Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə9/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

19 
 
27.X.1998-ci il tarixli Fərmanı ilə  təsdiq olunmuş  “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 
haqqında  Əsasnamə”sində bu strategiyanı  həyata keçirmək üçün gömrük orqanlarının aşağıdakı  vəzifələri 
müəyyənləşdirilmişdir:  
1) təhvilverilmə üsulundan asılı olmayaraq bütün malların gömrük rəsmiləşdirilməsinin təmin 
edilməsi;  
2) gömrük proseduralarının sadələşdirilməsi və rəsmiləşdirmə müddətinin qısaldılması;  
3) gömrük nəzarətində müasir mütərəqqi texnologiyaların tətbiq olunması; 
4) gömrük ödənişlərinin texnologiyasının təkmilləşdirilməsi və onların büdcəyə daxil olmasına 
nəzarətin gücləndirilməsi;  
5) yüklər və yük göndərənlər haqqında ilkin məlumatların əldə edilməsi; 
6) gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması;  
7) digər hüquq-mühafizə orqanları ilə birlikdə narkotik maddələrin gətirilməsinin qarşısının 
alınması, ölkənin gömrük ərazisi vasitəsilə bu malların tranzit keçirilməsinə yol verilməməsi;  
8) valyuta nəzarətinin təmin edilməsi;  
9) gömrük sərhədinin tam qurulması  və  təchiz edilməsi, keçirilən malların və  nəqliyyat 
vasitələrinin qeydiyatının avtomatlaşdırılmasının təkmilləşdirilməsi üzrə  işlərin başa çatdırılması, 
nəzarət işlərinin təkmilləşdirilməsi, eyniləşdirmə və sənədli baxış texnologiyasının tətbiq edilməsi;  
10) gömrük qanunvericilik aktlarının beynəlxalq sənədlərə uyğunlaşdırılması;  
11) qeyri-tarif tənzimlənməsi tədbirlərinə riayət olunmasına nəzarət texnologiyasının 
təkmilləşdirilməsi;  
12) gömrük-tarif tənzimlənməsi üsullarının səmərəliliyinin təhlil etməsi və onların 
təkmilləşdirilməsi üzrə təkliflərin hazırlaması;  
13) intellektual mülkiyyət obyektlərinin ölkədən kənara aparılmasına nəzarətin həyata keçirilməsi 
üçün təşkilat-hüquqi ilkin şərtlərin yaradılması;  
14) bütövlükdə gömrük xidmətinin və onun struktur bölmələrinin işinin səmərəliliyinin vaxtaşırı 
təhlil edilməsi.  
Yuxarıda sadalanan bütün bu tariflərin icrası bilavasitə gömrük işinin təşkil edilməsi və onun idarə 
olunması  səviyyəsindən asılıdır. Gömrük işinin təşkilinin səviyyəsi isə bilavasitə onu həyata keçirən kadr 
potensialının təhsil səviyyəsindən asılıdır. Təhsilin səviyyəsi isə tədris bazasının necə qurulmasından asılıdır. 
 
 


20 
 
Mövzu 4.  
Azərbaycanda gömrük işinin təşkilinin və tətbiqinin tarixi 
 
Azərbaycanın xarici ticarət  əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci 
minilliyin ikinci yarısında yerli tayfalar Assur. Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi 
aparar, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər.  
Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Miyana, Zəncan, Naxçıvan, Maku və 
digər  şəhərlər ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdilər. Bu şəhərlər başqa dövlətlərlə  təkcə 
quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur “Böyük ipək yolu” vasitəsilə 
Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri, İberiya, Qafqaz Albaniyası ilə ticarət əlaqələri formalaşmışdı. 
Ölkədə hazırlanmış xalçalar, bəzək  şeyləri, yün məmulatları  və s. ixrac olunaraq əvəzində lazım olan 
istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük 
vergiləri və rüsumları adlanır.  
Bizim eranın  əvvəllərində indiki Şimali Azərbaycanın və  Cənubi Dağıstanın  ərazisini  əhatə edən 
Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli 
ehtiyatların olduğu göstərilirdi ki, bunlar da sonradan ticarət subyektlərinə çevrilirdilər. Şirvanda (Bakıda) neft 
və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da müasir dildə  mədən vergisi və aksiz vergisi kimi 
dəyərləndirilir.  
Mənbələrin yazdığına görə, Azərbaycan ərazisində dövlət tərəfindən gömrük vergiləri rəsmi olaraq IX 
əsrin  əvvəllərindən müəyyən edilməyə başlamışdır. Bəlkə IX əsrdən qabaq da bu vergilər mövcud olmuşdur, 
lakin bu barədə olan məlumatlar Ərəb xilafəti dövründə yandırıldığı üçün, bu barədə ancaq mülahizə yürütmək 
olar. Çünki artıq iri şəhərlərdə - Ərdəbil, Muğan, Naxçıvan, Bərdə, Beyləqan, Qəbələ, Şəki, Şəmkir, Dərbənd 
(Bab-əl-Əbvab), Şabran, Şamaxı və digərlərində ticarət məhəllələri (o zamanlar “ravad” adlanırdı) yaranmışdı.  
Xarici ölkələrdən Azərbaycana müxtəlif parçalar, metal məmulatları,  ətriyyatlar,  ədvalar, xəzlər və s. 
gətirilir, ölkədən isə xam ipək, ipək parçalar, pambıq, xalçalar, boyalar, neft, mal-qara, atlar və s. ixrac edilirdi. 
Ticarətə qoyulan gömrük vergi və rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi.  
XI-XII  əsrlərdə karvan və ticarət yollarının bir-biri ilə  və xarici ölkələrlə birləşdiyi Azərbaycan 
şəhərlərindən daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə, balıq, boyaq, ədviyyat və s. göndərilir, 
Şərq və Qərblə ticarət əlaqələri saxlayırdılar.  
Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və mal-pul 
münasibətlərinin genişlənməsi ilə səciyyələnir.  
XI-XII  əsrlərin vergiləri  əvvəlki dövrlərin qayda - qanunlarının çoxunu mühafizə etmişdir. O dövrün 
vergi sistemi haqqında  ətraflı  məlumat verən tarixçi Ravəndi yazırdı ki, vergilər dəftərlərdə xüsusi qeydlər 
aparılmaqla həyata keçirilirdi.  
Eyni zamanda Ravəndi qanunsuz vergilərdən  “dəstərqə” (hədiyyə kimi qəbul edilən vergi növü), 
“şərab-baha” (içki üçün yığılan pul - indiki “aksiz” vergisi) və sairlərinin də adını çəkir.  
XII-XIII  əsrlərdə  Dərbənddən  İran körfəzinə,  Şərqdən Avropaya gedən beynəlxalq karvan yolları 
Təbrizdə  kəsişirdi. Azərbaycanın xam ipəyi  Şamaxıdan  Şimali  İtaliya  şəhərlərinə, həmçinin Fransaya ixrac 
olunurdu. 
Volqaboyu, Rusiya və Şərqi Avropanı İran körfəzi ilə əlaqələndirən beynəlxalq karvan yolunun üstündə 
yerləşən şəhər Şamaxı idi.  
XI-XIII  əsrin  əvvəllərində  Dərbənddən sonra ikinci mühüm liman şəhəri, ağ neft və duz istehsalı 
mərkəzi Bakı şəhəri idi.  
Monqol əsarəti dövründə Azərbaycanda monqol vergi toplayanları (baskaklar) çox qəddarlıq edirdilər. 
Məhz monqollar ilk dəfə olaraq sənətkarlar və tacirlər üçün yeni vergi növü - “tamqa” tətbiq etmişdilər. Məhz 
bu vergi növünün tətbiqindən sonra XIII əsrin axırlarında Azərbaycanın xarici ticarəti tənəzzülə uğramışdır.  
Azərbaycan dövlətçiliyi tarixində, məmurların özbaşınalığını  məhdudlaşdırmaq, iqtisadiyyatı 
yüksəltmək və xəzinəni doldurmaq üçün ilk vergi islahatını XV əsrdə Səfəvilər dövlətinin başçısı Uzun Həsən 
həyata keçirmişdir.  
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Trabzon-Yunan dövləti ilə dostluq əlaqəsi yaratmışdı. O, 
Trabzon imperatorunun qızı  Dəspinə (Feodra) Xatunla evlənmişdi. Uzun Həsən Trabzon şəhərində böyük bir 
daş körpü saldırmışdır. Çünki Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi. Belə ki, bu şəhər 
Ağqoyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi. 
Müasirlərinin “Sultani-adil” (yəni “ədalətli sultan”) adlandırdıqları Uzun Həsən ilk vergi məcəlləsini - 
“Qanunnamə”ni hazırlamışdır. Maraqlıdır ki, bu “qanun” nəinki XV əsrdə, elə XVI əsrdə  də, həm Səfəvilər 
dövləti  ərazisində, həm də  əvvəllər Ağqoyunlular dövlətinin tərkibində olmuş Osmanlı imperiyasının  şərq 
vilayətlərində də qüvvədə idi.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə