63
ç) Gömrük Məcəlləsi və Azərbaycan gömrük qanunvericiliyinin digər aktları ilə nəzərdə tutulmuş
tələblərin yerinə yetirilməsi.
İxrac gömrük rejimi altında yerləşdirilən mallar, bu rejimin xüsusiyyətləri nəzərə alınmaqla, ümumi
qaydada bəyan edilməli və gömrük rəsmiləşdirilməsindən keçməlidir.
Malların ixrac rejiminə uyğun olaraq çıxarılması xarici iqtisadi fəaliyyətin ümumi sisteminə daxil olan
müxtəlif vasitə və mexanizmlərlə tənzimlənir.
İxracın əsas dövlət tənzimləmə vasitələrinə aşağıdakılar aid edilir:
1) tarif-vergi tənzimlənməsi
2) qeyri-tarif vasitələri
3) valyuta nəzarəti
7.4.2. Təkrar ixrac rejimi
Malların təkrar ixracı gömrük rejimində xarici mallar Azərbaycanın gömrük ərazisindən
gömrük rüsum və vergiləri alınmadan və ya alınmış rüsum və vergilər qaytarılmaqla, iqtisadi siyasət
tədbirləri tətbiq etmədən Gömrük Məcəlləsinə və Azərbaycan gömrük qanunvericiliyinin digər aktlarına
uyğun olaraq çıxarılır.
Bu gömrük rejimi iqtisadi baxımından təkrar idxal rejiminin
“geri əks olunmasıdır”. Rejimlərin
məzmunu onların istifadə olunma mexanizmində bəzi prinsipial fərqlər olduğunu nəzərə çarpdırır.
Təkrar ixrac rejiminin reqlamentasiyası, təkrar ixrac edilən malların Azərbaycan gömrük ərazisində
olması faktına əsaslanır ki, bu da gömrük nəzarətinin həyata keçirməyə, rejimin şərtlərinə riayət olunmasını
təmin etməyə yönəlmiş əlavə tədbirlər görməyə imkan verir. Əvvəllər qeyd edildiyi kimi, təkrar idxalın
hüquqi
reqlamentasiyasında prosedura məsələləri mühüm yer tutur və əsas fikir nəzarətin sənədli formalarına yönəldilir.
Malların təkrar ixracına Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada yol verilir. Azərbaycan
Respublikasının qanunvericilik aktları, Azərbaycan hökumətinin aktları və Azərbaycan Respublikasının
dövlətlərarası müqavilələrində müəyyən edilmiş hallarda isə malların təkrar ixracına İqtisadi İnkişaf
Nazirliyinin razılığı ilə icazə verilir.
Təcrübədə malların təkrar ixracı gömrük rejiminin iki tipindən istifadə edilir:
- bəyan edilmiş təkrar ixrac;
- faktiki təkrar ixrac.
Bəyan edilmiş təkrar ixracda mallar ilk dəfə Azərbaycanın gömrük ərazisinə gətirilərkən, gömrük
orqanlarına bilavasitə və yalnız ixrac üçün gətirildiyi bəyan edilir. Bu halda idxal rüsum və vergiləri tutulmur,
iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
Faktiki təkrar ixrac tipindən Azərbaycanın gömrük ərazisinə gətirilən malların bilavasitə tərar ixrac
üçün gətirilmiş olması bəyan edilmir. Onlar xarici mallar olmaq şərtilə digər gömrük rejimləri altında
yerləşdirilə bilər. Malların milli gömrük ərazisinə bu cür gətirilməsi zamanı gömrük
rüsum və vergiləri
ödənilmişsə, bu məbləğlər təkrar ixrac zamanı aşağıdakı şərtlər daxilində geri qaytarılır:
- təkrar ixrac olunan mallar, təbii aşınma və normal şəraitdə daşınma zamanı ola biləcək təbii itkilər
nəzərə alınmaqla, gətirilmə anındakı halda olmalıdır;
- təkrar ixrac gətirilmə anından keçən iki il müddətində həyata keçirilməlidir;
- təkrar ixrac edilən mallar qazanc məqsədi ilə istifadə edilməmiş olmalıdır.
Adətən, təkrar ixraca icazə gömrük ödənişlərinin, mal və nəqliyyat vasitələrinin girov qoyulması, bank
və digər kredit təşkilatlarının zəmanəti, tələb olunan məbləğin depozitə qoyulması yolu ilə ödənməsinin təmin
edilməsi şərti ilə verilir.
Azərbaycanın
gömrük ərazisinə gətirilən, gömrük rəsmiləşdirilməsi zamanı təkrar ixrac məqsədləri üçün
gətirildiyi bəyan edilən malların təkrar ixrac gömrük rejimi altında yerləşdirilməsinə aşağıdakı tələblərə riayət
edilməsi şərti ilə icazə verilə bilər:
1) malların bilavasitə və yalnız təkrar ixrac məqsədi ilə gətirildiyini təsdiq edən müqavilələrin
gömrük orqanına təqdim edilməsi (iki xarici ticarət müqaviləsi - idxal və ixrac üçün);
2) maraqlı şəxsin (deklarantın) malların gömrük ərazisində çıxarılacağı barədə öhdəliyi;
3) təkrar ixrac məqsədi ilə malları gətirən təşkilatın həmin malların müəyyən edilən müddətdə
çıxarılacağı, malların Azərbaycanın gömrük ərazisində qalacağı təqdirdə tələb edilən rüsum və vergilərin
ödəniləcəyi barədə zəmanət məktubunun gömrük orqanına təqdim edilməsi (zəmanət öhdəliyi əlavə
edilir).
Təkrar ixrac məqsədi ilə gətirilməsi bəyan edilmiş mallar onların təcili aparılması mümkün olmayan
hallarda yalnız gömrük anbarlarında və gömrük anbarı rejiminin tələbləri yerinə yetirilməklə saxlanıla bilər.
Təkrar ixrac məqsədilə gətirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı malı gətirən şəxs müvafiq
gömrük orqanına müraciət etməlidir.
64
Təkrar ixrac üçün respublikaya
gətirilmiş alkohollu içkilər, etil (yeyinti) spirti, tütün məmulatının təkrar
ixrac rejimində yerləşdirilməsi Dövlət Gömrük Komitəsində qeydə alındıqdan sonra həyata keçirilir.
Azərbaycan Respublikasının gömrük ərazisinə təkrar ixrac üçün gətirilmiş malların bu ərazinin
hüdudlarından kənara aparılması DGK tərəfindən “icazə vərəqəsi” verildikdən sonra rəsmiləşdirilir.
“İcazə vərəqəsi” almaq üçün Dövlət Gömrük Komitəsinə edilmiş müraciətlə birgə aşağıdakı sənədlər
təqdim edilməlidir:
a) təkrar ixrac məqsədilə gətirilmiş malların idxal-yük gömrük bəyannaməsi;
b) yol-nəqliyyat sənədləri (qaimə);
c) invoys (malların adı və qiyməti göstərilən siyahı);
ç) bağlanmış müqavilə;
d) malın keyfiyyət və mənşə sertifikatları;
e) malın dəyərinin qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə bank sənədi;
ə) təkrar ixrac məqsədilə gətirilmiş malı rəsmiləşdirilmiş gömrük əməkdaşının şəxsi nömrəli
möhürü ilə təsdiq olunmuş yazılı rəyi;
f) malların təkrar ixracına icazə verilməsi üçün lazım olan digər sənədlər.
Təkrar ixrac üçün edilmiş müraciətə 10 gün müddətində baxılmalıdır. Müsbət cavab verildiyi təqdirdə
üç
nüsxədən ibarət “icazə vərəqəsi” tərtib edilir. Bir nüsxə DGK-də qalır, digər nüsxələr ərizəçiyə qaytarılır.
İcazənin bir nüsxəsi ərizəçi tərəfindən malların rəsmiləşdirildiyi gömrük orqanına təqdim edilməlidir.
7.4.3. Sərbəst dövriyyə üçün buraxılış
Sərbəst dövriyyə üçün buraxılış rejiminin hüquqi normaları GM ilə barəbər “Gömrük tarifi haqqında”
Qaydada da öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, AR-ın gömrük ərazisində sərbəst dövriyyə üçün
buraxılmış xarici mallara da Azərbaycan malları kimi baxılır.
Sərbəst dövriyyə üçün buraxılış rejimi digər gömrük rejimləri kimi bu rejimdən istifadə edilməsi
barədə maraqlı şəxsin qabaqcadan bu barədə ərizə verməsini nəzərdə tutur. Bu əməliyyat malların
yerdəyişməsi üçün məqsədin elan edilməsi və bəyanetmə yolu ilə, gömrük orqanı tərəfindən gömrük
rəsmiləşdirilməsinin və sərbəst dövriyyəyə buraxılmasına icazə verilməsi və ya bundan imtina edilməsi ilə
həyata keçirilir.
Malların sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük rəsmiləşdirilməsi üçün (kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmayan mallardan başqa) gömrük yığımı tutulur. Yığımın miqdarı AR-ın
qanunvericiliyinə uyğun olaraq AR-ın Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir. Hal-hazırda AR NK-nın
12 aprel 2001-ci ildə qəbul edilmiş
”AR-də idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 80 saylı qərarı qüvvədədir.
Gömrük
yığımlarının həcmi və onların ödənmə qaydası, ödəniş valyutası, müxtəlif hüquqi əsaslara görə şəxsin
kateqoriyasından, rejim altında yerləşdirilən malların təyinatından və digər məqsədlərdən asılı olaraq, müvafiq
qanunvericilik aktları dəyişdirilə bilər.
Malların sərbəst dövriyyə üçün burxılış gömrük rejimi altında yerləşdirilməsi şərtləri bu rejimdə
malların AR ərazisinə gətirilməsinin tənzimlənmə vasitələrindən istifadə etmə sisteminin mürəkkəb
mexanizmini nəzərdə tutur. Bu vasitələrdən istifadə edilməsi nəinki təkcə gömrük qanunvericiliyi normalarına,
həmçinin qanunvericiliyin digər sahələrinə aid normalara əsaslanır.
7.4.4. Təkrar idxal rejimi
Gömrük Məcəlləsinə görə,
malların təkrar idxalı-ixrac gömrük rejiminə uyğun olaraq ölkənin
gömrük ərazisindən aparılmış yerli malları qanunla müəyyən edilmiş müddətdə gömrük rüsumları və
vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən geriyə
gətirilməsindən ibarət gömrük rejimidir.
Aşağıdakı mal kateqoriyaları təkrar idxal rejimi ilə rəsmiləşdirilə bilməz:
- xarici mallar;
- Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac rejimindən başqa rejimlərin şərtləri ilə
çıxarılan Azərbaycan malları;
- ixrac rejimi şərtləri ilə çıxarılmış, lakin geriyə qaytarılması təkrar idxal üçün müəyyən edilmiş
zaman hüdudları bitdikdən sonra geriyə qaytarılan Azərbaycan malları;
- Azərbaycan qanunvericiliyi normaları ilə idxalı və ixracı qadağan olunmuş mallar.
Təkrar idxal rejmində yerləşdirilən mallar həmçinin aşağıdakı tələblərə cavab verməlidir:
1) bu mallar onların ixrac müddətinə qədər mənşəyinə görə Azərbaycan malları və ya gömrük ərazisində
bütün gömrük ödənişləri ödəməklə sərbəst dövriyyəyə buraxılmış xarici mallar olmalıdır;