Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə40/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

83 
 
sənədlər  əsasında heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə respublikadan kənara nəqd 
şəkildə çıxara bilərlər. 
 Müvafiq  dövlət orqanlarının razılığı ilə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilən mallar haqqında: 
  a) mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri Azərbaycan Respublikasının Mədəniyyət və 
Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə gömrük orqanlarına təqdim edildiyi və 
komission dəyərinin 100%-i məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə  dərəcəsi verilməmiş 
mədəniyyət sərvətləri isə Azərbaycan Respublikasından aparıla bilər; 
  b)  xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının Daxili İşlər 
Nazirliyinin xüsusi icazəsi təqdim edilməklə keçirilə bilər; 
  v) heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloci preparatlar və baytarlıq ləvazimatları, 
bitkilər, heyvan və bitki mənşəli xammal dövlət Baytarlıq və dövlət fitosanitar nəzarəti xidmətlərinin müvafiq 
sənədi olduqda keçirilə bilər. 
 Fiziki  şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan 
olunan mallar: 
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki 
silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;  
- radioaktiv maddələr;  
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;  
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;  
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid 
materiallar;  
- aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar
 -  aparılmasına və ya göndərilməsinə, gətirilməsinə  və ya alınmasına Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji, kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı 
obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri; 
  - qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı); 
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat; 
  - Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və 
Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri
  - dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr; 
  - Azərbaycan Respublikasının “Qırmızı Kitabına” düşmüş nadir bitkilər, maral və cüyür buynuzları; 
  -  müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin 
keçirəlməsi halları istisna olmaqla Azərbaycan Respublikasının Milli mədəniyyət  əmlakı Dövlət Siyahısına 
daxil olan Milli mədəniyyət əmlakı olan obyektlər. 
  Silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir. Odlu silah və 
onun döyüş sursatının poçt vasitəsi ilə göndərilməsi qadağandır.   
Fiziki  şəxslər tərəfindən ov silahları, onların sursatları ölkənin gömrük sərhədindən Azərbaycan 
Respublikası Daxili İşlər Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.  
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, XİF-in Mal 
Nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda 
güzəştli və ya sadələşdirilmiş qaydada ölkənin gömrük sərhədindən keçirilə bilər:  
1) iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamış fiziki şəxslər daimi yaşayış məqsədilə Azərbaycana 
köçüb gəldikdə, habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa 
rəsmi dövlət, hökümətlərarası beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə  işləmiş Azərbaycan 
vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıtdıqda, istehsal - buraxılış tarixindən, yürüş 
kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsini 
ölkənin gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödəmədən gətirə bilərlər:  
2) ölkəmizdən daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə onların sahibliyində 
olan avtonəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən ölkənin gömrük 
ərazisindən aparmağa icazə verilir;  
3) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini 
keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş 
kilometrindən, gömrük dəyərindən və  mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub 
santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları  və qanunvericiliklə müəyyən 
edilmiş miqdarda digər gömrük ödənişləri alınır;  
4) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük sərhədini 
keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş 


84 
 
kilometrindən, gömrük dəyərindən və  mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub 
santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları  və qanunvericiliklə müəyyən 
edilmiş miqdarda digər gömrük ödənişləri alınır.  
Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada 
keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük müdaxil orderi tətbiq 
olunmaqla alınır.  
Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtisadi 
fəaliyyətin  əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla 
digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük 
ərazisinə müvəqqəti olaraq gətirilməsinə  sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük 
ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.  
Xarici dövlətlərdə daimi qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin  əmtəə nomenklaturasının yalnız 
8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri 
tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına 
əməl edilməklə 30 günədək müddətə, bu müddətin azaldılmasına görə isə  sərbəst dövriyyə üçün buraxılış 
rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış  məntəqələrində 
depozitə qoyulmaqla icazə verilir.  
Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat 
vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə 
müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.  
Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 
ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici 
sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.  
Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli Bankı 
tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.  
Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı 
sayda və  məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və mal qismində 
nəqliyyat vasitələri xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi 
qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.  
Azərbaycan Respublikası xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların idxalına gömrük 
idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdursa, onda mənşə ölkəsi həmin ölkələr 
olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxal rüsumları tətbiq edilmir.  
 
8.3. Alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri və Beynəlxalq Konvensiyalar  
 
Beynəlxalq təcrübədə alqı-satqı əməliyyatları müxtəlif kommersiya şərtlərində həyata keçirilir. Alıcı və 
satıcı arasında mal göndərişləri zamanı götürülən öhdəliklərin əsasını “Ticarət terminləri izahının beynəlxalq 
qaydaları” (“İnkoterms”) təşkil edir. İlk dəfə “İnkoterms” 1936-cı ildə işlənib hazırlanmşdır. Hazırda istifadə 
olunan sonuncu redaksiya isə 2000-ci ilin təkmilləşdirilmiş nəşridir.  
“İnkoterms” terminlərinə yenidən baxılma işi ilə  əlaqədar olaraq Beynəlxalq Ticarət Palatasının işçi 
qrupu tərəfindən ticarət terminlərinin asan oxunması  və başa düşülməsi məqsədilə başqa ardıcıllığın təqdim 
edilməsi təklifi irəli sürülmüşdür. Bu terminlər dörd müxtəlif bazis kateqoriyalarına görə qruplaşdırılmışdır:  
“E” qrupu EXW şərtlərini özündə cəmləşdirir, bu şərtə görə alıcı göndərilməyə hazır olan malı anbarda 
qəbul edir (satıcının müəssisəsində);  
“F” qrupunun şərtlərinə satıcının mütləq qaydada malları alıcının göstərdiyi nəqliyyat vasitəsinə qədər 
çatdırılması daxildir (FSA, FAS, FOB şərtləri);  
“C” qrupu şərti daxilində nəzərdə tutulur ki, satıcı daşınma müqaviləsini bağlamalıdır, ancaq o malın 
yüklənib yola salınmasından sonra və daşınma müddətində baş verəcək hadisələrlə bağlı,  malların itməsi, 
zədələnməsi və əlavə xərclərə görə risk (mümkün olan xətər) daşımır (CFR, CİF, CRT, CİP);  
“D” qrupu şərtinə görə, satıcı malın təyinat məntəqəsinə çatdırılmasına qədər bütün mümkün ola bilən 
risk və xərcləri daşıyır (DAF, DES, DEQ, DDU və DDP). 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə