73
qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması,
mal və nəqliyyat vasitələrinin
ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur.
Gömrük rəsmiləşdirilməsi üçün yük və digər əməliyyatların aparılması, yalnız gömrük orqanının
müvafiq tələbi olduqda məcburi hesab edilir.
Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamışsa, yük və digər
əməliyyatlar, yalnız gömrük orqanının icazəsi ilə aparıla bilər.
Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.
Prob və nümunələr onların tədqiqatı (ekspertizası) üçün götürülür. Prob və nümunələrin götürülməsi
gömrük orqanları tərəfindən, yaxud onların icazəsi ilə mallara münasibətdə səlahiyyətə malik şəxslər, bu
şəxslərin nümayəndələri və digər dövlət orqanları (məsələn, ekoloji, baytarlıq nəzarəti orqanları) tərəfindən
nəzarətin həyata keçirilməsi məqsədilə tətbiq edilir.
Gömrük Məcəlləsində probların götürülməsi prinsipi müəyyən edilir. Onlar tədqiqata imkan verən
minimal miqdarlarda götürülür. Prob (nümunə) bütün malın (partiyanın) təcəssümü hesab edilir,
buna görə də
laboratoriya təcrübəsi üçün onun elə minimal hissəsi götürülməlidir ki, malın gömrük sərhədini keçdiyi halında
bütün keyfiyyət xarakteristikasını müəyyən etmək mümkün olsun. Təhlil nəticəsində nümunə götürüldüyü malın
tərkibi və xassələri barədə laboratoriya tədqiqatlarının dəqiqliyi hüdudlarında fikir söyləmək mümkündür.
Problar aşağıdakı kimi təsnifatlandırılır:
1) Birdəfəlik (nöqtəvi) prob dedikdə bir qəbul (analiz) üçün götürülən prob nəzərdə tutulur. Bu
cür problar malın bir bağlısında, rezervuarın, yaxud nəqliyyat vasitəsinin verilmiş səviyyəsində malın
keyfiyyətini xarakterizə edir;
2) Birləşdirilmiş (orta) prob bir neçə nöqtəvi probun səylə qarışdırılması nəticəsində tərtib edilir.
Nöqtəvi problar uyğun qaydada və uyğun mütənasibliklə seçilməlidir;
3) Yoxlama (arbitraj) probu birləşdirilmiş probun analiz üçün istifadə olunan hissəsidir və
arbitraj sınaqları tələb olunduqda istifadə etmək üçün qorunub saxlanılır.
Probların götürülməsi üç mərhələdə aparılır:
1) mal partiyasına ümumi baxış;
2) nöqtəvi probların və ya nümunə götürüləcək hissələrin seçilməsi;
3) orta probun tərtib edilməsi.
Əgər prob və nümunələr gömrük orqanları tərəfindən götürülürsə, mal barəsində səlahiyyətli şəxslər və
onların nümayəndələrinin bu əməliyyatlarda iştirak etmək hüququ var. Sonuncular
problar götürülərkən gömrük
orqanlarına kömək etməlidirlər (məsələn, yük əməliyyatlarını öz hesablarına aparmalıdırlar).
Əgər prob və nümunələrin götürülməsinə mal barəsində səlahiyyətləri olan şəxslər və onların
nümayəndələri təşəbbüs göstərirsə, bu zaman gömrük orqanlarının səlahiyyətli şəxsləri iştirak etməlidirlər.
Gömrük əməkdaşları, həmçinin digər dövlət nəzarət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən prob və
nümunələrin götürülməsi prosesində iştirak etməlidirlər. Bu halda aparılmış tədqiqatların nəticələri barədə
gömrük orqanlarına məlumat verilməlidir.
Aşağıdakı hallarda mallar barədə səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan
gömrük orqanları tərəfindən prob və nümunələrin götürülməsinə yol verilir:
1) mallar gömrük orqanlarına təqdim olunduqdan sonra 10 gün müddətində bu şəxslər gəlib
çıxmadıqda;
2) təxirə salınması mümkün olmayan hallarda.
Belə hallarda probların götürülməsi zamanı tədqiqatın nəticələrində maraqlı olmayan şəxslər iştirak
etməlidirlər.
Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin onların malından
götürülmüş prob
və nümunələrin tədqiqatının nəticələri ilə tanış olmaq hüququ var.
Götürülmüş prob və nümunələr gömrük ekspertizasına daxil olur. Bu əməliyyat altında xüsusi
biliklərdən istifadə edilməsi ilə gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin icraatı zamanı meydana çıxan
məsələlərin həll edilmə prosedurası başa düşülür.
Gömrük ekspertizası ilkin qərar qəbul edilmə prosesində və digər gömrük məqsədləri ilə aparıla bilər.
Bu zaman bütün hallar üçün müəyyən olunan prob və nümunə götürmə proseduralarından istifadə olunur. Digər
dövlət nəzarət orqanları, habelə mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri tərəfindən
mallardan prob və nümunələr götürülərkən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri
iştirak edirlər. Göstərilən şəxslər və onların nümayəndələri, Azərbaycan Respublikası gömrük orqanlarının
vəzifəli şəxsləri tərəfindən mallardan prob və nümunələr götürülərkən onlara kömək etməlidirlər.
Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələrinin iştirakı olmadan mallar
təqdim
edildiyi vaxtdan 10 gün keçəndən sonra göstərilən şəxslər gəlmədikdə və təxirəsalınmaz hallarda Azərbaycan
Respublikası gömrük orqanları tərəfindən mallardan prob və nümunələr götürülə bilər.
74
Bu cür prob və nümunənin götürülməsində onların tədqiqinin nəticəsində marağı olmayanlar iştirak
edirlər. Mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri, götürülmüş prob və nümunələr üzrə
aparılmış tədqiqatın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarət orqanları tərəfindən
götürülmüş prob və nümunələrin tədqiqinin nəticələri haqqında Azərbaycan Respublikası gömrük orqanlarına
məlumat verilir.
Azərbaycan Respublikası gömrük orqanları mallardan prob və nümunələrin götürülməsi ilə əlaqədar
şəxs tərəfindən çəkilən xərcləri ödəmir.
Prob və nümunələrin tədqiqi ilə əlaqədar Azərbaycan Respublikası gömrük orqanları və gömrük
laboratoriyaları tərəfindən
çəkilən xərclər, şəxsin öz təşəbbüsü ilə aparılan tədqiqat xərcləri istisna olmaqla, şəxs
tərəfindən ödənilmir.
Mallardan prob və nümunələrin götürülməsi qaydasını, onların tədqiq olunma müddətlərini, həmçinin
onlar barəsində sərəncam vermə qaydalarını Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti
orqanı müəyyən edir.
8.1.1. İlkin əməliyyatlar
İlkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və
sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq
mərhələsi hesab edilir.
İlkin əməliyyatlar gömrük sərhədinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilmiş mal və
nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir.
Bu mərhələdə mallar gömrük məqsədləri üçün identifikasiya edilir.
İlkin əməliyyatlara aşağıdakılar aiddir:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya malların, nəqliyyat
vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük
orqanlarına məlumat verilməsi;
- malların, nəqliyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi
yerlərə çatdırılmvsı;
- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi;
8.1.2. Dəniz protesti
Dəniz daşımalarının xüsusiyyətləri gəmi sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi
üçün sübutlar təmin edilməsinin əlahiddə prosedurasından istifadə olunmasını nəzərdə tutur.
Bu məqsədlərlə notarius gəmi kapitanından gəmi üzən və ya dayanan müddətdə baş vermiş fövqəladə
hadisə barədə ərizə qəbul edir. Bu ərizə kapitana və ya gəmi sahibinə əmlak tələbləri, o cümlədən də daşınan
mallara görə gömrük rüsum və yığımlarının ödənilməsi üzrə tələblər üçün əsas sayıla bilər. Belə ərizə dəniz
ticarət təcrübəsində dəniz protesti adlanır.
Gömrük ödənişlərindən azad olmaq məqsədi ilə kapitana məsləhət görülür ki, təbii fəlakət zamanı
heyətin zəruri tədbirlərin görülməsi hərəkətlərini təfsilatı ilə göstərsin. Gəmi kapitanı,
həmçinin, gəmi
jurnalından təsdiq edilmiş çıxarışı notariusa təqdim etməlidir. Gəmi kapitanının ərizəsi, gəmi jurnalındakı
qeydlər və dörd nəfərdən az olmayan şahidlərin sorğu-sual (iki nəfər gəmi heyəti, iki nəfər komanda heyəti)
əsasında notarius dəniz protesti aktı tərtib edir. Bu akt dəniz daşımalarında gömrük ödənişlərinin
ödənilməsindən azad edilmək üçün hüquqi əsas ola bilər.
Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yüklər bəyan edilməlidir. Deklarant mal
göndərişinin bir hissəsini hətta bu hissə tam göndərişin digər hissələri ilə bir vaxtda və eyni xarici ticarət
müqaviləsi əsasında göndərilmiş və ünvana tez çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz.
Hələ gəlib çatmamış malların bəyan edilməsini istisna etmək
məqsədi ilə yüklərin gömrük
rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və nəqliyyat vasitələrinin gömrük nəzarətinə təqdim edilməsi
prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırıldığı
barədə gömrük orqanlarının xəbərdar edilməsi ilə ifadə olunur. İş vaxtından sonra gəlmiş mal və nəqliyyat
vasitələri gömrük nəzarəti zonasında yerləşdirilməlidir.
Gömrük orqanı gətirilmiş mal və nəqliyyat vasitələrinin faktiki olaraq təqdim edilməsini tələb edə bilər.
Malların idxalı zamanı təqdim etmə malları keçirən şəxsə, yaxud daşıyıcı və ya onun səlahiyyətli nümayəndəsi
tərəfindən mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə, ya da təyinat gömrükxanasına çatdırılması barədə
xəbər verilməsi kimi ifadə edilir.
Mal və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana qədər gömrük nəzarəti
altında müvəqqəti saxlancda qalır.