Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

48 
 
Mal və  nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən  şəxslərin, gömrük brokerlərinin, yaxud 
nəzarəti gömrük orqanlarına həvalə olunmuş  fəaliyyətlə  məşğul olan digər  şəxslərin maliyyə-təsərrüfat 
fəaliyyətinin yoxlanılması - gömrük məqsədləri üçün lazım olan sənəd və  məlumatların yoxlanılması kimi 
gömrük nəzarəti formalarından biridir.  
İcrasına nəzarətin gömrük orqanlarına həvalə olunduğu Azərbaycan Respublikası Qanunvericiliyinin və 
Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət edilmədiyini güman etməyə kifayət 
qədər əsas olduqda maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasından istifadə olunur.  
Qanunvericilik maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı gömrük orqanının vəzifəli 
şəxslərinə aşağıdakı səlahiyyətləri verir:  
a) gömrük işinə və gömrük orqanlarının funksiyalarına aid olan xarici iqtisadi və digər təsərrüfat 
fəaliyyəti barədə istənilən sənədlər (bank sənədləri daxil olmaqla) və məlumatın əvəzsiz təqdim edilməsini 
tələb etmək və onlarla tanış olmaq;  
b) vəzifəli şəxslərdən və digərlərindən arayış, yazılı və şifahi izahat almaq;  
c) tikililəri möhürləmək;  
ç) müəyyən edilmiş formada tərtib edilən akt əsasında sənədləri (əgər onların yoxlanılması başqa 
bir yerdə həyata keçiriləcəksə) götürmək.  
Lazım olduğu təqdirdə gömrük orqanlarının vəzifəli  şəxsləri sənədlər və  məlumatla tanış olmaq üçün 
yer və vaxt müəyyən edə bilərlər. Götürülmüş sənədlər mümkün qədər qısa müddətdə qaytarılmalıdır.  
Gömrük orqanının vəzifəli şəxsləri maliyyə-təsərrüfat fəaliyyətini yoxladıqları subyektlərə qanuna zidd 
hərəkətləri ilə ziyan vurmamalıdırlar. Yoxlama nəticəsində əldə edilən bütün məlumatlar gizli sayılır.  
Gömrük nəzarətinə  cəlb ediləcək mal və  nəqliyyat vasitələrinin olduğu yerlər və  həmçinin gömrük 
nəzarəti altında olan yerlər, gömrük nəzarəti predmetlərinin özləri gömrük orqanları  tərəfindən eyniləşdirilə 
bilər. Plomb, möhür qoyulması, rəqəmli, hərfli və digər növ markalanma, eyniləşdirilmə  işarələri,  ştamp 
vurulması, prob və nümunələrin götürülməsi, mal və nəqliyyat vasitələrinin təsvir edilməsi, layihələrin, miqyaslı 
görünüşlərin hazırlanması, fotoqrafiya, illüstrasiya tətbiq edilməsi, mal-müşayiət sənədlərindən istifadə edilməsi 
və s. əsas eyniləşdirmə vasitələri hesab edilir.  
Beynəlxalq təcrübədə “eyniləşdirmə” vasitələri  əvəzinə “gömrük təminatı atributları” məfhumundan 
istifadə edilir.  
Gömrük nəzarəti bitdikdən sonra gömrük orqanının vəzifəli şəxsləri gömrük, nəqliyyat və mal-müşayiət 
sənədlərinə müvafiq imza, ştamp, möhür qoymaqla, mal və  nəqliyyat vasitələrinin gömrük sərhədindən 
keçirilərək yoluna davam etməsinə icazə vermiş olurlar.  
Ayrı-ayrı yük bağlamalarına, nəqliyyat vasitələrinin yük hissələrinə, konteynerlərə gömrük təminatı 
atributları qoyulmalıdır.  
Gömrük təminatları aşağıdakı tələblərə cavab verməlidir:  
a) möhür, ştamp, markalanma, imza izlərinin saxtalaşdırılması qeyri-mümkün olmalıdır;  
b) gözlə görünən izlər qoyulmadan gömrük təminatlarının tamlığının pozulması mümkün 
olmamalıdır;  
c)  ştempeller, izqoyan materiallar, yazı vasitələri (pasta, mürəkkəb, möhür, yapışqan örtük) 
xarici iqlim təsirlərinə davamlı olmalıdır;  
ç) gömrük təminatları atributlarının izləri və qeyd edilən yazılar aydın olmalıdır;  
d) sənəd və bağlamalara gömrük təminatı atributlarının vurulması və qeydlər edilməsi minimum 
vaxt almalıdır. 
Yuxarıda qeyd olunanları bir qədər də açıqlamağa çalışaq. Daxili gömrük tranziti prosedurası üzrə 
malların daşınması zamanı plombların, möhürlərin və digər gömrük təminatlarının mövcudluğu ümumi tələblər 
sırasındadır. Mallar elə bağlamalarda, nəqliyyat vasitələrində  və ya konteynerlərdə daşınmalıdır ki, onların 
daşındığı vasitələrdən çıxarılması (yaxud həmin vasitələrə  nəyinsə qoyulması iz qoymadan, gömrük 
təminatlarını zədələmədən) mümkün olmasın. Malgöndərən və daşıyıcının plomblarından da istifadə edilməsinə 
müəyyən şərtlərlə yol verilir.  
Eyniləşdirilmə vasitələri yalnız gömrük orqanları  tərəfindən, yaxud onların icazəsi ilə  dəyişdirilə  və 
məhv edilə bilər. Bu qayda mal və nəqliyyat vasitələrinin məhv edilməsi, itirilməsi üçün real təhlükə olduqda və 
kifayət qədər xarab olması hallarına  şamil edilmir. Eyniləşdirilmə vasitələrinin dəyişdirilməsi (formaca), 
qoparılması, yaxud məhv edilməsi barədə  təxirəsalınmadan gömrük orqanlarına məlumat verilir. Bu məlumat 
təhlükənin olduğu barədə sübutlarla möhkəmləndirilir.  
BYD tətbiq edilməklə yük daşınması zamanı gömrük orqanlarının qoyduğu möhür və plombların 
zədələnməsi, həmçinin yol boyunca malların zədələnməsi və məhvi zamanı avtonəqliyyat vasitəsinin sürücüsü 
bu barədə gömrük orqanlarına təcili məlumat verməlidir. Yaxınlıqda gömrük orqanı olmazsa, baş vermiş hadisə 
barədə protokol tərtib etmək hüququ olan digər dövlət orqanlarına məlumat verilməlidir.  


49 
 
Müvafiq orqanların nümayəndələri avtonəqliyyat vasitəsinə baxış keçirdikdən, lazım olduqda isə 
müayinə apardıqdan sonra, BYD kitabçasının nömrəsi, daşıyıcının adı, zədələnmənin xarakteri və  səbəbləri, 
həmçinin yükün qorunması barədə görülmüş tədbirlər qeyd edilməklə protokol tərtib edirlər.  
Əgər gömrük orqanı yükün daşınma qaydalarının pozulduğunu müəyyən edirsə, bu halda da protokol 
tərtib olunur. Protokol onu tərtib edən orqanın nümayəndəsi və sürücü (arzu edərsə müvafiq izahat verməklə) 
tərəfindən imzalanır.  
Aksizli mallara tətbiq edilən aksiz markaları da eyniləşdirilmə vasitələri hesab edilir. 
Gömrük orqanları  tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə mallardan prob və nümunələr 
götürülür. Prob və nümunələr minimal miqdarda götürülür və əsas məqsədi malların keyfiyyət xarakteristikası 
barədə ətraflı məlumatlar əldə etməkdir.  
Problar birdəfəlik, birləşdirilmiş və yoxlama kimi 3 qrupa bölünür.  
Malların gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları mövcud qanunvericiliyə riayət 
olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Bu tədbirlər mal və nəqliyyat vasitələrinin 
qorunmasına zəmanət verməli, malların əsas keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını, 
nəhayət gömrük nəzarəti altında daşınan mallara münasibətdə  hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının 
alınmasını təmin etməlidir.  
Gömrük orqanları gömrük nəzarəti altında malların daşınmasının marşrut və müddətlərini müəyyən 
etmək hüququna malikdirlər. Daşınma müddətlərini təyin edərkən gömrük orqanı adi halda yerinə çatdırma 
müddətlərini, konkret nəqliyyat növünün imkanlarını, seçilmiş marşrut və digər daşınma  şərtlərini nəzərə 
almaqla qərar qəbul edir.  
Daşıyıcı gömrük orqanının göstərdiyi marşrutla hərəkət etməlidir. Quru ərazidən idxal edilən bütün 
mallar, gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan gömrük orqanına leqal, yaxud gömrük yolu adlanan ən qısa 
marşrutla çatdırılmalıdır. Bilavasitə təyinatı gömrük orqanına aparan dəmir yolu, çay və s. leqal (gömrük) yolu 
hesab edilir.  
Dünya təcrübəsi gömrük əməkdaşlarına leqal yollarla hərəkət edən nəqliyyatı vasitələrini saxlamaq və 
daşınmaya  əsas verən nəqliyyat sənədlərini tələb etmək hüququ verir. Belə  nəzarətin məqsədi daşıyıcının öz 
yükünü təyinat gömrükxanasına aparmasına əmin olmaqdır. Misal üçün, Bakı Baş Gömrük İdarəsinin Qaradağ 
xüsusi nəzarət postu adı çəkilən və digər operativ məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir.  
Gömrük orqanlarının bu hüququna, daşıyıcının mal, nəqliyyat vasitəsi və yol-nəqliyyat sənədlərinin 
müəyyən edilmiş marşrut üzrə və daşınma müddətlərinə ciddi əməl etməklə təyinat gömrükxanasına çatdırmaq 
vəzifəsi uyğun gəlir.  
Gömrük qanunvericiliyi nəzərə alır ki, malların gətirilməsi (aparılması) barədə  xəbərdarlıq edildikdən 
dərhal sonra daşıyıcının mal və  nəqliyyat vasitələrinin, həmçinin mal-müşayiət sənədlərinin təbii aşınma və 
itkidən başqa qablaşdırma vasitələrini və malın vəziyyətini dəyişmədən, tam qorunmaqla təyinat 
gömrükxanasına çatdırmaq vəzifəsi yaranır. Yükün müəyyən gömrük rejimi altında yerləşdirilməsi anınadək 
gömrük ödənişlərinin ödənilməsi məsuliyyəti daşıyıcının üzərinə düşür. Qəza, yaxud qarşısıalınmaz qüvvənin 
təsiri şəraitində daşıyıcı aşağıdakı hallarda məsuliyyətdən azad edilir.  
1) yükün saxlanması  və ondan qeyri-qanuni istifadənin qarşısının alınması üçün tədbirlər 
görmüşsə;  
2) yaranmış  vəziyyət barədə yaxınlıqdakı gömrük orqanına nəqliyyat vasitəsinin yeri dəqiq 
göstərilməklə məlumat vermişsə.  
Yüklərin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riayət edilməsi məqsədi ilə görülən 
əsas tədbirlər aşağıdakılardır:  
1) gömrük müşayiəti; 
2) gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi;  
3) nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsi üzrə  təşkilati-texniki 
tədbirlər kompleksi.  
Gömrük müşayiəti dedikdə mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mərhələsində elə 
daşınma üsulu başa düşülür ki, bilavasitə gömrük əməkdaşları tərəfindən müşayiət olunur. Gömrük müşayiəti 
daşınılan yüklərin yüksək qorunma dərəcəsinə  və gömrük qanunvericiliyinə riayət olunmasına zəmanət verir. 
Bu tədbirin istifadə edilməsi nəqliyyat xərclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılması və bu 
səbəbdən çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən, digər tədbirlər gömrük nəzarətini 
təmin etmək üçün yetərli olmadıqda istifadə edilir.  
Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda verirlər:  
1) gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı  tərəfindən həyata keçirilə 
bilmədikdə;  
2)  əgər gömrük orqanı  tərəfindən sərhəd müvəqqəti saxlanc anbarlarında mallara baxış 
keçirilməsi barədə qərar qəbul edilmişsə;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə