Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

103 
 
Qrafa 42. “Malın faktura dəyəri” 
Qrafada mövcud qanunvericiliyə uyğun olaraq, 22-ci qrafada göstərilmiş, valyuta ilə 31-ci qrafada 
bəyan olunmuş malların faktura dəyəri göstərilir.  
Qrafa 44. “Əlavə məlumat/təqdim olunan sənədlər” 
Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla aşağıdakılar 
göstərilir:  
1. - icazənin nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;  
2. - nəqliyyat sənədinin nömrəsi;  
3. - daşınma cədvəlinin nömrəsi və tarixi;  
4. - müqavilənin (kontraktın, sazişin və s.) nömrəsi və tarixi;  
Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq 
üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarix və nömrəsindən sonra xüsusi işarə “*” və 
milli valyuta ilə xarici şəxslə hesablaşmanı aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.  
5. - əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrəni nömrəsi və verildiyi tarix;  
6. - digər dövlət orqanlarının (onların adı göstərilməklə), bu orqanların mallara nəzarəti lazım 
olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;  
7. - malların gömrük ərazisindən xaricdə emalına verilən icazənin nömrəsi və verildiyi tarix, 
habelə onun fəaliyyət müddəti;  
8. - malların mənşə sertifikatları haqqında məlumat;  
9. - gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının, adı, 
nömrəsi və verildiyi tarix və daxil olmaqla, verilən icazələrin nömrələri və verildiyi tarix.  
Bütün məlumatları blankda göstərmək mümkün olmadıqda “arxaya bax” ifadəsi yazılmaqla, ona istinad 
edilir və yuxarıdakı  məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında göstərilərək, 
bəyannaməçinin möhürü ilə təsdiq olunur.  
Qrafa 45. “Gömrük dəyəri” 
Qrafada 31-ci qrafada bəyan olunan malların gömrük dəyəri göstərilir. Gömrük dəyəri göstərilən 
valyuta milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.  
Qrafa 46. “Statistik dəyər” 
Qrafada bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir.  
Qrafa 47. “Gömrük rüsumları və yığımlarının hesablanması” 
Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, heç bir gömrük ödəniş növünə  cəlb olunmayan, 
bəyan olunan mallar istisna olunmaqla, qalan bütün hallarda YGB-nin rəsmiləşdirilməsi zamanı 47-ci qrafa 
doldurulur.  
YGB-nin 47-ci qrafasının bütün sütunları doldurulur. Bu zaman  sütunlarda yazılmış rəqəmlər və hərflər 
arasında hərf tərtibində boş yer buraxılmalıdır. Əgər sütunlarda eyni zamanda rəqəmli və rəmzli işarələr olarsa, 
onlar arasında da hərf tərtibində boş yer buraxılmasına yol verilmir. Hesablanmış gömrük ödənişlərinin məbləği 
MDB iştirakçıları-dövlətlərinin milli banklarında tətbiq olunan qaydalara uyğun olaraq yuvarlaqlaşdırılır.  
Qrafa 48. “Ödənişlərə möhlət” 
Qrafada gömrük ödənişlərinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhlətin son müddəti 
altı  rəqəmlə (99.99.99) göstərilir. Nöqtələr vasitəsilə bir-birindən ayrılan hər bir rəqəm cütü müvafiq olaraq - 
günü, ayı və ili bildirir.  
Maliyyə-tarif şöbəsinin inspektoru müvafiq bölmələri yoxladıqdan sonra, heç bir nöqsan aşkar etməzsə, 
“S” qrafasında “ödənilib” qeydiyyatı edir, bunu şəxsi möhürü və imzası ilə təsdiq edir və tarix qoyur.  
10.2.2. Gömrük mədaxil orderinin doldurulması və onun tətbiqi ilə gömrük ödənişlərinin alınması 
qaydaları  
Gömrük mədaxil orderinin doldurulması  və onun tətbiqi ilə gömrük ödənişlərinin alınması qaydaları 
haqqında Təlimat Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1105 saylı əmri ilə təsdiq edilmişdir.  
GMO-nun doldurulması (tərtib edilməsi) qaydaları  
Qrafa 1. “Orderin tipi” 
Qrafada göstərilir:  
- “1” - əgər tədiyəçi fiziki şəxsdirsə;  
- “2” - əgər tədiyəçi müəssisə, idarə və ya təşklatdırsa;  
Qrafa 2. “Əlavə vərəqlər”  
Qrafada gömrük mədaxil orderinə  əlavə edilmiş  vərəqlərin miqdarı göstərilir.  Əgər  ƏGMO 
doldurulmursa, GMO-nun həmin qrafasında xətt çəkilir.  
Qrafa 3. “Məlumat nömrəsi” 
Qrafada GMO-nun nömrəsi və rəsmiləşdirmə tarixi aşağıdakı sxem üzrə göstərilir.  
999 99/99 99 9/999999/999999 


104 
 
1 2 3 4 5 6 7 
Burada:  
- element 1 - gömrük orqanının üç rəqəmli kodu;  
- element 2 - gömrük postunun iki rəqəmli kodu;  
- element 3 və 4 - gömrük mədaxil orderinin rəsmiləşdirildiyi tarix (gün və ay);  
- element 5 - cari ilin sonu rəqəmi;  
- element 6 - GMO-nun altı rəqəmli sıra nömrəsi; 
- element 7 - beynəlxalq poçt göndərişləri zamanı doldurulur. 
Qrafa 4. “Tədiyəçi” 
Qrafada gömrük tədiyəsinin tədiyəçisi haqqında məlumat göstərilir. Əgər tədiyəçi fiziki şəxsdirsə. onda 
bu qrafada fiziki şəxsin poçt ünvanı, familiyası, adı  və atasının adı;  şəxsiyyətini təsdiq edən sənəd haqqında 
məlumatlar əks etdirilir.  
Əgər fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektdirsə əlavə olaraq 
qeydiyyat haqqında şəhadətnamənin nömrəsi, fəaliyyət müddəti, kim tərəfindən və nə vaxt verildiyi qeyd edilir.  
Qrafa 5. “Ödəniş valyutası” 
Qrafada ödəniş valyutasının adı, Respublika Milli Bankının müəyyən etdiyi məzənnəyə uyğun ABŞ 
dollarına münasibətdə kursu, kodu göstərilir.  
Qrafa 6. “Əlavə məlumat” 
Qrafada təqdim olunan sənədlərin ardıcıl nömrə ilə adı göstərilir.  
1-nəqliyyat sənədlərinin nömrəsi  
2-yük gömrük bəyannaməsinin nömrəsi 
3-beynəlxalq poçt göndərişlərinin  
4-digər sənədlərin nömrəsi və tarixi  
Gömrük ödənişləri vahid tarif dərəcəsi üzrə fiziki şəxslər tərəfindən gətirilən minik avtomobilləri üçün 
tətbiq olunarkən (XİF MN-nı 8703-cü kodu) bu qrafada minik avtomobilinin markası, identifikasiya nömrəsi, 
buraxılış ili, ödəniş valyutasının kursu göstərilir.  
Gömrük yığımlarının hesablanması zamanı bu qrafada yığımların stavkası,  əgər bu tədiyələrin ölçüsü 
minimum  əmək haqqı  məbləğinə uyğun olaraq müəyyən edilirsə, müəyyən edilmiş minimum əmək haqqı 
məbləği göstərilir.  
Gömrük sərhədindən keçirilən bir adda mal üçün gömrük tədiyəsi hesablanarkən bu qrafada malın adı 
və XİF MN üzrə kodu, kiloqramla çəkisi, miqdarı və mənşə ölkəsi göstərilir.  
Qrafa 7. “Tutulan gömrük tədiyəsinin adı”.  
Qrafada bu sənəd üzrə hesablanan bütün gömrük tədiyələrinin adı göstərilir.  
7.1. yarımqrafasında gömrük tədiyəsinə  cəlb olunan malın ümumi gömrük dəyəri göstərilir (aşağı 
hissəsində ödəniş valyutası üzrə, yuxarı hissəsində statistika üçün ABŞ dolları ilə). 
Malın adı, miqdarı, dəyəri habelə  hər bir mal üzrə  tədiyənin stavkası  və  məbləği  ƏGMO-nun 4-cü 
qrafasında göstərilir. Bu zaman ƏGMO-nun 2-ci qrafasında vərəqələrin ardıcıl nömrəsi, 3-cü qrafada isə GMO-
nun məlumat nömrəsi təkrarlanır.  
ƏGMO-da yer çatışmadıqda, həmçinin mal 10 addan çox olduqda növbəti ƏGMO doldurulur.  
Qrafa 8. “Gömrük tədiyələrinin hesablanması”. 
Qrafanın birinci sütununda - Gömrük tədiyələri təsnifatına uyğun olaraq tədiyənin kodu;  
İkinci “hesablamanın əsası” sütununda aşağıdakılar göstərilir:  
- vahid dərəcə üzrə alınan gömrük rüsumu; aksiz və digər gömrük tədiyələri və gömrük 
rəsmiləşdirilməsilə gömrük yığımı üçün - vergisiz kvotaya daxil olmayan malların gömrük dəyəri;  
-  əlavə  dəyər vergisi üzrə - gömrük dəyəri məbləği, aksizli mallar üzrə  həmçinin aksiz məbləği 
göstərilir;  
- vahid tarif dərəcəsi üzrə nəqliyyat vasitələri üçün (XİF MN üzrə 8703-cü mal qrupu) mühərrikin m3-lə 
həcmi, həmin nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi üçün yığımın alınması zamanı  həmin nəqliyyat 
vasitəsinin dəyəri.  
Bu qrafada gömrük tədiyələrinin hesablanması hesablamanın aparıldığı valyuta ilə əks etdirilir.  
Üçüncü - “Stavka” sütununda gömrük tədiyələrinin dərəcəsi göstərilir.  
Dördüncü - “Tədiyə  məbləği” sütununda “hesablamanın  əsası” sütunu ilə “Stavka” sütununun 
məlumatlarının hasilindən alınan rəqəm göstərilir. Hesablama üçün əsas olmadıqda bu sütuna “Stavka” 
sütununun məlumatı köçürülür.  
Beşinci - “Tədiyənin valyutası” sütununda qısaldılmış  şəkildə GMO-nun 5-ci qrafasında göstərilən 
valyutanın adı, əgər ödəniş “manatla” aparılıbsa “manat” göstərilir.  
Altıncı - “Ödəniş forması” sütununda:  
- bank vasitəsi ilə nağdsız;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə