113
Qiymətə əlavələr və ya çıxarışlar
müvafiq ödəniş, mal-müşayiət, sığorta, gömrük və digər sənədlərlə
təsdiq edilməlidir.
Müqavilə iştirakçıları qarşılıqlı-asılı şəxslər olduqda I üsul istifadə edilə bilməz. “Gömrük tarifi
haqqında” Azərbaycan Respublikasının qanunu sövdələşmə iştirakçıları arasında qarşılıqlı asılılığını 1979-cu il
GATT sazişinin VII maddəsinin tətbiqi barədə Sazişlə müəyyən edilmiş qaydada reqlamentləşdirir. 18-ci
maddəsinin 2-ci bəndində göstərilən əlamətlərdən heç olmazsa birinə malik olan müqavilə iştirakçıları bir-
birindən qarşılıqlı asılı hesab edilir.
Satıcı və alıcının qarşılıqlı asılılığı barədə məlumat gömrük dəyər bəyannaməsində göstərilməlidir.
Gömrük orqanı qarşılıqlı asılılığın olub-olmaması barədə bəyan edilən məlumatları yoxlama və təhqiqat
nəticəsində əldə etdiyi, həmçinin nəşr edilmiş məlumatların analizi nəticəsində əldə etdiyi məlumatlarla
tutuşduraraq qərar qəbul edir. Əgər gömrük orqanına bəyan edilməmiş belə əlaqə müəyyən edirsə, bu barədə
idxalatçıya xəbər verir, ona əksini sübut etməyə və bəyan edilmiş dəyəri sənədli təsdiq etməyə imkan yaradır.
Bu zaman qarşılıqlı asılılığın xüsusi yoxlama zərurəti yükün saxlanılmasına əsas vermir.
Yük adi
qaydada göndərilir, keçirilən yoxlamanın nəticələrinə əsasən gömrük dəyəri yenidən hesablanır, rüsumun və
digər vergilərin ödənilməmiş miqdarı tutulur.
Konkret şübhə olduqda xarici ticarət bağlaşmasının məlumatları xüsusi nəzarətə götürülür. Gömrük
orqanları keçirdikləri yoxlamanın gedişində tərəflər arasında əvvəllər həyata keçirilən bağlaşmaların olub-
olmadığı, yaxud onlara nöqsanlar tutulub-tutulmadığı aşkarlanır.
Birinci üsuldan istifadənin mümkünlüyü müəyyən edildikdən sonra, sövdələşmə qiyməti dəqiqləşdirilir,
“Gömrük tarifi haqqında” qanunla müəyyən edilmiş komponentlər ona əlavə edilir.
Sövdələşmə qiymətinin dəqiqləşdirilməsi üçün birinci komponent malın
gömrük ərazisindəki hava,
dəniz limanına və ya digər gətirilmə yerinə qədər çatdırılmasına çəkilən xərclərdir.
Gömrük dəyərinin təyin edilməsi məqsədləri ilə gətirilmə yeri dedikdə aşağıdakılar başa düşülür:
1) aviadaşımalar üçün - malları daşıyan təyyarənin onların boşaldılması üçün endiyi təyinat və ya
ilk hava limanı;
2) dəniz daşımaları üçün Azərbaycan Respublikası ərazisində birinci yükboşaltma limanı
(daşınma faktı bu limanda fəaliyyət göstərən gömrük orqanı tərəfindən təsdiq edilməlidir);
3) digər nəqliyyat vasitələri ilə daşımalar üçün gömrük sərhədindəki buraxılış məntəqəsi;
4) poçt göndərişləri üçün beynəlxalq poçt mübadiləsi məntəqəsi.
Daşınma xərcləri, malların boşaldılması, yüklənməsi, yenidən yüklənməsi və başqa yerə daşınması
xərcləri, sığorta məbləğləri malın çatdırılma məsrəflərinə daxil edilir.
Ölkənin gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin təyin edilməsi zamanı həmin malın
müəyyən edilmiş gətirilmə yerinədək çatdırılması üçün faktiki olaraq meydana çıxan xərclər də nəzərə alınır.
Daşınmanın dəyərinə fraxt, mal müşayiət sənədlərinin rəsmiləşdirilməsinə çəkilən xərclər, daşınma müddətində
malın keyfiyyətinin və tamlığının müəyyən səviyyədə saxlanılması üçün (müvafiq temperatur rejimi, nəmlik və
s. səviyyələri üçün) çəkilən xərclər də daxil edilir.
Malın gömrük ərazisinə əvəzsiz qaydada malgöndərən tərəfindən və alıcının
öz nəqliyyat vasitəsi ilə
çatdırıldığı hallarda sərbəst, lakin eyni nəqliyyat növü ilə daşınmanın tarif qiymətlərinə əsasən müəyyən edilən
məbləğ gömrük dəyərinə daxil edilir. Əgər belə məlumatlar yoxdursa, nəqliyyat xərcləri mühasibat uçotunda
kalkulyasiya hesablamaları qaydasında mühüm elementlər nəzərə alınmaqla müəyyən edilir.
Əgər daşınma sənədləri gömrük orqanına təqdim edilməmişsə, birinci üsuldan istifadə edilmir və digər
üsullara müraciət olunur.
Gömrük məqsədləri üçün istifadəyə ən rahat olan malgöndərmə şərtləri SİF (dəyər, sığorta və farxt)
hesab olunur. CİF qiyməti gömrük dəyərinin strukturuna uyğun gəlir. Digər göndəriş şərtlərində müəyyən
dəqiqləşdirmələrin aparılması labüddür. Məsələn, DAF baza şərtlərində (sərhədə qədər göndəriş) sığorta və
göndəriş yerinə qədər olan xərclər qiymətə əlavə edilməlidir. EXW (zavoddan), FAS (gəmidə sərbəst)
şərtlərində daşınma xərclərində alıcının ixrac ölkəsindən malların çıxarılmasına görə çəkilən
gömrük xərcləri də
nəzərə alınır.
Alıcının məsrəflərinə:
a) komissyon və broker haqqları (mal tədarükündəki komissyon xərclərdən başqa);
b) konteynerlərin və digər çox dövriyyəli taranın dəyəri (əgər mal nomenklaturası nəzərdə
tutursa);
c) qablaşdırma xərcləri, o cümlədən qablaşdırma materiallarının dəyəri və qablaşdırma işlərinin
dəyəri aid edilir.
Beləliklə, gömrük dəyərinə komissyon və digər haqlar da daxil edilir. Özü də gömrük dəyərinə yalnız
mal satılması üzrə komission haqları, yəni alıcının tapılıb malın ona satılması üçün ödənən haqlar daxil edilir.
Bir qayda olaraq, onlar malın qiymətində öz əksini tapır. Lakin əgər hər hansı səbəbdən bu xərclər malın
qiymətinə əks etdirilməmişsə, müvafiq sənədlər əsasında bu əlavələr edilməlidir. Malın satılması üzrə xərcləri
114
malın alınması üçün çəkilən xərclərdən ayırmaq lazımdır, çünki sonuncuları alıcı ödəyir və gömrük rüsumuna
cəlb olunmur.
Çoxdövriyyəli taradan istifadə edildikdə onun dəyəri çoxdəfəlik mal göndərişlərində hər partiyadakı
malın miqdarına mütənasib olaraq bölüşdürülür.
Belə mütənasib bölgü gömrük orqanı tərəfindən müqavilədə və ya digər sənədlərlə təsdiq edilmiş
olduqda qəbul edilir.
Çoxdövriyyəli taranın geri qaytarılmasına görə çəkilən məsrəflər tara xərclərinə aid edilmir.
Sövdələşmə qiymətinin dəqiqləşdirilməsinin üçüncü konponenti I üsulda qiymətləndirilən malların
istehsalı və ya satışı ilə bağlı olaraq, istifadə üçün alıcı tərəfindən pulsuz, yaxud aşağı qiymətə bilavasitə və ya
dolayı yolla təqdim edilən mal və xidmətlərin dəyərinin müəyyən hissəsidir.
Bu dəyər aşağıdakı kimi paylaşdırılır:
1) xammal, material, detal, yarımfabrikat və digər komplektləşdirici hissələr;
2) alətlər və digər yardımçı avadanlıq (ştamp, forma və s.);
3) dəyərləndirilən malların istehsalı prosesində sərf edilmiş materiallar (sürtgü yağları, yanacaq
və i.a.);
4) mühəndis və təcrübə-konstruktor layihələri, dizayn, çertyoj və s.
I üsulda sövdələşmə qiymətinin dəqiqləşdirilməsinin dördüncü komponenti alıcının dəyərləndirilən
malların satış şərti kimi bilavasitə və ya dolayısı ilə həyata keçirməli olduğu intellektual mülkiyyətdən istifadəyə
görə icazə və digər ödənişlərdir.
Gömrük dəyərləndirilməsi məqsədi ilə icazə və digər ödənişlər aşağıdakılardan
istifadəyə görə ödənən
haqlar başa düşülür:
a) gətirilən malların, o cümlədən onların sənaye nümunələrinin hazırlanması, nou-hau və s.;
b) gətirilən malların ixracda satılması, o cümlədən mal nişanları və nümunələri;
c) patent, müəlliflik hüququ (ədəbiyyat, kino, elmi əsərlər və s.), istehsal texnologiyası da daxil
olmaqla gətirilən malların istifadəsi və ya başqasına satılması.
İcazə və analoji digər ödənişlərin sövdələşmə qiymətinə əlavə edilməsi o vaxt gerçəkləşdirilir ki, bu
ödənişlər gətirilən mala aid olsun, alıcı ilə satıcı arasında bağlanan müqavilənin şərtləri ilə müəyyən edilmiş
olsun. Bu zaman alıcının ödədiyi icazə haqları satıcıya, yaxud onun nəfinə üçüncü bir şəxsə ödənmiş olmalıdır.
Sövdələşmə qiymətinin I üsulda dəqiqləşdirilməsinin beşinci komponenti Azərbaycan Respublikası
ərazisində qiymətləndirilən malların istifadə olunmasından, verilməsindən və ya təkrar satışından satıcının
birbaşa, yaxud dolayı yolla əldə etdiyi gəlirin bir hissəsidir.
Bir qayda olaraq satıcının gəlirinin bu hissəsi xarici ticarət müqaviləsində təsbit edilir. Əgər müqavilə
ilə alıcının gəlirinin 10 %-i satıcıya qaytarılmalı nəzərdə tutulmuşsa onda gəlirin bu hissəsinə uyğun məbləğ
gömrük dəyərinə əlavə edilir və dəyər bəyannaməsində göstərilir.
Əgər gömrük rəsmiləşdirilməsinə qədər
gəlirin məbləği bəlli deyilsə, gömrük dəyər bəyannaməsində
gözlənilən təqribi məbləğ yazılır və onun təyini üçün müstəqil ekspert cəlb edilməsinə imkan verilir. Gözlənilən
gəlirin miqdarı gömrük orqanı tərəfindən təsdiq edilməlidir. Əgər gəlirin məbləği müəyyən oluna bilmirsə,
gömrük dəyərinin I üsulla təyininə yol verilmir.
Sadalanan komponentlər Gömrük Tarifi haqqında qanunla əlavə ödəmələr kimi müəyyən edilir. Gömrük
dəyəri təkcə əlavə ödənişlər hesabına deyil, həmçinin müəyyən məbləğlərin çıxarılması hesabına da
dəqiqləşdirilə bilər. Azərbaycan Respublikasının gömrük ərazisi daxilində gətirilmə məntəqəsindən çatdırılma
yerinə qədər çəkilən xərclər müvafiq sənədlərlə təsdiq edilməklə sövdələşmə qiymətindən çıxarılır.
Bu məsrəflər aşağıdakılardır:
1) mallar gətirildikdən sonra quraşdırma, yığma, sazlama və ya texniki köməyə görə xərclər;
2) gətirilmə yerindən təyinat yerinə qədər çəkilən nəqliyyat xərcləri;
3) idxal gömrük rüsum, vergi və yığımlarının ödənilməsinə görə xərclər.
Lakin qeyd etmək lazımdır ki, bu xərclər sövdələşmə qiymətindən o zaman çıxarılır ki, bütün işlər
müqavilədə əks etdirilmiş olsun və hesab-fakturada bu xərclər ayrıca göstərilsin. Əgər hesab-fakturada
nəqletmənin müxtəlif mərhələlərində xərclər ayrıca göstərilmirsə
, “idxal yeri-təyinat məntəqəsi” sahəsindəki
nəqliyyat xərclərini yalnız gömrük orqanına müvafiq sənədlər təqdim edildikdən sonra çıxmaq olar.
“Franko-
sərhəd” xərcləri
“franko-təyinat yeri” xərclərindən çox aşağı olduğu sübut edilməlidir. Əgər xarici ticarət
müqaviləsi ilə DDP və DEQ göndəriş şərtləri
müəyyən edilmişdirsə, idxal gömrük rüsumu, digər vergi və
gömrük yığımları şəklində ödənilmiş məbləğlər malın qiymətindən çıxılmalıdır.
11.2.2. Eyni (identik) malların sövdələşmə qiyməti üsulu