Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə32/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

67 
 
7.4.6. Rüsumsuz ticarət mağazası rejimi 
 
Gömrük Məcəlləsinə görə,  Rüsumsuz ticarət mağazası - mallardan gömrük rusumları, vergilər 
alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük 
ərazisində (beynəlxalq hava və  dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları 
tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət 
gömrük rejimidir.  
Bu rejimin istifadə edilməsi imkan verir ki, xarici malların ölkənin gömrük ərazisində, gömrük nəzarəti 
altında, gömrük vergiləri və iqtisadi siyasət tədbirləri tətbiq edilməmək şərti ilə satışı təşkil edilsin. Rüsumsuz 
ticarətin spesifikası o biri rejimlərlə müqayisədə  aşkarlanır. Rüsumsuz ticarət mağazası rejimi gömrük anbarı 
rejimindən ilk növbədə onunla fərqlənir ki, bu rejimdə məqsəd malların müəyyən müddət ərzində saxlanması 
deyil, onların tezliklə satılmasıdır. Xarici malların Azərbaycan Respublikasının gömrük ərazisində, gömrük 
ödənişləri ödənmədən və iqtisadi siyasət tədbirləri tətbiq etmədən satılması halı rüsumsuz ticarət mağazası 
rejimini idxal-gömrük rejimindən fərqləndirən başlıca xüsusiyyətdir. Potensial alıcıları belə mağazalara cəlb 
edən əsas şərt gömrük vergilərinin malın satış qiymətinə əlavə edilməməsidir. Gömrük vergiləri xarici malların 
qiymətini yerli mallara nisbətən nəzərə çarpacaq dərəcədə yüksəldir, xüsusilə də aksizlərin tətbiq edilməsi daxili 
bazarda onların rəqabət qabiliyyətini azaltmış olur.  
Rüsumsuz ticarət mağazasının obyekti kimi həm xarici mallar, həm də yerli mallar ola bilər. Hər iki tip 
mallar Azərbaycan gömrük ərazisini tərk edən fiziki şəxslər üçün nəzərdə tutulmuşlar. Beləliklə, rüsumsuz 
ticarət mağazasından alınmış malların Azərbaycan gömrük ərazisindən kənara aparılması bu gömrük rejiminin 
başlıca şərtidir. Bu şərtə riayət edilməsinə nəzarət məqsədi ilə belə mağazanın işçiləri malların alınması barədə 
müştərilərin gediş-gəliş  sənədlərində qeydlər apara bilərlər. Bu cür qeydlərin forması gömrük orqanları ilə 
razılaşdırılmaqla mağazanın sahibi tərəfindən müəyyən edilir.  
Rüsumsuz ticarət mağazaları rejimində hüquqi tənzimləmə obyektləri, öz növbəsində həyata keçirilməsi 
inzibati və maliyyə xarakterli hüquq normaları ilə  tənzimlənən mal əməliyyatlarıdır. Bu hüquqi təqdimatlara 
ciddi riayət edilməsi ticarətin xüsusi gömrük rejiminin istifadə edilməsi məsələsinin müsbət həllində  zəruri 
şərtdir.  
Gömrük qanunvericiliyi rüsumsuz ticarət mağazalarında satıla biləcək mallar barəsində bir sıra 
məhdudiyyətlər müəyyən edir. Ümumi qaydaya görə, Azərbaycan Respublikasına gətirilməsi, Azərbaycan 
Respublikasından aparılması, həmçinin Azərbaycan Respublikası  ərazisində satışı qadağan olunan mallar, o 
cümlədən siyahısı DGK tərəfindən müəyyən olunan mallar istisna edilməklə, istənilən mallar rüsumsuz ticarət 
mağazası gömrük rejimində satıla bilər. Bununla bərabər bu məhdudiyyətlərə  aşağıdakıları da əlavə etmək 
lazımdır:  
- digər dövlət orqanlarının nəzarətindən keçməli olan və bu orqanların icazəsinin olmadığı mallar;  
- istehsal-texniki təyinatlı və digər fiziki şəxslər tərəfindən şəxsi istifadə və onların tələbatı üçün nəzərdə 
tutulmadığı aşkar bilinən mallar;  
- ağır çəkili və böyük həcmli mallar; 
- müəyyən edilmiş hallarda idxal rüsumu tətbiq edildikdə belə rüsuma cəlb edilən və icazə alınan 
mühüm xammal növləri.  
Bununla bərabər qeyd etmək lazımdır ki, adı çəkilən malların bir qismi (bəzən) alqı-satqı obyekti də ola 
bilər. Məsələn, pərakəndə satış üçün qablaşdırılmış yağ  və sürtkü materialları,  əczaçılıq məhsulları (həkim 
resepti tələb olunmursa), zərgərlik məmulatları və s. 
Rüsumsuz ticarət mağazalarında satış pərakəndə üsulla və vasitəçilərsiz həyata keçirilir. Alınmış mala 
görə hesablaşma yalnız nəğd pul və ya kredit kartı ilə aparılır. Mağazada satılan bütün mallar gömrük orqanları 
ilə razılaşdırılmış qaydada markalanmalıdır. Gömrük rejiminin spesifikası alıcılara  ənənəvi kommersiya 
xidmətləri satılan malların nümunələrə görə satılması, qabaqcadan sifariş, ödənişin təxirə salınması, evə 
çatdırılması  və s. göstərilməsini istisna edir. Yalnız malların satışqabağı hazırlanmasına, qablaşdırılmasına və 
yenidən qablaşdırılmasına icazə verilir.  
Bir qayda olaraq rüsumsuz ticarət mağazaları xaricə gedən sərnişinlər üçün nəzərdə tutulan gözləmə 
zallarında, beynəlxalq sərnişin daşınması üçün açıq olan hava və dəniz limanlarındakı tranzit sərnişinlər üçün 
zallarda, fiziki şəxslərin dövlət sərhədini keçdiyi buraxılış  məntəqələrində yaradılır. Mağaza gömrük nəzarəti 
xəttinin arxasında, yəni fiziki şəxslər Azərbaycan gömrük sərhədini keçərkən malların gömrük rəsmiləşdirilməsi 
aparılan yerlərin hüdudlarından kənarda yerləşməlidir. Eyni zamanda rüsumsuz ticarət mağazasının 
yerləşdirilmə prinsipi Azərbaycan ərazisinə gələn şəxslərin daxil olması imkanını istisna etməlidir.  
Ticarət zallarının, köməkçi otaqların və mağazanın anbarının quruluşu malların gömrük nəzarətindən 
kənar gətirilməsinə  və aparılmasına imkan verməməli, kənar  şəxslərin daxil olma imkanını istisna etməlidir. 
Gömrük orqanı - onun fəaliyyət zonasında yerləşən rüsumsuz ticarət mağazasının quruluşuna, avadanlığına və 
bölmələrinin yerinə görə konkret tələblər müəyən edə bilər.  


68 
 
Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi 
icraatının yeri, yalnız mağazanın anbarı ola bilər. Bu anbara mallar gömrük orqanının vəzifəli şəxsinin iştirakı 
və ya icazəsi ilə yerləşdirilə bilər. Malların rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilməsinə 
görə müvafiq gömrük yığımı tutulur.  
Rüsumsuz ticarət mağazası sahibinin hüquqi statusu onun əsas vəzifələri ilə müəyyən edilir. Bu 
vəzifələrin xarakteri - birncisi, rüsumsuz ticarət rejimi şəraitində sahibkarlıq fəaliyyətinin spesifikası ilə, ikincisi 
isə gömrük nəzarəti zonasının rejiminə riayət etməyə yönəldilmiş qanunvericiliyin tələbləri ilə şərtləndirilir. 
Rüsumsuz ticarət mağazası sahibinə yönəlmiş tələblər aşağıdakılardır:  
1) rüsumsuz ticarət mağazasına daxil olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol 
verməmək;  
2) bu gömrük rejimi altında daxil olan malların uçotunu aparmaq və bütün əməliyyatlar barədə müəyyən 
edilmiş qaydada gömrük orqanlarına məlumat vermək. Bu məqsədlə mağaza sahibi, axırıncı yazının qeyd 
edildiyi gündən etibarən 3 (üç) il müddətində saxlamağa borclu olduğu uçot kitabı aparmalıdır. Uçot kitabının 
aparılması, hətta mağazada avtomatlaşdırılmış uçot sistemindən istifadə edildiyi halda da işlənməlidir. Bu kitab 
ilk tələbdə gömrük orqanlarının vəzifəli şəxslərinə təqdim edilir.  
 
7.4.7. Sərbəst gömrük rejimi zonası 
 
Sərbəst gömrük zonası - xarici mallardan gömrük rüsumları  və vergilər alınmadan, həmçinin 
göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların müvafiq ərazi sərhədlərində və ya 
binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsindən, Azərbaycan mallarının isə bu məcəllə ilə müəyyən 
edilən qaydada ixrac- gömrük rejiminə müvafiq olaraq malların aparılmasına tətbiq edilən  şərtlərlə 
yerləşdirilməsi və istifadə olunmasından ibarət gömrük rejimidir. 
Gömrük-tarif tənzimlənmələri tədbirləri baxımından sərbəst gömrük zonası xarici mənşəli malların 
gömrük rüsum və vergiləri ödənilmədən saxlanılması, satılması və alınması mümkün olan rüsumsuz ticarət və 
anbar  ərazisi kimi qəbul edilir. Belə ki, vergi rejimi nöqteyi-nəzərindən mallara gömrük sərhədindən kənarda 
yerləşdirilmiş kimi baxılır. Belə ərazidən kənarlıq təkcə gömrük-tarif tənzimlənmələrinə - yəni vergi rejiminə 
deyil, həm də xarici ticarət münasibətlərinin inzibati rejiminə - yəni qeyri-tarif tənzimləmələrinə  də aiddir. 
Gömrük anbarı rejimindən fərqli olaraq sərbəst gömrük zonası rejimi malların saxlanılma müddətini 
məhdudlaşdırmır. Sərbəst gömrük zonasının gömrük ərazisindən kənar hesab edilməsi Gömrük Məcəlləsinin 3-
cü maddəsinin ikinci hissəsində öz əksini tapır:  
“Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları yerləşə bilər. Məcəllədə və gömrük 
işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən edilən hallar istisna 
edilməklə, sərbəst gömrük zonalarının  əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən 
kənarda yerləşən ərazidir”. 
Göründüyü kimi, sərbəst gömrük zonalarının və  sərbəst anbarların perimetri gömrük sərhədidir. Öz 
inzibati-hüquqi statusuna görə daxili sərhədlər xarici sərhədlərə bərabər tutulur: sərbəst zonanın ərazisi sərhəd 
zonası kimi baxılır və oraya giriş-çıxış xüsusi nəzarət buraxılış  məntəqələrindən buraxılış  vərəqləri  əsasında 
həyata keçirilir. Daxili sərhədlərin qorunması gömrükçülərlə sərbəst zona rəhbərliyinin birgə səyləri ilə təmin 
edilir. Sərbəst gömrük zonası rejiminin cəlbediciliyi ondadır ki, bu fəaliyyət sərbəst iqtisadi zonaların 
yaradılmasında ilk mərhələ kimi təqdirəlayiqdir. Sərbəst gömrük zonalarının fəaliyyəti imkan verir ki, sərbəst 
iqtisadi zonaların idarə edilməsi məsələsi üçün təcrübə toplansın və eyni zamanda xarici investorlar bu 
məsələlərdə hökumətin iqtisadi siyasətinin  əsas prinsipləri ilə tanış olub ölkəyə kapital qoyuluşunun təminatı 
aspektlərini dəqiqləşdirsinlər.  
Hər hansı  sərbəst zona üçün əlverişli coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. Adətən sərbəst 
gömrük zonaları xarici ticarət fəaliyyəti ilə bağlı xidmətlərin ixracı üzrə ixtisaslaşırlar. Sərbəst gömrük 
zonalarının yaradılması yerli istehsalçıların xarici iqtisadi fəaliyyətə cəlb edilməsinə imkan verir.  
Sərbəst gömrük zonası gömrük rejimlərinin əsas qayəsi ondan ibarətdir ki, bu rejimlərdə xarici mallar 
müəyyən edilmiş  ərazi sərhədləri daxilində  və ya binalarda (yerlərdə) gömrük rüsum və vergiləri alınmadan, 
həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, Azərbaycan malları isə ixrac gömrük rejimi ilə 
müəyyən edilən şərtlər daxilində yerləşdirilir və istifadə edilir.  
Bu gömrük rejimləri altında Azərbaycan Respublikası  ərazisinə  gətirilməsi və aparılması qadağan 
olunmamış mallar yerləşdirilə bilər.  
Azərbaycan Respublikası Qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədi ilə, malların 
xarakterindən asılı olaraq, sərbəst gömrük zonalarında mallarla aparılan  əməliyyatlara qadağanlar və 
məhdudiyyətlər qoyula bilər. Bu cür qadağanları  və  məhdudiyyətləri gömrük zonası barəsində AR Nazirlər 
Kabineti müəyyən edir.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə