Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə31/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

65 
 
2) çıxarıldığı müddətdən 10 il ərzində Azərbaycan gömrük ərazisinə qaytarılan mallar olmalıdır. Bu 
zaman malların Azərbaycan gömrük ərazisindən çıxarılması gunu gömrük bəyannaməsinin qəbul edildiyi gün 
(bunu müəyyən etmək mümkün olmadıqda gömrük sərhədinin keçildiyi gün) hesab edilir, malların Azərbaycan 
gömrük ərazisinə gətirilməsi günü isə, gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün zəruri olan axırıncı 
sənədin qəbul edildiyi gün hesab edilir; 
3) bu mallar Azərbaycan gömrük ərazisindən aparıldığı anda olan halda olmalıdır, yəni mövcudluq 
vəziyyəti dəyişdirlməməlidir. Təkrar idxal edilən malların vəziyyəti (halı) yalnız təbii aşınma və ya normal 
daşınma şəraitində təbii itkilər hesabına, həmçinin malların qorunub saxlanılması, kiçik təmiri və s. nəticəsində
lakin bu zaman həmin malların qiymətinin çıxarılma anına nisbətən artmaması  şərti ilə  dəyişmiş ola bilər. 
İtkinin təbii olması, daşınma  şəraitinə  tələblər qüvvədə olan normativ aktlarla müəyyən edilir, aparılma və 
gətirilmə zamanı malların gömrük dəyərinin müqayisəsi üçün onların ABŞ dolları ilə ifadəsi əsas götürülür. 
Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində zədələnmiş və ya digər xassələri pisləşmiş mallar 
da, təkrar idxal rejimində yerləşdirilə bilər. Amma bu zaman gömrük orqanının vəzifəli şəxsində həqiqiliyi və 
dəqiqliyi  şübhə doğurmayan üsullarla faktı  təsdiq edəcək sənədlərin təqdim edilməsi vacibdir. Eyni üsulla 
əvvəllər ixrac rejimi şərtləri ilə çıxarılmış və təkrar idxal gömrük rejimi altında yerləşdirilən malların eyniliyi və 
onların Azərbaycan malları olduğu müəyyən edilməli, yəni təsdiqlənməlidir.  
Bu şərtlərin təsdiqlənməsinin sübutu maraqlı şəxslər tərəfindən təqdim edilməlidir.  
Təkrar idxal gömrük rejimi altında yerləşdirilən mallar gömrük rəsmiləşdirilməsindən keçməlidir. Bu 
əməliyyatı malın alıcısının və ya onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanı həyata 
keçirir.  
Rejimin  şərtləri ilə müəyyən edilən qaydada doldurulmuş gömrük-yük bəyannaməsindən başqa 
bəyanetmə zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır:  
- təkrar idxal edilən malların əvvəllər ixrac gömrük rejimi şərtləri ilə çıxarıldığı faktını və gününü təsdiq 
edən gömrük bəyannaməsinin bir nüsxəsi;  
- tələb olunduğu hallarda, əgər təkrar idxal edilən mallara digər dövlət orqanlarının nəzarəti labüddürsə, 
onların icazəsi;  
- gömrük rəsmiləşdirilməsi üçün tələb olunan digər sənədlər.  
Əgər mallar Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşdiyi zaman onların mövcudluq 
halı  dəyişilirsə, deklarant müvafiq sənəd təqdim etməlidir ki, bu da təkrar idxal olunan malların gömrük 
rəsmiləşdirilməsi aparılan gömrük yük bəyannaməsinin ayrılmaz tərkib hissəsi və  əlavəsi olur. Bu sənəddə 
deklarant tərəfindən mallar və onlara aid olan sənədlər haqqında bütün əsas məlumatlar göstərilir, gömrük 
orqanının vəzifəli şəxsi bu malların təkrar idxal gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməsi barədə 
qeydlər edir.  
Malların təkrar idxal gömrük rejimi altında gömrük rəsmiləşdirilməsinə görə ümumi qaydada gömrük 
yığımı tutulur. 
 
7.4.5. Tranzit rejimi 
 
Gömrük Məcələsinə görə, malların tranziti - malların gömrük nəzarəti altında ölkənin iki gömrük 
orqanı arasında, o cümlədən xarici dövlətlərin  ərazisindən gömrük rüsumları, vergilər alınmadan və 
mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.  
Tranzit beynəlxalq mal mübadiləsinin obyektiv zərurətindən doğan və ölkələrin coğrafi mövqeyi, 
geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat əlaqə kateqoriyası olub, beynəlxalq ticarət qədər 
qədim tarixə malikdir.  
Tranzitin hüquq mexanizmində nəqliyyat vasitələrinin tranzitində və malların tranzitində meydana gələn 
iki növ münasibət nəzərdə tutulur.  
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsində 
nəqliyyat vasitələrinin trazitinin 
reqlamentləşdirilməsi özünəməxsus yer tutur, çunki nəqliyyat vasitələri beynəlxalq mal mübadiləsi sistemində 
aralıq təsir həlqəsidir və bir qayda olaraq xarici ticarət tənzimlənməsinin bilavasitə obyekti deyil. Bu səbəbdən 
Gömrük Məcəlləsinin gömrük tranzit rejiminə həsr edilmiş müddəaları yalnız mallara aid edilir.  
Şərh edilən rejimin əsas xüsusiyyətləri aşağıdakılardır:  
1) mallar Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, gömrük nəzarəti altında daşınır və bu 
zaman onların xarici dövlətin  ərizisindən keçməsinə yol verilir (məsələn, Rusiya sərhədindəki Xaçmaz 
gömrükxanası ilə Naxçıvan Respublikasındakı, eyni zamanda Türkiyə ilə  sərhəddə yerləşən Sədərək 
gömrükxanası arasında tranzit xarakterik misaldır).  
2) tranzit-gömrük rejimində malların yerdəyişmə  hərəkəti gömrük rüsumları  və vergilər tutulmadan 
həyata keçirilir, bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmir.  


66 
 
Tranzit-gömrük rejiminin nizamlanma qaydaları, həmçinin Azərbaycan Respublikasının beynəlxalq 
sazişləri, Nazirlər Kabinetinin qərarları, DGK-nın normativ aktları ilə də müəyyən edilə bilər.  
“Malların tranziti - gömrük rejimi haqqında” Əsasnamə DGK sədrinin əmri ilə  təsdiq edilmiş və 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05.05.1999-cu il tarixində qeydə alınmışdır (qeydiyyat N 160). 
Hüquqi-tənzimləmə  mənbələrinin və gömrük-tranzit rejiminin tətbiqi sahəsinin xarakterindən asılı 
olaraq onun aşağıdakı formaları seçilir: 
a) beynəlxalq konvensiyaların müddəaları ilə  və ya beynəlxalq sazişlərin (məxsusi bu məsələyə aid 
olmayan) ayrı-ayrı müddəaları ilə istifadəsi reqlamentləşdirilən beynəlxalq tranzit;  
b) milli qanunvericilik əsasında həyata keçirilən tranzit. 
Tranzit-gömrük rejimi bu rejim altında yerləşdirilə bilən malların nomenklaturasına, miqdarına və 
təyinatına aid olan heç bir xüsusi məhdudiyyət müəyyən etmir. Tranzit rejimində də o biri rejimlərin tətbiqində 
nəzərdə tutulan, Gömrük Məcəlləsinin 19-cu maddəsi ilə müəyyən edilən, gömrük sərhədindən keçirilən 
malların ayrı-ayrı kateqoriyalarına qadağan və məhdudiyyət nəzərdə tutulur. Gömrük Məcəlləsi tranzit-gömrük 
rejimi altında yerləşdirilmiş malların daşınma formalarından istifadəni məhdudlaşdıran xüsusi şərtlər müəyyən 
etmir və eyni zamanda qanunvericilikdə  nəzərdə tutulmayan hallarda yol və istiqamətlərin seçilməsində 
sərbəstlik verir. Bununla bərabər Gömrük Məcəlləsi malların tranzitinin məhdudlaşdırılması hallarını da nəzərdə 
tutur və bu xüsusiyyəti “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlər və 
onların ittifaqlarının Azərbaycan  şəxslərinin mənafeyinə toxunan ayrı-seçkilik və ya digər aksiyalarına qarşı 
cavab tədbiri kimi” müəyyən edir.  
Malların kateqoriyasından asılı olaraq və müəyyən daşınma üsullarından istifadə zamanı YGB-dən 
istifadə edilməklə aparılan gömrük rəsmiləşdirilməsinin ümumi qaydası  tətbiq edilməyə bilər. Bəzi hallarda 
YGB  əvəzinə digər sənəd formalarından istifadə edilməsinə yol verilir. Beynəlxalq Yük Daşımaları 
Konvensiyasının müddəaları  əsasında daşınan mallar üzrə bu konvensiya ilə müəyyən edilmiş beynəlxalq 
gömrük sənədləri formaları - BYD kitabları (TİR karnetləri) istifadə olunur. Malların bu rejim altında 
yerləşdirilməsinin şərtləri 2 qrupa bölünür:  
1) mallara, daha doğrusu onların bu rejimdə vəziyyətinə aid olan şərtlər;  
2) daşıyıcıya, yaxud onun nəqliyyat vasitəsinə aid olan şərtlər.  
Tranzit rejimində daşınan mallar aşağıdakı tələblərə cavab verməlidir:  
1) mallar dəyişilməz halda qalmalıdır (təbii aşınma və təbii itgilərdən başqa); 
2) tranzitdən başqa, digər məqsədlər üçün istifadə olunmamalıdır;  
3) gömrük orqanının daşınmanın  şərtlərindən asılı olaraq müəyyən etdiyi müddət  ərzində 
göndərən malları  təyinat gömrükxanasına çatdırmalıdır (hazırda bu müddət DGK-ın Təlimatı ilə 
Azərbaycan ərazisində iki gün müəyyən edilmişdir). 
Malların tranziti üçün “daşıyıcı” - faktiki olaraq malları keçirən  şəxs və ya nəqliyyat vasitələrinin 
istifadəsi üçün məsul olan şəxsdir. Tranzit-gömrük rejiminin xarakteri və iqtisadi məqsədləri nəzərə alındıqda, 
bu hal tamamilə qanunauyğundur. Digər tərəfdən, bu imkan verir ki, daşınan mal sahibinin, göndərəninin və 
alıcısının kim olmasından asılı olmayaraq daşıyıcıya bilavasitə benefisar kimi baxılsın. Daşıyıcının belə 
statusunu nəzərə alaraq gömrük qanunvericiliyi bəzi  əlavə  tələblər irəli sürür. Belə ki, gömrük orqanlarında 
daşıyıcının və ya onun nəqliyyat vasitələrinin məcəllə ilə  nəzərdə tutulan şərtləri yerinə yetirilməsinə riyaət 
olunmasına zəmanət verə bilməyəcəyi fikri yaranarsa, malların tranzit-gömrük rejimi altında yerləşdirilməsinə 
icazə  nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsindən sonra verilə bilər. Bu zaman 
daşıyıcının çəkdiyi xərclər dövlət orqanları tərəfindən ödənilmir. 
Mallar tranzit daşınmasının bütün müddəti ərzində gömrük nəzarəti altında olur. Ümumi qaydaya görə  
tranzit gömrük rejimi altında yerləşdirilmiş mallara gömrük nəzarəti:  
a) mallar Azərbaycan Respublikasına gətirildiyi zaman onların Azərbaycanın gömrük sərhədini 
keçdiyi andan;  
b) mallar Azərbaycan Respublikasından aparıldığı zaman gömrük orqanı  tərəfindən gömrük 
bəyannaməsinin qəbul edildiyi andan başlayır.  
Tranzit-gömrük rejimi malların və  nəqliyyat vasitələrinin (və onların sənədlərinin) müəyyən edilmiş 
müddətdə  təyinat gömrükxanasına çatdırıldıqdan və müvafiq gömrük əməliyyatları aparıldıqdan sonra başa 
çatmış hesab edilir. Tranzit rejimi bitdikdən sonra mallar öz ilkin məqsədlərindən asılı olaraq ya Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara çıxarılmalı, yaxud da digər gömrük rejimi altında yerləşdirilməlidir. 
Malların tranzitinə görə məsuliyyət daşıyıcının üzərinə qoyulur. Əgər tranzit zamanı mallar:  
- gömrük orqanının icazəsi olmadan kiməsə verilmişsə;  
- tranzit daşınması zamanı itirilmişsə;  
- təyinat gömrükxanasına çatdırılmamışsa, daşıyıcı  sərbəst dövriyyəyə buraxılma və ya idxal-gömrük 
rejimi altında rəsmiləşdirilən mallar üçün nəzərdə tutulmuş məbləğdə gömrük ödənişləri ödəməlidir.  
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə