81
3. əhalinin mənəviyyatının qorunması;
4. insanların həyat və sağlamlığının qorunması;
5. ətraf mühitin mühafizəsi;
6. heyvan və bitkilərin mühafizəsi;
7. Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin
qorunması;
8. mülkiyyət hüququnun, o cümlədən intellektual mülkiyyət obyektlərinin qorunması;
9. gətirilən mallardan yerli istehlakçıların maraqlarının qorunması.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyi və onun beynəlxalq öhdəlikləri ilə əlaqədar olaraq
bu siyahı digər müddüəalarla tamamlana bilər. Belə ki, Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin
24
iyun 1997-ci il tarixli 609 saylı “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması
haqqında” Fərmanı ilə mal və nəqliyyat vasitələrinin aparılıb-gətirilməsi qaydaları aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
1. İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan
mallar:
- silah və hərbi texnika, onların istehsalı üçün
zəruri olan ehtiyat hissələri;
- barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri;
- nüvə materialları, texnologiyaları, avadanlıqları və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv
tullantılar da daxil olmaqla, radioaktiv şüalanma mənbələri;
- narkotik və psixotrop maddələr, kimyəvi zəhərləyicilər;
- silah və hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki məlumatların və
texnologiyaların, material və texnologiyaların ayrı-ayrı növləri.
2. İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik mallar (xidmətlər
və əqli mülkiyyət):
- çöl heyvanları, yabanı bitkilər və qazıntılar zamanı tapılmış heyvan sümükləri:
- vəhşi heyvanlardan və yabanı bitkilərdən dərman istehsalı üçün alınan xammal; ilan, böyə və əqrəb
zəhərləri;
- Azərbaycan Respublikası ərazisində, quruda və dəniz iqtisadi zonası hüdudlarında
yerləşən istilik
enerjisi və mineral xammal yataqları haqqında məlumatlar;
- ixtiralar, “Nou how” və elmi-tədqiqat işlərinin nəticələri;
- incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq mallar;
- bitkilərin mühafizəsi üçün istifadə olunan kimyəvi vasitələr;
- baytarlıqda
tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları;
- dərman preparatları və tibbi ləvazimatlar;
Azərbaycan Respublikası ərazisində aşağıdakı xidmətlərin göstərilməsi:
a) inşaat fəaliyyəti (mühəndis-axtarış, layihə, tikinti-quraşdırma və buraxılış sazlama işləri);
b) yük və sərnişin daşınması, nəqliyyat ekspeditor işləri;
c) rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd sellülar, reysinq, radiotrank, kabel
televiziyasının qurulması və istismarı, sürətli poçt xidmətlərinin göstərilməsi);
ç) vəkillik və digər hüquqi xidmətlər.
3. Müvafiq dövlət orqanları tərəfindən verilən icazə əsasında idxal-ixrac olunan mallar:
- etil spirti (yeyinti):
- alkohollu içkilər (pivə istisna olmaqla):
- tütün məmulatı.
Gömrük Məcəlləsinə ilə mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və
buradan aparılmasının məhdudlaşdırılması halları müəyyən-ləşdirilmişdir. Onları şərti olaraq 3 qrupda
birləşdirmək olar:
1. ticarətdə bəzi mallara qoyulan mal məhdudiyyətləri;
2. xarici dövlətlər və ya onların ittifaqlarına qoyulan coğrafi məhdudiyyətlər;
3. müəyyən müddət üçün qoyulan vaxt məhdudiyyətləri.
Barəsində qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulan qanunvericilik aktları istisna edilməklə,
göstərilən məhdudiyyətləri müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvəyə
minməzdən on gün əvvəl rəsmi dərc olunmalıdır.
Milli təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq hüquqla tanınmış iqtisadi sanksiyaları, hərbi-
texniki sahədə əməkdaşlığın tənzimlənməsini və daxili bazarın müdafiəsini nəzərdə tutan qaydada və
məhdudiyyətlər nəzərdə tutula bilər.
Gömrük Məcəlləsinin 21-ci maddəsinin müddəalarına görə ölkə ərazisinə gətirilən və ölkə ərazisindən
aparılan mallar gömrük rəsmiləşdirilməsindən və gömrük nəzarətindən keçirilməlidir.
82
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər
tərəfindən istehsal və
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi qaydalarını.
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Hazırda AR Nazirlər Kabinetinin 31 may 2001-ci
il tarixində 105 saylı (07.11.2002-ci ildə 176 saylı,10.05.2007-ci il tarixli 73 saylı, 11.02.2008-ci il tarixli 37
saylı qərarları ilə əlavə və dəyişiliklər edilmişdir)
Qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi Qaydaları” qüvvədədir.
Fiziki şəxsin səfərinin bütün formaları nəzərə alınmaqla, fiziki şəxs və ya onun ailə üzvləri tərəfindən
gömrük sərhədindən keçirilən malların şəxsi istifadə və istehsal məqsədləri üçün keçirildiyini yəqinləşdirmək,
onların xarakterini və miqdarını, habelə sərhəddən keçirilməsi tezliyini gömrük orqanları müəyyənləşdirir.
Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində gömrük xidməti fəaliyyət göstərir
(aeroportlar, dəniz limanları, avtomobil və dəmiryolu keçid məntəqələri).
Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma nişanları vardır.
Azərbaycan Respublikasının
Gürcüstan, Rusiya, Türkiyə və İranla sərhədlərində keçid məntəqələri
fəaliyyət göstərir. Həmçinin, Qazaxstan, Türkmənistan, Rusiya və İran ilə dəniz sərhədləri vardır, Türkmənistan
və Qazaxstanla parom vasitəsi ilə gediş-gəliş mövcuddur.
Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən:
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, o
cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar sadələşdirilmiş qaydada bəyan edilir.
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə etməklə konklyudent formada yazılı
bəyannamə təqdim edilməməsini nəzərdə tutur.
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşayiət olunan baqacda və əl yükündə
keçirilən
mallara şamil edilir, o şərtlə ki:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların miqdarı və dəyəri (müşayiət
olunmayan baqaclar istisna olmaqla) həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən
miqdar və dəyərindən artıq olmasın;
-həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın. Gömrük ödənişlərinə cəlb olunan mallar
olduqda isə həmin mallar yazılı formada bəyan edilməli və «Qırmızı kanal»dan istifadə edilməlidir.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən əşyalar sərhəd
məntəqələrində gömrük orqanlarına bəyan edilir. Bəyannamə Azərbaycan, inqilis və ya başqa dillərdə doldurula
bilər. Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları
haqqında məlumat onları müşayiət edən şəxslərin bəyannaməsində göstərilir. Bəyannamədə mallar haqqında
məlumatlar öz əksini tapmalıdır.
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan aşağıdaki
malları gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər:
a) ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan;
b) beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20
kiloqramdan artıq olmayan;
v) xarici vətəndaşlar daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına
köçüb qələrkən və ya
Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasından köçüb gedərkən 20.000 ABŞ dollarına
ekvivalent həcmində ailə üçün zəruri olan məişət əşyalarını;
q) yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini;
d)Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 125 qrama qədər balıq kürüsünü;
e) fərdi istehlak üçün 3 litr alkoqollu içkini;
ə)3 blok siqareti;
z) avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacağı;
j) bədii, tarixi, elmi və diqər mədəni əşyaları məhdudiyyətsiz miqdarda gətirə bilərlər.
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və
Azərbaycan Respublikasından çıxarılması Qaydaları:
- Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar tərəfindən Azərbaycan Respublikası
ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 ABŞ dolları ekvivalentinədək
olduqda «Gömrük
bəyannaməsi» ilə, 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Gömrük bəyannaməsi»,
həm də «
Gömrük vəsiqəsi» ilə rəsmiləşdirilir.
- Azərbaycan Respublikasının vətəndaşları tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları
ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük
orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.
- Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar Azərbaycan Respublikasına əvvələr
nəqd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ dolları ekvivalentinədək məbləği müvafiq təsdiqedici