107
a) vergitutma bazasının hesablanmasının dəqiq qaydasının
müəyyən edilməsi;
b) dövlətə müəyyən olunmuş qaydalara riayət edilməsini yoxlamağa imkan verən zəruri nəzarət
mexanizmindən istifadə.
“Malların gömrük dəyəri” məfhumu və onun təyininin sərt reqlamentasiyası bu məqsədlərə xidmət
edir. Bu məsələlər gömrük dəyərinin təyin edilməsi metodikasının zəruriliyini bir daha nümayiş etdirir.
Bir tərəfdən aydın, dəqiq norma və qaydaların müəyyən edilməsi gömrük dəyərinin konkret səviyyəsini
qeyd etməyə imkan verir ki, bu da özbaşına hesablamalarla gömrük rüsum dərəcələri ilə manipulyasiyanın
qarşısı alınsın. Digər tərəfdən hamının istifadə edə biləcəyi metodikanın və müəyyən edilmiş qaydaların olması
XİF iştirakçıları qarşısında eyni, ədalətli şərtlər qoyur və xarici ticarət əməliyyatlarının müəyyənliyi səviyyəsini
yüksəltməyə, bağlaşmaların iqtisadi parametrlərini qabaqcadan hesablanmağa imkan verir.
Bir halda ki, söhbət xarici ticarət fəaliyyətindən gedir, ticarət edən tərəflərin
gömrük qanunvericiliyinin
unifikasiyası mühüm əhəmiyyət kəsb edir.
“Gömrük dəyəri” göstəricisinin funksional əhəmiyyəti onun əsaslı olduğuna nəzarətin məsələ və
texnologiyasını şərtləndirir.
11.1.2. Malların gömrük dəyərinin təyin edilməsinin normativ-hüquqi bazası
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu malların qiymətləndirilməsinin ədalətli,
vahid və neytral sisteminin təmin edilməsinin əsasını təşkil edir. Bundan başqa, Qanun gömrük dəyərinin
strukturunu dəqiq müəyyən edir
- gömrük dəyəri, faktiki olaraq ödənilmiş, yaxud ödənilməli olan qiymət və
üstəgəl ona hesablanmalı əlavələr deməkdir.
Qanunla müəyyən edilmiş qiymət əlavələrinin və onların siyahısının gömrük orqanları və iqtisadi
fəaliyyət iştirakçıları tərəfindən dəyişdirilməsinə yol verilmir.
Qanunda qeyd edilir ki, malların gömrük dəyərləndirmə sistemi Azərbaycan Respublikası gömrük
ərazisinə gətirilən mallara şamil edilir. Bu şərt gömrük dəyərinin təyin edilmə üsullarında nəzərə alınmalıdır.
Müəyyən edilmiş gömrük qiymətləndirmə sisteminin dəyişdirilmədən tam həcmdə ixrac
əməliyyatlarında analoji məqsədlə tətbiq edilməsi bir sıra obyektiv səbəbdən (satıcı və alıcının məsrəflərində
fərqlər, həmçinin idxal və ixracda gömrük vergiqoymasının məqsəd və şərtlərinin fərqləri) mümkün deyil.
Bununla belə Qanunla müəyyən edilmiş mal qiymətləndirilməsinin ümumi prinsipləri ixrac əməliyyatlarında
istifadə edilə bilər.
Gömrük dəyərinin müəyyən edilməsi və ona nəzarətin həyata keçirilməsi üçün AR Gömrük Məcəlləsi
ilə gömrük orqanlarına aşağıdakı hüquqlar verilmişdir:
a) gömrük nəzarətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası gömrük sərhədindən
malları və nəqliyyvat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya belə fəaliyyətlə məşğul
olan digər şəxslərin icrasına nəzarət edilməsi Azərbaycan Respublikası gömrük orqanlarına həvalə
olunmuş əməliyyatların və bank hesablarının vəziyyəti haqqında banklardan və digər kredit
təşkilatlarından məlumatlar və arayışlar almaq hüququ;
b) gömrük nəzarətini həyata keçirmək məqsədi ilə xidməti vəsiqə əsasında gömrük orqanı
əməkdaşlarının gömrük nəzarətindən keçiriləcək mallar və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün
zəruri sənədlər olan, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə
edilmiş fəaliyyətin həyata keçirildiyi ərazilərə və binalara daxil olmaq hüququ;
c) gömrük orqanları öz səlahiyyətləri daxilində nəzarəti gömrük orqanlarına həvalə edilmiş
fəaliyyət göstərən şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması üçün müvafiq icra hakimiyyəti
orqanları qarşısında vəsadət qaldırmaq hüququ.
Bu hüquqi normaların malların gömrük dəyərinin təyin edilməsinə nəzarətin təşkilində praktik
əhəmiyyəti nəzarət sisteminin iki pilləli olması zərurətindən irəli gəlir:
1) malların gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən nəzarət;
2) gömrük orqanlarına bəyan edilmiş məlumatların düzgünlüyünün yoxlanması
“Gömrük tarifi haqqında” qanun gömrük dəyərinə nəzarətin birinci pilləsini, “Gömrük Məcəlləsi” isə
ikinci pilləsini reqlamentləşdirir.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanununun icrasının təmin edilməsi məqsədi ilə
Nazirlər
Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı qərarı ilə
“Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi
qaydaları” təsdiq edilmişdir.
Dövlət Gömrük Komitəsinin 25 dekabr 1997-ci il tarixli 1106 saylı əmri ilə Azərbaycan
Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında
Əsasnamə təsdiq edilmişdir. Gömrük dəyərinin bəyan edilməsi üçün xüsusi bəyanetmə formaları:
- KDB-1 - birinci üsul üçün
108
- KDB-2 - ikinci-altıncı üsullar üçün.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş gömrük dəyərinin
təyin edilməsi
sistemi GATT/ÜTT sazişində olduğu kimi onu nəzərə alır ki, malların qiymətləndirilməsi üçün əsas kimi geniş
tətbiq edilməkdə olan gətirilən malların sövdələşmə qiyməti götürüləcəkdir.
“Gömrük tarifi haqqında” qanunun 11-ci maddəsinə görə, malın gömrük dəyərinin müəyyən edilməsi
sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır. Bu
prinsiplər QATT sazişinin VII maddəsinin tətbiqində öz əksini tapmışdır. Gömrük dəyərinin təyin edilməsi
metodları öz əksini “Gömrük tarifi haqqında” qanunda (18-23-cü maddələr) və AR NK-nın
“AR-in dövlət
ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi
qaydaları haqqında” 12 yanvar 1998-ci il tarixli
07 saylı qərarlarında öz əksini tapıb. Bu metodlardan
aşağıdakı ardıcıllıqla istifadə olunur:
1) sövdələşmə qiyməti üsulu. Sazişin əsasında qoyulmuş gömrük qiymətləndirilməsi “sövdələşmə
qiyməti” prinsipi adı altında istifadə edilir. Sövdələşmə qiyməti gömrük qiymətləndirilməsinin əsas metodudur.
Bu qiymət - idxal edilən mala görə lazımi ödəmə, yaxud da real ödəmədir. Bu qiymətə alıcının bir sıra əlavə
gəliri (komissiyon və broker xərci, konteyner və qablaşdırma qiyməti, xidmət haqqını vermə) də daxildir.
Sövdələşmə qiymətinə cavab verməli olan şərtlər aydın surətdə sazişlərdə müəyyən edilməlidir. Yuxarıda
göstərdiyimiz saziş malın gömrük dəyərinə sığorta və frakt dəyərinin daxil edilməsi kimi məsələləri hər bir
dövlət üçün açıq saxlayıb.
Əgər gömrük orqanlarının müqavilədə qiymətin dəqiqliyinə şübhələnməyə ciddi əsaslar varsa, onlar
sövdələşmə qiymətini qəbul etməyə bilərlər.
Bu halda gömrük orqanı və idxalçı müzakirəyə qatılır və idxalçı malı qiymətləndirmənin düzgünlüyünü
göstərən sübutlrı təqdim etmək imkanı qazanır. İdxalçının göstərdiyi sübutlar əgər gömrük orqanını təmin
etmirsə, onda ona əlavə edilmiş rüsum üçün baza kimi bəyan edilmiş sövdələşmə qiymətinin
qəbul edilməmə
səbəbləri haqqında yazılı rəy verilməlidir.
2) eyni malların sövdələşmə qiyməti üsulu. Eyni mallar dedikdə qiymətləndirilən malların hər
cəhətdən fiziki xüsusiyyətinə görə, malın keyfiyyətinə və bazardakı nüfuzuna, malın mənşə ölkəsinə və
istehsalçısına görə fərqlənməyən mallar başa düşülür.
3) eyni cinsli malların sövdələşmə qiyməti üsulu. Eyni cinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə
görə eyni olmasa da qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-
birini əvəz edə bilən mallar başa düşülür.
4) dəyərin çıxılması üsulu. Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi
qiymətləndirilən eyni və eyni cinsli malların dövlətin ərazisində öz ilkin vəziyyətini dəyişdirmədən satılır. Eyni
zamanda mal vahidinin qiymətindən aşağıdakı xərclər çıxarılır; malların idxalı və satışı ilə əlaqədar ödənilməli
olan idxal gömrük rüsumlarının, vergilərinin və digər ödənişlərin məbləği və daşınmaya, boşaldılma
işlərinə,
sığortaya sərf olunan xərclər.
5) dəyərin toplanması üsülu. Gömrük qiymətləndirilməsi dəyərin toplanması üsulu ilə müəyyən
edilərkən materialların dəyəri, istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri, ixrac edən ölkədən
eyni növlü malların satışı üçün səciyyəvi olan ümumi xərclərin və ixracçının əldə etdiyi gəlirin toplanması yolu
ilə hesablanmanın qiyməti əsas götürülür.
6) ehtiyat üsülu. Əgər gömrük orqanı yuxarıda sadalanan üsulların heç birindən istifadə edə bilmirsə,
onda qiymətləndirilən malların gömrük dəyəri QATT-ın VII maddəsinin və Müqavilənin müddəalarına uyğun
meyarlarla müəyyən edilir.
Bu qiymətləndirmə aşağıdakı əsaslarla müəyyən edilə bilməz.
a) idxal edilən dövlətdə malın qiyməti;
b) malın ixrac edən dövlətin daxili bazarındakı qiyməti:
c) ixrac edilən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti:
ç) malın kortəbii və dəqiqləşdirilmiş qiyməti;
d) minimum gömrük qiymətləri;
11.1.3. Malların gömrük dəyərlərinin bəyan edilməsi zamanı deklarantın və gömrük orqanının
hüquq və vəzifələri.
Azərbaycan Respublikası ərazisinə gətirilən malları bəyan edən şəxslərə (kommersiya məqsədi üçün
nəzərdə tutulmayan malları idxal edən fiziki şəxslər istisna olmaqla) malların
gömrük dəyərinin müəyyən
edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı
“Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi
sisteminin tətbiqi qaydaları” məcburi hesab edilir.