Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə11/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

23 
 
etdirirdi. 29 oktyabr 1919-cu ildə  tərtib olunmuş Azərbaycanın sərhəd mühafizəsinin sxematik xəritəsi çox 
önəmlidir. 
Birincisi, bu xəritə-sxemdə Azərbaycan Respublikasının həmin tarixə olan sərhədləri öz əksini 
tapmışdır. İkincisi, bu xəritə-sxemin ölkəni qonşu ölkələrlə, xüsusən də Ermənistan və Gürcüstanla olan sərhəd 
dəqiqləşdirilmələrində çox vacibdir. Nəzərə alsaq ki, Ermənistanın işğal etdiyi ərazilər yaxın tarix baxımından 
tamamilə Azərbaycan sərhədləri daxilində idi. Xəritə-sxemdəki  şərti işarələr  əsasında Gürcüstan, Ermənistan, 
İran və sahil zonasındakı açıq və qapalı  sərhəd zastavalarının və  nəzarət dəstələrinin məntəqələrini 
müəyyənləşdirmək olar. Gürcüstan sərhədi boyu olan sərhəd məntəqələri aşağıdakılardır: 
Açıq məntəqələr: 
1. Mazımçay; 2. Podarçay; 3. Souxçay; 4. İlginçay; 5. Bostim-Binə; 6. Çardaxlı; 7. Muğanlı; 8. Podar; 
9. Lələli; 10. Almalıq; 11. Gakürlü. 
Bağlı məntəqələr, yəni açılması planlaşdırılanlar: 
1. Qaraca Mirli; 2. Tarl-Delan; 3. Karaskım; 4. Aşağı Bayramlı; 5. Mula-Kulu; 6. Poylu; 7. Salahlı; 8. 
Aslanbəyli; 9. Qırmızı körpü. 
Maraqlı olan odur ki, Ermənistanla sərhəd boyu bütün sərhəd məntəqələri bağlı  şəkildə  nəzərdə 
tutulmuş, yəni sərhədboyu heç bir gömrükxana və gömrük postunun açılmaması  qərara alınmışdır. Sərhəd 
məntəqələri açılacaq kəndlərə diqqət yetirsək, onda bir çox məsələlər aydınlıq gətirə bilərik. Belə ki, indi 
Ermənistanla sərhəddə olan Kəmərli kəndi o zaman daha çox içəridə olmuşdur. 
Ermənistanla sərhəd boyu aşağıdakı məntəqələr yerləşirdi: 
1. Kəmərli 
2. Parazlı 
3. Qızıl Hacılı 
4. Əksi-Barı (Əskipara) 
5. Çaxmaxlı 
6. Hətəmağalı 
7. Əlibəyli 
8. Yuxarı Ağdam 
9. Aşağı Ağdam 
10. Eldar 
11. Şınıx-Ayrum 
12. Dilican 
13. Palad-Ayrum 
14. Mixaylovka 
15. Aşağı Saratovka 
16. Quşçu Dərəsi 
17. Böyük Məzrə 
18. Alagöl 
19. Arpa 
Xəritə-sxemdən göründüyü kimi, Naxçıvan Azərbaycandan ayrı deyildir və Ermənistanın İranla heç bir 
sərhədi yoxdur. General-qubernatorluq isə  Şuşa  şəhərində yerləşirdi. Naxçıvanın Türkiyə ilə  sərhədində 
Nuraşen (indiki Sədərək) məntəqəsi var idi. 
İranla sərhəd boyu aşağıdakı məntəqələr var idi: 
1. Alışarı 
2. Şahtaxtı 
3. Nehrəm 
4. Yayıcı 
5. Ordubad 
6. Culfa 
7. Əlidərə 
İranla sərhədboyu Bartazdan Astaraya qədər 25 məntəqə yerləşirdi ki, bunların çoxunda gömrükxanalar 
və gömrük postları nəzərdə tutulmuşdur. 
Xəzər dənizinin sahili boyu isə şimaldan cənuba qədər aşağıdakı mənbələr: 
1. Məhərrəmkənd 
2. Mixaylovka 
3. Qızıl-Burun 
4. Giləzi 
5. Yaşma 
6. Buzovna 


24 
 
7. Abşeron 
8. Zığ 
9. Bakı 
10. Duvanı 
11. Ələt 
12. Kür Burnu (Kür Kosa) 
13. Sara adası 
14. Lənkəran 
15. Şıx-Ağac 
Vaxtilə Azərbaycan Respublikasının sərhəd məntəqələri açdığı yerlərdə  təxminən 80 il sonra Dövlət 
Gömrük Komitəsinin rəhbərliyi gömrükxana və gömrük postları açdılar. 
 
Lakin 1920-ci ilin Aprel inqilabı bu siyasətin başa çatdırılmasına imkan vermədi.  
12 noyabr 1920-ci ildə  “İdxal və ixrac mallarının qəbulu, saxlanılması  və buraxılması” haqqında 
RSFSR XKS Dekret qəbul etdi ki, bu da 1924-cü ildə qəbul olunmuş SSRİ Gömrük Nizamnaməsinin hüquqi 
bazasını təşkil etmişdir.  
1921-ci ilin əvvəllərində Bakı gömrükxanasının strukturu aşağıdakı kimi idi:  
1) Dəftərxana;  
2) Müsadirə şöbəsi; 
3) Mühasibat; 
4) Gəmi kontoru.  
Azərbaycan, 1922-ci il 31 mart tarixli dekretə görə 8 gömrük ərazisinin birinə - Zaqafqaziya dairəsinə 
daxil edilmişdir.  
İlk “Gömrük Məcəlləsi” 1928-ci ildə hazırlanmış və qəbul olunmuşdur. Həmin vaxt bütünlükdə gömrük 
işlərinə 23 fevral 1922-ci ildən fəaliyyət göstərən Gömrük Tarif Komitəsi rəhbərlik edirdi.  
1929-cu ildən gömrükxanaların fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 
19 dekabr 1928-ci il tarixli müvafiq qərarı ilə tənzimləndi və əsas məsələlər kimi aşağıdakılar nəzərdə tutulurdu:  
a) sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və  nəqliyyat vasitələrinin müayinəsi və onların 
buraxılması;  
b) xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət;  
c) qaçaqmalçılığın müəyyən edilməsi və tutulması; qaçaqmalçılıq barədə işlərin həll edilməsi;  
ç) yük və  sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və  yığımlarının hesablanması  və 
tutulması. 
1946-cı ilin əvvəlində Bakı gömrükxanasının strukturu genişləndirildi və aşağıdakı kimi oldu:  
1) Ümumi şöbə;  
2) Mühasibat;  
3) Məhkəmə - müsadirə şöbəsi;  
4) Yük şöbəsi;  
5) Poçt sərnişin şöbəsi;  
6) Gəmi şöbəsi.  
1955-ci ildə gəmi və yük şöbələri birləşdirilərək, vahid gəmi-yük şöbəsinə oldu, məhkəmə - müsadirə 
şöbəsi isə  bəzi funksiyalarını itirərək, qaçaqmalçılığa qarşı mübarizə qrupuna çevrildi. 1956-88-ci illərdə  də 
Bakı gömrükxanasının strukturunda, funksiyalarında, adında və tabeçiliyində bir sıra dəyişikliklər baş 
vermişdir.  
5 may 1964-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə yeni “Gömrük Məcəlləsi” təsdiq 
olunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir.  
İlk dəfə olaraq 1989-cu ilin birinci yarısında SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət 
Gömrük Nəzarəti Baş İdarəsinin razılığı və onun əmri (17 saylı, 27 yanvar 1989-cu il) Azərbaycan ərazisində, 
bütün respublikaya nəzarət edən Respublika Gömrük İdarəsi yaradıldı. 
1991-ci ildə SSRİ-nin “Gömrük Məcəlləsi” və “Gömrük tarifi haqqında” qanunları qəbul olundu. Qəbul 
olunmuş yeni Məcəllənin müddəalarına görə, Dövlət Gömrük Nəzarəti Baş İdarəsi - Dövlət Gömrük Komitəsinə 
çevrildi. Eyni zamanda Gömrük-Tarif Şurası  və narkotik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq 
Koordinasiya (əlaqələndirmə) Şurası yaradıldı.  
18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və Müstəqillik haqqında Konstitusiya 
aktı qəbul olundu.  
30 yanvar 1992-ci ildə  “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması 
haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə 
əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında yaradılmışdı.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə