23
etdirirdi. 29 oktyabr 1919-cu ildə tərtib olunmuş Azərbaycanın sərhəd mühafizəsinin
sxematik xəritəsi çox
önəmlidir.
Birincisi, bu xəritə-sxemdə Azərbaycan Respublikasının həmin tarixə olan sərhədləri öz əksini
tapmışdır. İkincisi, bu xəritə-sxemin ölkəni qonşu ölkələrlə, xüsusən də Ermənistan və Gürcüstanla olan sərhəd
dəqiqləşdirilmələrində çox vacibdir. Nəzərə alsaq ki, Ermənistanın işğal etdiyi ərazilər yaxın tarix baxımından
tamamilə Azərbaycan sərhədləri daxilində idi. Xəritə-sxemdəki şərti işarələr əsasında Gürcüstan, Ermənistan,
İran və sahil zonasındakı açıq və qapalı sərhəd zastavalarının və nəzarət
dəstələrinin məntəqələrini
müəyyənləşdirmək olar. Gürcüstan sərhədi boyu olan sərhəd məntəqələri aşağıdakılardır:
Açıq məntəqələr:
1. Mazımçay; 2. Podarçay; 3. Souxçay; 4. İlginçay; 5. Bostim-Binə; 6. Çardaxlı; 7. Muğanlı; 8. Podar;
9. Lələli; 10. Almalıq; 11. Gakürlü.
Bağlı məntəqələr, yəni açılması planlaşdırılanlar:
1. Qaraca Mirli; 2. Tarl-Delan; 3. Karaskım; 4. Aşağı Bayramlı; 5. Mula-Kulu; 6. Poylu; 7. Salahlı; 8.
Aslanbəyli; 9. Qırmızı körpü.
Maraqlı olan odur ki, Ermənistanla sərhəd boyu bütün sərhəd məntəqələri bağlı şəkildə nəzərdə
tutulmuş, yəni sərhədboyu heç bir gömrükxana və gömrük postunun açılmaması qərara alınmışdır. Sərhəd
məntəqələri açılacaq
kəndlərə diqqət yetirsək, onda bir çox məsələlər aydınlıq gətirə bilərik. Belə ki, indi
Ermənistanla sərhəddə olan Kəmərli kəndi o zaman daha çox içəridə olmuşdur.
Ermənistanla sərhəd boyu aşağıdakı məntəqələr yerləşirdi:
1. Kəmərli
2. Parazlı
3. Qızıl Hacılı
4. Əksi-Barı (Əskipara)
5. Çaxmaxlı
6. Hətəmağalı
7. Əlibəyli
8. Yuxarı Ağdam
9. Aşağı Ağdam
10. Eldar
11. Şınıx-Ayrum
12. Dilican
13. Palad-Ayrum
14. Mixaylovka
15. Aşağı Saratovka
16. Quşçu Dərəsi
17. Böyük Məzrə
18. Alagöl
19. Arpa
Xəritə-sxemdən
göründüyü kimi, Naxçıvan Azərbaycandan ayrı deyildir və Ermənistanın İranla heç bir
sərhədi yoxdur. General-qubernatorluq isə Şuşa şəhərində yerləşirdi. Naxçıvanın Türkiyə ilə sərhədində
Nuraşen (indiki Sədərək) məntəqəsi var idi.
İranla sərhəd boyu aşağıdakı məntəqələr var idi:
1. Alışarı
2. Şahtaxtı
3. Nehrəm
4. Yayıcı
5. Ordubad
6. Culfa
7. Əlidərə
İranla sərhədboyu Bartazdan Astaraya qədər 25 məntəqə yerləşirdi ki, bunların çoxunda gömrükxanalar
və gömrük postları nəzərdə tutulmuşdur.
Xəzər dənizinin sahili boyu isə şimaldan cənuba qədər aşağıdakı mənbələr:
1. Məhərrəmkənd
2. Mixaylovka
3. Qızıl-Burun
4.
Giləzi
5. Yaşma
6. Buzovna
24
7. Abşeron
8. Zığ
9. Bakı
10. Duvanı
11. Ələt
12. Kür Burnu (Kür Kosa)
13. Sara adası
14. Lənkəran
15. Şıx-Ağac
Vaxtilə Azərbaycan Respublikasının sərhəd məntəqələri açdığı yerlərdə təxminən 80 il sonra Dövlət
Gömrük Komitəsinin rəhbərliyi gömrükxana və gömrük postları açdılar.
Lakin 1920-ci ilin Aprel inqilabı bu siyasətin başa çatdırılmasına imkan vermədi.
12 noyabr 1920-ci ildə “İdxal və ixrac mallarının qəbulu, saxlanılması və buraxılması” haqqında
RSFSR XKS Dekret qəbul etdi ki, bu da 1924-cü ildə qəbul olunmuş SSRİ Gömrük Nizamnaməsinin hüquqi
bazasını təşkil etmişdir.
1921-ci ilin əvvəllərində Bakı gömrükxanasının strukturu aşağıdakı kimi idi:
1)
Dəftərxana;
2) Müsadirə şöbəsi;
3) Mühasibat;
4) Gəmi kontoru.
Azərbaycan, 1922-ci il 31 mart tarixli dekretə görə 8 gömrük ərazisinin birinə - Zaqafqaziya dairəsinə
daxil edilmişdir.
İlk “Gömrük Məcəlləsi” 1928-ci ildə hazırlanmış və qəbul olunmuşdur. Həmin vaxt bütünlükdə gömrük
işlərinə 23 fevral 1922-ci ildən fəaliyyət göstərən Gömrük Tarif Komitəsi rəhbərlik edirdi.
1929-cu ildən gömrükxanaların fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının
19 dekabr 1928-ci il tarixli müvafiq qərarı ilə tənzimləndi və əsas məsələlər kimi aşağıdakılar nəzərdə tutulurdu:
a) sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin müayinəsi və onların
buraxılması;
b) xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət;
c) qaçaqmalçılığın müəyyən edilməsi və tutulması; qaçaqmalçılıq barədə işlərin həll edilməsi;
ç) yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və yığımlarının hesablanması və
tutulması.
1946-cı ilin əvvəlində Bakı gömrükxanasının strukturu genişləndirildi və aşağıdakı kimi oldu:
1)
Ümumi şöbə;
2) Mühasibat;
3) Məhkəmə - müsadirə şöbəsi;
4) Yük şöbəsi;
5) Poçt sərnişin şöbəsi;
6) Gəmi şöbəsi.
1955-ci ildə gəmi və yük şöbələri birləşdirilərək, vahid gəmi-yük şöbəsinə oldu,
məhkəmə - müsadirə
şöbəsi isə bəzi funksiyalarını itirərək, qaçaqmalçılığa qarşı mübarizə qrupuna çevrildi. 1956-88-ci illərdə də
Bakı gömrükxanasının strukturunda, funksiyalarında, adında və tabeçiliyində bir sıra dəyişikliklər baş
vermişdir.
5 may 1964-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə yeni “Gömrük Məcəlləsi” təsdiq
olunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq 1989-cu ilin birinci yarısında SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət
Gömrük Nəzarəti Baş İdarəsinin razılığı və onun əmri (17 saylı, 27 yanvar 1989-cu il) Azərbaycan ərazisində,
bütün respublikaya nəzarət edən Respublika Gömrük İdarəsi yaradıldı.
1991-ci ildə SSRİ-nin “Gömrük Məcəlləsi” və “Gömrük tarifi haqqında” qanunları qəbul olundu. Qəbul
olunmuş yeni Məcəllənin müddəalarına görə, Dövlət Gömrük Nəzarəti Baş İdarəsi
- Dövlət Gömrük Komitəsinə
çevrildi. Eyni zamanda Gömrük-Tarif Şurası və narkotik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq
Koordinasiya (əlaqələndirmə) Şurası yaradıldı.
18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və
Müstəqillik haqqında Konstitusiya
aktı qəbul olundu.
30 yanvar 1992-ci ildə
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə
əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında yaradılmışdı.