Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə36/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

75 
 
 
8.1.3. Qısa bəyannamə  
 
Qısa bəyannamənin təqdim edilməsi, gömrük sərhədinin keçilməsi barədə gömrük orqanlarına məlumat 
verilməklə iki halda zəruridir:  
a) xarici gömrük ərazisindən Azərbaycanın gömrük ərazisinə mal və  nəqliyyat vasitələrinin 
gətirilməsi zamanı;  
b) Azərbaycanın gömrük ərazisi hüdudlarında - sərbəst gömrük zonası  və  sərbəst anbarlardan 
mallar və nəqliyyat vasitələrinin gömrük ərazisinin qalan hissəsinə çıxarılması.  
Belə  məlumatın verilməsi daşıyıcının vəzifəsidir. Mal və  nəqliyyat vasitələrinin gömrük ərazisindən 
çıxarılması niyyəti barədə məlumat - onları çıxaran şəxs tərəfindən verilməlidir. Əgər malları çıxaran şəxs bu 
məlumatı verməmişsə, bu vəzifə daşıyıcıya həvalə olunur.  
Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilənə qədər qısa bəyannamə 
tətbiq edilə bilər. Qısa bəyannamə gömrük rəsmiləşdirilməsi üçün məcburi atribut hesab edilmir.  
Qısa bəyannamə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bir vaxtda, 
yaxud təqdim edilmədən sonrakı iş günü ərzində verilir. Axırıncı halda gömrük orqanının xüsusi icazəsi tələb 
olunur.  
Əgər mallar təqdim edilmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında 
yerləşdirilirsə, qısa bəyannamə verilmir. 
 Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:  
- mal göndərən şəxs, mal göndərən ölkə;  
- malı alan şəxs, təyinat ölkəsi;  
- daşıyıcı;  
- nəqliyyat vasitəsi barədə məlumat;  
- nəqliyyat sənədlərinin nömrələri;  
- malın adı;  
- yerlərin sayı;  
- brutto çəkisi;  
- plomblar və digər eyniləşdirmə vasitələri;  
- digər məlumatlar.  
Əgər gömrük daşıyıcısı  tərəfindən qısa bəyannamə vermək üçün səlahiyyətli  şəxs müəyyən 
edilməmişsə, yaxud gəlməmişsə, gömrük məqsədləri üçün belə şəxs gəmi kapitanı, sürücü ola bilər.  
Gömrük Məcəlləsi gömrük orqanlarının icazəsi ilə  qısa bəyannamə kimi, nəqliyyat, kommersiya və 
digər sənədlərin istifadə edilməsinə yol verir, bu şərtlə ki, bu sənədlər qısa bəyannamədə  tələb olunan 
məlumatları özündə əks etdirmiş olsun.  
Gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə kimi əmtəə və nəqliyyat sənədləri istifadə olunur. Bu 
sənədlər, bir qayda olaraq göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək yükü müşayiət edir və ona görə də 
mal müşayiət sənədləri adlanır.  
Əmtəə  sənədləri malın dəyər, keyfiyyət və miqdar xassələri barədə  məlumatı  əks etdirir. İlk növbədə 
müvəqqəti saxlanc anbarı  və gömrük rejimlərinin bir növü olan gömrük anbarı  məfhumlarını bir-birindən 
ayırmaq lazımdır. Gömrük anbarı rejimində gətirilən mallar gömrük nəzarəti altında gömrük rüsum və vergiləri 
tutulmadan və iqtisadi siyasət tədbirləri tətbiq edilmədən 3 il müddətində saxlanıla bilər. 
Mallar müvəqqəti saxlanc anbarına isə  bəyannamə verilməsi və gömrük rejimi seçilməsinə hazırlıq 
ərəfəsində yerləşdirilir. Müvəqqəti saxlanc anbarı elə bir yerdir ki, mallar gömrük orqanına təqdim edildiyi 
andan, müəyyən gömrük rejiminin seçilib, onların buraxılmasına qədər gömrük nəzarəti altında yerləşdirilir. 
Beləliklə elə hal ola bilər ki, mal müvəqqəti saxlanc anbarından gömrük anbarına göndərilsin və gömrük 
anbarlaşdırılması rejimində saxlanılması davam etsin. 
“Mal və  əşyaların gömrük nəzarəti altında müvəqqəti saxlanma rejimində yerləşdirilməsinin 
texnoloji sxemi” DGK tərəfindən 14 aprel 1995-ci il tarixli əmrlə təsdiq edilmiş 22.01. 98-ci il tarixli 035 saylı 
əmrlə dəqiqləşdirilmişdir. 
 
8.1.4. Müvəqqəti saxlanc anbarı  
 
Müvəqqəti saxlanc anbarında malların və  nəqliyyat vasitələrinin saxlanmasının ümumi müddəti iki 
aydan, Gömrük Məcəlləsində nəzərdə tutulan digər müddətlər üçün isə həmin müddətlərdən artıq olmamalıdır. 
Dövlət Gömrük Komitəsi malların ayrı-ayrı kateqoriyaları üçün daha qısa saxlanc müddətinin son həddini 
müəyyən edə bilər. Tez xarab olan malların, canlı heyvanların, bitkilərin və  həmçinin Azərbaycan 


76 
 
Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan edilən malların saxlancı üçün Dövlət Gömrük 
Komitəsi tərəfindən minimum vaxt təyin edilir (məsələn, üç günə qədər). 
Müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi prosedurası üçün məcburi mərhələ sayılmır.  Əgər xarici 
ticarət yükü gömrük orqanına təqdim edildiyi gün, gömrük rəsmiləşdirilməsi bitirilirsə müvəqqəti saxlanc 
əməliyyatına ehtiyac qalmır. 
Bütün digər hallarda yük avtomatik olaraq müvəqqəti saxlanca verilmiş mal statusu alır və bir sutka 
ərzində gömrük orqanının icazəsi ilə anbara yerləşdirilir. Bu zaman mühüm məsələlərdən biri də odur ki, 
malların müvəqqəti saxlanca verilməsi, qabaqcadan baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarət 
tədbirlərinin həyata keçirilməsindən asılı olmur. 
Müvəqqəti saxlanc daxil olan yüklərin uçotunun aparılmasını  nəzərdə tutur. Bu məqsədlə  dşıyıcı 
malların gəldiyi barədə gömrük orqanlarına xəbər verdikdən iki gündən gec olmayaraq nəqliyyat, mal-müşayiət 
və digər kommersiya sənədlərini təqdim etməlidir ki, mal və nəqliyyat vasitələrini identifikasiya etmək mümkün 
olsun. Əgər bu müddət ərzində sənədlər təqdim edilə bilmirsə, qısa bəyannamə verilir. 
Müvəqqəti saxlanca yüklərin yalnız məxsusi müvəqqəti saxlanc üçün məqbul olan tikililərə (yerlərə) 
yerləşdirilməsi şərti ilə yol verilir. Qanunvericiliyə riayət olunmasını təmin etmək üçün müvafiq maddi-texniki 
baza yaradılmalıdır. Bu məqsədlə, xarici ticarət yüklərinin daşındığı hava və  dəniz limanlarında, yük 
həyətlərində, stansiya meydanlarında, həmçinin beynəlxalq avtomobil yollarının keçdiyi sərhəd buraxılış 
məntəqələrində müvəqqəti saxlanc anbarlarının açılmasının məcburi qaydaları müəyyən edilir. 
 
8.1.5. Gömrük brokeri  
 
Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik fəaliyyəti ilə məşğul olan 
fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan 
gömrük brokeri peşəsidir. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış  və DGK-dan icazə almış hüquqi 
şəxslər gömrük brokeri ola bilərlər.  
Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətlər, notarius tərəfindən 
təsdiq edilmiş müqavilə ilə tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid 
edilir və ödənc xarakterlidir.  
Broker  xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz 
adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı  və digər vasitəçilik əməliyyatları apara bilər.  
Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o malların əsil sahibi qədər onun 
vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır.  
Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz 
adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi 
münasibətlərin şahidi olmuş oluruq: 
1) gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında; 
2) gömrük brokeri ilə üçüncü şəxslər arasında; 
3) təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker icazəsinin fəaliyyəti dayandırıldıqda). 
Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 02.09.2002-ci il tarixli 782 saylı  Fərmanının 
icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 07.XI.2002-ci il tarixli 173 saylı 
qərarı ilə “Gömrük brokeri haqqında  əsasnamənin və Azərbaycan Respublikasında gömrük brokeri 
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
1998-ci il 1 may tarixli 101 saylı  qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasında gömrük 
brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” sözləri çıxarılmışdır.  
Gömrük orqanları, brokerin vəzifəsindən sui-istifadə etdiyini güman etməyə kifayət qədər əsas olduqda, 
icazənin fəaliyyətini üç ay müddətinə dayandıra bilər. 
Dövlət Gömrük Komitəsi gömrük brokerinin reyestrini aparır və bu reyestrin nəşrini təmin edir. 
 
8.1.6. Gömrük daşıyıcısı  
 
Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət 
Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün icazə verilmiş hüqüqi 
şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödənmədən daşıyır. 
Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər. Gömrük daşıyıcısından könüllü 
istifadə o zaman olur ki, marağı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə 
şəxsi təşəbbüsü əsasında istifadə etsin. 
Gömrük orqanının vəzifəli  şəxsi daşınan malların xarakteri və statusu barədə  məlumata  əsaslanaraq, 
gömrük qanunvericiliyinin pozulmasının mümkünlüyünü güman etdikdə, daşınmanın spesifikasını nəzərə alaraq 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə