Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə34/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

71 
 
Mövzu 8.  
Gömrük rəsmiləşdirilməsi  
 
8.1. Əsas prinsipləri və xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi qaydaları.  
Gömrük Məcəlləsinin 17-ci maddəsinin 16-cı  bəndinə görə,  gömrük rəsmiləşdirilməsi - bu 
Məcəllənin müddəalarına və  tələblərinə uyğun olaraq malların və  nəqliyyat vasitələrinin müəyyən 
gömrük rejimi altında yerləşdirilməsi ardıcıllığı və bu rejimin fəaliyyətinin başa çatmasıdır.  
Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən 
keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimləmə vasitələrinin tətbiq 
edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli  şəxsləri tərəfindən aparılan  əməliyyatların məcmusu kimi də 
anlaşıla bilər.  
Gömrük rəsmiləşdirilməsi qaydaları  həm Gömrük Məcəlləsinin müddəaları, həm də Azərbaycan 
Respublikası qanunvericiliyinin digər aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə  təkcə qanunlar 
deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük 
Komitəsinin qanun qüvvəli aktları nəzərdə tutulur.  
Məsələn,  “Azərbaycan Respublikasının gömrük buraxılış  məntəqələrindən istehsalat və ya 
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları üzrə təlimat”. 
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq 
konvensiyalarla nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər. BYD kitabçaları  tətbiq edilməklə 
Beynəlxalq yük daşımaları konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin gömrük 
rəsmiləşdirilməsinin qayda və  şərtlərini tənzimləməklə ümumilikdə  qəbul edilmiş normalar kimi mühüm 
əhəmiyyət kəsb edir.  
Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanının fəaliyyət göstərdiyi 
mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerləşdiyi ərazidə, xüsusi müəyyən edilmiş 
yerlərdə həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi gömrük orqanının müəyyən edilmiş iş vaxtı ərzində həyata 
keçirilməlidir. Gömrük orqanlarının iş rejimi DGK ilə razılaşdırılmalıdır. Bununla belə, Gömrük Məcəlləsi 
gömrük rəsmiləşdirilməsinin digər yerlərdə  və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da həyata 
keçirilməsini mümkün sayır. Bunun üçün maraqlı  şəxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının 
razılığını almalıdır və bu halda meydana çıxan bütün xərclər maraqlı şəxs tərəfindən ödənilir. Başqa yerlərdə və 
iş vaxtından kənar vaxtda da aparılan gömrük rəsmiləşdirilməsi əməliyyatları üçün ikiqat haqq alınır.  
Dövlət Gömrük Komitəsi ayrı-ayrı kateqoriyalı malların və  nəqliyyat vasitələrinin gömrük 
rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər. Məsələn, DGK-nın 20 fevral 
1998-ci il tarixli 002 saylı  əmri ilə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük 
rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası 
bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan yeni struktur vahidi - Aksiz gömrük postu 
yaradılmışdır.  
Xarici iqtisadi fəaliyyət iştirakçıları  tərəfindən idxal olunan və gömrük ərazisindən keçirilən etil 
(yeyinti) spirtinin, alkohollu içkilərin və tütün məmulatlarının gömrük rəsmiləşdirilməsini bu post həyata 
keçirir.  
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsi bir sıra faktorlardan asılıdır:  
1) keçirilən malın xarakter və xassələri (məsələn, aksizli malların gömrük rəsmiləşdirilməsinin 
xüsusiyyətləri və s);  
2) malların daşındığı nəqliyyat növü (gəmi, qatar (vaqon), avtomobil);  
3) keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;  
4) keçirilən malların mənşə ölkəsi;  
5) malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.  
Gömrük rəsmiləşdirilməsi yerləri müvafiq gömrük rejimləri üzrə hazırlanan təlimatlarla da müəyyən 
edilə bilər. 
Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, eləcə də mal və 
nəqliyyat vasitələrinə münasibətdə  səlahiyyətlərə malik digər  şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil 
olmaq hüququna malikdirlər. Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüquq vəzifəyə çevrilir, belə ki, 
bu mərhələdə adı  çəkilən  şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli  şəxslərinə kömək 
etməlidirlər. Belə kömək dedikdə Gömrük Məcəlləsinin 132-ci maddəsində göstərilən  əməliyyatlar, prob və 
nümunələrin götürülməsi nəzərdə tutulur.  
Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır. Bununla belə Gömrük Məcəlləsinin 
müddəalarına  əsasən Dövlət Gömrük Komitəsinin icazəsi ilə  rəsmiləşdirməni aparan gömrük orqanına bu 
orqanın vəzifəli şəxslərinin bildiyi xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər.  


72 
 
Bir dövlətin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq 
müqavilə  və sazişlərdə başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən edilmiş qaydada təsdiq edildikdən 
(şəhadətləndirildikdən) sonra istifadə oluna bilər. Məsələn Mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətlər və 
hüquqi yardım barədə 22 yanvar 1993-cü ildə qəbul edilmiş Beynəlxalq Konvensiyaya görə, bu konvensiyanın 
üzvü olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən edilmiş formada 
xüsusi səlahiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış, yaxud şəhadətləndirilmişsə (təsdiq edilmişsə), 
digər ölkənin  ərazsində  təsdiq edilməsi, yaxud şəhadətləndirilməsi (leqallaşdırılması) tələb olunmur. Belə 
sənədlərə təkcə notarius təsdiqi yetərli olur.  
Təcrübədə xarici sənədlərin  şəhadətləndirilməsinin daha çox iki üsulundan istifadə edilir: konsul 
leqallaşdırılması, apostil qoyulması.  
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və  baytarlıq, fitosanitar, ekoloji və digər 
dövlət nəzarəti növlərinə  cəlb edilməsi lazım olan mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, 
yalnız belə keçirilməyə  səlahiyyətli dövlət orqanları  tərəfindən verilmiş icazənin gömrük orqanlarına təqdim 
edilməsindən sonra həyata keçirilə və bitirilə bilər.  
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Azərbaycan Respublikasının qanunvericilik 
aktlarına uyğun olmalıdır.  
“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” Azərbaycan 
Respublikası prezidenti H.Ə.Əliyevin 24 iyun 1997-ci il tarixli 609 saylı  Fərmanı ilə  təsdiq olunmuş, 30 
mart 1998-ci il tarixli 691 saylı Fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir.  
İxrac-idxal  əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün rezidentlər 
tərəfindən sərbəst surətdə həyata keçirilir.  
Gömrük qanunvericiliyində  nəzərdə ttulmuş hallar istisna olunmaqla, gömrük rəsmiləşdirilməsi 
tamamlanmamış mal və  nəqliyyat vasitələrindən istifadə edilməsi və onların üzərində  sərəncam verilməsi 
qadağan edilir.  
Gömrük Məcəlləsinə görə, gömrük orqanlarının icazəsi ilə belə mallar və nəqliyyat vasitələri ilə gömrük 
rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar aparıla bilər.  
Bu qadağanın yerinə yetirilməsi üçün gömrük rəsmiləşdirilməsi mərhələsində, bir qayda olaraq, 
yüklərin daşınması bağlı nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirilir. Ağırçəkili, irihəcmli mallar, 
həmçinin qum, çınqıl və s. açıq nəqliyyat vasitələrində (məsələn, dəmiryol platformalarında daşına bilər). 
Bu halda belə malların dəyişdirilməsinə yol verməmək üçün gömrük orqanları bütün tədbirləri 
görməlidirlər (yol-nəqliyyat sənədlərində müfəssəl məlumat olmalıdır, mallara tanınma nişanları  və digər 
eyniləşdirilmə vasitələri vurulmalıdır).  
Barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamış mal və nəqliyyat vasitələrindən istifadə olunması 
və onlar üzərində  sərəncam verilməsi üzrə  şərtlər müəyyən edilməsi və  məhdudiyyətlər qoyulması hüququ 
Dövlət Gömrük Komitəsinə məxsusdur.  
Azərbaycanın gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük 
rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilər. Belə mal kateqoriyalarına təbii 
fəlakətlərin, qəzaların, bədbəxt hadisələrin nəticələrinin ləğv edilməsi üçün tərtib olunan mallar, canlı heyvanlar, 
tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya məqsədləri üçün məlumatlar, Azərbaycan 
Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər 
bu qəbildən olan mallar aid edilir.  
Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi qaydalarının tətbiqinin hal və  şərtlərini Dövlət Gömrük 
Komitəsi müəyyən edir.  
Bu cür gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini açıqlamağa çalışaq.  
Belə malların rəsmiləşdirilməsinin prioritetliyi gömrük orqanlarına təqdim edildikdən sonra həmin 
malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.  
Sadələşdirilmiş qayda – müşayiət, nəqliyyat və digər sənədlərin - (əgər bu sənədlərdə daşıyıcının, mal 
göndərən və alan şəxslərin barəsində  və  həmçinin malların özünün adı, mənşəyi, miqdarı  və  dəyəri barədə 
məlumatlar varsa), gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.  
Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini, təqdim edilən sənədlərin 
lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət qədər əsas varsa, onlar deklarantdan çatışmayan 
məlumatları  əks etdirən  əlavə  sənədlər tələb edə bilərlər (bəzi hallarda qoyulan tələbləri özündə  əks etdirən 
sərbəst formada yazılmış ərizə də kifayət edə bilər). 
Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan verir.  
Mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa 
əməliyyatlar dedikdə malların daşınması, çəkilməsi və ya miqdarının digər üsulla təyini, malların yüklənməsi, 
boşaldılması, başqa nəqliyyat vahidinə keçirilməsi, zədələnmiş qablamaların düzəldilməsi, taranın açılması, 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə