65
2) çıxarıldığı müddətdən 10 il ərzində Azərbaycan gömrük ərazisinə qaytarılan mallar olmalıdır. Bu
zaman malların Azərbaycan gömrük ərazisindən çıxarılması gunu gömrük bəyannaməsinin
qəbul edildiyi gün
(bunu müəyyən etmək mümkün olmadıqda gömrük sərhədinin keçildiyi gün) hesab edilir, malların Azərbaycan
gömrük ərazisinə gətirilməsi günü isə, gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün zəruri olan axırıncı
sənədin qəbul edildiyi gün hesab edilir;
3) bu mallar Azərbaycan gömrük ərazisindən aparıldığı anda olan halda olmalıdır, yəni mövcudluq
vəziyyəti dəyişdirlməməlidir. Təkrar idxal edilən malların vəziyyəti (halı) yalnız təbii aşınma və ya normal
daşınma şəraitində təbii itkilər hesabına, həmçinin malların qorunub saxlanılması, kiçik təmiri və s.
nəticəsində,
lakin bu zaman həmin malların qiymətinin çıxarılma anına nisbətən artmaması şərti ilə dəyişmiş ola bilər.
İtkinin təbii olması, daşınma şəraitinə tələblər qüvvədə olan normativ aktlarla müəyyən edilir, aparılma və
gətirilmə zamanı malların gömrük dəyərinin müqayisəsi üçün onların ABŞ dolları ilə ifadəsi əsas götürülür.
Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində zədələnmiş və ya digər xassələri pisləşmiş mallar
da, təkrar idxal rejimində yerləşdirilə bilər. Amma bu zaman gömrük orqanının vəzifəli şəxsində həqiqiliyi və
dəqiqliyi şübhə doğurmayan üsullarla faktı təsdiq edəcək sənədlərin təqdim edilməsi vacibdir. Eyni üsulla
əvvəllər ixrac rejimi şərtləri ilə çıxarılmış və təkrar idxal gömrük rejimi altında yerləşdirilən malların eyniliyi və
onların Azərbaycan malları olduğu müəyyən edilməli, yəni təsdiqlənməlidir.
Bu şərtlərin təsdiqlənməsinin sübutu maraqlı şəxslər tərəfindən təqdim edilməlidir.
Təkrar idxal gömrük rejimi altında yerləşdirilən mallar gömrük rəsmiləşdirilməsindən keçməlidir. Bu
əməliyyatı malın alıcısının və ya onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanı həyata
keçirir.
Rejimin şərtləri ilə müəyyən edilən qaydada doldurulmuş gömrük-yük bəyannaməsindən başqa
bəyanetmə zamanı aşağıdakı sənədlər təqdim olunmalıdır:
- təkrar idxal edilən malların əvvəllər ixrac gömrük rejimi şərtləri ilə çıxarıldığı faktını və gününü təsdiq
edən gömrük
bəyannaməsinin bir nüsxəsi;
- tələb olunduğu hallarda, əgər təkrar idxal edilən mallara digər dövlət orqanlarının nəzarəti labüddürsə,
onların icazəsi;
- gömrük rəsmiləşdirilməsi üçün tələb olunan digər sənədlər.
Əgər mallar Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşdiyi zaman onların mövcudluq
halı dəyişilirsə, deklarant müvafiq sənəd təqdim etməlidir ki, bu da təkrar idxal olunan malların gömrük
rəsmiləşdirilməsi aparılan gömrük yük bəyannaməsinin ayrılmaz tərkib hissəsi və əlavəsi olur. Bu sənəddə
deklarant tərəfindən mallar və onlara aid olan sənədlər haqqında bütün əsas
məlumatlar göstərilir, gömrük
orqanının vəzifəli şəxsi bu malların təkrar idxal gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməsi barədə
qeydlər edir.
Malların təkrar idxal gömrük rejimi altında gömrük rəsmiləşdirilməsinə görə ümumi qaydada gömrük
yığımı tutulur.
7.4.5. Tranzit rejimi
Gömrük Məcələsinə görə,
malların tranziti - malların gömrük nəzarəti altında ölkənin iki gömrük
orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və
mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.
Tranzit beynəlxalq mal mübadiləsinin obyektiv zərurətindən doğan və ölkələrin coğrafi mövqeyi,
geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat əlaqə kateqoriyası olub,
beynəlxalq ticarət qədər
qədim tarixə malikdir.
Tranzitin hüquq mexanizmində nəqliyyat vasitələrinin tranzitində və malların tranzitində meydana gələn
iki növ münasibət nəzərdə tutulur.
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsində
nəqliyyat vasitələrinin trazitinin
reqlamentləşdirilməsi özünəməxsus yer tutur, çunki nəqliyyat vasitələri beynəlxalq mal mübadiləsi sistemində
aralıq təsir həlqəsidir və bir qayda olaraq xarici ticarət tənzimlənməsinin bilavasitə obyekti deyil. Bu səbəbdən
Gömrük Məcəlləsinin gömrük tranzit rejiminə həsr edilmiş müddəaları yalnız mallara aid edilir.
Şərh edilən rejimin əsas xüsusiyyətləri aşağıdakılardır:
1) mallar Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, gömrük nəzarəti altında daşınır və bu
zaman onların xarici dövlətin ərizisindən keçməsinə yol verilir (məsələn,
Rusiya sərhədindəki Xaçmaz
gömrükxanası ilə Naxçıvan Respublikasındakı, eyni zamanda Türkiyə ilə sərhəddə yerləşən Sədərək
gömrükxanası arasında tranzit xarakterik misaldır).
2) tranzit-gömrük rejimində malların yerdəyişmə hərəkəti gömrük rüsumları və vergilər tutulmadan
həyata keçirilir, bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
66
Tranzit-gömrük rejiminin nizamlanma qaydaları, həmçinin Azərbaycan Respublikasının beynəlxalq
sazişləri, Nazirlər Kabinetinin qərarları, DGK-nın normativ aktları ilə də müəyyən edilə bilər.
“Malların tranziti - gömrük rejimi haqqında” Əsasnamə DGK sədrinin əmri ilə təsdiq edilmiş və
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05.05.1999-cu il tarixində qeydə alınmışdır (qeydiyyat N 160).
Hüquqi-tənzimləmə mənbələrinin və gömrük-tranzit rejiminin tətbiqi sahəsinin xarakterindən asılı
olaraq onun aşağıdakı formaları seçilir:
a) beynəlxalq konvensiyaların müddəaları ilə və ya beynəlxalq sazişlərin (məxsusi bu məsələyə aid
olmayan) ayrı-ayrı müddəaları ilə istifadəsi reqlamentləşdirilən
beynəlxalq tranzit;
b) milli qanunvericilik əsasında həyata keçirilən tranzit.
Tranzit-gömrük rejimi bu rejim altında yerləşdirilə bilən malların nomenklaturasına, miqdarına və
təyinatına aid olan heç bir xüsusi məhdudiyyət müəyyən etmir. Tranzit rejimində də o biri rejimlərin tətbiqində
nəzərdə tutulan, Gömrük Məcəlləsinin 19-cu maddəsi ilə müəyyən edilən, gömrük sərhədindən keçirilən
malların ayrı-ayrı kateqoriyalarına qadağan və məhdudiyyət nəzərdə tutulur. Gömrük Məcəlləsi tranzit-gömrük
rejimi altında yerləşdirilmiş malların daşınma formalarından istifadəni məhdudlaşdıran xüsusi şərtlər müəyyən
etmir və eyni zamanda qanunvericilikdə nəzərdə tutulmayan hallarda yol və istiqamətlərin seçilməsində
sərbəstlik verir. Bununla bərabər Gömrük Məcəlləsi malların tranzitinin məhdudlaşdırılması hallarını da
nəzərdə
tutur və bu xüsusiyyəti “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlər və
onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə toxunan ayrı-seçkilik və ya digər aksiyalarına qarşı
cavab tədbiri kimi” müəyyən edir.
Malların kateqoriyasından asılı olaraq və müəyyən daşınma üsullarından istifadə zamanı YGB-dən
istifadə edilməklə aparılan gömrük rəsmiləşdirilməsinin ümumi qaydası tətbiq edilməyə bilər. Bəzi hallarda
YGB əvəzinə digər sənəd formalarından istifadə edilməsinə yol verilir. Beynəlxalq Yük Daşımaları
Konvensiyasının müddəaları əsasında daşınan mallar üzrə bu konvensiya ilə müəyyən edilmiş beynəlxalq
gömrük sənədləri formaları - BYD kitabları (TİR karnetləri) istifadə olunur. Malların bu rejim altında
yerləşdirilməsinin şərtləri 2 qrupa bölünür:
1) mallara, daha doğrusu onların bu rejimdə vəziyyətinə aid olan şərtlər;
2) daşıyıcıya, yaxud onun nəqliyyat vasitəsinə aid olan şərtlər.
Tranzit rejimində daşınan mallar aşağıdakı tələblərə cavab verməlidir:
1) mallar dəyişilməz halda qalmalıdır (təbii aşınma və təbii itgilərdən başqa);
2) tranzitdən başqa, digər məqsədlər üçün istifadə olunmamalıdır;
3) gömrük orqanının daşınmanın şərtlərindən asılı olaraq müəyyən etdiyi müddət ərzində
göndərən malları təyinat gömrükxanasına çatdırmalıdır (hazırda bu müddət DGK-ın Təlimatı ilə
Azərbaycan ərazisində iki gün müəyyən edilmişdir).
Malların
tranziti üçün “daşıyıcı” - faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin
istifadəsi üçün məsul olan şəxsdir. Tranzit-gömrük rejiminin xarakteri və iqtisadi məqsədləri nəzərə alındıqda,
bu hal tamamilə qanunauyğundur. Digər tərəfdən, bu imkan verir ki, daşınan mal sahibinin, göndərəninin və
alıcısının kim olmasından asılı olmayaraq daşıyıcıya bilavasitə benefisar kimi baxılsın. Daşıyıcının belə
statusunu nəzərə alaraq gömrük qanunvericiliyi bəzi əlavə tələblər irəli sürür. Belə ki, gömrük orqanlarında
daşıyıcının və ya onun nəqliyyat vasitələrinin məcəllə ilə nəzərdə tutulan şərtləri yerinə yetirilməsinə riyaət
olunmasına zəmanət verə bilməyəcəyi fikri yaranarsa, malların tranzit-gömrük rejimi altında yerləşdirilməsinə
icazə nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsindən sonra verilə bilər.
Bu zaman
daşıyıcının çəkdiyi xərclər dövlət orqanları tərəfindən ödənilmir.
Mallar tranzit daşınmasının bütün müddəti ərzində gömrük nəzarəti altında olur. Ümumi qaydaya görə
tranzit gömrük rejimi altında yerləşdirilmiş mallara gömrük nəzarəti:
a) mallar Azərbaycan Respublikasına gətirildiyi zaman onların Azərbaycanın gömrük sərhədini
keçdiyi andan;
b) mallar Azərbaycan Respublikasından aparıldığı zaman gömrük orqanı tərəfindən gömrük
bəyannaməsinin qəbul edildiyi andan başlayır.
Tranzit-gömrük rejimi malların və nəqliyyat vasitələrinin (və onların sənədlərinin) müəyyən edilmiş
müddətdə təyinat gömrükxanasına çatdırıldıqdan və müvafiq gömrük əməliyyatları aparıldıqdan sonra başa
çatmış hesab edilir. Tranzit rejimi bitdikdən sonra mallar öz ilkin məqsədlərindən asılı olaraq ya Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara çıxarılmalı, yaxud da digər gömrük rejimi altında yerləşdirilməlidir.
Malların tranzitinə görə məsuliyyət daşıyıcının üzərinə qoyulur. Əgər tranzit zamanı mallar:
- gömrük orqanının icazəsi olmadan kiməsə verilmişsə;
- tranzit daşınması zamanı itirilmişsə;
- təyinat gömrükxanasına çatdırılmamışsa, daşıyıcı sərbəst dövriyyəyə buraxılma və ya idxal-gömrük
rejimi altında rəsmiləşdirilən mallar üçün nəzərdə tutulmuş məbləğdə gömrük ödənişləri ödəməlidir.