Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə28/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

59 
 
- emal məhsullarının istehsalına xidmət edən və ya istehsalı asanlaşdıran bəzi mallardan tamamilə və ya 
qismən istifadə edilməsi.  
Ümumi qaydaya görə, gömrük ərazisində malların emalı rejimi altında yerləşdirilməsi qadağan edilən 
mallara, digər gömrük rejimlərində olduğu kimi, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi 
qadağan olunan mallar aid edilir.  
Gömrük  ərazisində malların emalı gömrük rejimi (və digər emal rejimləri) çərçivəsində aparılan 
əməliyyatların xarakterini və milli təsərrüfatın bitişik sektorlarındakı iqtisadi fəallığa onların təsirinə daimi 
nəzarətin vacibliyini nəzərə alaraq, rejimin reqlamentləşdirilməsi ilə rejimdən istifadənin sərt tələbləri və onun 
əsas mərhələlərinin ardıcıllığı müəyyən edilir. Məcəllə rejimdən istifadənin icazəvermə qaydasını müəyyən edir. 
Mallar bu rejim altında o zaman yerləşdirilə bilər ki, benefisiarın müvafiq icazəsi olsun.  
İcazə almaq üçün Dövlət Gömrük Komitəsinə yazılı  ərizə ilə müraciət edilməlidir.  Ərizədə rejimin 
istifadə edilməsinin mümkünlüyü barədə qərar qəbul edilməsi üçün vacib olan məlumatlar (ərizəçi, gətirilən və 
kompensasiya malları, emal müddəti, emalın yeri, emal edən müəssisə və s. barədə) öz əksini tapmalıdır.  
Gömrük  ərazisində malların emalı üçün icazə verilməsi  şərtlərinin  əsasını  təşkil edən meyarlar üç 
qrupda birləşdirilə bilər:  
1) iqtisadi meyarlar (milli istehsalçıların maraqlarının qorunması, hazır məhsulların ixracının artırılması 
və i.a.);  
2) texniki meyarlar (emal edilmiş malların emal məhsullarında identifikasiyasının mümkünlüyü, 
aparılan əməliyyatlara gömrük nəzarətinin həyata keçirilməsini təmin edən emalın texnoloji prosesinə tələblər);  
3) inzibati meyarlar (benifisiarın hüquqi statusu, gömrük rejiminin reqlamentasiyasına riayət edilməsi);  
Bu rejim çərçivəsində əməliyyatların aparılmasına icazə aşağıdakı şərtlərə riayət edilməklə verilə bilər:  
- gətirilən mallar emal məhsullarında identifikasiya edilə (eyniləşdirilə) bilməlidir (Bu qaydadan 
istisnaları DGK müəyyən edir);  
- emal-kompensasiya mallarının çıxarılmasına (ixracına) və ya Azərbaycan Respublikasının istehsal 
gücündən istifadəyə xidmət etməlidir; 
- DGK-nin müəyyən etdiyi, gömrük işi barədə Azərbaycan Respublikasının Qanunvericiliyinə riayət 
edilməsi tələbləri yerinə yetirilməlidir.  
Emal üçün verilmiş icazə DGK tərəfindən ləğv edilə və ya geri alına bilər. Müəyyən edilmiş qaydalar 
əsasında  ərizəçiyə  icazə verilə bilmədikdə  və  qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən 
natamam və ya qeyri-müfəssəl məlumatlar əsasında verildikdə ləğv edilir.  
Əgər icazə sahibi rejimin tələblərinə riayət etmirsə və ya icazə dövlətin iqtisadi siyasətinə daha uyğun 
gəlmirsə, bu  halda DGK icazəni geri ala bilər.  
Gömrük  ərazisində malların emalı gömrük rejiminin tətbiqi prosedurasında  şərti olaraq üç mərhələni 
ayırmaq olar - rejimə icazə verilməsi, bilavasitə istifadəsi və onun fəaliyyətinin bitməsi. Malların baxılan rejim 
altında yerləşdirilməsi zamanı bir sıra şərt və tələblər yerinə yetirilməlidir. Bununla bağlı olaraq hər bir konkret 
situasiyada rejimə icazə verilməsinin mümkünlüyü məsələsi həll edilir.  
Rejimin fəaliyyətinin bitməsini reqlamentləşdirən müddəalar, bir tərəfdən meyar kimi çıxış edərək, 
rejimdən qanunauyğun istifadə edilməsinin hüdudlarını təyin etməyə imkan verən tələbləri özündə cəmləşdirir. 
Digər tərəfdən, bu müddəalar o şərtləri müəyyən edir ki, onlara riayət edildikdə benefisiar malların gömrük 
ərazisinə emal üçün gətirilməsi ilə bağlı götürdüyü öhdəliklərdən azad olur və qanunvericilikdə  nəzərdə 
tutulmuş güzəştləri almağa öz hüququnu reallaşdırır.  
Məcəllə emal rejimlərindən istifadə edilməsinin mümkün müddətini təyin etmə prinsipini aydınlaşdırır: 
müddətin müəyyən edilməsi, malların emal prosesinin iqtisadi cəhətdən özünü doğrulda bilən davamiyyətinə
həmçinin, xarici malların emal məhsulları üzərində sərəncam verməyə əsaslanmalıdır.  
 
7.3.2. Gömrük nəzarəti altında emal rejimi  
 
Gömrük nəzarəti altında malların emalı gömrük rejimi - xarici malların müəyyən edilmiş 
qaydada Azərbaycan Respublikasının gömrük ərazisində, onlara iqtisadi siyasət tədbirləri tətbiq 
edilmədən istifadə olunması imkanını nəzərdə tutur.  
Gömrük ərazisində malların emalı rejimindən fərqli olaraq bu halda:  
- gətirilən mallardan gömrük rüsum və vergiləri tutulmur; 
- gətirilən malların emalı gömrük nəzarəti altında məhsulların sonradan sərbəst dövriyyə, buraxılma və 
ya digər gömrük rejimləri altında yerləşdirilməsi şərti ilə həyata keçirilir.  
Gömrük nəzarəti altında malların emalı rejimi də gömrük ərazisində malların emalı rejimi kimi xarici 
malların emal məqsədi ilə milli gömrük ərazisinə müvəqqəti buraxılmasını  nəzərdə tutan aktiv emal tipinə 
aiddir.  


60 
 
Gömrük  ərazisində malların emalı rejimində ödənmə (qaytarılma) prinsipindən istifadə edilir: xarici 
mallar gətirilərkən ödənilmiş gömrük rüsum və vergiləri, emal məhsulları çıxarılarkən qaytarılmalıdır.  
Gömrük nəzarəti altında malların emalı rejiminin tətbiq edilməsinin əsasında azadetmə prinsipi durur, 
çünki bu halda xarici mallar emal üçün gətirilərkən gömrük rüsum və vergiləri tutulmur.  
Gömrük ərazisində malların emalı rejimi, tutulmuş gömrük rüsum və vergilərinin qaytarılmasını rejimin 
fəaliyyəti bitdikdən və emal məhsullarının ixrac rejimi üzrə  çıxarılmasından sonra nəzərdə tutulduğu halda, 
gömrük nəzarəti altında malların emalı rejimi vergi güzəştlərinin xarici malların bu rejim altında yerləşdirilməsi 
ilə eyni vaxta verilməsini nəzərdə tutur. Bunun əvəzində isə gömrük nəzarəti altında emal rejimi müəyyən edir 
ki, gömrük orqanları rejimin benefisiarı tərəfindən qanunvericiliyə riayət edilməsini təmin etmək məqsədi ilə: 
malların gömrük müayinəsini və uçotunu həyata keçirə, eyniləşdirilmə vasitələrindən istifadə edə
inventarizasiya apara, emal üzrə  əməliyyatların konkret şərtlərini və onların aparılma qaydasını müəyyən edə 
bilərlər.  
Gömrük nəzarəti altında malların emalı gömrük rejiminin istifadə sahəsi, yəni malların bu rejim altında 
yerləşdirilə bilməsi üçün aparılan  əməliyyatların siyahısı, faktiki olaraq gömrük ərazisində malların emalı 
gömrük rejiminin müəyyən etdiyi əməliyyatlarla eynidir. Bundan başqa hər iki emal gömrük rejimi - onların 
tətbiqinin çox hallarda ümumi hüquqi əsasına malikdirlər. Bu oxşarlığı onların reqlamentləşdirilməsi aşağıdakı 
şərtləri müəyyən edir:  
- bu rejimlərdə malların emalına icazənin alınması;  
- verilmiş icazənin ləğv edilməsi və ya geri alınması;  
- rejimə icazə verilməsində  və bitməsində gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata 
keçirilməsinin ümumi qaydası;  
- rejimlərin benefisiarlarına tələblər;  
- bu rejimlər altında yerləşdirilmiş mallar üzərində sərəncam verilməsi;  
- malların emal müddətlərinin müəyyən edilməsi və uzadılması qaydaları;  
- kompensasiya mallarının məcburi hasilat miqdarının müəyyənləşdirilməsi qaydaları;  
- bu rejimlər altında yerləşdirilmiş malların və onların emal məhsullarının itirilməsi hallarında 
məsuliyyətdən azad edilməsi şərtləri. 
Gömrük Məcəlləsində gömrük nəzarəti altında malların emalı rejiminin istifadə sahələrinə aid olan 
xüsusi məhdudiyyətlərə yol verilməsi nəzərdə tutulur. Bu rejimdən  “iqtisadi siyasət tədbirlərinə riayət 
edilməsindən və malların mənşə ölkəsinin müəyyənləşdirilməsi qaydalarından yayınma üçün istifadə 
oluna bilməz”. Eyni zamanda DGK bu rejimin tətbiq edilməsinə yol verilməsi hallarını müəyyən edir.  
Gömrük təcrübəsi göstərir ki,  aşağıdakı şərtlər daxilində bu rejimə icazə verilməsi məqbul hesab edilə 
bilər:  
1) emal ediləcək mallar, bilavasitə emal üzrə əməliyyatları aparan müəssisə tərəfindən gətirilir;  
2) malları emal üçün gətirən müəssisə, hüquqi şəxs statusuna malikdir;  
3) emal əməliyyatları müəssisənin adi texnoloji proseslərinə uyğun aparılır;  
4) müəssisə gömrük orqanına malların emal üçün gətirilmə  və emal məhsullarının çıxarılma qrafikini 
təqdim edir. Qrafikdə malların gətirilmə və aparılma tarixi, miqdarı  və dəyəri göstərilməlidir;  
5) müəssisə gömrük nəzarəti altında emal rejimində yerləşdirilmiş malların uçotunu aparır və dövri 
olaraq, lakin ayda bir dəfədən az olmayaraq, mallar haqqında emala icazə vermiş orqana, bu orqan tərəfindən 
müəyyən edilmiş forma və müddətlərdə hesabat təqdim edir. Uçot və hesabat sənədlərində malların adı, 
miqdarı, emal əməliyyatları, hesabat gününə malların emal mərhələləri, emal məhsullarının adı  və miqdarı 
barədə  məlumatlar və  nəzarətin həyata keçirilməsi üçün gömrük orqanlarına lazım olan digər məlumatlar öz 
əksini tapmalıdır;  
6) gömrük orqanlarının vəzifəli  şəxsləri malların emalı  və saxlanması proseslərinə faktiki (vizual və 
sənədli) nəzarət etmək üçün real imkana malik olmalıdırlar; 
7) emal üçün gətirilən mallar aksizli mallar olmalıdır;  
8) emal üçün gətirilən malların vergiqoyma səviyyəsi onların 100 %-li dəyərindən artıq olmamalıdır; 
9) emal müddəti 6 aydan çox olmamalıdır;  
10) müəssisə gömrük orqanlarına emal məhsullarının ixrac gömrük rejiminə uyğun olaraq geri 
aparılacağı barədə öhdəlik təqdim etməlidir.  
Emal rejimlərində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı 
Fərmanının əlavələrində göstərilən malların gətirilməsi zamanı nəzərdə tutulan əlavə tələblər müəyyən edilmiş 
qaydada yerinə yetirilməlidir.  
Gömrük nəzarəti altında malların emalı gömrük rejiminin fəaliyyəti - onun reqlamentasiyası ilə nəzərdə 
tutulmuş bütün şərt və tələblərə riayət edildikdən, rejimdən istifadə məqsədləri əldə edildikdən, emal məhsulları 
ixrac, sərbəst dövriyyə üçün buraxılış və ya digər gömrük rejimləri altında yerləşdirildikdən sonra bitmiş hesab 
edilir. Bu zaman kompensasiya mallarına (həmçinin emal edilmədən geri aparılan xarici mallara) iqtisadi siyasət 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə