75
8.1.3. Qısa bəyannamə
Qısa bəyannamənin təqdim edilməsi, gömrük sərhədinin keçilməsi barədə gömrük orqanlarına məlumat
verilməklə iki halda zəruridir:
a) xarici gömrük ərazisindən Azərbaycanın gömrük ərazisinə mal və nəqliyyat vasitələrinin
gətirilməsi zamanı;
b) Azərbaycanın gömrük ərazisi hüdudlarında - sərbəst gömrük zonası və sərbəst anbarlardan
mallar və nəqliyyat vasitələrinin gömrük ərazisinin qalan hissəsinə çıxarılması.
Belə məlumatın verilməsi daşıyıcının vəzifəsidir. Mal və nəqliyyat vasitələrinin gömrük ərazisindən
çıxarılması niyyəti barədə məlumat - onları çıxaran şəxs tərəfindən verilməlidir. Əgər malları çıxaran şəxs bu
məlumatı verməmişsə, bu vəzifə daşıyıcıya həvalə olunur.
Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilənə qədər qısa bəyannamə
tətbiq edilə bilər. Qısa bəyannamə gömrük rəsmiləşdirilməsi üçün məcburi atribut hesab edilmir.
Qısa bəyannamə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bir vaxtda,
yaxud təqdim edilmədən sonrakı iş günü ərzində verilir. Axırıncı halda gömrük orqanının
xüsusi icazəsi tələb
olunur.
Əgər mallar təqdim edilmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında
yerləşdirilirsə, qısa bəyannamə verilmir.
Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- mal göndərən şəxs, mal göndərən ölkə;
- malı alan şəxs, təyinat ölkəsi;
- daşıyıcı;
- nəqliyyat vasitəsi barədə məlumat;
- nəqliyyat sənədlərinin nömrələri;
- malın adı;
- yerlərin sayı;
- brutto çəkisi;
- plomblar və digər eyniləşdirmə vasitələri;
- digər məlumatlar.
Əgər gömrük daşıyıcısı tərəfindən qısa bəyannamə vermək üçün səlahiyyətli şəxs müəyyən
edilməmişsə, yaxud gəlməmişsə, gömrük məqsədləri üçün belə şəxs gəmi kapitanı, sürücü ola bilər.
Gömrük Məcəlləsi gömrük orqanlarının icazəsi ilə qısa bəyannamə kimi, nəqliyyat, kommersiya və
digər sənədlərin istifadə edilməsinə yol verir, bu şərtlə ki, bu sənədlər qısa
bəyannamədə tələb olunan
məlumatları özündə əks etdirmiş olsun.
Gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə kimi əmtəə və nəqliyyat sənədləri istifadə olunur. Bu
sənədlər, bir qayda olaraq göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək yükü müşayiət edir və ona görə də
mal müşayiət sənədləri adlanır.
Əmtəə sənədləri malın dəyər, keyfiyyət və miqdar xassələri barədə məlumatı əks etdirir. İlk növbədə
müvəqqəti saxlanc anbarı və gömrük rejimlərinin bir növü olan gömrük anbarı məfhumlarını bir-birindən
ayırmaq lazımdır. Gömrük anbarı rejimində gətirilən mallar gömrük nəzarəti altında gömrük rüsum və vergiləri
tutulmadan və iqtisadi siyasət tədbirləri tətbiq edilmədən 3 il müddətində saxlanıla bilər.
Mallar müvəqqəti saxlanc anbarına isə bəyannamə verilməsi və gömrük rejimi seçilməsinə hazırlıq
ərəfəsində yerləşdirilir. Müvəqqəti saxlanc anbarı elə bir yerdir ki, mallar gömrük orqanına təqdim edildiyi
andan, müəyyən gömrük rejiminin seçilib, onların buraxılmasına qədər gömrük nəzarəti altında yerləşdirilir.
Beləliklə elə hal
ola bilər ki, mal müvəqqəti saxlanc anbarından gömrük anbarına göndərilsin və gömrük
anbarlaşdırılması rejimində saxlanılması davam etsin.
“Mal və əşyaların gömrük nəzarəti altında müvəqqəti saxlanma rejimində yerləşdirilməsinin
texnoloji sxemi” DGK tərəfindən 14 aprel 1995-ci il tarixli əmrlə təsdiq edilmiş 22.01. 98-ci il tarixli 035 saylı
əmrlə dəqiqləşdirilmişdir.
8.1.4. Müvəqqəti saxlanc anbarı
Müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanmasının ümumi müddəti iki
aydan, Gömrük Məcəlləsində nəzərdə tutulan digər müddətlər üçün isə həmin müddətlərdən artıq olmamalıdır.
Dövlət Gömrük Komitəsi malların ayrı-ayrı kateqoriyaları üçün daha qısa saxlanc müddətinin son həddini
müəyyən edə bilər. Tez xarab olan malların, canlı heyvanların, bitkilərin və həmçinin Azərbaycan
76
Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan edilən malların saxlancı üçün Dövlət Gömrük
Komitəsi tərəfindən minimum vaxt təyin edilir (məsələn, üç günə qədər).
Müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi prosedurası üçün məcburi mərhələ sayılmır. Əgər xarici
ticarət yükü gömrük orqanına
təqdim edildiyi gün, gömrük rəsmiləşdirilməsi bitirilirsə müvəqqəti saxlanc
əməliyyatına ehtiyac qalmır.
Bütün digər hallarda yük avtomatik olaraq müvəqqəti saxlanca verilmiş mal statusu alır və bir sutka
ərzində gömrük orqanının icazəsi ilə anbara yerləşdirilir. Bu zaman mühüm məsələlərdən biri də odur ki,
malların müvəqqəti saxlanca verilməsi, qabaqcadan baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarət
tədbirlərinin həyata keçirilməsindən asılı olmur.
Müvəqqəti saxlanc daxil olan yüklərin uçotunun aparılmasını nəzərdə tutur. Bu məqsədlə dşıyıcı
malların gəldiyi barədə gömrük orqanlarına xəbər verdikdən iki
gündən gec olmayaraq nəqliyyat, mal-müşayiət
və digər kommersiya sənədlərini təqdim etməlidir ki, mal və nəqliyyat vasitələrini identifikasiya etmək mümkün
olsun. Əgər bu müddət ərzində sənədlər təqdim edilə bilmirsə, qısa bəyannamə verilir.
Müvəqqəti saxlanca yüklərin yalnız məxsusi müvəqqəti saxlanc üçün məqbul olan tikililərə (yerlərə)
yerləşdirilməsi şərti ilə yol verilir. Qanunvericiliyə riayət olunmasını təmin etmək üçün müvafiq maddi-texniki
baza yaradılmalıdır. Bu məqsədlə, xarici ticarət yüklərinin daşındığı hava və dəniz limanlarında, yük
həyətlərində, stansiya meydanlarında, həmçinin beynəlxalq avtomobil yollarının keçdiyi sərhəd buraxılış
məntəqələrində müvəqqəti saxlanc anbarlarının açılmasının məcburi qaydaları müəyyən edilir.
8.1.5. Gömrük brokeri
Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik
fəaliyyəti ilə məşğul olan
fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan
gömrük brokeri peşəsidir. Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dan icazə almış hüquqi
şəxslər gömrük brokeri ola bilərlər.
Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətlər, notarius tərəfindən
təsdiq edilmiş müqavilə ilə tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid
edilir və ödənc xarakterlidir.
Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz
adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər vasitəçilik əməliyyatları apara bilər.
Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o malların əsil sahibi qədər onun
vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır.
Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz
adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən
doğan üç növ hüquqi
münasibətlərin şahidi olmuş oluruq:
1) gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında;
2) gömrük brokeri ilə üçüncü şəxslər arasında;
3) təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker icazəsinin fəaliyyəti dayandırıldıqda).
Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 02.09.2002-ci il tarixli 782 saylı Fərmanının
icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 07.XI.2002-ci il tarixli 173 saylı
qərarı ilə “Gömrük brokeri haqqında əsasnamənin və Azərbaycan Respublikasında gömrük brokeri
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 1 may tarixli 101 saylı qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasında gömrük
brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” sözləri çıxarılmışdır.
Gömrük orqanları, brokerin vəzifəsindən sui-istifadə etdiyini güman etməyə kifayət qədər əsas olduqda,
icazənin fəaliyyətini üç ay müddətinə dayandıra bilər.
Dövlət Gömrük Komitəsi gömrük brokerinin reyestrini aparır və bu reyestrin nəşrini təmin edir.
8.1.6. Gömrük daşıyıcısı
Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət
Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün icazə verilmiş hüqüqi
şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödənmədən daşıyır.
Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər. Gömrük daşıyıcısından könüllü
istifadə o
zaman olur ki, marağı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə
şəxsi təşəbbüsü əsasında istifadə etsin.
Gömrük orqanının vəzifəli şəxsi daşınan malların xarakteri və statusu barədə məlumata əsaslanaraq,
gömrük qanunvericiliyinin pozulmasının mümkünlüyünü güman etdikdə, daşınmanın spesifikasını nəzərə alaraq