Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə53/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

109 
 
Bu qaydalar:  
- deklarant üçün - gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bəyan olunması zamanı;  
- gömrük orqanları üçün - gətirilən malların deklarantlar tərəfindən bəyan edilən gömrük dəyərinə 
nəzarət etmək üçün istifadə olunur.  
Gömrük orqanlarında malların buraxılmasının  əsassız olaraq gecikdirilməsinin qarşısını almaq üçün 
gömrük dəyərinə  nəzarət prosesi qısa müddətdə  həyata keçirilməlidir. Malın gömrük rəsmiləşdirilməsi 
müddətində deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini təsdiq etmək mümkün olmadıqda, qüvvədə 
olan qanunvericiliyə müvafiq qaydada malın şərti olaraq buraxılmasına gömrük orqanı göstəriş verə bilər. Malın 
şərti olaraq buraxılması dedikdə, onun gömrük dəyərinin  şərti olaraq müəyyən edilməklə buraxılması başa 
düşülür, yəni gömrük dəyərinin tam və  dəqiq müəyyən edilməsi prosesi deklarant tərəfindən təqdim edilmiş 
məlumatlar əsasında müəyyən edilməklə başa çatır. Bu zaman şərti buraxılan mal üçün bəyan edilmiş gömrük 
rejimi əsas götürülür.  
Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi üçün GDB-1 və GDB-2 formada gömrük dəyəri 
bəyannaməsi tətbiq edilir.  
GDB-1 gətirilən malların gömrük dəyəri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1106 
saylı 25 dekabr 1997-ci il tarixli əmri ilə təsdiq edilmiş Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş 1 üsulla 
GDB-2 gətirilən malların gömrük dəyəri  bu Əsasnamənin 1.4-cü bəndində  nəzərdə tutulmuş 2-6-cı üsullarla 
müəyyən edildikdə tətbiq edilir.  
Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən edilmiş qaydada deklarant 
tərəfindən GDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrük 
rüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb 
olunmursa, (gömrük rəsmiləşdirilməsi üçün rüsum istisna olmaqla), gömrük dəyəri YGB-si ilə  bəyan edilir. 
Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında  əsaslandırılmış  şübhə yarandıqda, deklarantdan gömrük 
dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər.  
Gömrük dəyəri bəyannaməsi gömrük sənədi hesab olunur.  
Deklarant gömrük dəyəri bəyannaməsində gömrük dəyərini təsdiq edən sənədlərdə göstərilən bütün 
məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət 
daşıyır. 
Gömrük dəyəri bəyannaməsi yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük 
məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.  
Deklarant (alıcı) malın gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi 
qərardan narazılıq edərsə mövcud qanunçuluqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Gömrük 
Məcəlləsinin XIII bölməsinə müvafiq olaraq şikayət etmək hüququna malikdir.  
Deklarant gömrük dəyəri üzrə  bəyan edilmiş  məlumatı  təsdiq etmək üçün gömrük dəyəri haqqında 
bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:  
1) malı gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;  
2) müqavilə (kontrakt) və ona əlavə olunan razılışma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);  
3) hesab-faktura (invoys) və bank ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-proformu, 
həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri;  
4) nəqliyyat və sığorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa); 
5) yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə  rəsmi təsdiq edilmiş kalkulyasiya 
(hesab-fakturaya nəqliyyat xərci daxil edilməyibsə);  
6) göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa;) 
7) qablaşdırma vərəqləri;  
8) idxalı müəyyən edilmiş qaydada icazə əsasında həyata keçirilən mallar üçün icazə;  
9) malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı.  
Bu sənədlər gömrük dəyərinin təsdiq etmək üçün kifayət etmədikdə gömrük orqanının tələbi üzrə 
deklarant zəruri olan əlavə  məlumatları  təqdim etməlidir. Gömrük orqanı  tərəfindən  əlavə  məlumat kimi 
aşağıdakı sənədlər tələb oluna bilər: 
a) sövdələşməyə aidiyyatı olan üçüncü şəxslə müqavilə (kontrakt);  
b) satıcının xeyrinə üçüncü şəxslərin tədiyə üçün hesablaşma sənədi;  
c) qiymətləndirilən malın sövdələşməsinə aidiyyatı olan komisyon, broker xidməti üçün 
hesablaşma sənədi;  
ç) mühasibat sənədləri;  
d) icazə və ya müəlliflik sazişi;  
e) ixrac (idxal) icazəsi;  
ə) anbar qəbzləri;  
f) malı daşımağa dair sifariş;  


110 
 
g) kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskurantı (qiymətlərin siyahısı);  
ğ) qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;  
h) gömrük dəyər bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər. 
Malın gömrük dəyərini qiymətləndirmək və deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini 
yoxlamaq üçün istər deklarant tərəfindən təqdim olunan, istərsə də gömrük orqanında olan məlumatdan istifadə 
oluna bilər.  
Məlumat inandırıcı və tam olmaqla bəyan edilmiş gömrük dəyərinin təsdiqini təmin etməlidir.  
Deklarant  əvvəllər gətirilən eyniadlı  və ya eynicinsli malların gömrük dəyəri, ya da onların daxili 
bazarda qiyməti, istehsalçının gömrük orqanlarında olmayan kalkulyasiyası və preyskurantı haqqında məlumat 
əldə edə bilər. Belə  məlumatdan müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda istifadə oluna bilər 
(məsələn, eyniadlı və eynicinsli malların sövdələşməsinə aid olan kommersiya gömrük və ödəniş sənədləri). 
Malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı deklarantda olmayan məlumatlara 
malik ola bilər. Belə məlumatlara xarici ticarət dövriyyəsində olan malların məlumat qiyməti, habelə əvvəllər 
gömrük rəsmiləşdirilməsindən keçən eyniadlı  və ya eynicinsli mallar haqqında məlumatlar daxil edilir. 
Deklaranta gömrük orqanında orta kontrakt qiyməti, məxfilik saxlanılmaqla ayrı-ayrı sövdələşmə üzrə gömrük 
dəyəri haqqında məlumat təqdim oluna bilər.  
Deklarant gömrük dəyəri bəyannaməsinin (GDB-1 və ya GDB-2) bütün qrafalarını  Təlimata uyğun 
olaraq sərbəst doldurur (gömrük qeydiyyatı üçün nəzərdə tutulan qrafadan başqa). 
Deklarant tərəfindən gömrük dəyəri bəyannaməsi düzgün doldurulduğu, gömrük dəyərinin müəyyən 
edilməsi üsulu düzgün seçilib tətbiq olunduğu, bəyan edilən məlumatlar tələb olunan sənədlərlə təsdiq olunduğu 
hallarda GDB-nin bütün vərəqlərində “Gömrük qeydiyyatı üçün” qrafasında “Gömrük dəyəri qəbul edildi” 
qeydiyyatı aparılır və GDB-ni yoxlayan vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir.  
GDB-ni sənədləşdirən və onun düzgünlüyünü yoxlayan gömrük orqanının vəzifəli  şəxsinin öz şəxsi 
təşəbbüsü, deklarantın tapşırığı və ya xahişi ilə deklarant tərəfindən doldurulan gömrük dəyəri qrafalarında hər 
hansı bir məlumatda dəyişiklik etmək, bu qrafalara əlavələr etmək hüququ yoxdur.  
Sənədlər gömrük rəsmiləşdirilməsinə qəbul edildikdən sonra deklarant tərəfindən bəyan edilən gömrük 
dəyərində gömrük orqanı tərəfindən edilən bütün düzəlişlərə malların gömrük qiymətləndirilməsi kimi baxılır və 
deklarant tərəfindən müəyyən edilmiş qaydada şikayət verilə bilər.  
Deklarant tərəfindən aparılan hesablamaya gömrük orqanının vəzifəli şəxsi tərəfindən düzəliş aparmaq 
zərurəti yarandıqda onda GDB-nin “gömrük qeydiyyatı üçün və ya blankın  əks üzündə “Gömrük qeydiyyatı” 
başlığı altında qeydiyyat aparılır. 
Gömrük orqanının vəzifəli şəxsinin apardığı bütün qeydiyyatlar onun imzası və şəxsi nömrəli möhürü 
ilə təsdiq edilməklə tarix göstərilir.  
GÖmrük orqanının hesablanmasına uyğun olaraq deklrant GDB-nin müvafiq qrafasında dəyişiklik edir, 
onu imza və möhürlə təsdiq etməklə tarixi göstərilir.  
GDB-də çoxsaylı düzəliş edildikdə köhnə blankda qeyd aparılmaqla yeni blank doldurula bilər. Hər iki 
blank gömrük orqanında saxlanılır. Gömrük orqanının aparıcı düzəlişə deklarant tərəfindən razılıq olduqda 
bəyannamənin “10 b” qrafası ümumi qaydada doldurulur.  
Gömrük dəyəri dəqiqləşdlirildikdən sonra gömrük orqanının vəzifəli  şəxsi YGB-də  “Gömrük dəyəri 
dəqiqləşdirilmişdir” qeydiyyatını apırır. Deklarant və ya gömrük orqanının vəzifəli  şəxs tərəfindən gömrük 
dəyərinin dəqiqləşdirilməsinə dair GDB və YGB-nin ayrılmaz hissəsi hesab olunan forma-blank doldurulur.  
Deklarant gömrük orqanının apardığı  dəqiqləşmə ilə razı olmadıqda, GDB-də müvafiq düzəliş 
aparmaqdan və ya GDB-ni imzalanmaqdan imtina edə bilər. Bu halda deklarant gömrük orqanından yazılı 
formada onların bəyan etdiyi gömrük dəyərinin qəbul edilməsinə dair izahat (aydınlıq gətirmək üçün) tələb edə 
bilər.  
Deklarant tərəfindən gömrük orqanına gömrük dəyərinin qiymətləndirilməsi və ya gömrük orqanı 
tərəfindən qəbul edilmiş  qərardan  şikayət verməsi müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük 
tədiyəsi ödəməkdən azad etmək hüququ vermir.  
Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri dəqiqləşdirilənədək bəyan olunmuş mal haqqında 
mövcud gömrük qanunvericiliyinə uyğun olaraq qərar qəbul edilir.  
Gömrük rəsmiləşdirilməsi zamanı deklarantda bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənədlər, 
istifadə edilən məlumatları  təsdiq edən dəlillər olmadıqda, həmçinin müqavilə  şərtlərində malın satışı ilə 
əlaqədar olaraq qiymətlərə yenidən baxılmaqla son qiymətin müəyyən edilməsi halı olduqda gömrük orqanı, 
deklaranta maldan istifadə etmək haqqında qərarı ancaq gömrük tədiyələrini tam həcmdə ödədikdən sonra 
vermək hüququna malikdir.  
Gömrük orqanı deklarantın yazılı ərizəsinə əsasən bəyan edilmiş mala mövcud qanunçuluğa müəyyən 
edilmiş qaydada əmlak girovu və ya müvəkkil bankın zəmanət məktubu  əsasında möhlətdən istifadə etmək 
icazəsi verə bilər.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə