaydalarına xarici iqtisadi fəaliyyətin 
gömrük-hüquqi tənzimləmə sisteminin nisbətən müstəqil elementi kimi baxır. Məcəllə bunun üçün üç növ 
gömrük rejimi müəyyən edir:  
1) gömrük ərazisində malların emalı;  
2) gömrük nəzarəti altında malların emalı; 
3) gömrük ərazisindən kənarda malların emalı.  
Gömrük Məcəlləsi ilə müəyyən edilən emal rejimlərinin reqlamentləşdirilməsinin mühüm elementi, 
onların benefisiarlarına yönəlmiş tələblərdir. Bu rejimlərin tətbiq spesifikasını və qüvvədə olan normativ-hüquqi 
bazanın  əsaslarını  nəzərə alaraq, qeyd etmək lazımdır ki, “benefisiar” anlayışı bu halda kifayət qədər  şərti 
xarakter daşıyır. Bu məfhumla emal üçün icazə almış  şəxslər və  həmçinin malların emalında maraqlı olan, 
ölkəyə  gətirilən və  çıxarılan malların, məhsulların və s. sahibləri başa düşülür. Bu rejimlər üzrə benefisiar 
statusunun alınmasını şərtləndirən əsas tələblər - benefisiarın Azərbaycan vətəndaşı olması və müəyyən edilmiş 
qaydada Azərbaycan Respublikasının gömrük ərazisində qeydiyyatdan keçməsidir.  
 
7.3.1. Gömrük ərazisində emal rejimi  
 
AR Gömrük Məcəlləsinə görə, Gömrük ərazisində malların emalı - ixrac gömrük rejiminə uyğun 
olaraq emal məhsullarının Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara 
aparılması  şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları  və vergilər 
qaytarılmaqla, xarici malların Azərbaycan Respublikası gömrük ərazisində müəyyən qaydada emal üçün 
istifadə edilməsindən ibarət gömrük rejimidir. Qanunvericiliyə görə, gömrük ərazisində malların emalı üçün 
icazə qaydasını AR-ın Nazirlər Kabineti müəyyən edir.  
Dövlət Gömrük Komitəsi  İqtisadi inkişaf Nazirliyi ilə razılaşdırılmaqla, malların emalı üzrə ayrı-ayrı 
əməliyyatlara Azərbaycan mallarının aktiv emal rejimləri çərçivəsində istifadə edilməsi imkanı və qaydaları da 
daxil olmaqla emal əməliyyatları aparılması şərtlərinə məhdudiyyətlər müəyyən edir.  
Dövlət Gömrük Komitəsi  İqtisadi  İnkişaf Nazirliyi ilə razılaşdıraraq gömrük məqsədləri üçün emal 
məhsullarının məcburi hasilat miqdarının müəyyən edilməsi qaydalarını təsdiq edir.  
Dövlət Gömrük Komitəsi malların emalı üçün müddətin təyini qaydalarını, gətirilən xarici malların və 
onların emalından sonra alınan məhsulların identifikasiyası  tələb olunmayan halları, Azərbaycan 
qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə Gömrük Məcəlləsində əks olunmamış digər əlavə 
tələbləri müəyyən edir.  
Rejimin istifadə sahəsi dedikdə onun reqlamentasiyasının iki mühüm aspekti nəzərdə tutulur:  
1) rejim çərçivəsində yerinə yetirilə biləcək əməliyyatlar; 
 2)  rejimdə istifadəsi nəzərdə tutulan mallar, daha doğrusu bu rejim altında yerləşdirilməsinə icazə 
verilən mallar.  
Emal rejimlərinin iqtisadi xarakterini və onların istifadəsi zamanı  əlverişsiz iqtisadi nəticələr verə 
biləcəyini nəzərə almaqla, onların tətbiq sahəsinə qanunvericiliklə müəyyən edilən bəzi məhdudiyyətlər 
qoyulur. Bu məsələ aşağıdakı neqativ amillərlə şərtlənir:  
a) təbii ehtiyatların çıxarılması sənayesinin inkişafı zərərinə xarici xammalın ölkəyə gətirilməsi;  
b) rejimin benefisiarları üçün ümumi əsaslarla fəaliyyət göstərən analoji və ya oxşar malların 
istehsalçıları ilə müqayisədə, özünü doğrultmayan daha güzəştli şəraitin yaradılması;  
c) ölkə daxilində yüksək texnologiyalı istehsal sahələrinin inkişaf etdirilməsi və onların məhsullarının 
ixracı  əvəzinə tez başa gələn, xammal və yarımfabrikatların istehsalına istiqamətlənmiş “yarımsənayelərin” 
genişlənməsi.  
Gömrük Məcəlləsi ilə müəyyən edilən hər üç emal gömrük rejimi çərçivəsində aşağıdakı əməliyyatların 
aparılmasına icazə verilir;  
- quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla malın hazırlanması 
(düzəldilməsi);  
- malın emalı və təkrar emalı;  
- bərpa olunma və qaydaya salınma da daxil olmaqla malın təmiri;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə